Məhkəmə qərarları › İş №2-1(103)-2040/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2040/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2040/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X58 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, 3-cü şəxslər X41, X15, X21 və 3-cü şəxslərin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X12, X22, X23, X38, X15, X42, X47, X43, X41, X24, X25, X48, X16, X44, X39, X2, X26, X34 və X21) “pasport qeydiyyatından çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10073/2021 saylı qərarından 3-cü şəxslər X41, X38, X15, X42, X44, X39, X26, X23, X2, X34 və X21 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12, X22, X23, X38, X15, X42, X47, X43, X41, X24, X25, X48, X16, X44, X39, X2, X26, X34 və X6 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasının Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə olunan ünvan 3 ünvanında yerləşən mənzil 1994-cü ildən iddiaçının adına qeydiyyata alınmış və tək payçı olaraq xüsusi mülkiyyətinə verilməsi barədə xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzildə daimi ailəsi ilə birlikdə yaşamış, üçüncü şəxslər mülkiyyətində olan mənzildə yaşamırlar, onların qeydiyyatda olması barədə yalnız “ASAN xidmət” Mərkəzindən arayış alan zaman məlumatı olmuşdur, onların qeydiyyata necə düşməsi barədə məlumatı yoxdur və formal xarakter daşıyır. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır. Ona görə də üçüncü şəxlərin iddiaçıya məxsus mənzildən qeydiyyatından çıxarılması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə rəsmi müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə ərizəsinə rəsmi imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmənin qərardadı ilə X12, X22, X23, X38, X15, X42, X47, X43, X41, X24, X25, X48, X16, X44, X39, X2, X26, X34 və X21 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10073/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanından X12, X22, X23, X38, X15, X42, X47, X43, X41, X24, X25, X48, X16, X44, X39, X2, X26, X34 və X6 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxslər X41, X38, X15, X42, X44, X39, X26, X23, X2, X34 və X21 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri işin həqiqi halı deyil. Belə ki, ünvan 4 ünvanı ümumi həyəti olan bir neçə mənzildən ibarətdir. İddiaçı onlarla qonşudur və ona məlumdur ki, özlərinin həmin ünvanda mənzili var. Başqa sözlə, həmin ünvanda yalnız iddiaçıya deyil, başqa şəxslərə də məxsus mənzil var. Buna baxmayaraq iddiaçı məhkəməyə yanlış məlumat verməklə iddia tələbinin təmin edilməsinə nail olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən 3-cü şəxslər X41, X15, X21 apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən 3-cü şəxslərin vəkili Vəkil1 apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, eyni həyət və eyni ünvandır, lakin tamamilə ayrı mənzillərdə yaşayırlar. 51 saylı MİS tərəfindən verilən arayışda da aydın şəkildə görünür. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10073/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Belə ki, daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalması sonuncuya həmin mənzildən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Başqa sözlə, üçüncü şəxslərin faktiki olaraq yaşamadığı və istifadə hüququnun mövcud olmadığı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması formal xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Səbail RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 5 “ASAN xidmət” tərəfindən verilmiş ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X12, X22, X23, X38, X15, X42, X47, X43, X41, X24, X25, X48, X16, X44, X39, X2, X26, X34 və X21 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Yasamal RPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 091-43062F saylı məktubu ilə bildirilmişdir ki, “Sizin Yasamal Rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, Yasamal rayonu, M.Fətəli küçəsi ev 103 ünvanından X3, X7, X8, X17, X4, X27, X35, X28, X29, X9, X10, X36, X5, X30, X18, X1, X11, X13, X6 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz”. X29, X30, X9, X17, X8, X6, X7, X3, X13 fərdi uçot kartoçkalarından görünür ki, onlar ünvan 1 ünvanında qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X67 küçəsi, ev 103 saylı ünvandakı mənzil 09 mart 2022-ci ildə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X67 küçəsi, 103 saylı evin mənzilinə tərtib edilmiş texniki pasportdan göürünür ki, mənzil 1-ci mərtəbədə yerləşməklə otaqların sayı 1-dir, yaşayış sahəsi 19.8 kv.m, ümumi sahəs 48,3 kv.m-dir. Bakı Şəhər İcraiyyə Komitəsinin mənzil şöbəsinin 12 yanvar 1957-ci il tarixli 4989 nömrəli orderinin surətindən görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, 103 saylı evin yaşayış sahəsi 14,0 kvm. olan 2 otaqlı mənzili X31 (7 nəfər ailə üzvü ilə birlikdə) verilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 29 aprel 2022-ci il tarixli məhktubla daxil olmuş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 05 iyun 2008-ci il tarixli 273 saylı sərəncamından görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, 103 saylı evin yaşayış sahəsi 44,0 kvm olan 3 otaqlı mənzilin kirayəçisi X19 vəfat etməsi ilə əlaqədar mənzilin kirayəsi müqaviləsi oğlu X17 adına keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 18 avqust 2008-ci il tarixli 405 saylı sərəncamından görünür ki, Bakı şəhəri, M.Fətəli küçəsi, 103 saylı evin yaşayış sahəsi 34,0 kvm olan 2 otaqlı mənzilin kirayəçisi X6 vəfat etməsi ilə əlaqədar və ailə üzvlərinin razılığına əsasən mənzilin kirayəsi müqaviləsi oğlu X8 adına keçirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsinin 02 saylı 31 yanvar 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X23 ailə üzvləri X2, X34, X21, X37, X16 və X32 M.Fətəli küçəsində, 2 otaqlı 34 kv.m sahəsi olan 103 saylı evin 103 saylı mənzilində, ikinci mərtəbəsində ikimərtəbəli binada yaşayır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi Mənzil Kommunal 61 saylı İstismar Sahəsi tərəfindən apellyasiya baxışı zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş X33 məxsus mənzilin plan sxemindən görünür ki, mənzilin yaşayış sahəsi 44 kv.m, köməkçi sahəsi 36.2 kv.m və ümumi yararlı sahəsi 80.2 kv.m-dir, X14 məxsus mənzilin plan sxemindən görünür ki, mənzilin yaşayış sahəsi 34 kv.m, köməkçi sahəsi 27.24 kv.m və ümumi yararlı sahəsi 61.24 kv.m-dir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin göstərilən normalarına görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir”. Üçüncü şəxslərin qeydiyyatda olduğu ünvanla iddiaçının mülkiyyətində evin ünvanı eyni olsa da, fərqli mənzillərdə qeydiyyatda olmuşlar. İş materiallarında olan sənədlərlə təsdiq olunur ki, ünvan 10 ünvan kimi bir neçə ev vardır, 3-cü şəxslər özlərinə aid hissədə qeydiyyatdadırlar. Onların iddiaçının mənzilinə heç bir aidiyyətləri yoxdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları, yəni M.Fətəli küçəsi, “103” saylı ünvanda bir neçə evin olması, üçüncü şəxslərin mənzillərin özlərinə aid hissədə qeydiyyatda olmasını araşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 3-cü şəxslər X41, X38, X15, X42, X44, X39, X26, X23, X2, X34 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10073/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 3-cü şəxslər X41, X38, X15, X42, X44, X39, X26, X23, X2, X34 və X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2-1(112)-10073/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar