Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2041/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının hüquqi varisi X1, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 3-cü şəxs) “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X8 3-cü şəxs qismində cəlb edilməklə) “qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2-1(112)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı rəhmətə getdiyinə görə onun həyat yoldaşı X4 iddiaçının hüquqi varisi qismində işə cəlb olunmuşdur. İddianın mümkünlüyü ilə bağlı ilə keçirilən iclasda iddiaçının hüquqi varisi izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarı ilə X9 Səbail rayonu, Səlyan şossesi 12 ünvanında bələdiyyə ərazisindən 300 kv.m torpaq sahəsi ayrılmış, sonradan isə Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 313 saylı qərarı ilə X5 qanunsuz olaraq onlara məxsus Səbail rayonu, Səlyan şossesi 12 ünvanındakı ərazidən 400 kv.m torpaq sahəsi ayrılmış və üçüncü şəxs həmin torpaq sahəsini adına mülkiyyət hüququ ilə qeydiyyata aldırmışdır. İddiaçı sagikən Cavabdehnə qarşı üçüncü şəxsə verilmiş bələdiyyə qərarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı vəfat etdiyindən işə cəlb edilmiş onun hüquqi varisi olan arvadı Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 447 saylı məktubuna əsasən mərhumun vərəsəlik işi ilə əlaqədar miras əmlakın qəbulu üçün yazılı ərizə ilə müraciət edən vərəsə oldugundan hazırki iddianı irəli sürməyə subyektiv hüquq daşıyıcısıdır. Odur ki, iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1101 saylı məktubuna əsasən xx.xx.1936-cı il təvəllüdlü və xx.xx.2020-ci il tarixdə vəfat etmiş ünvan 3 ünvanında qeydiyyatda olmuş X6 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi (irsi tranmissiya yolu ilə xx.xx.2022-ci ildə vəfat etmiş oğlu X14) müəyyən edilmişdir. Vərəsələri:X4, X13, X15, X7 və X10. Göründüyü kimi məhkəmə yardım etmək vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iddiaçının hüquqi varis olmadığını bildirmişdir. Lakin, notariusun məktubundan da göründüyü kimi iddiaçı X6 vərəsələri siyahısına daxildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının hüquqi varisi X1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X8 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxıldıgını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarı ilə X9 Səbail rayonu, Salyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin Bakı şəhəri Səbail Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 313 saylı qərarı ilə X5 Səbail rayonu, Səlyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 400 kv.m torpaq sahəsi ayrılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2020-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi onun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X8 3-cü şəxs qismində icraata cəlb olunmaqla üçüncü şəxsə verilmiş qərarın və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə icraatı zamanı vəfat etdiyindən işə cəlb edilmiş onun hüquqi varisi olan arvadı Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 447 saylı məktubuna əsaslanaraq mərhumun vərəsəlik işi ilə əlaqədar miras əmlakın qəbulu üçün yazılı ərizə ilə müraciət edən vərəsə oldugundan hazırki iddianı irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, mərhum X9 Səbail rayonu, Səlyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 300 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsaslanmaqla daşınmaz əmlak üzərində hüququnu əldə etmiş şəxsə münasibətdə onun birinci və ya ikinci növbəli vərəsəsi olmadığı üçün iddiaçının hüquqi varisi cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Yəni, iddiaçının hüquqi varisinin subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə İddiaçı hüquqi varisi X4 Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmış mərhum X6 yeganə vərəsəsi olduğu müəyyən olunmamışdır. Çünki, qanunvericilik bu halda müraciət etmə hüququnun vərəsələrdə olmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.2-ci maddələrində birinci və ikinci növbədə vərəsələrin kimlər olması konkret olaraq göstərilmişdir. Həmçinin də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində təsbit olunmuş normaya əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddiaçının hüquqi varisinin apellyasiya şikayətində mərhum X6 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrin dairəsinin irsi transmisiya yolu ilə 9 fevral 2022-ci ildə vəfat etmiş oğlu İddiaçı müəyyən edildiyini göstərsə də, məhkəmə lollegiyası hesab edir ki, hazırki işdə iddiaçının hüquqi varisinin, yəni X2 Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarı ilə torpaq sahəsi ayrılmış mərhum X6 yeganə vərəsəsi olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, qanunvericiliyin tələbinə uyğun olaraq (MM- maddə 1159) birinci və ya ikinci növbəli vərəsələr müvafiq olaraq miras əmlakın qəbulu ilə əlaqədar müraciət etmək hüququna malikdirlər. Bundan əlavə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən əmlaka mülkiyyət və ya digər əşya hququnu əldə etmiş şəxs çıxarış almadan öldükdə ilk olaraq onun qanun və ya vəsiyyət üzrə vərəsəsi hüqququn ölmüş şəxsə məxsus olması haqqında arayış almalı və həmin arayış əsasında vərəsəlik sənədləri təqdim edən vərəsənin adına çıxarışı rəsmiləşdirməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mərhum X9 Səbail rayonu, Səlyan şossesi 12 ünvanda bələdiyyə ərazisinə məxsus 300 kv.m torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin 421 saylı 27 dekabr 2005-ci il tarixli qərarına əsaslanmaqla daşınmaz əmlak üzərində hüququnu əldə etmiş şəxsə münasibətdə onun birinci və ya ikinci növbəli vərəsəsi olmadığı üçün iddiaçının hüquqi varisi cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilmədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmənin qərardadı qanuni və əsaslı olmuşdur. İddiaçının hüquqi varisi sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı olmadığından ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1337/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2041/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2041/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver