Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2041/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın etibarsız sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SOCAR”ın İddiaçı daimi istifadəsinə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 7 №-li taksi parkının yanında, 39 T 413765,08; 4471788,87 koordinatlarda yerləşən 600 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə X1 ayrılması barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 94 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim H.Ağalarov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini, iş üzə İB-nin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilən hər iki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 2-1(112)- 4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı 22 fevral 2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə 29 mart 2023-cü il tarixdə tərtib edilərək Bakı İnzibati Məhkəməsinə təqdim edilmiş və həmin tarixdə məhkəmənin dəftərxanasından qeydiyyatdan keçmişdir. Apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması 12 may 2023-cü il tarixə və 06 iyun 2023-cü il tarixə təyin olunaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçındən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadını nə vaxt alması barədə sübutları məhkəmə kollegiyasına təqdim etməsi tələb edilsə də, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının təyin olunan iclaslarında iştirak etməmiş, qeyd olunan hallarla bağlı hər hansısa sübut təqdim etməmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 29 mart 2023cü il tarixində verilmiş və qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın etibarsız sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (“SOCAR”) İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “sərəncamın etibarsız sayılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4482/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2041/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2041/2023
06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver