Məhkəmə qərarları › İş №2-1(103)-2041/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2041/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2041/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı X2, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və imtina cavabı verilmişdir. İmtinanın dəlilləri iddiaya dair təqdim edilmiş yazılı münasibətdə göstərilənlərlə eynidir.

2. SOCAR Downstream Management MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək... “Azərneftyağ" Bakı neft emalı zavodunun 5 nömrəli texnoloji sexin 501 saylı texnoloji qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Qeyd: Əmr 248.xx.xx.1993-cü il tarixində əmək haqqı saxlanılmaqla hərbi çağırışa göndərilir. xx.xx.1993-cü ildən N-cı ilədək Milli Orduda olub. xx.xx.N-cı ildə işə buraxılıb.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin aprel 1994- cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: Delo:28, səh-52, sıra-50, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı M. oğlunun adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin may 1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: Delo:30, səh 15, sıra 50, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı M. oğlunun adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N nömrəli hərbi hissənin iyun 1994-cü il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi əlləri qovluğunda (əsas: Delo:32, səh 69, sıra 42, məlumatda atasının adı tam yazılmamışdır) pul təminatı ilə təmin olunmuş Artilleriya divizionun 3-cü batareyasının şəxsi heyətinin siyahısında hesab nömrəsi sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir.

4. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, Tovuz rayon hərbi komandanlığı tərəfindən ehtiyat qüvvə kimi N nömrəli hərbi hissəyə təhvil verilmiş təkrar çağırışçılar hissənin tərkibinə daxil edilsinlər və təminatlarla təmin olunsunlar. Sıravi İddiaçı-Art.divizionu 6-cı tağım nomer pasçot N

5. N №li hərbi hissənin komandiri. P.p-k imza Əliyev.M, N №li hərbi hissənin q/rəisi. K-n Novruzov.D. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür. Əmr hərbi hissənin qərargah rəisi tərəfindən imzalanmamışdır. xx.xx.2022-ci il.

6. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, aşağıda adları göstərilən hərbi qulluqçular xidmət yerlərini özbaşlarına tərk etdiklərinə görə ştatdan kənar edilsinlər və bütün növ təminatlardan azad olunsunlar və siyahı Təşkilat Səfərbərlik idarəsinə göndərilsin (Artilleriya Divizionu) 7. Sır. İddiaçı - 3 batar. 8 atəş tağımı-hesab nömrəsi

7. N №-li hərbi hissənin komandiri polkovnik leytenant: imza M.Əliyev Qərargah rəisi vəzifəsini icra edən mayor imza S.Sərkərov Əmr olduğu kimi köçürülmüşdür.

8. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 212 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, aşağıda adları göstərilən hərbi qulluqçular hissəni özbaşlarına tərk etdiklərinə görə hissənin tərkibindən və bütün növ təminatlardan azad edilsinlər, sənədlər Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı Azərbaycan Respublikası SQBQR-nin Təşkilati Səfərbərlik İdarəsinə göndərilsin. 95. Sıravi. İddiaçı – Art.divizion.

9. N №li hərbi hissənin komandiri. Polkovnik leytnant: imza M.Əliyev.812№li h/h q/r vəzifəsini icra edən mayor imza S.Sərkərov. Qeyd: Əmr olduğu kimi köçürülmüşdür.

10. Müvafiq sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla xx.xx.1967-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı şəxsi uçot kartasının və 1993-N-cı illərdəki hərbi xidməti barədə mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

11. Hərbi qeydiyyat kartından görünür ki, İddiaçı 05 yanvar N-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 3/5-9228 nömrli 08 dekabr 1995-ci il tarixli Əmrinə əsasən ehtiyata buraxılmışdır.

12. Səfərbərliklə Milli Ordu sıralarına çağırılmış hərbi vəzifələrin əlifba kitabından Çıxarışdan görünür ki, X7 xx.xx.1993-cü ildə, N nömrəli hərbi hissəyə təhkim edilmiş, xx.xx.N-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 3/5-9228 nömrli 08 dekabr 1995-ci il tarixli Əmri ilə ehtiyata buraxılıb.

13. Müdafiə Nazirliyi baş X4 Arxivi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinə ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, vətəndaş İddiaçı həqiqətən də xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Lakunar angina. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1994-cü ilə məxsus 3 №-li "Stasionar xəstələrin qeydiyyatı" kitabının 95-ci səhifəsində olan, 3002-ci sayındakı qeyd.

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən məhkəmənin iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, əməliyyat-sorğu kartotekasında iddiaçının barəsində heç bir məlumat yoxdur.

15. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 20 iyun 2023- cü il tarixli sorğuya cavab məktubunda vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı cinayət işi və ya təqsirləndirici materialın olmadığı bildirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən onun barəsində verilən xx.xx.2022-ci il tarixli 4/2-104 saylı və xx.xx.2022-ci il tarixli 4/2- 4911saylı arxiv arayışlarına əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixində elan olunan atəşkəsə qədər N saylı hərbi hissənin tərkibində Tovuz-Qazax bölgəsində torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən 11.01. 2022-ci il tarixində verilən 4/2-104 saylı, xx.xx.2022-ci il tarixli 4/2- 491 saylı arxiv arayışlarında göstərilmişdir ki, 1967-ci il təvəllüdlü, Tovuz RHK-dan hərbi xidmətə çağırılmış, sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək hesab nömrəsi vəzifəsinə təyin edilmişdir. Həmin Arayışlarda sonra göstərilmişdir ki, xidməti yerini özbaşına tərk etdiyi üçün hesab nömrəsi sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılmaqla ştatdan kənar edilmiş siyahı Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. Həmin arxiv arayışlarda daha sonra göstərilmişdir ki, hərbi hissəni özbaşına tərk etmiş sıravi İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixi 212 nömrəli əmrilə şəxsi heyətin tərkibindən və bütün növ təminatlardan çıxarılaraq, sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı Azərbaycan Respublikası SQBQP-nin Təşkilat Səfərbərlik İdarəsinə göndərilmişdir. İddiaçının barəsində verilən Arxiv Arayışlarnın axırında göstərilmişdir ki, N N-li hərbi hissə komandirinin yanvar N-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlara baxmayaraq, ərizəyə əlavə edilmiş həmin Arayışlarda göstərilən hallarla da təsdiq olunur ki, həqiqətən İddiaçı, 1-ci Qarabağ Müharibəsi zamanı xx.xx.1993-cü il tarixindən aktiv döyüş əməliyyatlarının dayandırılması ilə bağlı olan N may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmətdə olmuşdur. Çünki, barəsində axırıncı dəfə verilən Arxiv Arayışında göstərilənlərlə təsdiq olunur ki, İddiaçı torpaqların müdafiəsi uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə faktiki xidmətinin müddəti N may 1994-cü il tarixində elan olunan atəşkəsdən sonra da 3 aydan çox, yəni xx.xx.1994-cü il tarixinə qədər davam etmişdir. Bununla da təsdiq olunur ki, xx.xx.1993-cü il tarixindən 1994-cü ilin may ayının 10-da elan olunan atəşkəsə qədər torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında 4 ay 15 gün iştirak etmişdir. Belə olan halda qanunla ona verilməli olan Müharibəsi veteranı vəsiqəsi verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə "Müharibə veteranı, Silahlı Qüvvələr Veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin 10-cu yarıınbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan bütün yuxarıda göstərilənlər və ərizəyə əlavə edilən sənədlər ona X5 Vəziqəsinin verilməsi üçün hüquqi əsaslar yaratsa da, xx.xx.2021-ci il tarixində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarınln və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən ona göndərilən cavabda göstərilmişdir ki, "hansı hərbi hissələrdə nə vaxt xidmət etməyinizi qeyd etməklə ətraflı ərizənizlə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyiniz təqdirdə komissiyanın iclasında müraciətinizə baxılaraq qərar qəbul oluna bilər". Halbuki bu barədə müsbət qərarın verilməsini yuxarıda göstərildiyi kimi arxiv arayışında göstərilənlər də hüquqi müstəvidə istisna etmir. Belə ki, Arxiv Arayışında hərbi hissədən getməsilə bağlı aparılan həqiqətə uyğun omayan qeydlər belə ona veteran vəsiqəsinin verilməsinə hüquqi maneə yaratmır. Həmin qeydlər həqiqəti əks etdirsə belə, zaman baxımında sübut olunur ki, həmin qeydlər hərbi hissədən qanunsuz getmə atəşkəs elan olun vaxtdan sonra baş vermişdir. Qanun da döyüş əməliyyatlarında iştirak edən və atəşkəsə qədər hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçulara veteran vəsiqəsinin verilməsini qadağan etmişdir. Bütün bunlardan belə bir nəticə çıxır ki, əgər iddiaçının hərbi hissədən getməyi ilə bağlı qeydlərdə N may 1994-cü ilə qədər hərbi hissəni özbaşına tərk etməyi göstərilsəydi, ona veteran vəsiqəsinin verilməməsi hüquqi baxımdan qanunsuz sayılardı. Lakin həmin qeydlərdə göstərlən halların atəşkəsdən sonra baş verməsi göstərilmişdir. Belə ki, ərizəyə əlavə edilən arxiv arayışında aparılan qeydlərlə də sübut olunur ki, o, atəşkəsdən sonra da 4 aydan çox cəbhə bölgəsində olan N saylı döyüşən hərbi hissədə xidmətdə olmuşdur.... İddiaçı 1993-cü ilin noyabr ayında Bakı Neft-Yağ zavodundan cəbhənin Qazax-Tovuz bölgəsində olan N saylı hərbi hissəyə getmiş, 1995- ci ilin axırlarına qədər həmin hərbi hissədən hər ay Arayış alıb iş yerinə təqdim edərək əmək haqqı almışdır. 1995-ci ilin axırlarında Azərbaycan Ordusunda səfərbər olunanların ilk dəfə ehtiyata buraxılmasına başlananda, o da tərxis olunaraq yenə də iş yerinə qayıtmışdır. Arxiv Arayışında, guya hərbi hissənin özbaşına tərk etməsilə bağlı aparılan qeydlərlə bağlı tam məsuliyyətlə bildirir ki, belə hallar olmamışdır. Təxminən 1994-1995-ci illərdə cəbhə bölgəsində olduğu vaxtlarda ağır xəstələnərək 1 aydan çox Bakıda Mərkəzi Hərbi Hospitalda müalicə almışdır. Bəlkə səhvən hərbi hospitalda olduğu vaxtlarda həmin əmrlər verilmişdir. Hərbi qeydiyyatda olduğu idarə kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi bu hallara aydınlıq gətirilməsi üçün tədbirlər həyata keçirtməlidir. Qeyd olunanlara əsasən iddiaçı ona X6 verilməli olduğunu bildirir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(111)-2828/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət qismən təmin edilərək, iddia ərizəsində cavabdeh qismində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Tibb Baş İdarəsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Hüquq idarəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmasından imtina edilmişdir.

19. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-8282 nömrəli məktubundan və ona əlavə edilmiş əmrdən çıxarışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmri ilə İddiaçı hərbi hissənin tərkibinə daxil edilərək təminatlarla təmin edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən may 1994-cü il tarixədək döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barəsində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli, xx.xx.1994-cü il tarixli 212 nömrəli əmrlərində xidmət yerini özbaşına tərk etdiyi üçün İddiaçı sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı isə Azərbaycan Respublikası SQBQR-nin Təşkilati Səfərbərlik İdarəsinə göndərildiyi qeyd edilmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

21. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirdikdə görünür ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunu müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri şəxsi heyətin siyahısından çıxarılmasıdır. İş materaillarda olan sənədlərdən görünür ki, iddiaçı qanuni əsaslarla deyil hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin müvafiq əmrinə əasasən şəxsi heyətin siyahısından çıxarılmışdır. İş materiallarından da göründüyü kimi, səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə çağırılmış iddiaçı Azərbyacn Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N-cı il tarixli, 433 nömrəli Fərmanına əsasən təxris olunmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi isə iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsi tərəfindən təqdim olunmuş Səfərbərliklə hərbi xidmətə çağırılmış hərbi vəzifəlilərin əlifba kitabından çıxarışda iddiaçının Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1995-ci il tarixli, 3/5-9298 nömrəli əmrinə əsasən xx.xx.N-cı il tarixdə ehtiyata buraxılması qeyd olunsada, mötəbər sayıla bilməz. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən təqdim olunmuş arxiv sənədlərində qeyd olunan əmrlər barədə hər hansı bir məlumat aşkar olunmamışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə materialları kifayət qədər araşdıraraq, müvafiq orqanlara sorğu vərərək və oradan aldığı cavablar əsasında yekun məhkəmə aktını qəbul etmişdir. Nəzərinizə çatdrımaq istəyirəm ki, məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırki mübahisəyə tətbiq edərək və cavabdehin iddiaçının hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatların olmaması barədə imtina dəlili ilə razılaşmamış hesab etmişdir ki, sadalanan iş materialları ilə İddiaçı X3 dövründə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfındən təqdim edilmiş sənədlərdən göründüyü kimi, ehtiyyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 138 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tərkibinə daxil edilərək döyüş əməliyyatları aparan (bu işin mübahisəsiz halıdır) həmin hərbi hissənin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən (qeydiyyat kart, əlifba kitabından çıxarış , iddiaçının sorğularına verilmiş cavab məktubları və s.) görünür ki, 05.01 N-cı ildə Azərbaycan Respubliası Müdafiə Nazirinin 3/5-9228 nömrəli, 08 dekabr 1995-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Qeyd olunan əmrin cavabdehin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət sferasına aid olmamaqla, cavabdehin səlahiyyətləri ilə bağlı olduğundan, iddiaçının əleyhinə istifadə edilə bilməz.

c) Proses iştirakçılarının izahatları

24. Məhkəmədə iddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməməsini məhkəmədən xahiş etdi.

25. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edildi.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

27. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. 3.2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 29.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

33. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

34. Konkret halda iş materiallarından görünür ki, iddiaçının xx.xx.1993-cü il tarixdən may 1994-cü il tarixədək döyüş əməliyyatları aparılan dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barəsində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 180 nömrəli, xx.xx.1994-cü il tarixli 212 nömrəli əmrlərində xidmət yerini özbaşına tərk etdiyi üçün İddiaçı sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına, siyahı isə Azərbaycan Respublikası SQBQR-nin Təşkilati Səfərbərlik İdarəsinə göndərildiyi qeyd edilmişdir.

35. Kollegiya qeyd edir ki, qanunvericiliyin normalarına əsasən “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunu müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri şəxsi heyətin siyahısından çıxarılmasıdır.

36. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı qanuni əsaslarla deyil hərbi hissəni özbaşına tərk etdiyi üçün hərbi hissə komandirinin müvafiq əmrinə əasasən şəxsi heyətin siyahısından çıxarılmışdır.

37. Həmçinin işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli 3/5-9298 nömrəli əmri Müdafiə Nazirliyinin Arxivinə daxil olmamışdır.

38. Məhkəmə kollegiyasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinə ünvanlanan sorğuya cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli əmri idarədə saxlanılmadığına görə təqdim edilməsi mümkün deyil.

39. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli 3/5-9298 nömrəli əmri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri bilir.

40. Belə ki, 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

41. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar.

42. Eyni zamanda, 10 iyun 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.

43. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər.

44. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 1994-cü ildə müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü N may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin təxrisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir.

45. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında” 433 saylı Fərmanı, 23 yanvar N-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun N-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr N-cı il tarixində qəbul edilmişdir.

46. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması N-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər.

47. Məhkəmə kollegiyası hesab edir ki, hətta Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1995-ci il tarixli 3/5-9298 nömrəli əmri mövcud olsaydı belə yuxarda sadalananlara əsasən hərbi qulluqçunun ordu sıralarından ehtiyyata buraxılmasının hüquqi əsasənı təşkil edə bilməzdi.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı deyildir. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması qanuni və əsaslı olmuşdur.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia təmin edilmişdir.

51. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2- ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar