Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2042/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X3 üzrə Mərkəzi Filialına qarşı “prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün və özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının daha əvvəllər DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı iddia tələbində qeyd etdiyi döyüşən ordunun tərkibində vuruşduğu müddətin (1988-1991-ci illər) ikiqat nəzərə alınmaqla prokurorluq orqanlarında 25 il qulluq stajına görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli qərarı ilə rədd edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, iddiaçının 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddət ikiqat ölçüdə onun ümumi stajına daxil edilə bilər, lakin prokurorluq orqanlarında tələb olunan xüsusi stajına daxil edilməsi yolverilməzdir. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd etdiyi döyüşən ordunun tərkibində vuruşduğu müddət onun prokurorluq orqanlarında qulluğa başlamasından əvvəlki dövrə aiddir və sözügedən müddətin staja daxil edilməsi tələbinin rədd edilməsi ilə bağlı qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq eyni iddia ilə məhkəməyə müraciət edilmişdir. Bundan əlavə iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı işi üzrə Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(102)-915/17 nömrəli qərarının təsviri hissəsində də iddiaçının prokurorluq orqanlarına işə qəbul olmamışdan əvvəl ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir. İddiaçı Baş Prokurorluğa qarşı da güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin qoyulması tələbi ilə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2575/2019 nömrəli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarları ilə iddia rədd edilmişdir. Göründüyü kimi iddiaçı eyni tələblə daha əvvəllər, həm Fondun Nəsimi rayon şöbəsinə, həm də, Baş Prokurorluğa qarşı iddia ilə məhkəməyə müraciət etmiş, hər iki halda Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı cavabdehin iddiaya dair yazılı etirazına münasibət təqdim edərək bildirmişdir ki, etirazda cavabdehin ona prokurorluq orqanlarında xidmət illərinə görə əmək pensiyası təyin edilməsi üçün müvafiq təsdiqedici sənədləri əlavə etməklə ona ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli təyinat ərizəsinin baxılmasının nəticəsinə dair ünvanına göndərmiş olduğu xx.xx.2020-ci il tarixli, **********6 nömrəli, eləcə də, bununla bağlı şikayət instansiyasına ünvanlanmış şikayət ərizəsinə baxılmasının nəticəsi barədə ünvanına göndərilmiş xx xxxxx 2020-ci il tarixli, **********6 saylı cavab məktublarında əmək pensiyası təyin edilməsindən imtinanın qanunsuz əsasları kimi qeyd olunmuş hallar təzədən təkrarlanmışdır. Halbuki, ona əmək pensiyası təyin olunmasından imtina barədə verilmiş cavab məktubunda istinad olunan qanunun müddəlarına və normativ hüquqi aktlara iddia ərizəsində onun tərəfindən münasibət bildirilmiş və bununla bağlı cavabdehin imtinasının mövcud qanunvericiliyin tələblərinə zidd olması, habelə, prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun pozulmasına səbəb olan hallar və iddia tələbinin hüquqi əsasları ətraflı şərh edilmişdir. Bundan başqa cavabdeh etirazda iddiaçı kimi onun əvvəllər həm DSMF-nin Nəsimi rayon şöbəsinə, həm də Baş Prokurorluğa qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etməyi, habelə Baş Prokurorluğa qarşı prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim edilməsi öhdəliyinin qoyulması tələbi ilə iddia qaldırmağı barədə göstərilmiş hallarla bağlı bildirir ki, məhkəmədə baxılmış həmin işlərin heç birində DSMFnin X3 İdarəsi məhkəmə icraatının iştirakçısı olmamışdır. Ona görə də, həmin işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması və orada müəyyən olunmuş faktların yeni iddia tələbi üzrə məhkəmə prosesində cavabdeh olan DSMF-nin X3 İdarəsi üçün heç bir məcburi hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə cavabdeh olan həmin idarə nə Fondun Nəsimi rayon şöbəsinin, nə də ki, Baş Prokurorluğun hüquqi varisi deyildir. Habelə, əvvəlki işdə cavabdeh olan DSMF-nin Nəsimi rayon şöbəsi bu günə kimi ləğv edilməmiş və hal-hazırda da fəaliyyət göstərir. Eyni zamanda, ayrı-ayrı cavabdehlərə qarşı olan hər iki iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qərarları yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair müvafiq ərizələri əsasında hazırda aidiyyəti məhkəmələrdə mübahisələndirir. Habelə, etirazda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli, 2-1(102)-1532/2017 nömrəli yeni qərarının DSMF-nin X3 İdarəsinə münasibətdə preyudisiallığının olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli qərarından da irəli gəlir. Həmin qərarda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin qərarda hüquqi mövqeyini belə ifadə etmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi preyudisiallığı prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən şəxslərə və onların hüquqi varislərinə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə prosesində iştirak etməyən tərəflərə və digər tərəflərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə təcrübəsindən irəli gələn mövqeyindən də aydın olur ki, eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Belə olan halda da, hər hansı inzibati orqan və ya məhkəmə sübut kimi yalnız ayrı-ayrı tərəflər arasında müxtəlif iddia predmeti və fərqli hüquqi əsaslarla mübahisələndirən işlər üzrə məhkəmə qərarının qanuni qüvvədə olmasına və preyudisiallığına istinadla hüquqların pozulmasına dair qərar qəbul edə bilməz. Eyni zamanda, onun DSMF-nin X1rşı olan hazırkı iddiasının predmeti və hüquqi əsasları da ayrı-ayrı tərəflərə qarşı olan, əvvəllər məhkəmədə baxılmış işlər üzrə iddia tələbinin predmeti və hüquqi əsasları da eyni deyildir. Hətta, Baş Prokurorluğa qarşı olan iddiasının predmetini döyüş şəriaitində döyüş əməliyyatları dövründə prokurorluq orqanlarında güzəştli şərtlərə aid xidmət müddətinin hesablanmaqla ona pensiya təyin edən orqana iş stajına dair müvafiq arayışın verilməsi təşkil etdiyi halda, hazırkı iddia tələbinin predmetini güzəştli iş stajının prokurorluq orqanlarında iş stajına daxil edilməklə ona pensiya təyin edilib verilməsindən ibarətdir. Eyni zamanda, məhkəmədə baxılmış əvvəlki iddianın növü belə, sonradan məcburetmə haqqında iddia növündən, öhdəliyin icrası haqqında iddia növünə dəyişdirilmişdir. Onun DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı əvvəlki iddia tələbi üzrə inzibati mübahisə ilə bağlı inzibati akt həmin inzibati orqan tərəfindən, hazırkı yeni iddia tələbi üzrə inzibati mübahisənin predmetini isə başqa inzibati orqan DSMF-nin X3 İdarəsi tərəfindən təyinat ərizəsinə əsasən əmək pensiyası təyin edilərkən imtina barədə qəbul edilmiş inzibati akt təşkil edir. Bu baxımdan hazırkı iddia tələbi üzrə cavabdehin etirazının heç bir hüquqi əsası yoxdur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(112)-4524/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması haqqında qərardad qəbul etməklə işə mahiyyəti üzrə baxılması və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində iddiaçının etiraza qarşı mülahizəsində qeyd edilənlərdən əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddianın bir-biri ilə əlaqəli olan ayrı-ayrı iki tələbdən ibarət olmasını və bu tələblərdən birincisi ilə bağlı pensiya təyin edən orqana qarşı heç bir iddia qaldırmamağını nəzərə almamış və yanlış olaraq qərardadda məhkəmə iclasında eyni mübahisəyə məhkəmə müstəvisində əvvəllər baxılması və mahiyyəti üzrə hüquqi qiymət verilməsi halının müəyyən edilməsini göstərməklə onun bu iddianı yenidən məhkəməyə təqdim etməyi kimi qiymətləndirmişdir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirlə bilər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmaqla baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir. - “döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” (1-ci hissə). - “özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün (3 il 9 ay müddətin) güzəştli əmək stajı kimi hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”(2-ci hissə). İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı əvvəllər DSMF-nin Nəsimi rayon şöbəsinə qarşı “onun 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibindəki xidmət müddətini güzəştli şərtlərlə ikiqat ölçüdə hesablamaqla, 7 il 6 ay müddətin əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi, pensiya almaq hüququnun yarandığı vaxtdan, yəni xx.xx.2009-cu il tarixdən ona prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1004/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1031/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)1532/17 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qərarına əsasən isə həmin iş üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1031/2017 saylı, xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış və iddia tələbi rədd edilmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Göründüyü kimi iddiaçı iddia tələbinin ikinci hissəsini təşkil edən “özünümüdafiə təstələrinin tərkibində döyüşlərdə olduğu dövrün qulluq stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və yekun olaraq iddia tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsinə münasibətdə iddianı mümkün saymamaqda əsaslı nəticəyə gəlmişdir. İddiaçının qeyd edilən tələblə bağlı pensiya təyin edən orqana qarşı heç bir iddia qaldırılmamasının nəzərə alınmaması ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxx 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 3.1.6-cı maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq vətəndaşların pensiya hüquqlarını reallaşdırmaq, pensiyaların mövcud qanunvericiliyə uyğun olaraq təyin edilməsi üçün sənədlərin qəbul edilməsini, komissiyada baxılmasını, pensiya işlərinin tərtib olunmasını, pensiyanın təyin edilməsini və ödənişini həyata keçirmək yerli şöbələrin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə (vəzifələrinə) aid edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli (qərarı) əmrinə əsasən isə güzəştli şərtlərlə pensiya təyinatına dair məsələlər xx.xx.2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə həvalə edilmişdir. Göründüyü kimi iddiaçının əvvəlki iddiasına DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən şöbənin müvafiq pensiya təyinatının aparılmasına səlahiyyətli olduğu dövrdə baxılmış və mahiyyəti üzrə hüquqi qiymət verilmişdir. Sonradan isə müvafiq səlahiyyətlərin başqa orqana (DSMF-nin X3 İdarəsinə) ötürülməsi həmin orqana qarşı eyni əsaslarla və eyni predmet üzrə yenidən qaldırılmış iddiaya məhkəmə müstəvisində mahiyyəti üzrə baxılması üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da göründüyü kimi iddia tələbinin birinci hissəsini təşkil edən “döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə yuxarıda qeyd edilən inzibati məhkəmə icraatı zamanı baxılmamış və inzibati məhkəmə icraatının predmeti olmamışdır. Məhz bu səbəbdən də İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə qərardad ləğv edilməli və iddia mümkün hesab edilməklə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Cavabdehin Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə baglı qeyd etdiklərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2575/2019 saylı qərarından görünür ki, iddiaçı qeyd edilən iddia tələbinə oxşar “döyüş şəraitində döyüş əməliyyatları dövründə, x xxxx 1992-ci il ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəzifəsində işlədiyi 1 il 2 ay 21 gün müddətin bir ayı üç ay sayılmaqla, bir xidmət günü üç xidmət günü hesablanmaqla əlavə olaraq 2 il 5 ay 12 gün müddətin güzəştli əmək stajı kimi müəyyən edilməklə prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq stajına daxil edilməsi və xidmət illərinə görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı məhkəməyə müraciət etmiş və yekun olaraq iddia tələbi təmin edilməmişdir. Yəni tələb hazırkı iddia tələbinə oxşar olsa belə eynilik təşkil etməməklə yanaşı, cavabdeh başqa inzibati orqan olmuşdur ki, bu da iddia tələbinin həmin hissədə qeyrimümkün hesab edilməsini istisna edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia mümkün sayılmaqla baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4524/2020 saylı qərardadı “döyüş şəraitində döyüş əməliyyatları dövründə, xx xxxx 1992-ci ildən xx xxx 1993-cü il tarixədək Laçın rayon prokurorluğunun stajor - müstəntiqi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 20 günün prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün (qulluq) stajına daxil edilməsi və pensiya almaq hüququnun yarandığı vaxtdan xidmət illərinə görə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qeyri-mümkün hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia mümkün sayılsın və baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər İlham Kərimli Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2042/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2042/2020
15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver