Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2042/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi məsuliyyətinə cəlb edilmə haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AR iqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin İnternet saytında Kommersiya qurumlarının dövlət reyestrindən əldə edilən məlumatdan görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə vergi uçotuna alınmışdır.
2. “X5nin keçirilməsi haqqında” 07 mart 2024-cü il tarixli **********9457 nömrəli Qərardan görünür ki, Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələri əsas tutularaq ixtisaslaşmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı ilə məşğul olan “X8» MMC-yə məxus mağazada nağd pul hesablaşmalarının qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X5nin keçirilməsi qərara alınmışdır.
3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY242089260 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən İddiaçı cari fəaliyyətinin X5 qaydasında plandankənar (növbədənkənar) qaydada yoxlanılması müvafiq reyestrdə qeydiyyata alınmışdır.
4. DVX seriyalı 035476 nömrəli, 11 mart 2024-cü il tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, İddiaçınə (VÖEN: **********) məxsus ünvan 1 ünvanda yerləşən Nazz Shop adlı obyektdə xx.xx.2024-cü il tarixdə saat 13:08-də keçirilmiş X5 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edildiyi qeyd olunaraq, müştəri tərəfindən alınan 1 (bir) ədəd dodaq nəmləndiricisinə görə ödənilmiş 0,5 (əlli) qəpik pul vəsaitinin kassaya mədaxil olunmadığı, müştəriyə kassa çekinin təqdim edilmədiyi, uçotdan yayındırılmış məbləğin X5ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən saat 13:15-də 5 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa olunaraq “X” hesabatının alındığı, bərpa çekində nağd pul vəsaitinin və müştəriyə qaytarılan qalıq nağd pul vəsaitinin göstərilmədiyi əsası ilə Vergi Məcəlləsinin 58.7-ci maddəsinin 50.8.10cu və 50.8.11-ci yarımbəndlərinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı MMC tərəfindən nümayəndə iştirak etmədi, Aktın sonunda “hüquqi şəxsin təsisçisi kimi təqdim edən X3 hüquqi şəxsin rəhbəri barədə məlumat verməkdən, qərar və aktla tanış olub imzalamaqdan imtina etdi” qeyd edilmişdir.
5. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, tarixli **********209 nömrəli qərardan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1ci maddəsinə əsasən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.
6. İddiaçı tərəfindən vergi orqanına verilmiş 07 aprel 2024-cü il tarixli şikayətdə aşağıdakılar bildirilmişdir: “Xidməti zərurətlə əlaqədar olaraq müəssisənin istifadəsində olan AZ Smart Mobile modelli SAO**********62019 seriya nömrəli və ********** qeydiyyat nömrəli NKA-nin xx.xx.2024-cü il tarixi saat 13:05 -13:18 aralığında vurulmuş çeklərə dair çıxarış verilməsinə köməklik göstərəsiniz. Çıxarışda çeklərə dair bütün məlumatların, o cümlədən malın adı, qiyməti, dəyəri, məbləğin sonradan bərpa edilməsi və s. bu kimi məlumatların öz əksini tapmasını Sizdən xahiş edirik. Qeyd edək ki, xx.xx.2024-cü il tarixində tərtib edilmiş OVN aktı tamamilə qanunsuzdur. Tərəfimizdən hər zaman vergi qanunvericiliyinə riayət edilmiş, alıcılar tərəfindən ödənilən məbləğlər düzgün şəkildə NKA-na mədaxil edilmiş və müştərilərə hər zaman NKA çeki təqdim edilmişdir. Müştərilərdən hansısa biri NKA çekini götürmədikdə isə o çeklər mağazada yerləşən zibil qutusuna atılmışdı. Bu günədək hər hansı müştəri NKA çeki ilə bağlı bizə və ya vergi orqanına irad və ya şikayətini bildirməmişdi. Həmçinin qeyd edək ki, OVN aktı bizim iştirakımız olmadan sonradan qanunsuz yolla tərtib edilmişdi. Aktda qeyd edilənlər tamamilə yalandı. Mikrosahibkarlıq subyekti olaraq biz 2023-cü ilin noyabr ayından etibarən fəaliyyətə başlamışıq. Müəssisə gəlirlə işləyə bilmir. Yenicə fəaliyyətə başladığımız üçün təsisçi tərəfindən müəssisəyə mütəmadi olaraq borc verilir. Müəssisə hələlik tam gücü ilə fəaliyyətə başlamayıb. Müəssisənin yaranmasından cəmi 4 ay müddəti keçməsinə baxmayaraq müəssisəyə yüksək məbləğdə qanunsuz cərimə yazılıb. Bu tamamilə ədalətsizlikdir və sahibkarlıq fəaliyyətini iflic vəziyyətə salır. Bu baxımdan tərtib edilmiş xx.xx.2024-cü il tarixli OVN aktı tamamilə qanunsuz olduğu üçün müəssisəyə hesablanmış maliyyə sanksiyasının ləğv edilməsini Sizdən xahiş edirik.”
7. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı MMC-yə məxsus obyektdə keçirilmiş X5 nəticəsində tərtib olunmuş sənədlərin təsdiq olunmuş surətinin və X5 zamanı çəkilmiş video çəkilişlərin təqdim olunması barədə məhkəmənin sorğusuna cavab olaraq verilmiş 11 sentyabr 2024-cü il tarixli məktubda obyektdə keçirilmiş operativ nəzafrəti zamanı video çəkilişin aparılmadığı qeyd olunaraq OVN nəticəsində tərtib olunmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli **********9457 nömrəli və xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müəssisə xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmış, 2023-cü ilin noyabr ayından etibarən fəaliyyətə başlamışdır. Müəssisə mikrosahibkarlıq subyekti statusunda olmaqla sadələşdirilmiş verginin ödəyicisidir. Əsas fəaliyyət sahəsi ətriyyat və kosmetika mallarının pərakəndə qaydada əhaliyə satılmasıdır. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq müəssisənin işçiləri ilə əmək müqaviləsi imzalanmış, mağazada nağd pul hesablaşmalarının aparılması üçün nəzarət-kassa aparatı quraşdırılmış, mallar elektron qaimə faktura əsasında əldə edilmiş və qanunvericiliyin bütün digər tələblərinə əməl edilmişdir. Hər hansı hüquqi əsas olmadan Bakı şəhəri X5 və Uçotun Təşkili Baş idarəsinin (bundan sonra cavabdeh) xx.xx.2023-cü il tarixli **********9457 nömrəli qərarına əsasən müəssisədə X5 həyata keçirilmiş, yoxlamanın predmetini nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət təşkil etmişdi. Nəticədə müəssisə barəsində əsassız olaraq xx.xx.2024-cü il tarixli, **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və müəssisəyə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdi. Aşağıda qeyd edilən hüquqi əsaslara görə cavabdehin xx.xx.2023-cü il tarixli **********9457 nömrəli və xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarları tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. İlk növbədə qeyd edilir ki, vergi yoxlaması ilə bağlı qərarlar, aktlar və reyestrdən çıxarışlar yoxlama zamanı iddiaçıya təqdim edilməmiş və yalnız onlayn qaydada cavabdeh tərəfindən sonradan iddiaçıya göndərilmişdi. Yoxlama zamanı cavabdehin işçisi yalnız özünün xidməti vəsiqəsini göstərmiş, vergi yoxlaması barədə qərar və yoxlamaların reyestrindən çıxarış iddiaçıya təqdim edilməmişdi. Eyni zamanda yoxlama nəticəsinə dair akt da iddiaçının məlumatı olmadan tərtib edilmiş və həmin akta iddiaçının qeydlərinin əlavə edilməsi üçün şərait yaradılmamışdı. Nəzərə alınmalıdır ki, X5nin həyata keçirilməsi üçün hüquqi əsaslar AR VM-nin 50.2-ci maddəsində konkret olaraq göstərilmişdi. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli KY242089260 yoxlamaların vahid reyestrindən Çıxarışa əsasən vergi nəzarətinin keçirilməsi üçün əsas olaraq cavabdeh AR VM-nin 50.2.2-ci maddəsini (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar) qeyd etmişdi. Lakin buna baxmayaraq müəssisə tərəfindən vergi qanunvericiliyin pozulması hallan baş vermədiyi halda müəssisədə cavabdehin yoxlama keçirməsi hər hansı hüquqi əsasın olmadığına dəlalət edir. Yəni yoxlama qərarını qəbul etmiş cavabdeh belə qərarın qəbuluna əsas olan mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların nədən ibarət olmasını qərarda göstərməmiş və bu hala dair hər hansı sübutu iddiaçıya təqdim etməmişdir. Cavabdehin əsas hüquqlarından biri vergi ödəyicilərində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsidir, lakin bu hüquqlar kortəbii şəkildə öz mülahizəsinə əsasən deyil, məhz vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslar rəhbər tutulmaqla həyata keçirilə bilər. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2024-cü il tarixli **********171000 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydalarının" 1.5.2-ci bəndinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar dedikdə, ümumilikdə, doqquz istiqamət üzrə əldə edilən məlumatlar nəzərdə tutulur. Lakin hazırkı yoxlama qərarı qəbul edilərkən hansı məlumatların rəhbər tutulması məlum deyil və belə məlumatlar yoxlama keçirilməsi barədə qərarda da göstərilməmişdi. Beləliklə, xx.xx.2023-cü il tarixli **********9457 nömrəli qərar vergi qanunvericiliyində müəyyən edilmiş hüquqi əsaslar olmadan sadəcə cavabdehin şəxsi mülahizəsinə əsasən qəbul edildiyi üçün tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli **********209 nömrəli qərarı da maddi hüquq normalarının tələblərinin pozulması nəticəsində qəbul edildiyi üçün tamamilə qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında tərtib edilmiş xx.xx.2024-cü İl tarixli DVX 035476 nömrəli aktda qeyd edilənlər tamamilə yalandı. Bəhs edilən aktda qeyd edilmişdir ki, guya xx.xx.2024-cü il tarixində saat 13:08-də müəssisəyə məxsus mağazada müştəri tərəfindən 1 ədəd dodaq boyası ( pomada) üçün 0.50 qəpik vəsait ödənilmişdi. Bu zaman müştərinin ödədiyi həmin məbləğ NKA-da mədaxil olunmamış və müştəriyə çek təqdim edilməmişdi. Bu baxımdan qeyd edilir ki, aktda qeyd edilən saatın radəsi qaralama ilə düzəlişə məruz qalmışdı. Ümumiyyətlə, aktda qeyd edilən saatda mağazada heç bir müştəri olmamış, digər tərəfdən aktda konkret müştəridən bəhs edilsə də, onun kimliyi barədə hər hansı məlumatlar aktda öz əksini tapmamışdır. Bu da aktın qanunsuz tərtib edildiyini göstərir. Bununla yanaşı guya aktın imzalanmasından iddiaçının imtina etməsi barədə qeyd edilənlər də tamamilə yalandır. Belə ki, cavabdehin əməkdaşları mağazada olan zaman yalnız müəssisənin satıcı əməkdaşı orada olmuşdur. Müəssisənin direktoru xidməti fəaliyyəti (yeni malların araşdırılması məqsədilə) ilə əlaqədar olaraq mağazadan kənarda olmuşdu. Bu zaman mağazanın yerləşdiyi əraziyə təsadüf nəticəsində yaxın məsafədə olan müəssisənin təsisçisi (sahibi) X1 zəngi əsasında mağazaya yaxınlaşmışdır. Həmin zaman satıcının verdiyi məlumata və sənədə əsasən təsisçi cavabdehin əməkdaşına hər hansı qanun pozuntusu olmadığını bildirmiş və müştərilərdən alınan məbləğlərin hər zaman və tam məbləğdə NKA-na mədaxil edildiyini bildirmişdi. Həmçinin, alınmış mallara görə NKA çekini götürməyən və tələb etməyən müştərilərin çekləri isə mağazadakı NKA-nın aşağı hissəsində yerləşdirilmiş zibil qutusuna atıldığı satıcı tərəfindən cavabdehin əməkdaşının diqqətinə çatdırılmışdır. Bu səbəbdən cavabdehin əməkdaşına məhz hansı mala dair çekin tələb edildiyi barədə sual verilmiş ona satıcı tərəfindən ən yaxın tarixə aid çeklərin məlumatları təqdim edilmiş və tələb edilən çeklərin həm zibil qutusundan, həm də çekin surətinin NKA-nin yaddaşından əldə edilə biləcəyi cavabdehin əməkdaşının diqqətinə çatdırılmışdı. Lakin cavabdehin əməkdaşının məqsədi müəssisəyə qanunsuz maliyyə sanksiyasının yazılması olduğuna görə heç bir suala cavab verməmiş, istəyinin hansı çeklə bağlı olduğunu bildirməmiş və satıcını aldararaq onun diqqətinin yayınmasından istifadə etməklə satıcının razılığı və məlumatı olmadan daha əvvəlki tarixdə NKA-ya mədaxil edilmiş dodaq boyasına dair 0.50 qəpik məbləği özbaşına və qanunsuz olaraq yenidən NKA-ya mədaxil etmişdi. Bununla da guya mədaxilin bərpa edildiyini iddia etmişdi. Bu faktlar yoxlama aktı iddiaçıya onlayn qaydada göndərildikdən sonra məlum olmuşdur. Daha sonra hadisə yerinə müəssisənin təsisçisi gəlmiş və satıcının verdiyi məlumata istinadən cavabdehin əməkdaşlarına pozuntunun olmaması barədə narazılığını bildirmişdi. Həmin görüş zamanı hər hansı akt tərtib edilməmiş, ona və ya satıcıya təqdim edilməmişdir. Əgər təqdim edilsəydi onlar hansı çekdən və ya müştəridən bəhs edildiyindən məlumatlı olar, aktın qanunsuz olması barədə həmin aktda xüsusi qeydlərini əlavə edərdilər. Lakin bu zaman aktın mötəbərsizliyi sübut olunacağına görə onlara hər hansı akt təqdim edilməmiş və aktda qeydlər aparmağa imkan yaradılmamışdır. Nəticədə, aktın hansı şəraitdə və nə vaxt tərtib edildiyi iddiaçıya məlum olmamışdır. Buna baxmayaraq bir müddət sonra akt, yoxlama qərarı və yoxlamaların vahid reyestrindən çıxarış onlayn şəkildə müəssisənin vergi kabinetinə göndərimişdi. Bu zaman iddiaçı aktın mövcudluğundan xəbər tutmuşdur. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli **********583200 nömrəli məktub göndərilmiş və pozuntular əks etdirilməklə aktın qanunsuzluğu bir daha cavabdehin diqqətinə çatdırılmış, lakin müraciət üzrə hər hansı araşdırma aparılmamışdır. Buna baxmayaraq hər hansı təqsiri olmadan və pozuntuya yol verilmədiyinə baxmayaraq cavabdeh tərəfindən barə qanunsuz olaraq xx.xx.2024-cü il tarixli, **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdi. Həmçinin qeyd edilir ki, AR VM-in 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri öz əksini tapmalıdır. Lakin mübahisələndirilən qərarda iddiaçının dəlillərinə dair hər hansı münasibət də bildirilməmişdir. Bununla da maddi hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən hüquqi əsaslarla yanaşı iddiaçının qanunsuz hərəkətlərə yol verməsinin ağlabatan məntiqi əsasları da mövcud olmalıdır. Nəzərə alınsa ki , müəssisə əldə edilmiş gəlirindən məhz 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyir, belə olan halda tətbiq edilmiş 1000 manat maliyyə sanksiyasını gəlirin məbləği nisbəti ilə şərti müqayisə edilsə, bu 50.000 manat məbləğində əldə edilmiş gəlirə görə ödənilən sadələşdirilmiş verginin məbləğinə bərabərdi. Bu baxımdan qeyd edilir ki, şəhərin mərkəzindən kənarda yerləşən, az istehlakçıya xidmət edən, ümumi sahəsi 15-20 kv.m sahəyə malik olan və cəmi 5 ay ərzində fəaliyyət göstərməyə başlayan bir mağaza üçün 50.000 manat gəlirin əidə edilməsi absurd məsələdir. Başqa sözlə, malların dəyərini NKA-ya mədaxil etməməklə vergi ödəyicisinin 2 faiz vergini ödəmək istəməməsi və bunun əvəzində illərlə əldə edə bilməyəcək gəlirin vergisi məbləğində maliyyə sanksiyasına məruz qalmasını arzu etməsi reallıqdan kənardı və heç bir sağlam məntiqə sığmır. Yəni, maliyyə sanksiyası qərəzli olaraq iddiaçıya tətbiq edilib və dövlət büdcəsi adı ilə vergi ödəyicisi artıq vergi yükünə məruz qalmışdır. Belə qanunsuz hərəkət mikrosahibkar olaraq sahibkarlıq fəaliyyətini iflic vəziyyətinə salıb. Beləliklə, hər hansı pozuntuya yol verilməsi faktını və vergi ödəyicisinin təqsirini sübut edən hallar, habelə vergi yoxlamasının həyata keçirilməsini zəruri edən vergi qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olmadan cavabdeh tərəfindən müəssisə barəsində qanunsuz və əsassız qərarlar qəbul edilmişdir. Bu səbəbdən mübahisələndirilən qərarlar məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********9457 nömrəli “X5nin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almaz İldırım (Şüvəlan qəsəbəsi) 30 ünvanında yerləşən obyektdə xx.xx.2024-cü il tarixdə saat 13:08-də keçirilmiş X5 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, müştəri tərəfindən alınan 1 (bir) ədəd dodaq nəmləndiricisinə görə ödənilmiş 0,5 (əlli) qəpik pul vəsaitinin kassaya mədaxil olunmadığı, müştəriyə kassa çeki təqdim edilmədiyi aşkar edilmiş, uçotdan yayındırılmış məbləğ X5ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən saat 13:15-də 5 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa olunaraq “X” hesabatı alınmışdır. Eyni zamanda bərpa çekində nağd pul vəsaitinin və müştəriyə qaytarılan qalıq nağd pul vəsaitinin göstərilmədiyi müəyyən edilmişdir. Hansı ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin 50.8.10-cu və 50.8.11-ci yarımbəndlərinə əsasən ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. X5 zamanı vergi ödəyicisi iştirak etməmiş, X5 nəticəsində xx.xx.2024-cü il tarixli DVX seriyalı 035476 nömrəli akt tərtib edilmiş, özünü hüquqi şəxsin təsisçisi kimi təqdim edən X4 hüquqi şəxsin rəhbəri barədə məlumat verməkdən, qərar və tərtib olunmuş aktla tanış olub imzalamaqdan imtina etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2024-cü il tarixli **********7209 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********083200 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir.Beləliklə, X5 tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. İddiaçının ləğv edilməsini xahiş etdiyi xx.xx.2024-cü il tarixli **********9457 nömrəli “X5nin həyata keçirilməsi haqqında” Qərara münasibətdə isə bidirilir ki, iddia tələbi bu hissədə mümkün hesab edilməməlidir. Belə ki, sözügedən qərar iddiaçı üçün heç bir hüquqi nəticə yaratmadığından müstəqil inzibati akt kimi məhkəmə qaydasında mübahisələndirilə bilməz.
11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinin İddiaçı MMC-də “X5nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili cavabdehin “X5 keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********9457 nömrəli qərarının tarixinin səhvən xx.xx.2023-cü il kimi qeyd edilməsini texniki xəta kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən qərarın tarixinin yanlış göstərilməsini formal xəta kimi nəzərə almış və iddianın dəqiqləşdirilməsinə zərurət görməmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi “X5nin həyata keçirilməsi haqqında” qərar inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan inzibati icraat haqqında qanunverciliyin normalarından göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. X5nin keçirilməsi haqqında qərar isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Bu mənada ki, sözügedən qərar cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək X5nin həyata keçirilməsini nizama salan, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamış konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Mübahisələndirilən qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, X5nin həyata keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. X5nin keçirilməsi nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsi ilə qəbul edilmiş qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaradır və həmin icraatın gedişində qəbul edilən yeganə inzibati akt X5nin nəticələri üzrə qəbul edilən qərardır.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət etmək hüququ dedikdə, şəxsin onun hüquqlarına müdaxilə edilən hallara qarşı hüquqi münasibətini bildirmək imkanını nəzərdə tutulur. Lakin hazırki halda cavabdehin qəbul etdiyi qərarların hər ikisinin qanunsuz olmasına baxmayaraq İddiaçı xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmaqla 2023-cü ilin noyabr ayından etibarən fəaliyyətə başlamışdı. Fəaliyyəti kosmetik məhsulların pərakəndə satışı olmuşdu. Fəaliyyəti müddətində vergi və digər qanunvericilik aktlarının tələbinə tam riayət etmişdi. Buna baxmayaraq hər hansı hüquqi əsas və vergi qanunvericiliyində nəzərdə tutulan hallar olmadan cavabdeh tərəfindən iddiaçıda operativ vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2024-cü il tarixli **********9457 nömrəli qərar qəbul etmişdi. Yoxlamanın nətciəsi olaraq isə cavabdeh tərəfindən qanunsuz və qərəzli olaraq xx.xx.2024-cü il tarixli **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və iddiaçıya 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdi. Nəticədə , iddiaçı hər iki inzibati qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-1(112)-8898/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş və cavabdehin xx.xx.2024-cü il tarixli **********209 nömrəli " Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı ləğv edilmişdi. Buna baxmayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-8898/2024 nömrəli qərardadı ilə operativ vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2024-cü il tarixli **********9457 nömrəli qərarının ləğv edilməsi hissəsində isə iddia mümkünsüz sayılmışdı. Hazırdaiddiaçı iddianın mümkünsüzsayılması hissəsində birinci instansiya məhkəməsinin qərardadını mübahisələndirir. ci, 48-ci, 58.7-ci , 68.2-ci və 74 –cü maddələri. “İnzibati icraat haqqında” qanunun 61-ci, 67-ci maddələri. AR VM-nin 50.2.2-ci , 50.3-cü , 62.1- ci maddələri onlardan birinin haqlı olaraq ləğv edilməsi , digərinə isə münasibətdə iddianın əsasssız olaraq mümkünsüz hesab edilməsi iddiaçının məhkəməyə müraciət hüququnun əlçatanlığına məhdudiyyət yaradır. Belə bir haldan cavabdeh dəfələrlə istifadə edə , qanunsuz olaraq əsas olmadan vergi yoxlaması qərarı qəbul edə və nəticəsi olaraq qanunsuz maliyyə sanksiyası tətbiq edə bilər. Hazırki işin hallarını nəzərə alsaq maliyyə sanksiyası ləğv edildiyinə görə cavabdehdə iddiaçıya münasibətdə daha da aqresiv və qıcıqlandırıcımövqe formalaşmışdı. Bu səbəbdən əsaslar olmadan cavabdeh dəfələrlə iddiaçının fəaliyyətinə yersiz müdaxilə etməyə cəhd edəcəkdi. Birinci instansiya məhkəməsinin iddianın mümkünsüz sayılması ilə bağlımövqeyi belə olmuşdur ki, “X5nin həyata keçirilməsi haqqında” Qərar iddiaçı üçün heç bir hüquqi nəticə yaratmadığından müstəqil inzibati akt kimi məhkəmə qaydasında mübahisələndirilə bilməz. Hesab edirik ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdi. Belə ki, hüquqi nəticə deyildikdə , təkcə maddi öhdəliklər nəzərdə tutulmur. Lakin məhkəmənin gəldiyi qənaətə görə xx.xx.2024-cü il tarixli **********209 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarı iddiaçı barəsində maddi öhdəliklərin icrası bağlı hüquqi nəticə yaratdığına görə həmin qərar mübahisələndirilə bilər. Lakin “X5nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9457 nömrəli qərar belə bir hüquqi nəticə yaratmadığına görə məhkəmə qaydasında mübahisələndirilə bilməz. Aydın olduğu kimi belə yanaşma tamamilə səhvdi və maddi hüquq normalarının düzgün olmayan tətbiqindən qaynaqlanır. Bu baxımdan mübahisələndirilən qərar aralıq inzibati akt hesab edilmir və həmin qərardan verilən şikayətə mahiyyəti üzrə baxılmalıdır. Digər tərəfdən qeyd edək ki, yoxlamanın keçirilməsi barədə qərardan verilən şikayət hissəsində iddia tələbi mümkünsüz hesab edilsə də, iddia tələbinin təmin edilməsi barədə məhkəmənin qəbul etdiyi xx.xx.2024-cü il tarixli e-2-1(112)-8898/2024 nömrəli qərarında məhkəmə operativ vergi yoxlamasının keçirilməsi haqqında qərara hüquqi münasibət bildirmiş, bu qərarın qanunsuz olduğunu müəyyən etmiş və bu barədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya instansiyasıməhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran qərarlarına da istinad edilmişdi. Belə olan halda operativ vergi yoxlamasının keçirilməsi barədə qərara aid hissədə iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsi ağlabatan deyil. Həmçinin nəzərə alınmalıdır ki, X5nin keçirilməsi barədə qərarların əsaslandırılmadan qəbul edilməsi ilə bağlı sabit və vahid məhkəmə təcrübəsi mövcuddur. Bununla bağlı olaraq iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilmiş və ərizəyə 5 ədəd kassasiya instansiyasıməhkəməsinin qərarları əlavə edilmişdi. Eyni zamandan hazırki apellyasiya şikayətinə də həmin qərarlardan əlavə kassasiya instnasiyasıməhkəməsinin qəbul etdiyi 4 ədəd yeni məhkəmə qərarı əlavə edilmişdi. Hətta , mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla artıq cavabdehin kassasiya şikayətlərinin qəbulundan imtina barədə qərardadlar da qəbul edilməyə başlamışdı. Hazırki məhkəmə təcrübəsi baxımından da apellyasiya şikayətimiz əsaslıdır və təmin edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə qəbul edilmiş qəradad qanunsuzdur və ləğv edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
14. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
31. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
34. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
36. İş materiallarında olan “X5nin keçirilməsi haqqında” 07 mart 2024-cü il tarixli **********9457 nömrəli Qərardan görünür ki, Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələri əsas tutularaq ixtisaslaşmış mağazalarda kosmetika və ətriyyat mallarının pərakəndə satışı ilə məşğul olan “X8» MMC-yə məxus mağazada nağd pul hesablaşmalarının qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X5nin keçirilməsi qərara alınmışdır. İddiaçı isə qeyd edilən qərarın qanunsuz olduğunu iddia edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
37. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
38. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
40. Məhz bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar inzibati aktın hüquqi təbiətinə diqqət yetirilməsini zəruri hesab edir.
41. Belə ki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür.
42. İnzibati akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslər üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
43. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
45. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır.
46. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir.
47. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.
48. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.
49. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.
50. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.
51. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iddiaçının mübahisələndirdiyi və inzibati orqan tərəfindən X5nin həyata keçirilməsi haqqında qərar inzibati akt keyfiyyətlərinə malik deyildir. Belə ki, həmin qərar iddiaçı barəsində hüquqi nəticə yaratmır. Həmin qərar yalnız X5nin həyata keçirilməsini nizama salan, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamış konkret icraatın təşkili və həyata keçirilməsi xarakteri daşıyan sənəddir. Bu qərar özlüyündə yeni bir hüquqi vəziyyət (hüquqi nəticə) yaratmır.
52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi “X5nin həyata keçirilməsi haqqında” qərar inzibati akt hesab edilə bilməz. Çünki, yuxarıda istinad olunan inzibati icraat haqqında qanunverciliyin normalarından göründüyü kimi, inzibati akt müəyyən tələblərə cavab verməlidir. Başqa sözlə, həmin akt publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. X5nin keçirilməsi haqqında qərar isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Bu mənada ki, sözügedən qərar cavabdeh vergi orqanı tərəfindən qəbul edilərək X5nin həyata keçirilməsini nizama salan, lakin vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmamış konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Mübahisələndirilən qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Belə ki, X5nin həyata keçirilməsi vergi orqanının Vergi Məcəlləsi ilə müəyyən edilmiş diskresion səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır
53. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, “X5nin həyata keçirilməsi haqqında” qərardan məhkəməyə şikayət verilə bilməsi üçün qərarın inzibati akt keyfiyyətlərinə malik olması zəruridir ki, hazırkı işdə mübahisələndirilən qərar yuxarıda qeyd edilənlərə əsasən inzibati aktın əlamətlərinə uyğun gəlmir. Beləliklə də, hazırkı iş üzrə mübahisə predmeti olan tələbin icraya yönəlməsi barədə qərar inzibati akt olmadığından həmin aktın mübahisələndirilməsi də yolverilməzdir.
54. Analoji işlər üzrə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da öz əksini tapmışdır.
55. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.