Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2043/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, üçüncü şəxs X2 və vəkili X1 iştirakı ilə, İİddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə (3-cü şəxs: X4) qarşı “torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2033/2018 saylı qərarı ilə maraqlarına toxunan X2 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2033/2018 saylı xx.xx.2022ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 (səkkiz yüz) kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2033/2018 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 (səkkiz yüz) kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsinin Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarla maraqlarına toxunan işdə iştirak edilməyə cəlb edilməyən X4 xx.xx.2021–ci il tarixинdə vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı onun iştirakı və məlumatı olmadan qəbul edilmişdir. Həmin qərar bilavasitə onun mülkiyyət hüquqları pozulmaqla qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2033/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2033/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmiş, X4 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Narazı qalan İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və X2 vəsatətinin təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (iddiaçı və cavabdeh) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək təmin olunmamasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalıdır. Belə ki, İPM-in 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Konkret halda isə iddiaçının apellyasiya şikayətinin mümkün sayılması üçün əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında şərh etmişdir ki, məsələ qanunvericidik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. İşə baxan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə də məhz, prosessual qanunvericiliyin qeyd olunan tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarı ilə İPM-in 28-ci maddəsinə verilən şərhя uyğun olaraq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarı ilə X2 maraqlarına toxunduğu müəyyən edilmiş və onun vəsatəti təmin edilərək həmin qərar ləğv olunaraq N.Həsənov üçüncü şəxs kimi işə cəlb edilmiş və iş üzrə icraatı təzələmişdir. Konkret halda, narazı qalan İddiaçı birinci instansiya məhkəməsinin həmin N.Həsənovun üçüncü şəxs qismində işə cəlb olunması barədə qərardadından apellyasiya şikayəti versə də prosessual qanunvericiliklə, üçüncü şəxs qismində işə cəlb olunma (və iş üzrə icraatın təzələnməsi) barədə məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Məcələnin 28.4-cü maddəsinin imperativ tələbinə görə inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Belə olan halda, iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin X2 üçüncü şəxs qismində işə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayəti üzrə apellyasiya icraatının mümükünlüyü istisna edilir. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri təsdiq olunmur. Bu baxımdan onun şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, iddiaçının şikayəti üzrə apellyasiya mümkün sayılmamalı, icraata qəbul edilməsindən imtina olunması və geri qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 83.6-cı maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Yuxarıda göstərilənləri və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2033/2018 saylı xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2043/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2043/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver