Məhkəmə qərarları › İş №2-1(103)-2043/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2043/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2043/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X56 Oruczadənin sədrliyi və məruzəsi ilə, X35 və X36 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X24, Üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X37 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdar qarşı X37 üçüncü şəxs qismində göstərilməklə çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən evə dair X17 adına DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və İddiaçı adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 4 ünvanında yerləşən evə dair X17 adına DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi və X12 (və ya onun oğlu İddiaçı) adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1955-ci ildə Bakı şəhəri ünvan 5 ünvanına aid xx.xx.1975-ci il tarixli 14707 saylı orderdə atası X30, onun arvadı X45 və İddiaçı adları qeyd olunmuşdur. Bu da onun, yəni İddiaçı X12 varisi olduğunu göstərir. Dövlət Arxivinin Bakı Fililalı tərəfindən verilən arxiv arayışında atası X30 və onunla birlikdə 3 ailə üzvünün olduğu qeyd olunmuşdur ki, bunlardan biri odur. Bu da onun İddiaçı X12 varisi olduğunu göstərir. Dövlət Arxivi tərəfindən verilən arxiv arayışında atası X12 atası İddiaçıəli Zal oğlu olması göstərilmişdir. Yəni onların ailləliklə Rüstəmov olduğu bununla təsdiq olunmuşdur. Qarşı tərəf (iş üzrə üçüncü şəxs) isə Vəliyevdir. Təqdim etdiyi doğum haqqında şəhadətnamədə ata qrafasında X60 oglu qeyd olunmuşdur. Bu da onun da İddiaçı X12 varisi olduğunu göstərir. Təqdim etdiyi X12 İddiaçı atalığının müəyyən edilməsi haqqında şəhadətnamədə onun atası X30 olması öz əksini tapmışdır. Bu sənədə əsasən İddiaçı X12 tək oğlu və tək varisidir. Ölüm haqqında şəhadətnamədə atası X12 xx.xx.1986-cı ildə öldüyü qeyd olunmuşdur. Ölüm haqqında şəhadətnamədə X25 xx.xx.2006-cı ildə dünyasını dəyişdiyi qeyd olunmuşdur. Sənədlərdən görüdüyü kimi X12 tək varisi odur. X12 adında olan xx.xx.1975-ci il tarixli, 14707 saylı ünvan 6 ünvanına aid olan orderə əsasən bu evin adına çıxarış almaq üçün əvvəlcə X12 adına daha sonra onun oğlu İddiaçı adına alınmalıdır. Bakı şəhəri Qaradağ rayon 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi X6 Rayonu Qızıldaş qəsəbəsi ev 24, mənzil 2 ünvanına aid olan mənzili X13 adına çıxarış almaq üçün yəni bu işi qanuni yolla həll etmək üçün ondan xx.xx.2021-ci il tarixli, 7586 saylı etibarnamə almışdır. Lakin o, onun qeyri qanuni addımlar atdığını anlayaraq ona verdiyi etibarnamənin xitam verilməsi üçün müraciət etmişdir. Hüseynbala Əliyev bu məsələdə maraqlı şəxs qismində çıxış edərək ünvan 6 ünvanına aid olan mənzili X13 adına çıxarış almaq üçün qeyri qanuni yollarla sənədlər təqdim etmiş və bu ev üçün çıxarış almışdır. Hesab edir ki, bu prosesdə qanun pozuntusu olmuşdur. Çünki ilk öncə çıxarış X12 adına verilməsli, daha sonra isə onun varisinin yəni İddiaçı adına Daşınmaz əmlakın Dövlət Reyestrindən alınmış çıxarış əldə edilməli idi. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən müvafiq sənədlərin əldə edilməsində ona çətinliklər yaradılmasaydı o, vərəsəlik və ünvan 6 ünvanına aid olan mənzilin Çıxarış əldə edilməsinə nail olardı. Bu məsələ ilə əlaqadar Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən müvafiq sənədlərin əldə edilməsi üçün xüsusi ilə X12 ölümünə qədər yaşadığı evdə kimlərin olduğunu və ölümündən sonra kimlərin nəzərdə tutulan evdə yaşadıqları ilə bağlı arayış istəmişdir, nəticədə ona iki arayış verilmişdir ki, bunlar da bir-birinə ziddiyət təşkil edir. 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda Nümayəndə 1980-ci ildən nəzərdə tutulan evdə yaşadığı göstərilsə də, digər 258 saylı. xx.xx.2022-ci il tarixli arayışda 1986-cı ildə nəzərdə tutulan evdə qeydiyyatda olduğu göstərilmişdir ki, bu da həqiqəti göstərmir. Həmçinin 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvlərinin nəzərdə tutulan evdə yaşadıqları göstərilsə də, 250-saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvləri ilə yanaşı Vəliyevlər ailəsinin üzvləri qeyd olunmuşdur. Həmçinin 250-saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarda X18 adı yoxdur. X39 nəzərdə tutulan evdə evin alnıdığı gündən X8 qədər yaşamışdır. O, həm qeydiyyatda olmuşdur, həm də, xx.xx.1975-ci il tarixli 14707 saylı ünvan 6 ünvanına aid olan orderində adı olmuşdur. Yəni orderdə 3 ailə üzvü göstərilmiş, dördüncü olmamışdır. Bu da onun İddiaçı X12 tək varisi olduğunu göstərir. X52 doğum şəhadətnaməsinə diqqətlə baxılarsa burada görünür ki, X30 ona həm soyadını, həm də atalığını verməmişdir. Eyni zamanda onun anasının qızlıq soyadı Sərkərovadır. X4r. Cavabdeh inzibati orqana 31 saylı Vəkil Bürosundan 31VB-2Q3/22 saylı, xx.xx.2022-ci il tarixli sorğu əsasında qeyd olunan ünvana aid məlumat və sənədlərin surətinin verilməsi barədə xahiş olunmuşdur. Məlumatda ünvan 7 ünvanı xx.xx.1975-ci il tarixli orderin surəti, ünvan 8 BA-02086-2022 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışı və razılıq ərizələri əsasında xx.xx.2022-ci il tarixindən X19 adına qeydiyiyata alınması və mülkiyyətində olması göstərilmişdir. Həmçinin ona təqdim edilən bu sənəddə qeyd olunmuşdur ki, sənədlərin surətini məhkəmə sorğususu əsasında təqdim edilə bilər. Burada diqqəti çəkən BA-02086-2022 saylı. xx.xx.2022-ci il tarixli arxiv arayışıdır. Qaradağ rayonu. Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən alınmış 250 saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarla bağlı müqayisə aparılarsa burada çox böyük ziddiyətlərin olduğu görünər. Məsələn Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 250 saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarda X18 adı yazılmayıbdır. Bu anlamda BA-02086- 2022 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışı həqiqəti əks etdirilməsi şübhə yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı (hakim N.Abıyev) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib, ünvan 3 ünvanı X40 üçün alınmış evin AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış çıxarışın ləğv edilməsi və X12 adına çıxarışın verilməsi ilə əlaqədar qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, 8 saylı Dövlət Notariat Kontorunda olan X31 tərəfindən təqdim olunmuş vərəsəliklə bağlı sənədlərin sorğu əsasında məhkəməyə təqdim edilməsi ilə əlaqədar müraciət etdiyi halda məhkəmə tərəfindən sorğu göndərilməmişdir. AR ƏN Bakı şəhəri, Qaradağ rayonu 8 saylı Dövlət Notariat Kontoruna Məhkəmə prosesində iştirakı ilə bağlı müraciət edilib. Bakı şəhəri, Qaradağ rayonu 8 sayli Dövlət Notariat Kontorunun rəhbəri Vəsilə Nəcəfova məhkəməyə göndərdiyi məktubunda Qaradağ rayonu Qızldaş qəsəbəsi ev 24. Mənzil 2 ilə bağlı bütün sənədlərin Məhkəməyə 10 yanvar 2023-cü il tarixli 44 saylı məktubunda göndərdiyini bildirir. X5 tərəfindən Qaradağ rayonu Qızldaş qəsəbəsi ev 24. Mənzil 2 ilə bağlı təqdim olunmuş vərəsəliklə bağlı sənədləri göndərməmişdir. Bu sübutların gizlədilməsi ilə əlaqədar vacib məsələdir. Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 250-saylı, xx.xx.2022-ci il tarixli və 258 saylı, xx.xx.2022-ci il tarixli arayışlarda X18 adı yazılmayıbdır. Digər tərəfdən 250 saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvlərinin burda yaşaması göstərildiyi halda 258 saylı, xx.xx.2022-ci il tarixli arayışda İddiaçı və onun ailə üzvlərinin burda yaşamasıyla yanaşı X46 və onun ailə üzvlərinin burda yaşaması göstərilir. (Qeyd. Nümayəndə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 250-saylı, xx.xx.2022-ci il tarixli Arayışda Qaradağ rayonu Qızıldaş qəsəbəsi ev 24. Mənzil 2 də 1980-ci ildən qeyddə olduğu göstərildiyi halda, 258 saylı, xx.xx.2022- ci il tarixli Arayışda 1986-cı il göstərilmişdir.) Bu da verilmiş arayışların bir birini tamamlamamasını göstərir. Bu onu göstərir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi bunu gizlətməklə bu məsələnin qanuni həll edilməsində maraqlı deyildir və bu da çox vacib bir faktdır. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilərkən Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 250-saylı, xx.xx.2022-ci il tarixli arayış nəzərə alınmışdır.(Qərardadın 8-ci səhifəsi) Lakin Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil-Kommunal İstismar Sahəsindən verilən 258 saylı, xx.xx.2022-ci il tarixli Arayış nəzərə alınmamış bu fakt və sübut sənəddə öz əksini tapmamışdır. Bu arayışlar bir-birinin əksini göstərməkdədir. Bu adil yanaşma deyildir. Qaradağ rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 saylı qərarı olan sənədində qeydiyyatdan çıxma ilə əlaqədar bir sıra ziddiyətli məqamlar var. 1. X7 olaraq göstərilmişdir. Məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində qeyd olunub ki, o X15r. Yəni atasının adı Məhəmməddir. X9 atası X10 ölüm haqqında arayışın surətində də bu öz əksini tapmışdır. Bu Arxiv sənədində böyük bir yanlışlığın baris bir nümunəsidir. 2. X1 adı yoxdur. Hansı ki, onu adı ORDERDƏ vardır. X30 ilə nikahı olmuşdur və ərinin vəfatına qədər onunla birlikdə yaşamışdır. O, X30 ilə nikahlı yoldaşı olduğu üçün həyat yoldaşının mirasına sahib olacaq əsas şəxslərdəndir. Bu məsələdə onun adının qeyd olunmaması bu sənədin hazırlanması zamanı qanun pozuntusu olmasının bariz örnəyidir. Sual olunur onun adı niyə yoxdur. 3. Arxiv sənədində X72 İddiaçı qardaşı olduğu yazılır. İgidalı ayrı addır, İgidəli ayrı addır. X3 (xx.xx.1956xx.xx.2001) Şamaxı Rayon Qeydiyyat şöbəsindən doğum haqqında arayış və Qaradağ Rayon Qeydiyyat şöbəsindən ölüm haqqında arayış üçün sorğu göndərilərsə, bunun təsdiqini görmək olar. X19 doğum haqqında arayışında atalıq qrafasının boş olmasını görmək olar. Ona ümümiyyətlə X30 tərəfindən atalıq verilməmişdir. Bütün qeyd olunanlar bu Arxiv sənədinin verilməsi zamanı kobud qanun pozuntularının olduğunu göstərir. Qərardadda göstərilir ki (7/8 səh.) “İşin yuxarıda qeyd olunan hallarını və qanunvericilik tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı DƏDKR 1 sayh ünvan 9 ünvanında yerləşən 2 saylı mənzillə bağlı Daşınmaz əmlakın aparılmış qeydlərin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil ”. Bu yanaşmaya etiraz edir. Belə ki, 1-cisi xx.xx.1975-ci il tarixli 14707 saylı ünvan 6 ünvanına aid olan ORDER-in surətinə diqqətlə baxılsa görmək olar ki, burada atası X30, onun həyat yoldaşı X45 və onun, yəni İddiaçı adları qeyd olunmuşdur. X63 adı yoxdur. Və bu nəzərə alınmalıdır. 2-cisi Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalına 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalı tərəfindən verilən arxiv arayışı xx.xx.2021-ci ildə təqdim edilmişdir. Burada atası X30 və onunla birlikdə 3 ailə üzvünün olduğu qeyd olunmuşdur ki, bunlardan biri odur. Yəni burada 4-cü şəxs yəni Vəliyev İsmayılın adı yoxdur. 3-cüsü təqdim etdiyi doğum haqqında şəhadətnamədə ata qrafasında X30 qeyd olunmuşdur. Bu da onun İddiaçı X12 varisi və oğlu olduğunu göstərir. X73 doğum haqqında şəhadətnaməsində atalıq qrafası boşdur. Qarşı tərəf bunu təsdiq edən hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir. Burada Bakı İnzibati Məhkəməsi bu məsələnin hüququ mahiyyətini araşdırmadan öz qərarını vermişdir. Qərardadda göstərilir ki (7/8 səh.) “126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 58 saylı arayışın surətindən müəyyən olunur ki, X30 ölən günə kimi ünvan 6 ünvanında olmuş və yaşamışdır. Eyni zamanda arayışda həmin ünvanda ölən gündən bugünədək və hal-hazırda X57, X37, X58, X47, X42, X33, X34, X20 qeydiyyatda olduğu və yaşadığı qeyd olunmuşdur.” Bu yanaşmaya etiraz edir. 1-cisi X70 qtzgX12 həyat yoldaşı olmağına baxmayaraq ölən günə qədər və sonra ünvan 10 ünvanında yaşamasına baxmayaraq 126 saylı MKİS tərəfindən 20.10. 2022-ci il tarixdə verilmiş 250 saylı və 126 saylı MKİS tərəfindən 03.01 2022-ci il tarixdə verilmiş 258 saylı arayışlarında onun adı öz əksini tapmamışdır. Bu sübutun gizlədilməsidir. 2-cisi 126 saylı MKİS tərəfindən 03 01.2022-ci il tarixdə verilmiş 258 saylı arayışın surətindən müəyyən olunur ki, X8 günə qədər ünvan 6 ünvanında İddiaçı və onun 6 ailə üzvü bu evdə yaşamışdır. Lakin Qərardadda bunlar qeyd olunmayıb. 3-cüsü 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 250 saylı arayışın surətindən müəyyən olunur ki, X8 günə qədər və sonra yalnız ünvan 6 ünvanında İddiaçı və onun 6 ailə üzvü yaşayıbdır. Vəliyev İsmayıl və onun ailə üzvlərinin adları burada yoxdur. Lakin Qərardadda bunlar qeyd olunmayıb. Digər tərəfdən Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə X19 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinə baxarkən növbəti saxtakarlığı görmək olar. Bu sənədlərin içərisində 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 247 saylı arayışın surətindən müəyyən olunur ki, X31 2001-ci ildən ünvan 6 ünvanında qeydiyatdadır. Arayışda digər ailə üzvlərinin də yaxın tarixdə qeydə alındığını görmək olar. Həmçinin ASAN 3-1 dən aldığı şəxsiyyət vəsiqəsində xx.xx.2005-ci ildən qeydə alındığını və X21 şəxsiyyət vəsiqəsinin xx.xx.2016-cı ildə verildiyi göstərilib. Bunun X60nin dünyasını dəyişdikdən 30 il keçəndən sonra alındığını görmək olar. Bütün bunlar Qərardadda qeyd olunanla üst-üstə düşmədiyini göstərir. Bütün bunlar 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 250 saylı və xx.xx.2022-ci il tarixdə verilmiş 258 saylı arayışlarda olan informasiyaların bir-birini əksi olduğunu göstərir. Belə ki, xx.xx.2022ci il tarixdə verilmiş 258 saylı arayışlarda X26 1981-ci ildə qeyddə olduğu göstərildiyi halda, 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 247 saylı arayışında 2001-ci ildə qeydə alındığı göstərilir. Bu 30 il deməkdir ki, bu da həqiqəti gizlətmək üçün edilmişdir. Yəni Məhkəmənin Qərardadda göstərdiyi kimi X40 və onun ailə üzvlərini X12 ölən günə kimi ünvan 6 ünvanında olmuş və yaşamışdır qeyd etməsi həqiqəti əks etdirmir. Buradan göründüyü kimi saxta sənədlər təqdim olunsa da Məhkəmə bu məsələləri düzgün araşdırmamışdır. Bu onu göstərir ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 126 saylı Mənzil- Kommunal İstismar Sahəsinin rəisi bunu gizlətməklə bu məsələnin qanuni həll edilməsində maraqlı olmamışdır. Bakı İnzibati Məhkəməsi isə bu məsələnin həllində araşdırma aparmadan qərar vermişdir. 5-cisi 126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 250 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı və onun ailə üzvləri X8 günə qədər ünvan 6 ünvanında yaşamışdır. Qaradağ rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 saylı qərarı olan sənədində görünür ki, Vəliyev İsmayıl və onun ailə üzvlərinə X30 öldükdən sonra bu sənəd verilmişdir. Bu da Qaradağ rayon Xalq Deputatları İcraiyyə Komutəsinin xx.xx.1989-cu il tarixli 38 saylı qərarında ziddiyət və saxtakarlığın olduğunu göstərir. Yəni onun tərtibi zamanı saxtakarlıq edilmişdir. Bakı İnzibati Məhkəməsi Qaradağ rayon Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 saylı qərarını əsas götürərək qərar vermişdir. Və bu da hər iki dövlət sənədinin bir-birini inkar etdiyini göstərir ki, bunlar da verilmiş Qərardadda öz əksini tapmamışdır. Qərardadda bütün yanaşmalar X16 xeyrinə göstərilmişdir. Hansı ki, bu məsələni aydınlaşdıran bütün sənədlər Məhkəməyə təqdim olunduğu halda bu məsələ obyektiv araşdırılmamış, məsələyə ciddi yanaşılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X48 və üçüncü şəxs X37 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması qənaətinə gələrkən hesab etmişdir ki, İddiaçı DƏDKR 1 saylı ünvan 12 ünvanında yerləşən 2 nömrəli mənzillə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydlərin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemindən məlumatdan müəyyən olunur ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 13 ünvanında qeydiyyatdadır. - DƏDKR 1 saylı ünvan 14 ünvanlanmış **********18 №-li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 15 ünvanı xx.xx.1975-ci il tarixli orderin surətinə, Bakı şəhəri 8 saylı notariat ofisinin məktubuna, BA-02086-2022 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2022-ci il tarixdə X19 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. - İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********29 №-li, xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 147077 nömrəli, xx.xx.1975-ci il tarixli orderi əsasında Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili X22 verilmişdir. Sonradan Qaradağ rayon XDS İK tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş 38 saylı qərarda Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 38 saylı evin 9 saylı mənzilinin X22 verildiyi, digər mənzildə isə (Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili) X17 və ailə üzvlərinin saxlanılması qeyd olunmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 saylı mənzili üzərində X17 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğularına əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********80 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - Qaradağ rayon İcraiyyə Komitəsinin xx.xx.1975-ci il tarixli 2 №li qərarına əsasən X12 adına verilmiş xx.xx.1975-ci il tarixli 147077 №li orderin surətindən görünür ki, qeyd olunan order X22 ailə üzvləri (arvadı X49 və oğlu İddiaçı) ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilinə köçmək üçün verilmişdir. - Qaradağ rayon X76 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarının surətindən müəyyən olunur ki, ailə üzvləri 6 nəfərdən ibarət olan İddiaçı, ailə üzvləri 5 nəfərdən ibarət olan qardaşı (X40) ilə birgə Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 28 kv. metrdən ibarət 2 otaqlı 2 №li mənzilində yaşadığı və İddiaçı çoxsaylı ailə kimi 14 avqust 1979-cu ildən ev növbəsində olduğu nəzərə alınaraq, ona (İddiaçı) 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə mənzil növbəliyi qaydasında ünvan 16 ünvanında 50,4 kv metrdən ibarət 9 №li mənzilin təqdim olunması, bununla əlaqədar onların (İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 24 saylı evin 2 №li mənzilindən qeydiyyatdan çıxarılmaları və həmin mənzildə onun qardaşı X19 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə qalmaları qərara alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən ümumi sahəsi 42,4 kv. metr olan ev 24, mənzil 2 xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 4089 nömrəli reyestr kitabının 381729 nömrəli vərəqində X19 adına qeydiyyata alınmışdır. Qaradağ rayon İcraiyyə Komitəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.1990-cı il tarixli 026788 №li orderin surətindən görünür ki, qeyd olunan order İddiaçı 6 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıl Daş qəsəbəsi, 38 saylı evin 9 №li mənzilinə köçmək üçün verilmişdir. Bakı şəhəri 8 saylı Notariat Ofisinin 44 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: - Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q69/69 №-li arayışın surətindən müəyyən olunur ki, X49 xx.xx.2006-cı ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2006-cı il tarixli 03 №-li akt qeydi tərtib olunmuşdur. - Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ №li, 435262 №-li Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 Xanım Qarakişi qızından doğulmuş İddiaçı atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 18-ci günündə 99 № ilə qeyd edilmişdir. - 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, X30 ilə X27 nikahı haqqında xx.xx.1976-cı il tarixdə 87 №-li akt qeydi tərtib olunmuşdur. Nikah Qaradağ rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikaha R.H.İgidəlinin xx.xx.1986-cı ildə ölməsi ilə bağı xitam verilmiş və ölüm xx.xx.1986- cı ildə 06 №-li akt qeydi ilə Bakı şəhər Qaradağ rayon Qızıldaş qəsəbə nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Qaradağ rayon İHB-nin Qızıldaş qəsəbə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 193506 №-li xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 xx.xx.1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1986-cı ilin 04 ayının 03-cü günündə 06 № ilə qeyd edilmişdir. -126 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmi 258 saylı arayışın surətindən müəyyən olunur ki, X30 ölən günə kimi ünvan 17 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Eyni zamanda arayışda həmin ünvanda ölən gündən bugünədək və halhazırda X57, X37, X58, X50, X42, X43, X34, X20 qeydiyyatda olduğu və yaşadığı qeyd olunmuşdur. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi, mübahisəli mənzilə dair adına xx.xx.1975-ci il tarixli order verilmiş şəxs X30 xx.xx.1986-cı ildə ölmüşdür. İddiaçı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ev 24 ünvanında yerləşən 2 №li mənzillə bağlı bütün hüquqlarına isə Qaradağ rayon X76 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 38 №li qərarı ilə xitam verilməklə yanaşı, o, ailəsi birlikdə digər bir bir mənzillə təmin olunması ilə əlaqədar qeyd olunan tarixdən mübahisəli mənzildən çıxmış və həmin vaxtdan mübahisəli mənzil 5 nəfərdən ibarət ailə üzvü ilə birlikdə X28 məxsus olmuşdur. Odur ki, kollegiya hesab edir ki, hazırki iş üzrə İddiaçı DƏDKR 1 saylı ünvan 9 ünvanında yerləşən 2 №li mənzillə bağlı Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydlərin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmamışdır. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd) İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3906/2023 saylı, 09 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar