Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2044/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qardaşı) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2404/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzi Filial tərəfindən verilmiş rədd cavabının qanunsuz hesab edilməsi, onun hüquq və azadlıqlarını pozan və məhdudlaşdıran halların aradan qaldırılması və 1991- 2004-cü illərdə işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının (“AMEA”) Fizika İnstitutu tərəfindən xaricdə ezamiyyətdə olduğu müddətin əmək stajına daxil edilməsi və əmək pensiyası hüququnun yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM 33.1). İşin faktiki hallarına görə iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş. Əmək pensiyasına çıxmaq üçün yaşı tamam olmuşdur. O, AMEA Fizika İnstitutunda xx.xx.1977ci ildən xx.xx.2005-ci il tarixinə kimi kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, xx.xx.2008-ci il tarixindən xx.xx.2018-ci il tarixinə kimi böyük elmi işçi vəzifələrində çalışmış, 25 il sığorta stajı vardır. Yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli akta əsasən onun xx.xx.1991-xx.xx.2004-cü illərdə xaricdə ezamiyyətdə olduğunu, bu müddət ərzində ona əmək haqqı ödənilmədiyini və bu səbəbdən həmin dövrün (13) il sığorta stajına əlavə edilməsini mümkün hesab etməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsini qeyri-mümkün hesab etmişdir. Narazı qalan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın qəbul etməmiş, iddiaçıya ünvanladığı imtinasında göstərilən əsaslara görə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2404/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı-xx.xx.1955-cı il təvəllüdlü İddiaçı Azərbaycan Milli Elmlər X3 tərəfindən ezam olunduğu xx.xx.1991-ci ildən xx.xx.2004-cü ilədək olan dövr onun əmək stajına daxil edilməklə, ona 65 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası üçün təyin olunması üçün müraciət etmişdir. Lakin onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-xx.xx.2005-ci illərdə işlədiyi AMEA”-nın Fizika institnda əmək haqqı almadığı üçün həmin dövr sığorta stajı kimi nəzərə alınmamış və xx.xx.2008-xx.xx.2018-ci illərdə işlədiyi dövrdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün yaşa görə əmək pensiaysı təyin edilməsindən imtina olunmuşdur. Çünki, həmin İnstitutda keçirilmiş qarşılıqlı yoxlama zamanı onun xx.xx.1977-ci il tarixli işə daxil olma əmri xx.xx.2004-cü il tarixli işdən azad edilmə əmri, 1991-ci il tarixdən ezamiyyət olması və həmin tarixdən əmək haqqı ödənilməməsi aşkar edilmişdir. AMEA Fizika İnstitutunun 23 dekabr 2021-ci il tarixli 029- 08/692 №-li məktubunda onun xx.xx.1991-ci il tarixdən 1 il 7 günlük əmək haqqının 60% saxlanmaqla, Türkiyəyə ezam olunması, xx.xx.1992-ci il tarixdən isə ezamiyyə müddətinin əmək haqqı ödənilmədən uzadılması göstərilmişdir. Həmçinin, AMEA tərəfindən təqdim olunmuş əmrlərdə iddiaçının xx.xx.1991-ci il tarixdən Türkiyəyə ezam edilməsi qeyd edilsə də, X4 Komissiyası Xarkov Dövlət Universitetinin İxtisaslaşdırılmış Elmi Şurasının 21 may 1993-cü il tarixli qərarı ilə elmi dərəcə, diplom 11 sentyabr 1997-ci il tarixdə Moskva şəhərində tərcümə olunmuşdur. Əlavə olaraq əmək kitabçasında 2008-2018-ci illərdə böyük elmi işçi vəzifəsində çalışdığı göstərilsə də sığrta haqları ödənilmədiyi üçün sığorta stajı kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.İsayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Q.Əliyev apellyasiya şikayətinə etiraz edərək, iddiaçının mübahisələndirilən dövrdə Türkiyədə işlədiyini və əmək haqqı almasına dair müvafiq arayış məhkəməyə təqdim edildiyini bildirərək şikayətə etirazını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (No:062999, Suraxanı RPİ) surətinə əsasən müəyyən olunur ki, xx.xx.1955-cı il tarixdə doğulmuşdur. Belə olan halda, onun xx.xx.2020-ci il tarixində Qanunun qeyd olunan 7-ci maddəsinin birinci şərtində nəzərdə tutulan pensiya yaş həddi 65 yaşı tamam olur. İş materiallarına əsasən onun 60 yaşının tamam olduğu həmin tarixə Qanunun qeyd olunan tələbinə müvafiq 25 il sığorta stajının da mövcudluğu müəyyən olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının 2021-ci ildə cavabdeh orqana müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Bundan əlavə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının2006-cı ilə qədər olan sığorta stajı əmək kitabçasına, bu olmadıqda və ya əmək kitabçasında lazımi olan qeydlər olmadıqda, işəgötürənin və ya arxiv arayışlarına əsasən hesablanır. İddiaçının işə əlavə olunmuş, 31 oktyabr 1977-ci il tarixdə doldurulmasına başlanılmış İT-1 ******* saylı əmək kitabçasının surətinin qeydlərinə, əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur : - xx.xx.1977-xx.xx.1987 Azərbaycan SSR Elmlər Akademiyası fizika institutunda 24 saylı laboratoriyanın kiçik elmi mütəxəssis ( 09 il 07 ay) - xx.xx.1987-xx.xx.1989 Azərbaycan SSR Elmlər Akademiyası nüvə fizikası laboratoriyasının elmi əməkdaşı ( 02 il) - xx.xx.1989-xx.xx.2005 baş elmi əməkdaş ( 15 il 10 ay) - xx.xx.2008-xx.xx.2018 böyük elmi işçi (09 il 10 ay 01 gün) Bundan əlavə, işdə olan AR Dövlət Unversiteti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli 01167 saylı diplomun surətinə əsasən iddiaçı 1972-1977-ci (5 il) illərdə həmin universitetdə “fizika” ixtisası üzrə ali təhsil almışdır. Həmin vaxt qüvvədə olan xx.xx.1956-xx.xx.1992) “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərind, sənət məktəblərində , başqa məktəblərdə və kadr hazırlayan kurslarda ixtisasartırma vəyenidən ixtisaskeçmə kupslarında, aspiranturada, doktoranturada, ordinaturalarda təhsil müddəti iş stajına daxil edilirdi. 2006-cı ilə qədər qüvvədə lan Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndində də eyni qayda nəzərədə tutulmuşdur. Bu baxımdan, iddiaçının 5 il ali təhsil müəssisəsindəki təhsil müddəti də onun sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1991-xx.xx.2005-ci illərdə işlədiyi AMEA”-nın Fizika institnda əmək haqqı almadığı üçün həmin illərin onun sığorta stajına daxil edilməyi bildirilir. Halbuki, həmin İnstitutun işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının xx.xx.1991-ci il tarixdən 1 il 7 gün əmək haqqının 60 faizi saxlanılmaqla Türkiyəyə ezam olunmuşdur. İnistutun xx.xx.2021-ci il 029-08/686 saylı digər arayışına əsasən isə müəyyən olunur ki, ona 1992ci il üzrə 4200,00 rubl əmək haqqı verilmişdir. Bundan əlavə, AMEA-nın Fizika İnstitunun qeyd olunan xx.xx.2021-ci il tarixli məktubuna, xx.xx.1991-ci il tarixli 136 saylı əmrinə, xx.xx.2021-ci il tarixli arayışına və İhəmin İnstitut tərəfindən ezam olunduğu X7 Texniki Universitetinin xx.xx.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktubuna əsasən müəyyən olunur ki, 1977- 2018-ci illərdə Fizika İnstitunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində işləmiş, ezamiyytdə olarkən də ona əmək haqqı ödənilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının 1991-2004-cü illərdə məcburi sosial sığorta haqlarını ödənilmədiyini mübahisələndirən dəlilləri ilə əlaqədar həmçinin onu da qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun bu Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının əmək kitabçası üzrə 1991-2004-cı illər üzrə iş stajı, məcburi sıbğorta haqqı ödənilmədiyi əsas tutularaq, sığıorta stajı kimi nəzərə alınmalıya bilməz. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh orqan iddiaçının xeyrinə olan halların araşdırılıb qiymət verməkdən çəkinmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də, iddiaçının ali təhsil müddəti də nəzərə alınmaqla, onun 1972-2004-ci illərdə onun 32 il 5 ay sığorta stajı toplanır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının mövcud olmadığını mübahisəlndirdiyi xx.xx.2008-xx.xx.2018-ci illər onun sığorta stajına daxil edilmədiyi halda belə, onun sığorta stajı kimi nəzərə alına bilən 25 ildən də çox stajı mövcuddur. Başqa sözlə, iddiaçıya 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin müəyyən etdiyi 2-ci şərti də ödənilir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehin inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi faktlar nöşteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir.Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2404/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2404/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-2044/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2044/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver