Məhkəmə qərarları › İş №2-1(103)-2044/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2044/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2044/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(113)-784/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı əmək kitabçasında qeyd edilən, xx.xx.1974-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi olan iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-784/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Əlizadə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək iddiaçının tələbinin cavabdeh tərəfindən məhkəmədən kənar təmin edildiyini və ona Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli **********3 nömrəli qərarı ilə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edildiyini və bu barədə məlumatın pensiya altsiteminə yerləşdirildiyini, beləliklə də tərəflər arasındakı mübahisənin aradan qaldırıldığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı həmin qərarla tanış olaraq, surətini almış və əmək pensiyası təyin edildiyinə görə iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməltidir. Belə ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsinə (vəsatətinə) və ona əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli **********3 nömrəli qərarı ilə iddiaçıya, onun hüququ yarandığı xx.xx.2021-ci il tarixdən əmək pensiyası təyin olunmuş, sonradan isə xx.xx.2023-cü il tarixli qərarı ilə pensiyasının yenidən hesablanması aparılaraq pensiyası 303,75 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının qeyd olunan mövqeyindən göründüyü kimi ona pensiya təyin olunduğuna görə işə xitam verilməsinə razıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar