Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2044/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X6 zının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 760/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sonradan isə iddia tələbi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardad ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanlarının (61-80%) pozulmasının müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulmasıtələb olunmuşdur. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək xidmət etmiş, xx.xx.2008-ci il tarixdə 4 aydan artıq xəstəliyi ilə əlaqədar vəzifəni yerinə yetirə bilmədiyinə görə tibbi-həkim komissiyasının rəyinə əsasən daxili xidmət çavuşu rütbəsində xidmətdən xaric edilmişdir. Belə ki, 2004-cü ildən iddiaçının səhhətində problemlər yaranmağa başlamış, 2005-ci ildə “WPW sindromunun əlavə yollarının destruksiyası”ndan əməliyyat keçirmişdir. xx.xx.2008ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 müayinə edilmişdir. Ona “WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrosistoliyası, neyrosirkulyator distoniya, iqoxondriya” diaqnozları qoyulmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 55 nömrəli xx.xx.2008-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə öz əksini tapmışdır. Nazirliyin Tibb Xidmətinin 1022 nömrəli xx.xx.2008-ci il tarixli rəyinə əsasən xəstəliklər və fiziki çatışmazlıqlar cədvəlinin İİ qrafasının 42b maddəsinə D təyinat qrupu üzrə xüsusi həkim ekspertiza komissiyasında şəhadətləndirilərkən xx.xx.2008-ci il tarixdə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişdir. Diaqnoz: ÜİX gərginlik stenokardiyası. WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrosistolik aritmiya. Həmin xəstəliyimlə əlaqədar ilk dəfə 2010-cu ildə stenokardiyanın digər formaları. ÜİX gərginlik stenokardiyası. Ürək çatışmazlığı diaqnozu ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə iddiaçı təkrar müayinədən keçmiş və eyni diaqnozla ona ikinci dərəcə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsindən hazırkı günədək iddiaçının səhhətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Əksinə xəstəlikləri daha da kəskinləşmişdir. Əlilliyi səbəbindən heç yerdə işləyə bilmir. 2022-ci il tarixdə təkrar müayinəyə dəvət olunmuş və müayinə nəticəsində ona təyin edilmiş əlillik ləğv edilmişdir. Səbəb kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Diaqnoz isə stenokardiyanın digər formaları. Vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət göstərilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 2005-ci ildə WPW sindromunun əlavə yollarının destruksiyasından əməliyyat keçirmiş, xx.xx.2008ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 müayinə edilmişdir. Ona “WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekslrosistoliyası, neyrosirkulyator distoniya, iqoxondriya diaqnozları qoyulmuşdur və həmin diaqnozlar əsasında da ona ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2008 xx.xx.2012, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016-cı-cı illərdə TSEK tərəfindən stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin edilmişdir. Lakin cavabdeh əsassız olaaq xx.xx.2022-ci il tarixində “120.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə imtina edilmişdir ...” İddia ərizəsinə etirarazında cavabdeh iddianın, şəxsi mülahizələri ilə əsaslanan əsassız iddia olduğunu qeyd edərək məhkəmədən rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-760/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır.Çünki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2008ci il tarixli 55 N-li xəstəlik haqqında şəhadətnamədən görünür ki,1995-2008-ci illərdə xidmətdə olan iddiaçı 2004-cü ildən xəstədir. 2005-ci ildə WPW sindromunun əlavə yollarının destruksiyasından əməliyyat keçirmiş, xx.xx.2008-ci il tarixdə AR Səhtyyə Nazirliyi X2 müayinə edilmiş, onun xstəliyi “WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrossistoliyası neyrosirkulyator distoniya, İqoxondriya.” diaqonozu ilə ehtiva olunur. Bundan sonra, iddiaçının əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Eekspertiza (“TSEK”) müayinələrinin nəticələrinə görə baş verən hadisələrin xronoloji ardıcıllığı aşağıdakılardan ibarət olmuşdur: - xx.xx.2008-ci il tarixində ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət diaqnozun mətni ilə ikinci dərəcə əlillik (ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət) təyin edilmiş”; - xx.xx.2012-ci il tarixində ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət diaqnozun mətni ilə ikinci dərəcə əlillik (ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət) təyin edilmiş; - xx.xx.2014-cü il tarixində ÜİX. Gərginlik stenok 2-3 f. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (2.2.1 Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı) təyin edilmiş; -xx.xx.2015-ci il tarixində stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin edilmiş; -xx.xx.2016-cı il tarixində stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s. diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin edilmiş; -xx.xx.2022-ci il tarixində “120.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət diaqnozu” əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə imtina edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı 2004-cü ildən xəstə olmuş, fövqaladə hallar orqanlarında xidmətinə “2008-ci ildə “WPW sindromunun əlavə yollarının destruksiyasından sonrakı hal. Mədəcik ekstrossistoliyası neyrosirkulyator distoniya, İqoxondriya.” diaqonozu ilə xəstəlyinə görə xitam verildikdikdən sonra, TSEK tərəfindən ona: “ Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət” diaqnozun ilə ikinci dərəcə əlillik (ÜİX: Stabil gərginlik stenokardiyası. İİ-İİİ fs. əlavə yolların distruksiyasından sonrakı vəziyyət) təyin edilmiş və 2022-ci ilə kimi həmin diaqnozla onun 2-ci dərəcə əlilliyi təsdiq olunmuş, lakin səhiyyə müəssisəsinin 088 forma göndərişi əsasında Agentliyin Tibbi Sosial Kkspert Komissiyası tərəfindən onun xx.xx.2022-ci il tarixdə növbəti qiymətləndirilməsi zamanı “120.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət” diaqnozu əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. İş materiallarından görünür ki, həmin imtinadan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı hazırkı iddianı qaldıraraq xx.xx.2022-ci il tarixdən sağlamlıq imkanlarının (61-80%) pozulmasının müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmiş və onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.1-ci bəndinə əsasən .ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda - 35-60 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Həmin Meyarların 2.2.2-ci bəndinə əsasən ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt); XÜÇ İİA-İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda (əks-göstəriş, əməliyyatdan imtina etməsi) – 65- 80 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 2.2-ci bəndi yeni redaksiyada verilmişdir: “2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda – 65-80 faiz orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir.” İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixdə T362/2023 nömrəli ekspert rəyi verilmiş və həmin rəydə komissiya tərəfindən iddiaçıda, tərtib olunmuş sənədlərə əsasən iddiaçıda “İ20.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, vaxtından əvvəl oyanma sindromu, WPW sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu aşakar edildiyi qeyd edilsə də, ekspertlər 01 iyun 2023-cü il tarixdə iddiaçının instrumental müayinəsi həyata keçirilmədən, adi müayinə ilə belə nəticəyə gəlmişlər ki, qeyd olunan diaqnoz xəstəni hazırkı vəziyyəti ilə uyğunluq təşkil etmir, hazırda onun əlavə müalicəyə ehtiyacı yoxdur. Ümumiyyətlə, rəyin tədqiqi hissəsinə diqqət yetirildikdə, ekspertlər tərəfindən iddiaçının 15 il ərzində keçirdiyi və tibbi mövcud sənədələrlə təsdiq olunan xəstəliyinin üstündən əsaslandırılmamış mülahizələrlə xətt çəkilir. İşdən görünür ki, qeyd olunan ekspert rəyi ilə razılaşmayan birinci instansiya məhkəməsi tərəfindən təkrar ekspertiza təyin olunmuş və Birliyin başqa ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixdə T737/2023 nömrəli yeni rəy verilmişdir. İşə əlavə olunmuş həmin rəydən görünüri, ekspertlər tərəfindən iddiaçının stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri (Holter (24 saat ambulator EKQ qeydi)) və özünün əyani müayinəsi əsasında onda “İ20.8-stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları, vaxtından əvvəl oyanma sindromu, WPW sindromu, əlavə yolların destruksiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu müəyyən edilmişdir. İddiaçının xx.xx.2008-ci il, xx.xx.2012-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərində iddiaçıya məhz 2-ci qrup əlillik (ikinci dərəcə əlillik (Digər: Stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s) təyin etməsi işin mübahisəsiz halıdır. Faktiki olaraq xx.xx.2022-ci il tarixində aparılmış müayinədə qeyd edilən xəstəliyin (İ20.8 Stenokardiyanın digər formaları, stenokardiyanın digər formaları vaxtından əvvəl oyanma sindromu, wpw sindromu, əlavə yolların destruksiyası əməliyyatdan sonrakı vəziyyət), xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərində təyin edilmiş xəstəliklə (stenokardiyanın digər formaları, ÜİX gərginlik stenokardiyası, ürək çatmamazlığı, İİ f.s.) məzmun etibarı ilə eynilik təşkil edir. Beləliklə də, müayinə sənədlərinə və ekspertiza rəyinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutu) ambulator müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş və 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na, o cümlədən, həmin Meyarların 2.2.2-ci bəndinə uyğun gəlməsinə baxmayaraq, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və iddiaçının sağlamlıq vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehin - diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyəti olması ilə bağlı və məhkəmənin həmin səlahiyyətə müdaxilə etməsinin əsassız olduğunu vurğulayan dəlilləri ilə əlaqədar isə aşağıdakıları qeyd etmişdir: “...Əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Daha sonra, məhkəmə qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin, qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşaraq birincisi, onu qeyd edir ki, burada , diskressionluq müəyyən edilə bilməz. Çünki, konkret olaraq, əlilliyin müəyyən edilməsi üçün Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları “ndə təsbit olunan diaqnoz mövcuddur. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası» ilə müəyyən olunan hallar da vardır. Belə ki, 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, əlillik təyinatının cavabdehin özbaşına hərəkətləri nəticəsində təyin oolunması yolverilməzdir. Konkret halda da iddiaçıda mövcud olan xəstəlik diaqnozuna görə əlillik təyinatı aparılması qeyd olunan qanunvericiliyə uyğun əsaslar mövcuddur. Digər tərəfdən, hətta, cavabdehin qeyd etdiyi kimi, diaqnoz əsasında şəxsin əlil olubolmamasınıın müəyyən edilməsi onun diskresion səlahiyyəti olsa belə, İPM-in 74-cü maddəsinin tələbinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən göndəriş meyarlara uyğun doldurulmuş və onda təsbit olunan diaqnoz, iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulması ilə əlillik təyini üçün əsas verir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya əlillik təyin edilməsindən imtina olunması onun qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-760/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-760/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2044/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2044/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver