Məhkəmə qərarları › İş №2-1(103)-2045/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2045/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2045/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətini geri götürməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-18/1 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2857/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya mərhələsində iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətindən imtina barədə ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, ərizəsi təmin olunmalı, apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti geri qaytarılmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur. Hazırki, işdə də apellyesiya şikayətinin geri götürülməsi tərəflərin qarşılıqlı mənafeyin uyğundur və tərəflərin hüquqlarını pozmur. Digər tərəfdən İzah edilmişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsinin mənasından isə görünür ki, şikayət geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsi təmin edilsin. Apellyasiya şikayəti geri qaytarılsın və apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar