Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2045/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus EТ-İ ******* nömrəli xx.xx.1989-cu il tarixli Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə sovxozda fəhlə, xx.xx.1992xx.xx.1994-cü illərdə Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi, xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, xx.xx.1997-xx.xx.2002-ci illərdə Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə, xx.xx.2003- xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə, xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə vəzifələrində işləmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-132294/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 may 2023-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Eyni zamanda ET-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" şirkətində və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (22 il 2 ay 6 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-328/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı ərizəsi təmin edilərək, İddiaçı 25 iyun 1977-ci il tarixindən, 12 sentyabr 1978-ci il tarixinə kimi Basarkeçər rayonunun Zod qızıl mədəninə xadimə vəzifəsində, 2 sentyabr 1978-ci il tarixindən 22 oktyabr 1988-ci il tarixinə kimi həmin mədəndə liftçi vəzifəsində işləmə faktı təsdiq edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3531/2022 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)- 328/2022 saylı, 16 fevral 2022-ci il tarixli qətnaməsinin – ərizəçi İddiaçı Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsi faktının 2.09.1978-ci il tarixindən müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ərizəçi İddiaçı Basarkeçər rayonunun Zod qızıl mədənində liftçi vəzifəsində işləməsinin başlanması tarixinin xx.xx.1978-ci il tarixi müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5148/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Maraqlı şəxsin kassasiya şikayəti təmin edilməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3531/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********672400 nömrəli məktubunda göstərilmişdir ki, dövlət reyestrində "xxxx" Şirkətinin xx.xx.1999-cu il tarixdə F-2587 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə adında “Bərpa” Təmir-Tikinti İdarəsi sözü olan hüquqi şəxslərin sayı çox olduğundan sorğu etdiyiniz hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1960-cı il Ermənistan Respublikasında anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, xx.xx.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək xx.xx.1988-ci il tarixədək, yəni doğma torpaqlarından deportasiya olunanadək orada işləmişdir. Bundan sonra da müxtəlif işlərdə əmək fəaliyyəti olmuşdur. Belə ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Kolxozda üzv, xx.xx.1992xx.xx.1994-cü il tarixədək Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi, xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə, xx.xx.1997-xx.xx.2002 Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə, xx.xx.2003xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə, xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə vəzifələrində işləmişdir. Qeyd edir ki, pensiya hüququnun yarandığı xx.xx.2015-cı il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiya yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda yerləşən Zod qızıl mədənində xadimə vəzifəsində başlamış, xx.xx.1978-ci il tarixdən həmin müəssisədə liftçi vəzifəsində keçirilərək xx.xx.1988-ci il tarixədək işlədiyi təsdiq olunur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən stajı 10 il, 1 ay, 20 gündür. Fəhlə peşələri və işlərin Vahid X1 bütün sahələr üçün ümumi olan fəhlə peşələrinin adları və dərəcələr diapazonu qeyd olunmuşdur. Qaydaların İ fəslində bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri sadalanmışdır. Cədvəl aşağıdakı kimidir və 31-ci bənddə liftçi vəzifəsinin adı qeyd olunmuşdur. Sözügedən Tarif-İxtisas Sorğu kitabçasının 47-ci bəndi “LİFTÇİ” adlanır. Orada işin xüsusiyyətləri aşağıdakı kimi qeyd olunmuşdur. “Liftin idarə edilməsi və onun saz vəziyyətdə saxlanılmasına nəzarət. Telefonun və ya qəza siqnalizasiyasının, işıq və səs siqnalizasiyasının, avtomatik qıfılların, bütün dayanacaq məntəqələrində "Dayan" düymələrinin sazlığının yoxlanılması və liftin işə salınması. Liftin istismarına nəzarət. Sərnişinləri və ya yükləri müşayiət etdikdə, sərnişinlərin liftə minməsi və çıxmasına və ya yüklərin yüklənib boşaldılmasına nəzarət. Nominal yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin işində nasazlıqlar aşkar edildikdə, xırda nasazlıqların düzəldilməsi və ya dayandırılması və növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin və bütün dayanacaq məntəqələrindəki mərtəbə meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil jurnalının doldurulması. Bilməlidir: liftin quruluşunu, istismar qaydasını və təhlükəsizlik cihazlarını; qapı qıfıllarının, qapı və döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini və təyinatını, idarəetmə aparatı siqnalizasiyasının təyinatını, təhlükəsizlik texnikası qaydasını, "Dövləttexnikinəzarət müfəttişliyinin" təsdiq etdiyi sərnişin və ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları; minimum yükqaldırmanı, liftin işə buraxılma qaydasını. 2-ci dərəcə: hərəkət sürəti 1 m san-dən çox olan liftlərin idarə olunmasında; 3-cü dərəcə: xırda təmir işləri yerinə yetirildikdə.” Analogiya kimi qeyd etmək olar ki, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2023-cü il 11 “-li Qərarında vəzifələr kateqoriyalara bölünür və “Bağban, gözətçi, ocaqçı, liftçi, çilingər, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət” eyni bənddə qeyd olunur. Mənə qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli, cavab məktubunda əmək kitabçasında iş stajının 25 ildən az təşkil etdiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən əsassız imtina edilmişdir.
10. Məhkəmənin xx.xx.2023-cü il tarixə təyin edilmiş iclasında iddiaçının “İddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən pensiyanın təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində xx.xx.1977-ci il tarixdən xx.xx.2005- ci il tarixədək müxtəlif dövrlərdə fərqli idarələrdə işlədiyini və inzibati orqanın ona əsassız yerə pensiya təyin etməkdən imtina etdiyini bildirmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatda olan 2-1(112)-12013/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023- cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-132293/2023 nömrəli məktubu ilə iddiaçıya ümumi stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan az olması səbəbilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-2-ci maddəsinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində “orqan (qurum)" dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış qadınların (xx.xx.2023cü il tarixədək) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı müəyyən edilməmişdir. İddiaçı isə iddia ərizəsində işlədiyi vəzifələrin güzəştli iş stajı olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçının təqdim etdiyi ET-İ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən mübahisələndirilməyən ümumi stajı 22 il 02 ay 06 gün təşkil edir. Belə ki, İddiaçı mübahisələndirilməyən iş stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər daxil edilmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sıqortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məgsədilə vətəndaşlara aylığ pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaggı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) gulluq keçdiyi dövrdə almadıgları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək hagqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi ganunun tələblərinə uyğun deyildir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olarag fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haglarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin geydə alındığı subhesabdır. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Qala" şirkətində və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Bərpa Təmir-Tikinti" ASC-də işlədiyi dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitoring)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyalan haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajınıza daxil edilməsi mümkün olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, fəhlə peşələri üzrə funksiyalar müəyyən olunmuşdur. Hansı ki, yalnız həmin funksiyaları həyata keçirən fəhlələr güzəştli iş stajı hesab olunan peşələrə aid edilmişdir.İddiaçı isə “liftçi” olaraq həyata keşirdiyi funksiyalar iddia ərizəsində özünün də qeyd etdiyi kimi liftin idarəedilməsi və onun sazlığı ilə bağlı olmuşdur. Odur ki, onun işlədiyi “liftçi” peşəsini yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarında nəzərdə tutulmuş “fəhlə” peşəsinə aid etmək olmaz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12013/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ç) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
20. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:
1. İddiaçının 52 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Bu Qərarın 19-20-ci bəndində bəhs edilən normaları hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1. İddiaçının 52 yaşının tamam olması; 2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması.
26. Həmin cavabdan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
27. Məhkəmə icraatı zamanı etirazının dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, güzəştli iş stajı müəyyən edilməmişdir.
28. İddiaçı isə iddia ərizəsində işlədiyi vəzifələrin güzəştli iş stajı olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sənəd təqdim etməmişdir.
29. İddiaçının təqdim etdiyi ET-İ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən mübahisələndirilməyən ümumi stajı 22 il 02 ay 06 gün təşkil edir. Belə ki, İddiaçı mübahisələndirilməyən iş stajına xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlər daxil edilmişdir. İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Qala" şirkətində və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Bərpa Təmir-Tikinti" ASC-də işlədiyi dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlərin dəqiqləşdirilməsi məgsədilə “Sığorta Alt Sistemi (monitoring)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta hagları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (“Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda geyd olunan dövrləri iddiaçının iş stajınıza daxil edilməsi mümkün olmamışdır.
30. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20543,68 manat təşkil edir. Qeyd olunan xüsusatlara əsasən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.
31. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.
32. EТ-İ ******* nömrəli xx.xx.1989-cu il tarixli Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1989-xx.xx.1989-cu illərdə sovxozda fəhlə (08 ay 22 gün), xx.xx.1992xx.xx.1994-cü illərdə Bakıxanov adına sənaye-ticarət və trikotaj birliyində dərzi şagirdi və dərzi (01 il 02 ay 23 gün), xx.xx.1994-xx.xx.1997-ci illərdə 5 №-li təsərrüfat hesablı təmir tikinti idarəsində fəhlə (02 il 11 ay 02 gün), xx.xx.1997-xx.xx.2002- ci illərdə Nazirlər Kabineti yanında tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası komitəsinin emalatxanasında xadimə (05 il 11 ay 24 gün), xx.xx.2003- xx.xx.2004-cü illərdə "xxxx" şirkətində xadimə (01 il 08 ay 24 gün), xx.xx.2004-xx.xx.2005-ci illərdə isə “Bərpa” Təmir-tikinti idarəsində xadimə (01 il 02 ay 30 gün) vəzifələrində işləmişdir. (ümumilikdə xx.xx.2006-cı il tarixinədək 13 il, 02 ay, 02 gün).
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 3531/2022 nömrəli məhkəmə qərarı ilə İddiaçı xx.xx.1977- xx.xx.1978-ci il (01 il 02 ay 18 gün) və xx.xx.1978-xx.xx.1988-ci il tarixləri (10 il 01 ay 09 gün) arasındakı (ümumilikdə 11 il 03 ay 28 gün) iş stajının mövcud olması təsdiq edilmişdir.
34. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə tələb olunan ümumi iş stajı (24 il 05 ay 28 gün) mövcud olmuşdur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir.
36. İddiaçının güzəştli iş stajına gəlincə, məhkəmə bildirir ki, iddiaçı güzəştli iş stajının olmasını onunla əsaslandırmışdır ki, xx.xx.1978-xx.xx.1988-ci il tarixləri (10 il 01 ay 09 gün) arasındakı dövrdə işlədiyi liftçi peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda liftçi peşəsi müəyyən edilməmişdir.
38. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır.
39. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı idda ərizəsində və məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, o, qızıl mədənində işlədiyi üçün “dağ-mədən” işlərində fəhlə sinfinə aid edilməlidir. Belə ki, iddiaçının əsaslandırması ondan ibarət olmuşdur ki, “Fəhlə və işlərin Vahid X4”nda göstərilən “liftçi”lər fəhlə peşəsinə aid edildiyi üçün həmin dövrlər “Dağ-mədən işləri” üzrə güzəştli iş stajı verən peşəyə aid edilməlidir.
40. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Dağ-mədən işləri”nin fəhlələrə (2010100a) kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, draqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər, 2010100a—11709 istehsalat sahələrində, həmçinin nümunələr seçilməsi və partladıcı materialların çatdırılması üzrə markşeyder və geoloji işlərdə məşğul olan bütün adlarda dağ-mədən fəhlələri, ******* 3) özül materialının hasilatı, yenidən emalı və nəql edilməsi bənd üzrə 2010300a—11708 dağmədən fəhlələri aid edilmişdir.
41. Göründüyü kimi, fəhlə peşələri üzrə funksiyalar müəyyən olunmuşdur. Hansı ki, yalnız həmin funksiyaları həyata keçirən fəhlələr güzəştli iş stajı hesab olunan peşələrə aid edilmişdir.İddiaçı isə “liftçi” olaraq həyata keşirdiyi funksiyalar iddia ərizəsində özünün də qeyd etdiyi kimi liftin idarə edilməsi və onun sazlığı ilə bağlı olmuşdur. Odur ki, onun işlədiyi “liftçi” peşəsini yuxarıda qeyd edilən Qərarda nəzərdə tutulmuş “fəhlə” peşəsinə aid etmək olmaz.
42. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapsa da, xx.xx.2006-cı il tarixədək 10 il güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.
43. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olduğunu qeyd etməklə yanaşı, onu da diqqətə çəkir ki, İddiaçı Basarkeçər rayonunun Zod qızıl mədənində 1978-1988-ci illərdə liftçi işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən hansı vəzifəyə və KOD-a uyğun olması barədə məhkəməyə məlumat verilməsi məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğu göndərmişdir.
45. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəmə Kollegiyasının sorğusuna xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, liftçi vəzifəsi istər artıq qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.
46. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
47. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12013/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.