Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2045/2025 04.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair iddiası üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və riskli vergi ödəyiciləri siyahısından çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək barəsində tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Fərdi sahibkar olaraq barəsində qanunsuz və qərəzli əsaslarla tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi, riskli vergi ödəyicisi hesab edilməsi barədə 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarın tamamilə ləğv edilməsi və riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” kimi dəqiqləşdirilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarın tamamilə ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 10 dekabr 2022ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar ilə barəsində 17.899,43 manat vergi hesablanmış və əlavə hesablamalara əsasən 13.424,96 manat vergi məbləği müəyyən edilmişdir. Hesab edir ki, fərdi sahibkar olaraq barəsində tərtib edilən 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar əsassız və qanunsuz olduğu üçün tamamilə ləğv edilərək riskli vergi ödəyicilərinin siyahısından çıxarılma barədə tələbi təmin edilməlidir. Belə ki, fərdi sahibkar kimi əsas və yeganə fəaliyyət istiqaməti yük avtomobili nəqliyyatının fəaliyyəti olmaqla əvvəlcədən olan razılaşmalara əsasən müqavilə əsasında hüquqi şəxsə məxsus olan xarici ölkələrdə olan yüklərin ölkəmizə daşınmasını təmin edir və ya əksinə ölkəmizdə olan yüklərin xarici ölkələrə daşınmasını təmin edir, bir sözlə əsas və yeganə fəaliyyəti təminatı təmin etməklə beynəlxalq yükdaşımaların həyata keçriİməsidir. Əsassız olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Riskli vergi ödəyicisi hesab ediləndən sonra vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərar ilə əvvəlki ödədiyi vergilər nəzərə alınmaqla barəsində 13.424.96 manat məbləğində vergi hesablanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilməyi barədə qərar tamamilə qanunsuz olduğundan “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının müddəaları barəsində təbiq edilə bilməz. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarın müəyyən etdi hissəsinin 1-ci abazasında ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilməsi göstərilmişdir. Həmin qərarın 2-ci abzasında aparılmış təhlilər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keşirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyi anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Vergi orqanın bu yanaşması tamamilə qərəzlidir. Onun fəaliyyət göstərmədiyi digər sahibkarlıq fəaliyyəti sahələrində onu ittiham edirlər. Mənbəyi bəlli olan və ya olmayan məlumatlar hansılardır ki, həmin məlumatlara istinad edilməmişdir. İddiaçı idxal və ixrac əməliyyatları aparmamışdır. Ümumiyyətlə fərdi sahibkar kimi ticarət və ölkə daxilində yükdaşıma fəaliyyətilə məşğul olmamış, məşğul olmadığı bu fəaliyyətə görə hansı əsaslarla anbar sahəsinə sahib və ya malik olmalıdır. Bir sözlə ticarət, başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, təsərrüfat subyekti olmayıb, belə olan halda təsərrüfat subyektinin olması nə dərəcədə realdır? 1-ci abazasla və 2-ci abazasda məzmunlar tamamilə bir birinə ziddiyət təşkil edir. 1-ci və 2-ci abzasda göstərilən fəaliyyət sahələri ilə fəaliyyət göstərmədiyindən barəsində tərtib olunan riskli vergi ödəyicisi hesab edilməyi barədə qərar tamamilə ləğv edilməlidir və riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Vergi orqanı beynəlxalq istiqamətlər üzrə daşıma xidmətlərinin göstərilməsi ilə bağlı Okean Trans MMC-yə məxsus əmlakların beynəlxalq yükadaşımalrını həyata keçirdiyi Okean Trans MMC-nin kommersiya fəaliyyəti ilə onun beynəlxalq yükdaşıma fəaliyyətini yəqin ki, səhv salıb. İddiaçının beynəlxalq yükdaşıma fəaliyyəti tərəflər arasında bağlanan müqavilədə və müqavilə müddətinin uzadılması barədə 1 saylı əlavədə tamamilə müəyyən olunub. Bu qərar digər hüquq və ya fiziki şəxsə aid olan qərardan ona münasibətdə köçürülüb, mahiyyəti araşdırılmayıb və barəsində tərtib olunan qərarda tamamilə yanlışlığa yol verilib. Bu kimi süni maneələr və əsassız müdaxilələr səbəbindən sahibkalıq fəaliyyətini təmin edə bilmir. Riskli vergi ödəyicisi hesab ediləndən sonra vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 aprel 2024-cü il tarixli. **********01 1400 nömrəli qərar tamamilə yanlışdır. Yuxarıda qeyd etdiyi kimi məşğul olmadığı sahibkarlıq fəaliyyətinə istinad etməklə əssasız olaraq riskli vergi ödəyicisi hesab edilməyi barədə qərara əsaslanıb, barəsində 17.899,43 manat vergi hesablanıb. 2022-ci ildə 7 dəfə Okean Trans MMC-yə məxsus əmlakların beynəlxalq yükadaşımalarını həyata keçirmiş, ümumi daşıma məbləği elektron qaimələrə əsasən 48.900 manat təşkil edib. Bu barədə elektron qaimələri və digər sənədləri sorğu əsasında vegi orqanına təqdim etmişdir. Bundan əlavə vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarla barəsində müəyyən olunan əvvəlki vaxtlarda ödədiyi vergilər daxil olmaqla, ümumilikdə 17.899,43 manat vergi məbləğinin hamısına vergi öhdəliyi müəyyən edə bilməz. Mübahisəli hallarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən göstərilən əsasların yəni, beynəlxalq daşıma qadalarının müəyyənləşdirilməsi üçün ekspert dəvət etməlidir. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilməyi barədə qərarda tətbib edilərkən və onun əsasında müəyyənləşən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması” barədə 29 aprel 2024-cü il tarixli, **********011400 nömrəli qərarla barəsində müəyyən olunan 17.899.43 manat vergi məbləği hesablanmamalı idi. Qeyd etdyi kimi vergi öhdəliyi 2022-ci il üzrə cəmi 48 900 manat müəyyən olunan beynəlxalq yükdaşımanın 20%-nə münasibətdə tətbiq olunması vergi orqanın kobud səhvi və qərəzli mövqeyidir. Bundan əlavə 11 oktyabr 2023-cü il tarixli müraciətinə cavabda vergi orqanı yeni hal “kəşf” edərək, fəaliyyətinin təhlilini aparmış, heç bir əsaslandırma aparılmadan əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmamasına baxmayaraq, təsərrüfat sübyektinin vergi orqanında qeydiyyata alınmadığını müəyyən etmişdir. Bu tamamilə yanlış yanaşmadır, vergi orqanı onun qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edir, hansı ki, o, beynəlxalq yükdaşımalardan başqa digər fəaliyyətlə məşğul deyil. Fərqlənmə nişanın ancaq ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər əldə etməli olduğundan, o, bu fəaliyyətlə məşğul olmadığından Fərqlənmə nişanın olmasının tələb edilməsi tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində bu hallar tam aydın və səlis şəkildə yazılıb, Vergi orqanı özlüyündə bu maddənin tələblərini kobud şəkildə pozaraq, 90 min manatın haradan aşkar və ya müəyyən etdiklərini və barəsində özlərinin müəyyən etdikləri vergi öhdəliyinin əsaslandırılması üçün heç bir səbəb olmadan Fərqlənmə nişanın olması halını müəyyən edib. Beynəlxalq yükdaşıma fəaliyyəti beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirdiyi hüquqi şəxslər arasında bağlanan beynəlxalq yük daşıma müqavilələrində öz əksini tapmışdır. O, mülkiyyətində olan DAF markalı 99BO460 qeydiyyat nişanlı yəhərli dartıcı (SCHMİTZ markalı 99ZA200 qeydiyyat nişanlı yarımqoşqu) nəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıma fəaliyyəti ilə bağlı daşımanın təyinatı üzrə xarici Ölkələrə giriş-çıxış üçün hazırkı AYNA əvvəlki X2 Xidmətindən İcazə (Dazvol) sənədini almışdır. Qeyd etdiyi kimi vergi öhdəliyi 2022-ci il üzrə cəmi 48 900 manat müəyyən olunan satışın 20 %- nə münasibətdə tətbiq olunması vergi orqanın kobud səhvi və qərəzli mövqeyidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsnə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilməyi tamamilə qanunsuz qərardır. Riskli vergi ödəyicisi hesab edilməyi barədə aparılan araşdırmanın mahiyyəti izah edilmir və elektron kabinetə əlavə olunmayıb. Hansı yoxlamalar əsasında araşdırma aparılması qərarda öz əksini tapmayıb. Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamaların kameral və ya səyyar olması göstərilib. Vergi orqanı barəsində aşkar olunan pozuntu ilə bağlı vergi qanunvericiliyinin digər normalarını tətbiq etməklə təqdim edilmiş qaimə fakturaya münasibətdə başqa vergi normaları tətbiq edə bilərdi və həmin tətbiq edilən normaya uyğun olaraq vergiləri dərhal ödəyə bilər. Riskli vergi ödəyicisi hesab edilməyi barədə tətbiq olunan 10 dekabr 2022-ci il tarixli **********820300 nömrəli qərar qəbul edilərkən ciddi hüquq pozuntusuna yol verilib. Belə ki, bu qərar qüvvəyə mindikdən sonra aparılan əməliyyatlara münasibətdə tətbiq edilməlidir, amma vergi orqanı apardığı qərarın qəbulundan əvvəlki əməliyyatlara münasibətdə hazırkı qərarı qəbul edib. Qeyd etdiyi bu hal ciddi hüquq pozuntusudur. Riskli vergi ödəyicisi hesab edilməyi barədə tətbiq olunan 10 dekabr 2022-ci il tarixli, **********820300 nömrəli qərar çox ağır və qərəzli qərardır. O, vergi qanunvericiliyinin fərdi sahikarlar barədə təbiq olunan vergi güzəştlərindən məhrum olub. Ağır vergi öhdəliyi ilə yüklənməyin səbəbindən özünün sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Fərdi sahibkar kimi fəaliyyətinin qanunvercilikdə nəzərdə tutulmuş riskli vergi ödəyicisi meyarlarına uyğun gəlmədiyindən, onun riskli vergi ödəyicisi olmamağını göstərir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********011400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
6. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət növü “Yük avtomobili nəqliyyatının fəaliyyəti “ olmuşdur. Vergi ödəyicisinin xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamə məlumatlarında 2023-cü il ərzində vergi ödəyicisinin gəlirinin 90 000 manat, gəlirdən çıxılan xərclərinin 500,25 manat və dövr üzrə vergiyə cəlb olunan gəliri 89 499,75 manat qeyd edilmişdir. Təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların saibkarlıq fəaliyyətinə tətbiq olunan 75% güzəşt hüququndan istifadə edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində 75% güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********718400 nömrəli “2023-cü il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 13424.96 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********011400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin bildiririk ki, vergi ödəyicisi ticarət fəaliyyəti həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti olmamışdır. Qeyd olunan hal qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Araşdırılma zamanı baza məlumatlarına əsasən mövcud olan risk meyarının aradan qaldırılmadığı müəyyən edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs üçün hər hansı qeydiyyatda olan anbarın və ya təsəsrrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır Bildirir ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsində qeyd olunur ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmçinin vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydasının 2.1.3cü bəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
İŞİN HALLARİ:
10. Uçot baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət növü “Yük avtomobili nəqliyyatının fəaliyyəti “ olmuşdur.
11. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********820300 nömrəli Qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
12. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024- cü il tarixli **********011400 nömrəli qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nm 2.1.1-ci, 3.1.1ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Eyni zamanda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsi daxil edilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün buraxılış vəsiqəsi və kartı (VÖEN: **********; buraxılış vəsiqəsi: AZ14917; buraxılış kartı: AZ30095) mövcuddur. Əlavə olaraq sözügedən şəxsin ölkədaxili yükdaşıma fəaliyyəti göstərməsi üçün buraxılış vəsiqəsi və kartı alınmamışdır.
14. Cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli Qərarı əsasında riskli vergi ödəyicisi hesab edilmiş İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmişdir.
15. Mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi olan İddiaçı qeydiyyatda olan anbarın (o cümlədən icarəyə götürdüyü anbarın) və ya təsəsrrüfat subyektinin (obyektinin) olmamasıdır ki, bu da cavabdeh orqan tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsinə səbəb olmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.8. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; 53.1. bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: -94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
24. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir.
25. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
26. İşin müəyyən edilmiş hallarından görünür ki, riskli vergi ödəyicisi hesab olunmanın əsası kimi AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin Meyarları”nın 2.1.3-cü yarımbəndinə istinad olunmuşdur.
27. Həmin yarımbəndə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.
28. Cavabdeh inzibati orqan apellyasiya şikayətində göstərmişdir ki, vergi ödəyicisi ticarət fəaliyyəti həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti olmamışdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3cü yarımbəndində müəyyən olunmuş risk meyarının tətbiq olunması zamanı vergi ödəyicisinin həyata keçirdiyi fəaliyyətin xarakterinin nəzərə alınması zəruridir.
30. Belə ki, iddiaçının fərdi sahibkar kimi fəaliyyəti yük avtomobili nəqliyyatı ilə əvvəlcədən olan razılaşmalara əsasən müqavilə əsasında hüquqi şəxsə məxsus xarici ölkədə olan yüklərin ölkəyə daşınmasının təmin edilməsi və ya əksinə ölkədə olan yüklərin xarici ölkələrə daşınmasının təmin edilməsidir. Bu halı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xx.xx.2024-cü il tarixli məktubu təsdiq etmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, İddiaçı beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün buraxılış vəsiqəsi və kartı mövcuddur, sözügedən şəxsin ölkədaxili yükdaşıma fəaliyyəti göstərməsi üçün buraxılış vəsiqəsi və kartı alınmamışdır.
31. Yuxarıda qeyd olunanlarla bağlı kollegiya hesab edir ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs üçün hər hansı qeydiyyatda olan anbarın və ya təsəsrrüfat subyektinin (obyektinin) tələb olunması həmin sahibkarlıq fəaliyyətinin xarakteri ilə uyğunsuzluq təşkil edir və qanunvericilikdə müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı təsərrüfat subyektinin (obyektinin) olması tələbi birbaşa nəzərdə tutulmamışdır.
32. İş materiallarında olan iddiaçının xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bəyannamə məlumatlarında 2023-cü il ərzində vergi ödəyicisinin gəlirinin 90 000 manat, gəlirdən çıxılan xərclərinin 500,25 manat və dövr üzrə vergiyə cəlb olunan gəliri 89 499,75 manat qeyd edilmişdir. Belə ki, təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində iddiaçı Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların saibkarlıq fəaliyyətinə tətbiq olunan 75% güzəşt hüququndan istifadə etmişdir.
33. Cavabdeh vergi orqanı isə iddiaçının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.3-cü yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığını müəyyən etmiş və təqdim edilmiş 2023-cü il üzrə gəlir vergisi bəyannaməsində 75% güzəşt hüququndan istifadə edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
34. Belə ki, cavabdeh tərəfindən keçirilmiş kameral yoxlamasının nəticəsi üzrə 29 aprel 2024-cü il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək 17 899,43 manat gəlir vergisi, əlavə olaraq 13 424,96 manat vergi məbləği hesablanmışdır.
35. Vergi məsuliyyəti müəyyən edən həmin qərara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu onunla şərtlənir ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.
36. İşin hallarından göründüyü kimi, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir.
37. Qeyd edilməldir ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.
38. Məhkəmələr inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
39. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
40. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir.
41. Onu da qeyd etmək lazımdır ki, vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.
42. Hazırki iş üzrə qeyd edilməlidir ki, iddiaçının qeydiyyatda olan anbar və ya digər təsərrüfat obyektinin olmaması vergi ödəyicisinin fəaliyyətinin xarakteri nəzərə alınmaqla onun riskli vergi ödəyicisi hesab olunması nəticəsinə gəlməyə əsas verə bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
47. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.