Məhkəmə qərarları › İş №2-1(103)-2047/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2047/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2047/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MMC və "xxxx" MMC) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1397/2025 saylı 27 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 10 avqust 2022-ci il tarixli alqı-satqı, 10/22A nömrəli müqavilədən və ona əlavə qiymətin razılaşdırma protokolunda və malların təhvil-qəbulu aktında qeyd edilmişdi ki, iddiaçı ilə "xxxx" MMC arasında malın alqı-satqısına dair müqavilə bağlanılmış, alqısatqının predmetini təşkil edən malların qiymət və digər rekvizitləri müəyyən edilmiş, alınan mallar alıcıya təhvil verilmişdir. 27 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsindən və ona əlavə qiymətin razılaşdırma protokolunda və malların təhvil-qəbulu aktında qeyd edilmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında malın alqı-satqısına dair müqavilə bağlanılmış, alqı-satqının predmetini təşkil edən malların qiymət və digər rekvizitləri müəyyən edilmiş, alınan mallar alıcıya təhvil verilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanlanan xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********522200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2022-ci il tarixli EBCD seriyalı 202022 nömrəli; xx.xx.2022-ci il tarixli EBCB seriyalı 819335 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan VM-nin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Digər bir xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" xx.xx.2024-cü il tarixli **********497200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023-cü il tarixli EBDA seriyalı 634444 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 678942 nömrəli) elektron qaimə fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan VM-nin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən iddiaçıya 2024-cü il ƏDV vergisi üzrə 59.130,40 manat vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Tərəfinizdən ƏDV bəyannaməsində (02.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 634444 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 21598.92 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 21598.92 manat kənarlaşma yaranmışdır.Tərəfinizdən ƏDV bəyannaməsində (08.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBCB seriyalı 819335 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrı 12603.19 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12603.19 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (09.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCD seriyalı 202022 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 24927.21 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 24927.21 manat kənarlaşma yaranmışdır.” Bundan sonra İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin qərardadı ilə "xxxx" MMC və "xxxx" MMC üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər zaman vergi öhdəliklərini yerinə yetirən MMC olmuşdur. **********406200 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə Qərar əsasında mart 2024-cü il ƏDV üzrə 59130,40 manat məbləğində əsassız əlavə vergi hesablanmışdır. Ərizəni imzalayan şəxs haqqında məlumat: Əsassız vergi məbləğinin hesablanmasına səbəb əməkdaşlıq elədiyi və aralarında köçürülmələr aparılmış olan "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri hesab edilmələri olmuşdur. "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********522200 nömrəli və "xxxx" MMC isə xx.xx.2024-cü il tarixli **********497200 nömrəli Qərarlar əsasında riskli vergi ödəyiciləri hesab olunmuşlar. Həmin MMC-lərlə iddiaçının əməkdaşlığı isə qeyd olunan qərarlar qəbul edilməmişdən çox öncə, yəni "xxxx" MMC ilə 2023-cü il, "xxxx" MMC ilə isə 2022-ci illər ərzində həyata keçirilmiş, e-qaimələr 2022 və 2023-cü il ərzində göndərilmişdir. Göründüyü kimi, qeyd olunan MMC-lərlə əməkdaşlıqlar həmin MMC-lərin riskli vergi ödəyiciləri hesab edilməyindən çox öncədən mövcud olmuşdur. Qeyd olunan MMC-lərdən mallar alınmış, müvafiq olaraq satışları da həyata keçirilmişdir. Hesab olunur ki, iddiaçı başqa MMC-lərin fəaliyyətindəki qüsurlara görə məsuliyyətə cəlb edilməməli və cəzalandırılmamalıdır. Belə ki, "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri hesab edilmələri birbaşa İddiaçı MMC ilə əlaqədar deyildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın müddəalarına əsasən İddiaçı MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə 387632,6 manat dəyərində əldə edilmiş elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim edilmişdir. Adları qeyd olunan müəssisələr tərəfindən aparılmış əməliyyatların "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.2- ci yarımbəndinə əsasən riskli olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin əməliyyatlarının araşdırılması zamanı təsərrüfat subyektinə müşahidə keçirilməsi zərurəti yaranaraq xx.xx.2023-cü il tarixli **********250100 nömrəli "Araşdırmanın aparılması barədə" xidməti məktub göndərilmişdir. Keçirilmiş tədbirlərin nəticəsi olaraq vergi ödəyicisinin təsərrüfat subyekti olmadığından baxış keçirilməsi mümkün olmamışdır. Eyni zamanda "xxxx" MMC-nin təsərrüfat subyektinə baxış keçirilən zaman qeyd edilən ərazidə icarə müqaviləsi əsasında daha 29 vergi ödəyicisinin (bir neçəsi riskli vergi ödəyicisi olmaqla) təsərrüfat subyekti mövcud olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin ərazidə yalnız quşçuluq fəaliyyəti göstərildiyi müşahidə edilmişdir. Yuxarıda qeyd edilənlərə bağlı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli **********066300 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə" bildiriş və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********055400 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə" bildiriş göndərilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023-cü il tarixli EBDA seriyalı 634444 nömrəli və xx.xx.2023-cü il tarixli EBDA seriyalı 678942 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2024-cü il Mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda, aparılmış araşdırma zamanı "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2022-ci il tarixli EBCD seriyalı 202022 nömrəli və xx.xx.2022-ci il tarixli EBCB seriyalı 819335 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2024-cü il Mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********773300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin Mart ayı üçün ƏDV bəyannaməsi üzrə 59130,40 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********406200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1397/2025 saylı 27 yanvar 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü ilin yanvar ayıƏDV bəyannaməsində 2023-cü ilin avqust, sentyabr, oktyabr, dekabr aylarında əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 270826, 270775, 270694, EBDO seriyalı 554736, EBDN seriyalı 170385, 80437, 319868, 185204 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 49 540,35 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 49 540,35 manat kənarlaşma yaranmışdır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarına əsasən, "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlilzamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə 387632,6 manat dəyərində əldə edilmiş elektron qaiməfakturalar üzrə aparılmış əməliyyatların əmtəəsiz olaraq qiymətləndirilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən təqdim edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********773300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin Mart ayı üçün ƏDV bəyannaməsi üzrə 59130,40 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********406200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında qeyd olunur ki, həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçının adıçəkilən hüquqi şəxslər ilə müqavilə münasibətləri yarandığı, əməliyyatların aparıldığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Qeyd etməyi zəruri hesab edirik ki, bu dəlil formal olmaqla yanaşı, yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, aşağıda adı qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərar qəbul edilmişdir. Bildiririk ki,"KALORİFER GROUP” MMC-nin əməliyyatlarının araşdırılması zamanı təsərrüfat subekltinə müşahidə keçirilməsi zərurəti yaranaraq xx.xx.2023-cü il tarixli **********250100 nömrəli "Araşdırmanın aparılması barədə" xidməti məktub göndərilmişdir. Keçirilmiş tədbirlərin nəticəsi olaraq vergi ödəyicisinin təsərrüfat subyekti olmadığından baxış keçirilməsimümkün olmamışdır. Eynizamanda "xxxx" MMC-nin təsərrüfat subyektinə baxış keçirilən zaman qeyd edilən ərazidə icarə müqaviləsi əsasında daha 29 vergi ödəyicisinin (bir neçəsi riskli vergi ödəyicisi olmaqla) təsərrüfat subyekti mövcud olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin ərazidə yalnız quşçuluq fəaliyyəti göstərildiyimüşahidə edilmişdir. Yuxarıda qeyd edilənlərə bağlı "KALORİFER GROUP” MMC-yə xx.xx.2024-cü il tarixli **********066300 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş və "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli **********055400 nömrəli“Riskliəməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Beləliklə, aparılmış araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti(VÖEN:**********) riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023-cü il tarixli EBDA seriyalı 634444 nömrəli və xx.xx.2023-cü il tarixli EBDA seriyalı 678942 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2024-cü il Mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Eyni zamanda, aparılmış araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2022-ci il tarixli EBCD seriyalı 202022 nömrəli və xx.xx.2022-ci il tarixli EBCB seriyalı 819335 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən 2024cü il Mart ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Vergi ödəyicilərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq, risk meyarı (meyarları) müəyyən edilmişdir. Lakin məhkəmə riskli vergi ödəyicilərinin əmtəəsiz əməliyyatlar aparması faktını nəzərə almamış, vergi orqanı tərəfindən təqdim edilmiş sənədləri araşdırmamışdır. Digər tərəfdən bildiririk ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən yuxarıda qeyd olunan şəxslər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olub-olmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı ilə əməliyyat aparmış vergi ödəyiciləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətibarəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli hesab edilməsi barədə” Qərarlar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin qərarın qəbul olunmasına əsas olmuş hallar, eləcə də, baş tutmuş əməliyyatlar həmin vergi ödəyicisi tərəfindən təkzib olunmamışdır. Hesab edirik ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq, maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Qanunvericiliyin qeyd olunan normalarına istinad edərək bildiririk ki, “EMAY İNŞAAT VƏ LAYİHƏLƏNDİRMƏM”MC-də keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarla hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Vergi orqanının daha əvvəl cavabdeh qismində çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə bağlı inzibati iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasınınxx.xx.2023-cü il tarixli 2- 1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan xüsusatları sübutların qiymətləndirilməsi zamanı nəzərə almamış, məhkəmə baxışı zamanı üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul edilmişdir. Bununla da İPM-nin 12.1-ci və 58.7ci maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsininxx.xx.2025-ci il tarixli e-2-1(112)-1397/2025 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X7 və X8 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarın ləğvi barədə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı ilə 3-cü şəxslər "xxxx" MMC və "xxxx" MMC arasında alqı-satqı müqavilələri müvafiq olaraq 10 avqust 2022-ci il və 27 fevral 2023-cü il tarixlərdə bağlanmışlar. Lakin "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********522200 nömrəli qərara, "xxxx" isə xx.xx.2024-cü il tarixli **********497200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişlər. Yəni, iddiaçı 3-cü şəxslərlə əməliyyatlar apararkən 3-cü şəxslər hələ riskli vergi ödəyicisi hesab edilməmişdilər. İddiaçıya ünvanlanan xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********522200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2022-ci il tarixli EBCD seriyalı 202022 nömrəli; xx.xx.2022-ci il tarixli EBCB seriyalı 819335 nömrəli) elektron qaimə-fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan VM-nin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Digər bir xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" xx.xx.2024-cü il tarixli **********497200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçının həmin vergi ödəyicisindən əldə edilmiş (xx.xx.2023-cü il tarixli EBDA seriyalı 634444 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 678942 nömrəli) elektron qaimə fakturalar əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan VM-nin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərar qəbul olunmuşdur. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş həmin 02 may 2024-cü il tarixli qərarı mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının mübahisləndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarı əsasında iddiaçıya 2024-cü il ƏDV vergisi üzrə 59.130,40 manat vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən iddiaçıya 2024-cü il ƏDV vergisi üzrə 59.130,40 manat vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Tərəfinizdən ƏDV bəyannaməsində (02.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 634444 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 21598.92 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 21598.92 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (08.2022 ) əvəzləşmə üçün təqdim edilmiş EBCB seriyalı 819335 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 12603.19 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 12603.19 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (09.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCD seriyalı 202022 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrı 24927.21 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 24927.21 manat kənarlaşma yaranmışdır.” Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçı ilə 3-cü şəxslər "xxxx" MMC və "xxxx" MMC arasında alqı-satqı müqavilələri müvafiq olaraq 10 avqust 2022-ci il və 27 fevral 2023-cü il tarixlərdə bağlanmışlar. Lakin "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********522200 nömrəli qərara, "xxxx" isə xx.xx.2024-cü il tarixli **********497200 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişlər. Yəni, iddiaçı 3-cü şəxslərlə həmin əməliyyatları apardıqdan sonra 3-cü şəxslər riskli vergi ödəyicisi hesab edilmişdir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 may 2024-cü il tarixli, **********406200 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi inzibati aktın ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-1397/2025 saylı 27 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1397/2025 saylı 27 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar