Məhkəmə qərarları › İş №2-1(103)-2049/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2049/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2049/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: artıq ödənilmiş məbləğin geri qaytarılması; cavabdehin cərimə edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(112)-265/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 52484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3211/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2686/2019 saylı, 4 dekabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2-1(82)- 3211/2019 saylı qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 645/2020 saylı, 3 mart 2020-ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2686/2019 nömrəli, 4 dekabr 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)-5019/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının apelyasiya şikayətini qismən təmin edərək Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2-1(112)- 5019/2020 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 9 mart 2021-ci il tarixdə qərardad qəbul etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1553/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 966/2021 saylı, 09 mart 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı işi üzrə qəbul etdiyi, 19 aprel 2022-ci il tarixli qərarı ilə, İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 52484,60 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi və qaytarmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin tərəfindən İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

9. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2778/2022 saylı işi üzrə qəbul etdiyi, xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixli icra məktubu ilə icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə göndərilmişdir.

11. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş, qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2-1(103)-2778/2022 saylı məhkəmə qərarı üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadığı üçün cavabdehin 50000 manat məbləğində cərimə edilməsi barədə köməklik göstərilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(112)-265/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

13. Tələbkar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadı ilə tələbkarın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2- 1(112)-265/2022 nömrəli qərardadı ləğv edilmiş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla tələbkarın ərizəsinə yenidən baxılması üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2931/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-2931/2023 nömrəli qərardadından borclu tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması, şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır.

16. Bundan sonra Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 01 iyul 2024-cü il tarixli qərardadı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının qanuni qüvvəsinə mindiyi (xx.xx.2022-ci il) tarixdən bu günədək olan dövr üzrə (artıq ödənilmiş 52484,60 manat) məbləğin 0,1 faizinin ödəniliməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsinin tələb olunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, 01 iyul 2024-cü il tarixli “sübutların məhkəməyə təqdim edilməsinə dair” qərardadının icrasına dair 18 sentyabr 2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Nizami rayon icra şöbəsinə göndərilmişdir.

18. Hazırda iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra edilmədiyini bildirərək, cərimə tətbiq edilməsini məhkəmədən xahiş etmişdir

19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-265/2022 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı “qaytarılmanın gecikdirilməsinə görə həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün vergi ödəyicisnə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq ödənilməsi barədə rəyin verilməsi” hissəsində icrasını təmin etmədiyinə görə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1000 (bir min) manat məbləğində cərimə təyin еdilmişdir.

20. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli rəylərin və AR Maliyyə Nazirliyinə həmin rəylərin göndərilməsi barədə nazirliyə ünvanlanmış məktubların surətləri təqdim edilmişdir. Cavabdehin AR Maliyyə Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli **********050600 nömrəli məktuba əsasən, İddiaçı tərəfindən ödənilmiş 52484,60 manat məbləğində artıq ödəmələrin geri qaytarılmasına dair “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə” **********050600 nömrəli rəy Maliyyə Nazirliyinə göndərilmişdir. Eləcə də, xx.xx.2023-cü il tarixli **********762000 nömrəli məktuba əsasən, ödənilməli 17372,40 manat faiz məbləğin qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” A **********050600 nömrəli rəy aidiyyəti üzrə göndərilmişdir. Həmin rəylərdə göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 265/2022 nömrəli qərarı əsasında müvafiq məbləğlər vergi ödəyicisinin "xxxx" ASC–də olan bank hesabına qaytarılmalıdır. Göründüyü kimi, məhkəmə qərarının icrası cavabdeh vergi orqanı tərəfindən təmin edilmişdir. Bununla yanaşı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-265/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında iddiaçıya qaytarılmalı faizin məbləğləri barədə qeyd yoxdur. Həmin məbləğləri vergi orqanı qanunamüvafiq şəkildə hesablamış və qaytarılması məqsədilə aidiyyəti üzrə müvafiq rəyi və məlumatları Maliyyə Nazirliyinə göndərmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Sadıqova apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra - İPM) göstərilmişdir ki, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur (116.1.). Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir (116.2.). Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1.). Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2.). Cərimə 50000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3.). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4.).

12. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir (25.). İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər (26.). Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır (29.).

13. Qanunun və Plenum Qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir:

1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi.

2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi.

3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi.

14. Beləliklə, cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının “geri qaytarılanadək gecikdirilmiş hər 1 gün üçün vergi ödəyicisinə 0.1 faiz olaraq ödənilməsi” hissəsində” icra edilməməsi aşkardır.

15. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.

17. İnzibati Prosessual Məcəlləsinin: - 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. -116.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. -120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.; 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.; 120.3. Cərimə 50000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

18. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi borclunun cərimə edilməsinə dair düzgün nəticəyə gəldiyindən cavabdehin (borclunun) apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2-1(112)-265/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar