Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-205/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə vergi borcunun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X4 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İŞİN HALLARİ
1. 315-20/AGS nömrəli, 28 sentyabr 2020-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X3 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Dönərli kotan UM-DP (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
2. AL/ML/0758 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 315- 20/AGS nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, "xxxx" MMC və satıcı- "xxxx" MMC “Dönərli kotan UM-DP” lizinq alana təhvil vermiş və lizinq alan onları təhvil götürmüşdür. Bununla da, lizinq verən AL/ML/0758 nömrəli Lizinq müqaviləsi və satıcı 315-20/AGS nömrəli alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilmişdir.
3. 080-22/AGS nömrəli, 07 aprel 2022-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X3 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Pres bağlayan PPT-041 (04) (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürürmüşdür.
4. AL/ML/1879 nömrəli, xx.xx.2022-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən 080- 22/AGS nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, "xxxx" MMC və satıcı- "xxxx" MMC “Pres bağlayan PPT-041 (04)” lizinq alana təhvil vermiş və lizinq alan onları təhvil götürmüşdür. Bununla da, lizinq verən AL/ML/1879 nömrəli Lizinq müqaviləsi və satıcı 880-22/AGS nömrəli alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilmişdir.
5. AQT/2-S-472 nömrəli, xx.xx.2020-ci il tarixli “Alqı-satqı” müqaviləsinə əsasən, bundan sonra “satıcı” adlandırılacaq şirkətin nizamaməsi əsasında fəaliyyət göstərən X11 İstehsalat Birliyi etibarnamə əsasında Agent qismində çıxış edən "xxxx" MMC-nin direktoru X6 şəxsində bir tərəfdən və bundan sonra “alıcı” adlandırılacaq, şirkətin nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində ikinci tərəfindən və bundan sonra “Lizinq alan” adlandırılacaq ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı üçüncü tərəf olmaqla, satıcı lizinq alan tərəfindən seçilmiş 1 ədəd Traktor Belarus 1523 (bundan sonra-əmlak) satmağı, alıcı əmlakın dəyərini satıcıya ödəməyi, lizinq alan isə əmlakı lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür.
6. AL/ML/0708 nömrəli, xx.xx.2020-ci il tarixli maliyyə lizinqi müqaviləsinə əsasən AQT/2- S-472 nömrəli, 14 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə "xxxx"ndan görünür ki, Azmaş Lizinq MMC və satıcı- X11 İstehsalat Birliyi “Traktor Belarus 1523” lizinq alana təhvil vermiş və lizinq alan onları təhvil götürmüşdür. Bununla da, lizinq verən AL/ML/1879 nömrəli Lizinq müqaviləsi və satıcı AQT/2-S-472 nömrəli alqı-satqı müqaviləsi üzrə lizinq obyektinin lizinq alana təhvil verilməsi öhdəliyini tam yerinə yetirmiş hesab edilmişdir.
7. Cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2023-cü il tarixli, **********188500 nömrəli Qərarı ilə iddiaçıya sadələşdirilmiş vergi üzrə 4-cü rüb 2022-ci il üzrə əlavə 204,00 manat və cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 iyun 2023-cü il tarixli, **********053200 nömrəli Qərarı ilə isə, sadələşdirilmiş vergi üzrə 4-cü rüb 2021-ci il üzrə əlavə 1,928.00 manat vergi hesablanmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarlarının ləğv edilməsi və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli qərarı ilə fiziki şəxs İddiaçı kameral vergi yoxlanmasına əsasən 204,00 manat və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarına əsasən 1.928.00 manat əlavə vergi hesablanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, fiziki şəxs İddiaçı əkinçiliklə məşğuldur. xx.xx.2021-ci il tarixdə 16.450,00 manat dəyərində Dönərli kotan UM-DP 14-5, xx.xx.2021-ci il tarixdə 79.900,00 manat dəyərində Traktor Belarus 1523 şassi 0010428. Kotan 5 gövdəli UM-KT-14-5 şassı 203369, xx.xx.2022-ci il tarixdə 19.000.00 manat dəyərində Press bağlayan PPT-041, xx.xx.2022- ci il tarixdə 29.500.00 manat dəyərində Press bağlayan PPT-041 almışdır və hal-hazırda iddiaçıdadır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi isə alınmış həmin avadanlığın satılmasını nəzərdə tutaraq kameral vergi yoxlanması ilə qanunsuz olaraq cəmi 2132, 00 manat əlavə vergi hesablanmış. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları ləğv olunmalıdır.
10. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 96400,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi, 2022-ci il ərzində isə elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********344300 nömrəli və xx.xx.2023-cü il tarixli **********214400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021 -ci ilin 4-cü, 2022-ci ilin 4-cü rüblərinin sadələşdirilmiş vergisi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021-ci ilin 4-cü rübünün sadələşdirilmiş vergi üzrə 1928,0 manat (96400,0*2%), 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 204,0 manat (10200,0*2%) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********053200, **********188500 nömrəli "Vergilərin, sosial sığorta və işsizliksığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları ləğv edilmiş və hesablanmış 2132,00 manat əlavə verginin silinməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, lizinq müqavilələrinə əsasən iddiaçı sahibkarlıq fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi (Dönərli kotan UM-DP 14-5, Traktor Belarus 1523 şassi, Kotan 5 gövdəli UM-KT-14-5 şassı, Press bağlayan PPT-041) texnikanın iddiaçı tərəfindən sonradan başqa şəxslərə (hüquqi və ya fiziki şəxslərə) təqdim edilməsi, yəni satılması və ya başqa formada üzərində hüquqlarının dəyişdirilməsi barədə müvafiq sənədlər və ya məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan texnikaya aid elektron qaimələrdə isə iddiaçı “alıcı” qismində göstərilmişdir. Qanunvericiliyə əsasən, elektron qaimə- faktura malların göndərilməsini və ya təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
13. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qərarında onu da vurgulamışdır ki, iddiaçının vergidən yayınması faktını cavabdeh sübut etməmişdir. Belə olan halda, vergi orqanı tərəfindən iddiaçı barədə qəbul edilmiş əlavə vergi məbləğinin hesablanması barədə qərar əsassızdır.
14. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi, Mülki Məcəllənin, Vergi Məcəlləsinin və “İnzibati İcraaat haqqında” Qanunun müvafiq maddələrinə əsaslanaraq hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən inzibati akt vergi qanunvericiliyinin tələbləri pozulması ilə qəbul edilmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2018/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2018/2024 nömrəli xx.xx.2024-cü il tarixl qərarı ilə razı olmadığını qeyd etmişdir. Qeyd edərək bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021 -ci il ərzində elektron qaimə-faktura əsasında 96400,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021 -ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi, 2022-ci il ərzində isə elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2022-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022- ci il tarixli **********344300 nömrəli və xx.xx.2023- cü il tarixli **********214400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021 -ci ilin 4-cü, 2022-ci ilin 4- cü rüblərinin sadələşdirilmiş vergisi bəyannamələrini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2021- ci ilin 4-cü rübünün sadələşdirilm iş vergi üzrə 1928,0 manat (96400,0*2%), 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 204,0 manat (10200,0*2%) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı xx.xx.2023-cü il tarixli **********053200, **********188500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Cavabdeh qeyd etmişdir ki, məhkəmə iddiaçının təqdim etdiyi 3 alqı-satqı müqaviləsinə əsaslanaraq, kifayət qədər araşdırma aparmadan yekun qərar qəbul edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 14 sentyabr 2020-ci il tarixli müqavilənin ümumi dəyəri 74900 manat, 28 sentyabr 2020-ci il tarixli müqavilənin ümumi dəyəri 16450 manat, 07 aprel 2022-ci il tarixli müqavilənin ümumi dəyəri 19000 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən 2021- ci il ərzində elektron-qaimə faktura ilə alınmış malların ümumi dəyəri 94500 manat, 2022-ci il üzrə alınmış malların dəyəri isə 48700,0 manat dəyərində olmuşdur. Göründüyü kimi ilk növbədə vergi ödəyicisi tərəfindən əldə olunan elektronqaimə fakturaların dəyəri ilə alqı-satqı müqaviləsinin ümumi dəyəri eynilik təşkil etmir. Əlavə olaraq bildiririk ki, məhkəmə tərəfindən vergi ödəyicisinin 2022-ci ilin 4-cü rübü üzrə hesablamasına səbəb olan 10200,0 manat dəyərində olan elektron-qaimə fakturalara isə ümumiyyətlə qiymət verilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə edilsə də 2022-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilmiş və hesablamaya səbəb olan 10200,0 manat dəyərində malların niyə bəyannamədə əks etdirilməməsi ilə bağlı məhkəməyə heç bir açıqlama verilməmişdir. Əlavə olaraq 2022-ci il ərzində əldə olunmuş elektron-qaimə fakturalarda 29500 manat dəyərində “Lazerli mala 5m UM-LTM İ 5” malın alındığı görünsə də iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi alqı-satqı müqavilələrində həmin mal ümumiyyətlə öz əksini tapmamışdır. Eyni zamanda məhkəmənin xüsusilə diqqətinə çatdırmaq istəyirik ki, vergi ödəyicisinin xx.xx.2023-cü il tarixində fəaliyyəti dayandırılmış və xx.xx.2023-cü il tarixində 2023-cü ilin 2-ci rübü üzrə boş (göstəricisiz) sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 aprel 2023-cü il tarixli **********593600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydasına vergi ödəyicisinin fəaliyyətin dayandırılması ilə əlaqədar (yekun) bəyannaməsi Əlavələri ilə birlikdə təqdim edilməlidir. Lakin buna baxmayaraq, vergi ödəyicisinin 2023-cü ilin 2-ci rübü üzrə təqdim edilmiş yekun bəyannamədə Əlavə 1 boş təqdim edilmişdir. Vergi orqanının hesablamalarından sonra vergi ödəyicisi tərəfindən 2021 -ci ilin 4-cü rübü üzrə təqdim olunmuş və 96350 manat dəyərində Əlavə 1-də dövrün sonuna göstərilmiş və 2022-ci ilə keçirilmiş əsas vəsaitlər 2023-cü ilin 2-ci rübündə yekun təqdim olunmuş bəyannamədə öz əksini tapmamışdır. Qeyd olunan hal da sübut edir ki, həmin mallar vergi ödəyicisi tərəfindən satılmış və vergi orqanının hesablaması tamamilə əsaslı olmuşdur. Cavabdeh qeyd etmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində Vergi Məcəlləsinin 13.2.69-cu, 13.2.70ci,13.2.71-ci, 16.1.3-cü, 23.1.1-ci, 24.1.1-ci, 24.1,2-ci, 36.2-ci, 37.1-ci, 71.2-ci, 130.1-ci və 94-cü maddəsini tələblərinə istinad etmişdir. Eyni zamanda cavabdeh vergi orqanı tərəfindən apellyasiya şikayətində İnzibati Prosessual Məcəlləsinin və Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edilərək bidirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmişdir. Qeyd edilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.
18. Etirazda qeyd edilir ki, xx.xx.2020-ci il tarixli, AQT/2-S-472 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı "xxxx" MMC, Alıcı "xxxx" MMC, Lizinq alan İddiaçı olaraq 1 ədəd Traktor Belarus 1523 markalı müqavilə dəyəri 74.900,00 manat olan, 60 aylıq lizinq ödəyərək İddiaçı istifadəyə götürmüşdür. xx.xx.2020-ci il tarixli, AQS/315-20 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı "xxxx" MMC, Alıcı "xxxx" MMC, Lizinq alan İddiaçı olaraq 1 ədəd Dönər Kotan UMDP-14-5 markalı müqavilə dəyəri15.450,00 manat olan, 60 aylıq lizinq ödəyərək İddiaçı istifadəyə götürmüşdür. xx.xx.2022-ci il tarixli, AQS/080-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı "xxxx" MMC, Alıcı "xxxx" MMC, Lizinq alan İddiaçı olaraq 1 ədəd Pres bağlayan PPT-041 markalı müqavilə dəyəri 19.000,00 manat olan, 36 aylıq lizinq ödəyərək İddiaçı istifadəyə götürmüşdür. Göründüyü kimi qeyd olunan müqavilələr üzrə İddiaçı alıcı yox Lizinq alan olaraq istifadəçidir yəni mülkiyyətçi deyildir. Mülkiyyətçi olmadığına görədə həmin avadanlıqlar barəsində alqı-satqı müqaviləsinə əsasən satabilməz. Bu səbəbdən də cavabdeh tərəfini İddiaçı həmin avadanlıqların satıcısı qismində tanıyaraq satış məbləğindən vergi tutulmasını hesablaması qanunsuz və əsassızdır. Odur ki, Sizdən xahiş edirəm cavabdehin apellyasiya şikayətini təmin etməyərək Bakı İnzibati məhkəməsinin qərarını dəyişmədən saxlanılması barədə qərar qəbul edəsiniz.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuşəsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlətödənişləri ödəməyə məcbur edilə bilməz.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları.
3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.
13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat;
Maddə 15. Vergi ödəyicisinin hüquqları
15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə vədigər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəlişəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək.
Maddə 23. Vergi orqanlarının hüquqları.
23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi y oxlamalarını, X9ni keçirmək.
Maddə 24. Vergi orqanlarının vəzifələri.
24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.
Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi.
36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Maddə 37. Kameral vergi yoxlaması.
37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları .
53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları
67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlarəsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda,vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri.
218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 07 noyabr 2003-cü tarixli, 5 nömrəli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalı
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun:
Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyə tkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır zəruri olan həddə birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır, araşdırma yetərli hesab olunur.
31. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. İş materiallarına əlavə edilmiş (məhkəməyə təqdim edimiş və məhkəmə araşdırmasının predmeti olmuş) sənədlərlə və işin halları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçının 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 96400,0 manat dəyərində malların əldə etməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi və 2022-ci il ərzində isə elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə etməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
33. Qeyd edilənlərlə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********344300 nömrəli və xx.xx.2023-cü il tarixli **********214400 nömrəli məktublar göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2021 -ci ilin 4-cü, 2022-ci ilin 4-cü rüblərinin sadələşdirilmiş vergi bəyannamələrini 5 iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.
34. Vergi ödəyicisi olan iddiaçı tərəfindən tələb edilən sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən, 2021-ci ilin 4-cü rübünün sadələşdirilmiş vergi üzrə 1928,0 manat (96400,0*2%), 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 204,0 manat (10200,0*2%) əlavə vergi məbləğləri hesablanmış və cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********053200, **********188500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir.
35. İş materiallarından görünür ki, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Ələtli kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli 68 nömrəli Arayışda qeyd edilmişdir ki, arayış verilir İddiaçı ondan ötəri ki, Hacıqabul rayon Ələtli kəndində yerləşən təsərrüfatında (traktor belarus 1523, kotan zavod nömrəsi 204252, kotan zavod nömrəli 203369, mala zavod nömrəsi 214126, ot presləyən zavod nömrəsi R1TUC0********) qeyd edilən traktor və qoşquları vardır. Qeyd edilən traktor və qoşqular satılmayıb, hazırda İddiaçı təsərrüfatındadır.
36. İşin hallarından göründüyü kimi, hazırki inzibati mübahisənin yaranması səbəbi tərəflərin sözügedən məsələyə fərqli mövqelərdən yanaşmasıdır. Belə ki, iddiaçı hesab edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə o, alıcı yox Lizinq alan olaraq istifadəçidir yəni mülkiyyətçi deyildir. Mülkiyyətçi olmadığına görə həmin avadanlıqlar onun tərəfindən alqı-satqı müqaviləsinə əsasən satıla bilməz. Bu səbəbdən də cavabdehin İddiaçı həmin avadanlıqların satıcısı qismində tanıyaraq satış məbləğindən vergi tutulmasını hesablaması qanunsuz və əsassızdır.
37. Cavabdeh isə işə əks mövqelərdən çıxış edərək qeyd edir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2021-ci il ərzində elektron qaimə-faktura əsasında 96400,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi, 2022-ci il ərzində isə elektron qaimə-faktura əsasında 48700,0 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 38500,0 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
39. Apellyasiya şikayətin təmin oluna bilməməsi, ilk növbədə iddianın əsaslı olmasından irəli gəlir. Belə ki, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçının hüquqlarını pozur (İPM-in 70.1-ci maddəsi). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (“İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsi) və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd edilən lizinq müqavilələrinə əsasən iddiaçı sahibkarlıq fəaliyyətində istifadə edilməsi üçün Dönərli kotan UM-DP 14-5, Traktor Belarus 1523 şassi, Kotan 5 gövdəli UM-KT-14-5 şassı, Press bağlayan PPT-041 əldə etmişdir. Sözügedən texnikanın iddiaçı tərəfindən sonradan başqa şəxslərə (hüquqi və ya fiziki şəxslərə) təqdim edilməsi, yəni satılması və ya başqa formada üzərində hüquqlarının dəyişdirilməsi barədə müvafiq sənədlər və ya məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
41. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Ələtli kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli 68 nömrəli Arayışdan görünür ki, İddiaçı Hacıqabul rayon Ələtli kəndində yerləşən təsərrüfatında (traktor belarus 1523, kotan zavod nömrəsi 204252, kotan zavod nömrəli 203369, mala zavod nömrəsi 214126, ot presləyən zavod nömrəsi R1TUC0********) qeyd edilən traktor və qoşquları vardır. Qeyd edilən traktor və qoşqular satılmayıb, hazırda İddiaçı təsərrüfatındadır. Cavabdeh inzibati orqan isə nə inzibati icraat zamanı, nə də ki, məhkəmə icraatlarında əksini təsdiq edən sübutları təqdim edə bilməmişdir.
42. İş materiallarında olan texnikaya aid elektron qaimələrdə isə iddiaçı “alıcı” qismində göstərilmişdir. Qanunvericiliyə əsasən, elektron qaimə-faktura malların göndərilməsini və ya təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
43. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Beləliklə, istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
44. Nəticə etibarı ilə, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirə bilməməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.
45. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı barədə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********188500 nömrəli və xx.xx.2023-cü il tarixli, **********053200 nömrəli qərarları ləğv edilməli və hesablanmış 2132,00 manat əlavə vergi silinməlidir.
46. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2018/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.