Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2050/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1576/2023 saylı 14 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ona ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1576/2023 saylı 14 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Prezident təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyinin cavbdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əssaslandırlmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, müraciətə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla iddiaçıya imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubunda İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün fəlsəfə doktoru fəxri adına görə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Filial tərəfindən 11,05.2022-ci il tarixli **********0 nömrəli məktub ilə İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq 01.01,2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 120 manat xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 200 manat məbləğində (“Fəlsəfə doktoru" elmi dərəcəsinə görə) təqaüd təyin edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən 01.01,2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixdən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi tutma obyekti vergilərin müəyyən edilməsi şərtlərindən biridir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almasıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində Beləliklə, sadalanan maddələrin məzmunundan da göründüyü kimi, İddiaçı qeyd olunan dövrlər üzrə təqaüdün hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli **********390800 nömrəli rəsmi arayışına əsasən xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı fəaliyyəti xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dayandırılması, 01,04.2009-cu il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2014- cü il tarixdən bərpa edilməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması və xx.xx.2016-cı il tarixli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması barədə məlumat müəyyən edilmişdir. Belə ki, İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi gəlirinin, mənfəətinin, işinin və ya xidmətinin dəyərinə adekvat şəkildə vergi ödəyir. Buna uyğun olaraq vergi uçotuna alınır və VÖEN əldə edir, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Buradan belə qənaətə gəlmək olar ki, həmin dövr ərzində iddiaçı işləmişdir. Vətəndaşların vergi bəyannamələri üzrə dövriyyə məbləğinin olmaması və vətəndaşların bəyannamə təqdim etməməsi səbəbindən dövriyyə məbləğinin müəyyən edilə bilməməsi ilə bağlı arayışlarla əlaqədar bildiririk ki, adlarında VÖEN-i olan vətəndaşlara müvafiq növ sosial müavinət təyin edilərkən yalnız VÖEN-nin statusunun “aktiv” və ya “passiv” olması əsas götürülür. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə olan halda İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi geydiyyatda olduğu üçün ərizədə geyd edilən dövr üzrə fəlsəfə doktoru fəxri adına görə Prezident təgaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiaçının iddia tələbinin təmin edildiyini və bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya xx.xx.2021-ci il tarixdən təqaüdün təyin edilməsi ilə bağlı qərarın təqdim edilməməsinə və ya bunun inzibati aktla rəsmiləşdirilməməsinin iddiaçının ziyanına şərh edilə bilinməməsinə, cavabdeh tərəfindən iddiaçı üçün əlverişli olan faktiki xarakterli hərəkətlərlə aybaay təqaüdün ödənilməsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının cavabdehin faktiki fəaliyyətinə də şamil edilməsinə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə sözügedən Fərmanın işləməyən şəxslərə aid olması və iddiaçının aktiv VÖEN-inin olmasına istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə təqaüdün ödənişini dayandıra bilməməsinə istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2021-ci il tarixdən təqaüd təyin edilmiş, lakin bununla bağlı inzibati akt məhkəməyə təqdim edilməsə də, həmin tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 120 manat təqaüd ödənilmişdir. Daha sonra təqaüd dayandırılmış və xx.xx.2022-ci il tarixli qərarla yenidən təqaüd təyin edilmiş və xx.xx.2022-ci il tarixdən ödənilməyə başlanmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ona ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən mübahisənin məhkəmədənkənar həll olunduğunu, iddiaçının tələbi təmin edildiyi üçün tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün ona ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2050/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2050/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver