Məhkəmə qərarları › İş №2-1(103)-2051/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2051/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2051/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (“PHŞ”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: DSMF PHŞ) “pensiyanın bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-2060/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (“PHŞ”) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin crası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)2469/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə “...iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, barəsində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2469/2015 saylı xx.xx.2015-cı il tarixli qərarı qəbul edilərək, ona təyin olunan pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə həvalə olunmuşdur. Həmin qətnamə icra olunmuş, normal qaydada pensiya ödənilmiş, lakin 2020-ci ilin oktyabr ayından etibarən ona pensiyanın verilməsi səbəbsiz, heç bir əsas göstərilmədən dayandırlmışdır. xx.xx.2021-ci il tarixində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyalarına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyası dayandırılır. Halbuki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2469/2015 saylı xx.xx.2015-cı il tarixli qərarı ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Həmin məhkəmə aktı qanuni hüquqi qüvvəsini almışdır və hələ də qüvvədədir. Güzəştli şərtlərlə pensiyanın alınması hüququ artıq həmin qətnamə ilə müəyyən edildiyindən, belə bir hüququnun yenidən mübahisələndirilməsi qanuna ziddir. Əmək pensiayları haqqında Qanunun 37-ci maddəsinə istinad edilməsi üçün heç bir sübut və əsaslı fakt yoxdur. Hesab edir ki, xüsusi səbəb və əsaslı fakt olmadan, ondan xəbərsiz şəkildə pensiyanın verilməsinin dayandırılması onun hüquqlarını kobud şəkildə pozur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2060/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2469/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı X2 təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması barədə cavabdeh Filialın hərəkətləri qanunsuz hesab edilmiş və xx.xx.2020-ci il tarixdən dayandırılmış pensiya ödənişinin həmin tarixdən bərpa edilməsi öhdəliyi Filialın üzərinə qoyulmuşdur . Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibatı Məhkəməsinin 2- 1(82)2469/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı əsasında təyin edilmiş və pensiya ödənişinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəməinin qərarı əsassızdır. Belə ki, “Əmək pensiayları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsnətin xüsusi sahələri, əmək şəraiti zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçıya əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun ƏƏSMN Daxili nəzəparət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə əmək pensiasının ödənişi dayandırılmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddiaçının iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və işə əlavə olunmuş digər sənədlərə əsasən müəyyən olunur ki, iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixinədək ödənilmişdir. Belə ki, işə əlavə olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)2469/2015 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddia tələbi təmin edilmiş İddiaçı xx.xx.2009-cu ildən (55 yaşdan) güzəştlişərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə həvalə edilmişdir. İddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinə və iddiaçının işə əlavə olunmuş pensiya işinə dair sənədələrə əsasən müəyən olunur ki, 2 saylı Bakı İnzibatı-İqtisadi xx.xx.2015-ci il tarixli qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən icra edilərək iddiaçıya 2020-ci ilin oktyabr ayına kimi pensiya ödənişi həyata keçirilmişdir. Lakin işin 84-cü vərəqində olan 1 saylı Bakı DOST Mərkəzinin 30 mart 2022-ci il tarixli arayışından görünür ki, məhkəmə qərarına əsasən ödənilən0 pensiya ödənişi sonuncu dəfə ona xx.xx.2020-ci il tarixində 1174, 45 manat məbləğində pensiya məbləği ödənildikdən sonra dayandırılmış, növbəti aydan etibarən ödəniş dayandırılmışdır. Konkret halda, iddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qeyd edilən xx.xx.2015-ci il tarixli qərarına əsasən ona təyin olunan pensiyanın dayandırılması ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab olunması və dayandırılmış əmək pensiyasının bərpa edilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılmasına görə, yenidən həmin iş üzrə “dayandırılan pensiyanın bərpa olunması barədə” məhkəmədə qaldırılan iddianın inzibati məhkəmə icraatı mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 117.1.1-ci maddəsinə əsasən icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. Eyni zamanda, həmin Məcəllənini 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 15.2-ci maddəsinin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdeh onun üçün məcburi olan qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibatı Məhkəməsinin 2-1(82)2469/2015 saylı xx.xx.2015-ci il tarixliqərarının icrasını dayandırmışdır. İPM-in 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Eyn zamanda, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) də Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Qanunvericiliyin qeyd olunan tələblərindən də həmçinin göründüyü kimi, məhkəmənin qanuni qüvvəsini almış qərarı icra sənədi sayılır, icra sənədinin icrasına nəzarəti isə həmin işə baxan məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında 10 saylı 19 noyabr 2021-ci il tarixli qeyd edilmişdir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir.... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir...” Qeyd olunanlar onu deməyə əsas verir ki, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2469/2015 saylı xx.xx.2015-cı il tarixli qərarının icrasına nəzarəti həyata keçirmək həmin işə baxan məhkəmənin səlahiyyətidir və həmin iş üzrə icrada yaranan istənilən məsələyə də, ayrıca iddia icraatı çərçivəsində yox, məhz həmin işin davamı olaraq icra qaydasında baxılmalıdır. Bu baxımdan, iddiaçının hazırkı iddia ərizəsinin əsaslandırılmış iddia kimi qəbul olunması mümkün deyildir. Başqa sözlə, hazırkı iddianın mümkünlük şərtləri ödənilmir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənasından da göründüyü kimi, inzibati icraat qaydasında baxılmalı olan iddia növünə uyğun gəldiyi əsaslandırılayan iddianın inzibati məhkəmə icraatı mümkün sayılmır. Əks halda, məhkəmə, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, hazırkı iddianın inzibati məhkəmə icraatını qeyri-mümkün edən hallara diqqət yetirilməmiş, başqa sözlə, iddianın mümkünlük şərtləri öz təsdiqini tapmadığı halda, işə mahiyyəti üzrə işə baxılaraq iddianın təmin olunması barədə prosessual qanunvericiliyin tələblərini pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-2060/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-2469/2015 saylı xx.xx.2015-cı il tarixli qərarı ilə ona təyin olunmuş əmək pensiyasının davamlı icrasının təmin olunması üçün həmin icra sənədinin icrası qaydasında müvafiq ərizə (şikayət) ilə həmin qərarı qəbul etmiş hakimə (məhkəməyə) müraciət edə bilər. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2060/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı X1 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar