Məhkəmə qərarları › İş №2-1(103)-2051/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2051/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2051/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın ləğv edilməsi və borc məbləğinin silinməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3828/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçıya münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 2023-cü ilin avqust ayında qəbul etdiyi yeni qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iddiaçıya münasibətdə pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1977-1998-ci illərdə - Azərbaycan ETMEK və KPİ-də mütəxəssis, kiçik elmi işçi, böyük elmi işçi, 1998-2000-ci illərdə 16-cı dərəcə üzrə aparıcı elmi işçi vəzifəsində çalışmış, 2000-2007-ci illərdə - 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007-2020-ci illərdə - Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmış və xx.xx.2020-ci ildə pensiyaya çıxmışdır. Qanunvericiliyə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışdığı son iki illik dövr üzrə aylıq əmək haqqı məbləği, hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə və bu əmək haqqı məbləği əsasında aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan hakimlik stajının 15 ilinə görə vəzifə maaşının 45% həcmində və elmi dərəcəyə görə 15% əlavə, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı və məzuniyyətlə əlaqədar iki aylıq əmək haqqı məbləğində müavinət, eləcə də müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla (bu barədə müvafiq sənədlər DSMF orqanına təqdim olunmuşdur) ona xx.xx.2020-ci il tarixindən 4642 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamına əsasən pensiya məbləğinə 10% aylıq maddi yardım əlavə olunaraq, 2022-ci il yanvarın 1-dən pensiyası 5106,72 manat məbləğində müəyyən edilmiş və o, həmin pensiya məbləğini 2022-ci ilin sentyabr ayınadək almışdır. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 29 iyun 2022-ci il tarixli Qanunlara əsasən 01 iyul 2022-ci il tarixdən apellyasiya məhkəmələri hakimlərinin vəzifə maaşları artaraq 2556 manat (3550 x 90% x 80% = 2556) manat məbləğində müəyyənləşmiş, bu isə vəzifə maaşlarının 43%-dən çox artması deməkdir (2556 : 1782 = 1,4343). Qanunvericiliyin «əməkhaqqındakı sonrakı artımların da nəzərə alınması» normasına əsasən, ona təyin olunan 4642 manat pensiya məbləği 43% artmaqla 6675,18 manat məbləğində müəyyən olunmalı, Azərbaycan Respublikası Prezidentinin 04 mart 2022-ci il tarixli Sərəncamı əsasında pensiya məbləğinə 10% aylıq maddi yardım nəzərə alınaraq pensiyası 7342,7 məbləğini təşkil etməli idi ki, bu da əvvəl aldığı 5106,72 manat pensiyanın 43% artması (7342,7 : 5106,72 = 1,43) deməkdir. Lakin əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyənləşən pensiyanı 01 iyul 2022-ci il tarixdən almalı olduğu halda, ona iyul-avqust-sentyabr aylarında 5106,72 manat məbləğində pensiya verilmiş, xx.xx.2022-ci il tarixində isə pensiya kartına 6148,03 manat pul köçürülmüşdür və bunun səbəbləri barədə mənə hər-hansı məlumat verilməmişdir. Bununla əlaqədar cavabdhə məktubla müraciət edərək, bu məsələlərə aydınlıq gətirilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixdə cavabdehin 06 dekabr 2022-ci il tarixli cavab məktubu ona təqdim olunmuşdur. Həmin məktubla qeyd olunmuşdur ki, hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırılmalı olması ilə əlaqədar aparılan araşdırma zamanı məlum olub ki, hakim kimi pensiya təyinatı üçün tərəfimdən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də pensiyanın hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Cavab məktubunda həmçinin bildirilmişdir ki, göstərilən səbəbdən də əmək pensiyamın qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqıma dair məlumatların təqdim olunması üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmiş və cavab olaraq təqdim edilmiş ona dair əmək haqqı cədvəlinə əsasən pensiyası yenidən hesablanmışdır. Həmçinin bildirilmişdir ki, orta aylıq əmək haqqımın (4868,07 manat) 80 faizi - 3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edildiyi və buna görə də həmin dövr üzrə ona artıq pul vəsaiti ödənildiyi üçün, ona ödənilməli olan 2839,95 manat fərq məbləğinin artıq ödənilmiş pul vəsaiti ilə əvəzləşdirilərək büdcəyə bərpa edilmişdir. Beləliklə, xx.xx.2020-cı il tarixli qərarla təyin olunmuş pensiya məbləğini 2 il ərzində müntəzəm aldıqdan sonra, ona müraciət edilmədən, razılığı alınmadan, hər hansı məhkəmə qərarı olmadan, xəbər verilmədən və iştirakı təmin edilmədən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmaqla xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş və bu qərar əsasında əmək pensiyası azaldılmış, ona borc məbləği hesablanmış və pensiya məbləğindən tutmalar aparılmışdır. xx.xx.2022-ci il tarixli qərar barədə məlumat aldıqdan sonra həmin qanunsuz qərarın ləğvi və bu qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrinin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və bu qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə cavabdein ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunu almışdır və bu məktuba dərhal, yəni xx.xx.2023-cü il tarixdə cavab məktubu göndərmişdir. xx.xx.2023-cü il tarixli məktubda 10 avqust 2023-cü il tarixədək cavabdeh orqana gəlməyi və ya mülahizələrinin yazılı formada təqdim olunması xahiş olunmuşdur. Məktubda inzibati icraatın keçirilməsi ilə əlaqədar dəqiq məlumatlar (konkret hansı gün, hansı saatda, inzibati icraatın keçirilməsinə məsul şəxs, onunla əlaqə saxlama imkanları) göstərilmədiyindən, düşünmüşdür ki, bu məlumatlar məktublarının hər birində qeyd etdiyi telefon və ya elektron poçt ünvanı vasitəsilə əlavə olaraq ona bildiriləcək. Lakin bu hal baş verməmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixli cavab məktubunda ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilənlərə uyğun olaraq inzibati icraatın keçirilməsi ilə əlaqədar, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsi ilə müəyyən olunan hüquq normasına əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Buna baxmayaraq, qanunvericiliyin tələblərinə əsasən əlverişli inzibati akt sayılan xx.xx.2020-ci il tarixli qərardan 3 il sonra yeni inzibati aktın qəbul edilməsi məsələsinin qaldırılması və həmin aktın qəbul olunmasını şərtləndirən hal kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 il əvvəl qəbul etdiyi xx.xx.2008-ci il tarixli Qərarına istinad edilməsi də təəccüb doğurur. Belə ki, yaşı ilə əlaqədar pensiyaya çıxarkən ona pensiya təyin olunması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarı artıq 12 il idi ki, mövcud idi”. Bundan başqa, 2023-cü ilin yanvar-iyun aylarında ona qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ləğv olunan xx.xx.2022-ci il tarixli qərar üzrə hesablanan 7051,79 manat məbləğində pensiya ödənilsə də, 2023-cü ilin iyul ayında 8406,24 manat məbləğində (xx.xx.2020-cı il tarixli qərara əsasən) pensiya ödənilmiş, lakin 2023-cü ilin avqust ayında yenidən 7051,79 manat pensiya məbləği pensiya kartına köçürülmüşdür. Bununla əlaqədar Mərkəzi Filiala xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq, yaranmış anlaşılmazlıqların izah oıunmasını və qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən ləğv olunan xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması barədə məlumat verilməyini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh orqandan ona xx.xx.2023-cü il tarixli məktub daxil olmuş, həmin məktubda cavabdehin ona ünvanlanmış və tərəfindən alınmamış xx.xx.2023-cü il tarixli məktuba istinad edilərək, onun müraciətlərinə ətraflı cavab verildiyi bildirilmiş, həmçinin ona artıq ödənilmiş 13.533,85 manatın əmək pensiyamdan tutulması barədə razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim olunması xahiş olunmuşdur. Bundan sonra sözügedən xx.xx.2023-cü il tarixli məktubu əldə etmiş və məzmunu ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, “pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq cavabdeh tərəfindən təkrar inzibati icraata başlanılıb, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli məktub göndərilib, lakin məktubda qeyd olunan tarixədək Mərkəzi Filiala gəlmədiyindən, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizə təqdim etmədiyindən Mərkəzi Filial tərəfindən qanunun tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib”. Nəticədə, ona ümumilikdə artıq ödənilmiş vəsait 13533,85 manat təşkil edir. İlk növbədə qeyd olunmalıdır ki, əmək pensiyasının yenidən hesablanması haqqında qəbul edilmiş yeni inzibati akt barədə məlumatı xx.xx.2023-cü il tarixdə almış, bu inzibati akt hal-hazıra kimi ona təqdim olunmamış, onun rekvizitləri ona məlum deyil. Cavabdehin məktublarından isə belə təxmin etmək olur ki, bu yeni qərar 2023-cü ilin avqust ayında qəbul edilmişdir. Göstərilənlərlə əlaqədar, xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq Mərkəzi Filiala ünvanladığı xx.xx.2023-cü il tarixli məktubla qanunsuz olaraq ona artıq ödənilmiş kimi hesablanan məbləğin əmək pensiyasından tutulması barədə razılığının olmadığını bildirmiş və ondan xəbərsiz olaraq qəbul edilmiş yeni inzibati aktın qanunvericiliyə uyğun olaraq ona təqdim olunmasını tələb etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, məktubuna cavab verilməmiş, yeni qəbul edilmiş inzibati akt ona təqdim olunmamış və o, yenidən xx.xx.2023-cü il tarixli məktubla təkrarən müraciət edərək həmin inzibati aktın qanunvericiliyə uyğun olaraq ona təqdim olunmasını xahiş etsə də, bu müraciətinə də cavab verilməmişdir. Bundan sonra məcbur olub xx.xx.2023-cü il tarixdə Mərkəzi Filialla telefon əlaqəsi saxlayaraq məktublarına cavab verilməməsinin səbəbini soruşduqda guya ona Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli məktubunun göndərildiyini bildirmişlər və ona əlaqədar poçt məntəqəsinə müraciət etməyini məsləhət görmüşlər. O, poçt məntəqəsinə müraciət etsə də, oradan ona bildirmişlər ki, cavabdehin ona ünvanlanmış hər hansı məktubu onlara daxil olmamışdır. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin maddi və prosessual tələblərini ciddi şəkildə pozmaqla ona münasibətdə qəbul etdiyi yeni qararla pensiyasın azaldılması və pensiya məbləğindən tutulmalarla (məktubda bu halın «əvəzləşdirmə» kimi göstərilməsi işin mahiyyətini dəyişmir) bağlı hərəkətlərə yol vermişdir. Qanunvericiliyin tələbinə əsasən, qanuni inzibati akt qəbul olunduqdan sonra 1 il ərzində aktın ləğv olunmasını şərtləndirən hallar müəyyən olduğu (yarandığı) halda bu inzibati aktın ləğv olunması məsələsinə baxıla bilər. Lakin xx.xx.2020-ci il tarixli qərardan təxminən 3 il sonra həmin inzibati aktın ləğv edilməsi məsələsinin qaldırılması və bunu şərtləndirən hal kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 il əvvəl qəbul etdiyi xx.xx.2008-ci il tarixli Qərarına istinad edilməsi də qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı, eyni zamanda anlaşılmazdır və təəccüb doğurur. Belə ki, yaşı ilə əlaqədar pensiyaya çıxarkən ona pensiya təyin olunması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarı artıq 12 il idi ki, mövcud idi. O, 2015-ci ilin sentyabrında həm 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2015-ci ilin sentyabr ayında qüvvədə olan 20.7-ci maddəsinin normaları baxımından 15 illik hakimlik stajına malik olduğu üçün orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququnu əldə etmişdir. Bundan sonra o, pensiyaya çıxmaq vaxtını və həmin vaxtadək qanunvericilikdə onun hüquqi vəziyyətimi daha da yaxşılaşdıran normativ hüquqi aktların qəbul edilə biləcəyini gözləməli idi. Sonradan 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanununa dəyişikliklər edilmiş, 20.7-ci maddədə “əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla” sözləri “əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir” sözləri ilə əvəz edilmiş, 20.7.1-ci və 20.7.2-ci maddələr yeni redaksiyada verilmiş və 20.7.3-cü maddə ləğv edilmişdir. O, pensiya hüququ olan sabiq hakim kimi onun hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğinin əsas götürülməsi seçimi olduğu və fəaliyyətinin son 24 ayı üzrə əmək haqqı ilə pensiya təyin edilməsi onun üçün daha əlverişli şərtlər (pensiya məbləği) yaratdığı halda, cavabdeh inzibati orqan qanunvericiliyinin müddəasının işin vəziyyəti və onun üstün mənafeyi baxımından düzgün tətbiq etməmiş, “İnzibati icraat haqqında” Qanununun 30.5-ci və «Əmək pensiyaları haqqında» Qanununun 31.2-2-ci maddələri ilə müəyyən olunmuş normaları pozmaqla, öz təşəbbüsü ilə onun əmək fəaliyyətinin son 60 ayı üzrə əmək haqqı barədə məlumatlar əldə edərək pensiyasının yenidən hesablanmasını əlverişsiz əsaslarla aparmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-3828/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı münasibətdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli yeni qərarın və bu qərar əsasında İddiaçı hesablanmış borc məbləğinin ləğv edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 6.1.4-cü bəndinə əsasən əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyası yenidən hesablanır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni, sözügedən Plenum Qərarına əsasən xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən hakimlərə son 24 ay üzrə ödənilmiş əmək haqqı əsasında pensiya hesablandıqda 25 ildən az hakim kimi iş stajı olan şəxslərin faiz dərəcələri 80 faizdən aşağı olur. Göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən pensiya təyin edilsə idi, pensiya faizi 20 il 27 gün hakimlik stajına uyğun olaraq 65 faiz müəyyən ediləcəkdir, yəni müvafiq Plenum Qərarı ilə müəyyən edilmiş faiz dərəcəsindən (80 faiz) aşağı olacaqdır. Eyni zamanda hakimlərin vəzifə maaşları 1 iyul 2022-ci il tarixindən artırıldığı üçün sabiq hakimlərin də pensiya məbləğləri həmin tarixdən artırıldı. Bununla əlaqədar aparılan araşdırma zamanı məlum olub ki, hakim kimi pensiya təyinatı üçün iddiaçı tərəfindən vaxtilə təqdim edilmiş sənədlər son 24 ay üzrə ödənilmiş əmək haqqına aiddir. Bu səbəbdən də iddiaçının pensiyasının hesablanması zamanı vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı 5 il üzrə deyil, son 2 il üzrə hesablanmışdır. Əmək haqqının tərkibinə daxil olan bəzi əlavələr əvvəllər mövcud olmadığından son 5 il ilə müqayisədə son 2 il üzrə orta aylıq əmək haqqı daha yüksək məbləğdə olub. Buna görə də iddiaçının əmək pensiyası ya “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin tələblərinə uyğun son 24 ay üzrə orta aylıq əmək haqqının 65 faizi miqdarında hesablanmalı idi, ya da Plenum Qərarına uyğun 60 ay ərzində orta aylıq əmək haqqının 80 faizi miqdarında hesablanmalı idi. Lakin iddiaçının pensiyası 24 ay üzrə əmək haqqı əsas götürülməklə 80 faizlə hesablanıb. Nəticədə, iddiaçıya artıq pul vəsaiti ödənilib. Göstərilən səbəbdən də, iddiaçının əmək pensiyasının qanunvericiliyə uyğunlaşdırılması məqsədilə ona 60 ay ərzində ödənilmiş əmək haqqına dair məlumatların təqdim olunması üçün Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə sorğu verilmişdir. Cavab olaraq təqdim edilmiş iddiaçıya dair əmək haqqı cədvəlinə əsasən əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi 29 sentyabr 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1781,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 801,45 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 445,25 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 267,15 manat, digər növ əlavələr 1573,22 manat olmaqla orta aylıq əmək haqqı 4868,07 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4868,07 manat) 80 faizi-3894,45 manat məbləğində hesablanmalı olduğu halda, 4642,47 manat müəyyən edilməklə xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də, həmin dövr üzrə iddiaçıya 15758,29 manat artıq pul vəsaiti ödənilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 639,00 manat, elmi dərəcəyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 383,40 manat, digər növ əlavələr 2257,80 manat olmaqla orta aylıq əmək haqqı 6986,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 20 il 27 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (6986,40 manat) 80 faizi-5589,12 manat məbləğində müəyyənləşdirilməli olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 4642,47 manat məbləğində iddiaçının müvafiq kart hesabına köçürülüb. Nəticədə iddiaçıya göstərilən dövr ərzində ödənilməli olan 2839,95 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 2839,95 manat pul vəsaiti iddiaçıya artıq ödənilmiş 15758,29 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş pul vəsaiti 12918,34 (15758,29-2839,95) manat təşkil etmişdir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4013,43 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 4178,25 manat ödənilmişdir. Buna görə də iddiaçıya maddi yardım üzrə artıq ödəmə 164,82 manat təşkil etmişdir. Nəticədə, iddiaçıya 13083,16 (12918,34+164,82) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan 903,76 manat fərq məbləği ona artıq ödənilmiş 13083,16 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş pul vəsaiti 12179,40 (13083,16- 903,76=12179,40) manat təşkil etmişdir. Daha sonra iddiaçı Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərin qanunsuz hesab olunması və bununla bağlı qəbul edilən qərarın ləğv edilməsi, ilkin təyin edilmiş pensiya məbləği bərpa olunmaqla, ödənilməyən pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarları pensiyanın yenidən hesablanması zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi (mülahizənin dinlənilməsi və s.) ilə əsaslandırılmışdır. Məhkəmə qərarının icrası məqsədilə iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixindən ilkin hesablama qaydasına uyğun qaydada 8406,24 manat məbləğində bərpa edilmiş və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə tərəflərindən müvafiq məktubla məlumat verilmişdir. Eyni zamanda, iddiaçının pensiyası qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq tərəflərindən təkrar inzibati icraata başlanılmışdır. Belə ki, iddiaçının pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinin dinlənilməsi üçün cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək iddiaçı cavabdeh orqana gəlməmiş, həmçinin pensiya hüququ ilə bağlı hər hansı mülahizəsini təqdim etməmişdir. Sonra isə cavabdeh tərəfindən sözügedən Qanunun tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilmişdir. Əlavə olaraq, qeyd olunan məhkəmə qərarının icrası nəticəsində cari ilin iyul ayı üzrə iddiaçıya qanunauyğun hesablanmalı olan 7051,79 manat pensiya məbləğindən 1354,45 manat artıq (8406,24-7051,79) vəsait ödənilmişdir. Nəticədə, iddiaçıya ümumilikdə artıq ödənilmiş vəsait 13533,85 (12179,40 + 1354,45) manat təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlər sübut edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması bütün maddi və prosessual normalara tam əməl edilməklə, qanunauyğun qaydada həyata keçirilmişdir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq ümumi ifadələrlə “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulduğuna əsaslanmış, lakin bu pozuntunun konkret olaraq hansı hərəkət və ya hərəkətsizlikdə ifadə olunduğunu bildirməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla pensiyasının azaldılması və pensiya məbləğindən tutulmalarla bağlı hərəkətlərinin qanunsuz hesab edilərək, bununla bağlı 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın və bu qərar əsasında iddiaçıya hesablanmış borc məbləğinin ləğv edilməsi, iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona 3-17-1/3-7-13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. O, xx.xx.2000-ci ildən xx.xx.2020-ci ilədək hakim vəzifəsində işləmiş, ümumi hakimlik stajı 20 il 27 gün olmaqla xx.xx.2020-ci il tarixdən son yaş həddinə çatması ilə əlaqədar hakimlik səlahiyyətlərinə xitam verilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2020ci il tarixdən son 24 ay orta aylıq əməkhaqqının 80 faizi miqdarında hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2020-ci il tarixli qərarla 4642,47 manat məbləğində pensiya təyin edilmişdir, sonradan cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 3894,45 manat müəyyən edilmişdir. İddiaçının iddiası əsasında Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iddiaçıya ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir, həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd edilən qərarın icrası məqsədilə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 8406,25 manat müəyyən edilmişdir. Bundan sonra isə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı növbəti dəfə - xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul etmiş və əmək pensiyasının məbləğini 5589,12 manat müəyyən etmişdir. Cavabdehin mövqeyinə görə xx.xx.2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Həmin şəxsin vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısı son 24 ay üzrə deyil, istənilən beş il üzrə hesablanmalıdır. Çünki “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasında “hakimlərin işlədikləri son 24 ayı üzrə pensiyanın hesablanması” anlayışı mövcud deyildi, sözügedən Qanunda yalnız 5 illik əmək haqqına uyğun hesablanma nəzərdə tutulmuşdur. Bu əsasdan iddiaçıya son 24 ayın orta aylıq əmək haqqından 80% miqdarında pensiyanın təyin edilməsi mümkün deyildir. 10 iyun 1997-ci il tarixdən qüvvəyə minmiş «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinə əsasən səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları vəzifə maaşlarının 80 faizi miqdarında pensiya verilir. Həmin Qanuna 20 iyun 2003-cü il tarixdə edilmiş dəyişikliyinə əsasən: «Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişiklik həmin məbləğə şamil edilir. Bu Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu maddənin beşinci hissəsinin müddəaları şamil edilir». Bundan sonra Qanuna edilmiş 14 iyun 2005-ci il tarixli dəyişikliklə maddədəki «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya» sözləri «Pensiya» sözü ilə əvəz edilmişdir. 30 dekabr 2005-ci il tarixdə «Məhkəmələr və hakimlər haqqında» Qanuna sözügedən maddə aşağıdakı redaksiyada verilmişdir: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı qaydada pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir». 19 oktyabr 2007-ci il tarixdə isə «Məhkəmələr və hakimlər haqqında» Qanuna edilmiş sonuncu əlavə və dəyişikliklə 109-cu maddənin beşinci və altıncı hissələri maddədən çıxarılmış və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə olunmuşdur: «Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir». “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). Beləliklə, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin beşinci hissəsinin ilkin redaksiyasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə ilk əvvəl heç bir hakimlik stajı ilə bağlı olmayan və axırıncı iş yerində aldıqları əmək haqqının (vəzifə maaşının) 80 faizi məbləğində pensiya verilməsi nəzərdə tutulmuşdur. Həmin maddəyə 20 iyun 2003-cü il və 14 iyun 2005-ci il tarixli dəyişikliklə əlaqədar 1997-ci ildən sonra hakim vəzifəsində çalışmış şəxslərin, eləcə də «Məhkəmələr və hakimlər haqqında» Qanuna uyğun olaraq keçirilmiş təyinatlardan əvvəl işləmiş və həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərin pensiya faizi 80 faizi olmaqla yalnız axırıncı iş yerlərində hakim kimi aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarından hesablanması təsbit edilmişdir. Daha sonra həmin Qanuna 30 dekabr 2005-ci il və 19 oktyabr 2007-ci il tarixli əlavə və dəyişikliklərlə qanunvericiliyin müddəaları dəyişdirilmiş və nəticə etibarilə qanunverici hakim kimi pensiya hüququnun əmələ gəlməsini ən azı 5 illik hakimlik stajına bağlamış və hakimlərin stajından asılı olaraq pensiyanın miqdarı differensasiya olunmuş, bu zaman təyin ediləcək pensiya məbləğinin hakim vəzifəsində işləmə müddətlərindən asılı olaraq istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizindən 80 faizədək məbləğində müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikdən sonra isə sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ 5 ildən 15 ilə qaldırılmışdır. Eyni zamanda həmin qanunun 20.7-ci maddəsi ilə əmək pensiyasına əlavələrin 5 ilin orta aylıq əməkhaqqından deyil, hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanması təsbit edilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı: 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə – həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 100-cü maddəsinin ikinci hissəsinə müvafiq olaraq hakimlərin müstəqilliyi onların səlahiyyəti dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Konstitusiya Məhkəməsi məhz xx.xx.2005-ci il tarixdən sonra yeni tənzimləmə ilə hakimlərin pensiya təminatlarının ciddi dəyişdirilərək hüquqi vəziyyətlərinin əvvəllər malik olduqlarından daha aşağı səviyyəyə endirildiyini nəzərə alaraq 2008-ci ildə həmin maddəyə rəsmi şərh zamanı 30 dekabr 2005-ci il tarixədək hakim təyin edilmiş şəxslərə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarının tətbiq olunmasını qanuni saymışdır. Sözügedən rəsmi şərhin məqsədi həmin vaxt xüsusən “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə edilmiş ciddi dəyişikliklərlə hakimlərin əvvəllər qazanmış olduqları və daha üstün pensiya təminatlarının qüvvədə saxlanılmasından ibarət olmuşdur. İddiaçının vəziyyətini yüngülləşdirən, daha üstün təminat nəzərdə tutan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ildən qüvvəyə minmiş 20.7-ci maddəsi əsasında hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən pensiya məbləği hesablanmalıdır. Belə ki, Qanunun xx.xx.2017-ci ildən qüvvəyə minmiş adıçəkilən maddəsi ilk dəfə hakimlər üçün pensiyaya çıxarkən hakim vəzifəsindəki fəaliyyətlərinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsində seçim hüququ vermişdir. Bundan əvvəlki qanunvericilik hakimlərə yalnız istənilən ardıcıl gələn 5 ilin (60 ayın) orta əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdusa, yeni qanunvericilik hakimlərə pensiya məbləğinə təsir edəcək orta aylıq əmək haqqı dövrünü müəyyən etməyə seçim imkanı tanımışdır. Məhkəmə kollegiyası qeyd edilən 20.7-ci maddəni hakimlərin vəziyyətini yaxılaşdıran və daha üstün sosial təminat hüququna rəvac verən seçim hüququ olduğunu nəzərə alır və hesab edir ki, iddiaçının pensiya məbləği onun seçiminə uyğun olaraq xx.xx.2020-ci il tarixədək hakim kimi işlədiyi dövrün son 24 ayın orta əmək haqqı məbləğindən hesablanmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8. Qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya ödənilməli olan məbləğin ona ödənilməyərək artıq hesablandığı hesab edilən məbləğlə əvəzləşdirilməklə büdcəyə bərpa edilməsi dolayısı ilə artıq hesablanan məbləğin tutulmasına yönəlmiş hərəkətdir. Lakin əmək pensiyasının yenidən hesablanması, artıq ödənilmiş pensiya məbləğinin tutulması və əvəzləşdirilmənin aparılmasına dair iddiaçının razılığı alınmamışdır. Belə ki, qanunverici artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə cavabdeh tərəfindən iddiaçının əmək pensiyası məbləğinin geri qaytarılması üçün iddiaçının razılığı alınmamış, eyni zamanda bununla əlaqədar cavabdeh tərəfindən məhkəməyə də müraciət edilməmiş və məhkəmə qərarı da mövcud deyildir. Artıq ödənildiyi iddia edilən pensiya məbləğinin cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada, yəni iddiaçının razılığı ilə və ya məhkəmə qaydasında tutulduğu iş materiallar ilə öz təsdiqini tapmır. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə kollegiyası ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3828/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı, həmin qərarın «qərara aldı» hissəsində «İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi» sözləri «İddiaçı xx.xx.2020-ci il tarixli, **********0 nömrəli qərarla ilkin təyin edilmiş pensiya məbləğinin bərpa edilməklə, ona 3-17-1/3-7- 13354/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar əsasında ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi» sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar