Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2052/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2025 saylı , xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin onun riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə olan xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********604900 qeydiyyat nömrəli bildirişlə (№**********3) 2022-ci il bəyannamə və hesabat dövrü üzrə dövlət büdcəsinə ümumilikdə 8655 (səkkiz min altı yüz əlli beş) manat 59 qəpik vergi borcunun, o cümlədən 628 manat 86 qəpik faizlər üzrə borcun ödənilməsinə dair tələbin, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********589400 qeydiyyat nömrəli bildirişlə (№**********2) 32778 (otuz iki min yeddi yüz yetmiş səkkiz) manat 88 qəpik, o cümlədən faizlər üzlə 1718 manat 67 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” ona qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan xx.xx.2023-cü il tarixli **********068700 nömrəli qərarın, xx.xx.2023-cü il tarixli **********330200 qeydiyyat nömrəli bildirişlə (№ **********7) 33299 (otuz üç min iki yüz doxsan doqquz) manat 97 qəpik, o cümlədən, 40.00 manat maliyyə sanksiyaları üzrə, 2199 manat 76 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarın, 3.06.2023-cü il tarixli **********135600 qeydiyyat nömrəli bildirişlə (№**********4) 34,674 manat 42 qəpik, o cümlədən 40.00 manat maliyyə sanksiyaları üzrə, 2700 manat 60 qəpik faizlər üzrə borcun ödənilməsənə dair tələbin və bu tarixdən sonra hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, Aparatın rəhbəri baş vergi xidməti müşaviri X2 xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq iddiaçının əməlində risk meyarı (meyarları) müəyyən edildiyi iddia olunur ki, bu da həqiqətə uyğun deyil. İddiaçı belə əməliyyatlara yol verməmişdir. Belə ki, iddiaçının aldığı mallarla satdığı mallar arasında çeşid fərqi olmayıb. Təqdim olunan elektron qaiməfakturalarda aldığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərməmişdir. Vergi xidməti tərəfindən belə bir fakt müəyyən edilməyib. Buna baxmayaraq, Vergi Xidmətinin iddiaçıya qarşı olan qeyri-obyektiv münasibəti davam etdirilir, əsassız vergi borcları, faizlər və s. ödəmələr hesablanır. İddiaçının vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət vermək imkanının qarşısını almaq, yaxud məhdudlaşdırmaq məqsədilə müxtəlif qanunsuz üsullara yol verilir, Azərbaycan Respublikasının Konstitusiyasının, Vergi Məcəlləsinin və digər müvafiq normativ hüquqi aktların tələblərinə zidd olaraq, aparılmış kameral yoxlamaların məzmunu və mahiyyəti barədə iddiaçıya məlumat verilmir, qəbul olmuş qərarlar lazımınca əsaslandırılmır, onlar qanunla müəyyən olunmuş formada və qaydada iddiaçıya vaxtında təqdim olunmur, müvafiq müddətləri gözləmədən faizlər hesablanır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cəlil oğlunun iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “cavabdehin iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarının, 24868 (iyirmi dörd min səkkiz yüz altmış səkkiz) manat 04 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarın, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə” iddiaçıya qarşı 40.0 (qırx) manat maliyyə sanksiyası tətbiq edilməsi barədə olan xx.xx.2023cü il tarixli **********068700 nömrəli qərarın, 873 (səkkiz yüz yetmiş üç) manat 61 qəpik məbləğində əlavə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarın, iddiaçının riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarın icrası ilə bağlı olan, lakin ona təqdim olunmamış digər qərarların, məsələn, xx.xx.2023-cü il tarixli **********135600 qeydiyyat nömrəli bildirişlə bəyan edilmiş 34,674 manat 42 qəpik məbləğində hesablanmış əlavə faiz borclarının tutulmasına dair qərarlar və tələblərin ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2025 saylı , xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2025 saylı , xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********568700 qeydiyyat nömrəli qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 32,9 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Online ups üçün akumlyator 12 v 12A, Lenovo yoga c940, Asus vivobook k513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2022-xx.xx.2022 gəlir vergisi üzrə kameral vergi yoxlaması zamanı iddiaçıdan müvafiq dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlərin, təsdiqedici sənədlər əlaə olunmaqla əsaslandırılmış yazılı izahatın təqdim olunması tələb olunmuşdur. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2023-xx.xx.2023 mənfəət (gəlir) vergisi üzrə kameral vergi yoxlaması zamanı iddiaçıdan müvafiq dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin, təqdim edilmiş və əldə edilmiş mallar üzrə müvafiq təsdiqedici sənədlərin, təsdiqedici sənədlər əlaə olunmaqla əsaslandırılmış yazılı izahatın təqdim olunması tələb olunmuşdur. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********589400 nömrəli qərarına əsasən iddiaçıya 2022-ci il gəlir vergisi üzrə 24.868,04 manat vergi hesablanmışdır. Səbəb olaraq iddiaçının Nazirlər Kabinetinin 265 saylı qərarının 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən xx.xx.2023- cü il tarixli **********568700 nömrəli qərarı ilə riskli vergi ödəyicisi siyahısına daxil edildiyi, bunun isə kənarlaşmaların yaranmasına səbəb olduğu göstərilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********931400 nömrəli qərarına əsasən iddiaçıya 2023-cü il gəlir vergisi üzrə 873,61 manat vergi hesablanmışdır. Səbəb olaraq qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı tərəfindən riskli əməliyyarların aparıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər). Meyarların 3.1-ci bəndində isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi(artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun riskli vergi ödəyicisi hesab olunması barədə qərarın, həmçinin riskli vergi ödəyicisi olması əsası ilə kameral vergi yoxlaması zamanı aşkar olunan kənarlaşmalar nəticəsində ona münasibətdə vergilərin hesablanmasına əsas olmuş qərarların ləğv edilməsidir. Göründüyü kimi vergilərin hesablanmasına əsas olmuş qərarların ləğvi bilavasitə iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın əsaslı olub-olmamasından asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir. Meyarların 3.1.2-ci bəndinə əsasən, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli əməliyyat hesab olunur. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının riskli vergi ödəyicisi kimi tanınması birbaşa onun kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi əməliyyatların qanunvericiliklə müəyyən edilmiş normalara və vergi nəzarəti prinsiplərinə uyğunluq baxımından ziddiyyət təşkil etməsi ilə bağlıdır. Belə ki, xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasında cəmi 32.900 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Online UPS üçün akkumulyator 12V 12A, Lenovo Yoga C940, Asus Vivobook K513, Hitachi proyektor lampası, Monitor HP P24 G4 və s." malların satışının həyata keçirildiyi müəyyən edilsə də, vergi ödəyicisinin alış əməliyyatlarında və idxalında bu malların mövcudluğu aşkarlanmamışdır. Vergi orqanı tərəfindən aparılan kameral vergi yoxlaması zamanı, eləcə də məhkəmə icraatı çərçivəsində iddiaçı tərəfindən satışda göstərilən, lakin alışında və ya idxalında yer almayan malların hüquqi mənşəyini təsdiq edən sənədlər təqdim olunmamışdır. Bu hal isə, Vergi Məcəlləsi və ona əsaslanan normativ aktlarla müəyyən edilmiş vergi risklərinin qiymətləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Meyarların 3.1.2-ci bəndinə uyğun olaraq, iddiaçının riskli vergi ödəyicisi kimi təsnif olunmasına hüquqi zəmin yaratmışdır Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında oxşar mövqeyidən çıxış edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olunur ki, yalnız o əməliyyat riskli hesab edilə bilər ki, şəxs müəyyən sayda mal almış olsun, daha sonra aldığı maldan daha artıq mal təqdim etsin (məsələn, 100 ədəd komputer almış, lakin 105 ədəd satmışdır). Həmçinin, aşağı instansiya məhkəmələrinin mövqeyinə görə 0 mal alıb 5 ədəd mal satmaq riskli hesab edilmir (məsələn, 0 ədəd komputer almış, lakin 5 ədəd satmışdır. Məhkəmə kollegiyası riskli vergi ödəyiciləri konsepsiyasının yuxarıda sadalanan iqtisadi və legitim əhəmiyyətindən çıxış edərək vurğulayır ki, normanın bu cür təfsiri və şərhi ümumilikdə qanunvericinin bu sahədəki tənzimləmə ilə bağlı qarşıya qoyduğu məqsədə ziddir. Digər tərəfdən, istinad olunan normanın məzmununda istifadə edilən “aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə” ifadəsi ümumiyyətlə alış sənədi olmayan malların təqdim edilməsi halını da əhatə edir. Belə ki, norma alınan və ya idxal olunan malın həcmindən artıq olma ilə bağlı dizpozisiya şərti müəyyən edir ki, həm qismən, həm də ümumiyyətlə alış sənədinin olmaması halı bu məzmunla əhatə olunur. Beləliklə, vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və “N” sayda), həmin malın sayından artıq mal satması Meyarların 3.1-ci bəndinə əsasən riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaradır”. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli **********568700 nömrəli qərarı əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 366/2025 saylı , xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-366/2025 saylı , xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2052/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2052/2025
25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver