Məhkəmə qərarları › İş №2-1(103)-2053/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2053/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2053/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2179/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarın qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi və güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququnun yarandığı gündən yəni 2020-ci ilin sentyabr ayından başlayaraq iddiaçıya əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi ağır iş şəraiti ilə bağlı iddiaçıya vaxtından əvvəl və güzəştli əmək pensiyası təyin edilməsi istəyi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə cavab olaraq göndərilmiş 3 mart 2023-cü il tarixli 3-17-1/2-Ş-45658/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yanlız gecə vaxtlarında tunellerdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan "xxxx" QSC-nin 19 yanvar 2023-cü il tarixli A/42 nömrəli arayışında xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Elektromexanika xidmətinin eskalator distansiyasında, xx.xx.2015-ci il tarixindən bugündək isə eskalator distansiyasının maşın zalında elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda iddiaçının yalnız gecə vaxtlarında tunellerdə işləyib-işləməməsi və işlədiyi vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərədə tutulan eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərinə aid olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Cavabdehin göstərişlərinə uyğun olaraq, iddiaçı "xxxx" tərəfindən verilmiş 11 iyun 2024-cü il tarixi, A/166 saylı arayışı, cavabdehə təqdim etməklə, ona buraxılmış müddətlər də tətbiq edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması məsələsinə yenidən baxılması xahiş olunmuşdur. İddiaçıya təqdim edilən arayışda təkrar olaraq göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014cü ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. xx.xx.2014-cü il tarixdən “Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12 % zərərli və yeraltı əmək şəraitilə), xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında elektrik çilingəri peşəsində işləmişdir (12% zərərli və yeraltı əmək şəraitilə). xx.xx.2016-cı il tarixdən halhazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında eskalatorlara xidmət üzrə elektrik çilingəri (12%) zərərli və yeraltı əmək şəraitilə 2 növbəli (08:00-20:00) iş rejimilə) peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırıması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Ağır və zərərli əmək şəraitində iş stajı 22 il 07 ay 03 gün təşkil edir. Lakin, bu arayışı təqdim etməklə cavabdehə etdiyi müraciətə cavabdeh tərəfindən yenidən qeyrimüəyyən cavab verilməkə bildirildi ki, “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın metropolitenlər (21.5) bölməsində yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbölməsində (21.5.1) eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası “Bakı Metropoliteni" QSC-nin xx.xx.2024-cü il tarixli A/166 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Həmçinin "xxxx" QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-1912-955/2024 nömrəli arayışına əsasən də, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq, İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının güzəştli iş stajı mövcud olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2179/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarı ilə (hakim F.İsmayılzadə) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli A/166 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. "xxxx" QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13- 1912-955/2024 nömrəli arayışına əsasən də, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq, İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə anadan olmuş iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Həmçinin iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək fəhlə; (02 ay 05 gün) xx.xx.1981ci il tarixdən xx.xx.1981-ci il tarixədək fəhlə; (08 ay 15 gün) xx.xx.1981-ci il tarixdən xx.xx.1986-ci il tarixədək sürücü işləmiş; (05 il 02 gün) xx.xx.2001-ci il tarixdə eskalator distansiyasına ağır iş şəraiti ilə 3 dərəcəli elektrik çilingəri vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə o, 4 dərəcəli elektrin çilingəri keçirilmiş, xx.xx.2011-ci il tarixdə ağır iş şəraiti ilə 4 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2011-ci il tarixdə ağır iş şəraiti ilə 5 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2014-cü il tarixdə eskalator distansiyasına zərərli iş şəraiti ilə 5 dərəcəli eskalator maşinisti keçirilmiş, xx.xx.2015-ci il tarixdə eskalator distansiyasına 5 dərəcəli elektrik çilingəri keçirilmiş, xx.xx.2016-cı il tarixdə eskalator xidmətinin 2 saylı eskalator distansiyasının maşın zalına 5 dərəcəli eskalatorla xidmət üzrə çilingər keçirilmiş, xx.xx.2018-ci il tarixdə eskalator xidməti 2 saylı eskalator distansiyasının “Nəsimi”, “Azadlıq”, “Dərnəgül” stansiyaları maşın zalına 5 dərəcəli elektrik çilingər peşəsinə (yeraltı, 12% zərərli) keçirilmişdir. (xx.xx.2001-xx.xx.2020 – 18 il 10 ay 16 gün) AO ******* seriya nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək orduda xidmət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən apellyasiya icraatı zamanı iddiaçının pensiya kapitalı ilə bağlı sorğuya verilmiş 20 may 2025-ci il tarixli 3-17- 1/2-117360/2025 nömrəli cavab məktubunda qeyd edilmişir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 8727,75 manat, həmin tarixdən sonra (xx.xx.2020-ci il tarixədək) üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 22437,26 manat olmaqla cəmi pensiya kapitalı 31165,01 manat təşkil edir. “ Göründüyü kimi, iddiaçının 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı iddia tələbində ona 60 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Onun müraciətinə güzəştli iş stajının olmaması əsası ilə imtina cavabı verilmişdir. İddiaçının ümumi iş stajı və qanunla müəyyən edilmiş yaş həddinə çatması, qanunla tələb olunan minimal pensiya kapitalına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

İşin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır.

Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı ümumiyyətlə mövcud deyildir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası “Bakı Metropoliteni" QSC-nin xx.xx.2024-cü il tarixli A/166 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Həmçinin "xxxx" QSC-nin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-1912-955/2024 nömrəli arayışına əsasən də, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq, İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır. Cavabdehin etirazını əsasız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir . İş materiallarından görünür ki "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında ağır əmək şəraiti ilə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü ilədək ağır əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Elektromexanika xidmətinin Eskalator distansiyasında eskalator maşinisti (12% zərərli və yeraltı əmək şəraitilə), xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında elektrik çilingəri peşəsində işləmişdir (12% zərərli və yeraltı əmək şəraitilə). xx.xx.2016-cı il tarixdən hal-hazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında eskalatorlara xidmət üzrə elektrik çilingəri (12% zərərli və yeraltı əmək şəraitilə 2 növbəli (08:00-20:00) iş rejimilə) peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil etdiyindən bərabər tutula bilər. Ağır və zərərli əmək şəraitində iş stajı 22 il 07 ay 03 gün təşkil edir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13-19/2- 955/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətinin Eskalator distansiyasında 12% zərərli əmək şəraiti ilə eskalatorların təmiri və qulluğu üzrə elektrik çilingəri, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 12% zərərli əmək şəraiti ilə eskalator maşinisti peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixdən "xxxx" QSC-nin Elektromexanika xidmətinin Eskalator distansiyasında12 % zərərli əmək şəraitilə eskalator maşinisti, xx.xx.2015-ci il tarixdən Eskalator distansiyasının maşın zalında 12% zərərli əmək şəraitilə elektrik çilingəri peşəsində işləmişdir. xx.xx.2016-cı il tarixdən halhazıradək Eskalator xidmətinin 2 saylı Eskalator distansiyasının maşın zalında 2 növbəli (08:00-20:00; 20:00-08:00) iş rejimilə 12% zərərli əmək şəraitində eskalatorlara xidmət üzrə elektrik çilingəri peşəsində işləyir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlama-quraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. Hər iki peşənin məqsədi xidmət etdiyi avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılması, normal və fasiləsiz işləməsini təmin etməkdir və əmək şəraiti, xarakteristikası və funksiyaları eynilik təşkil edir. Qeyd: Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almasına baxmayaraq İddiaçı həmin peşə üzrə çalışdığı iş rejimi yalnız gecə vaxtı deyil, növbəli olduğundan həmin siyahıya aid olunması mümkün olmamışdır. Göründüyü kimi "xxxx" QSC tərəfindən verilmiş arayışlar arasında ziddiyət mövcuddur. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu verilərək Bakı Metropoliteni QSC-də elektrik çilingəri vəzifəsində çalışan X12, X8 və X4 aid pensiya işinə dair sənədlərin əsli və təsdiq edilmiş surətləri tələb edilmişdir. X9 məxsus pensiya işi sənədlərindən görünür ki: -"xxxx" QSC tərəfindən X9 dair verilmiş xx.xx.2018-ci il tarixli 76 nömrəli arayışa əsasən o, xx.xx.1994-cü il tarixdə 284 №-li əmrlə Bakı Metropoliteni QSC eskalator xidmətinə çilingər- elektrik vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə 201 №-li əmrlə maşinist eskalator vəzifəsinə keçirilmişdir. Kişi üçün bu vəzifədə 12,6 (on iki il altı ay) iş stajı təstiq edir, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 №-li qərarı ilə təstiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların vəzifələrin və göstəricilərin siyasının **********21 bəndinə uyğun olaraq təqaüdə səlahiyyət verilir. Hal hazırda həmin vəzifədə işləyir. X5 məxsus pensiya işi sənədlərindən görünür ki: -"xxxx" QSC tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən R.Rəsulovun çalışdığı peşələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 29-cu Bina, qurğu və digər obyektlerin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin a) fəhlələr bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a a) fəhlələr koduna aiddir. Onun ümumi əmək stajı 35 il 08 ay 16 gün (otuz beş il səkkiz ay on altı gün), güzəştli şərtlərlə əmək stajı 23 il 06 ay 26 gün (İyirmi üç il altı ay iyirmi altı gün) təşkil edir. Belə ki, xx.xx.2007-ci il tarixli 12 Ne-li qərara əsasən R.Rəsulovun çalışdığı peşələr üzrə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə rəngsaz peşəsi göstərilən bəndin rəngsazlar, elektrik montyoru peşəsi yarımstansiyaların xidməti üzrə elektrik montyorları, elektrik çilingəri peşəsi avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) sətirlərinə aiddir, hansılar ki, müvafiq olaraq xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22901008-13450, 22901002-19842, 2290100a-19931 kodları altında göstərilmişdir. X4 məxsus pensiya işi sənədlərindən görünür ki: X4 pensiya məhkəmə qərarı əsasında təyin edilmişdir. X2 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə” dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, şəxsin -"xxxx"-ni Qapalı Səhmdar Cəmiyyətində çilingər- elektrik vəzifəsində işlədiyi dövrlər həmin müəssisənin arayışı əsasında güzəştli iş stajına daxil edilmişdir. Bundan başqa apelyasiya icraatı zamanı işin hallarının dəqiqləşdirilməsi məqsədilə "xxxx" QSC-nə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" QSC-nin Eskalator xidmətinin əməkdaşı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işlə bağlı "xxxx" QSC-nin ünvanına daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(103)- 2053/2025 saylı məktubunuza aidiyyəti üzrə baxılmışdır. Sorğu ilə bağlı nəzərinizə çatdıdırıq ki, məktubda adları çəkilən əməkdaşların iş rejimləri iki növbəlidir (08:00-20:00; 20:00-08:00). Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almışdır. Bütün bunları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, eyni müəssisədə eyni vəzifəni icra edən digər şəxslər barədə təqdim edilmiş sənədlərdən görünür ki, onların iş fəaliyyəti güzəştli iş kimi qiymətləndirilib və bu şəxslər güzəştli pensiya hüququndan yararlanıblar. Bu hal göstərir ki, eyni faktiki şəraitdə eyni vəzifədə çalışan şəxslər arasında fərqli rəftar tətbiq olunmuş, iddiaçı əsassız şəkildə həmin hüquqdan kənarda saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik meyarı yalnız formal eyniliyi deyil, eyni hallara münasibətdə eyni hüquqi nəticənin tətbiqini tələb edir. Əgər fərqli nəticə müəyyən edilirsə, bu fərqin obyektiv və əsaslı səbəblərlə izah olunması vacibdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Xüsusi Şərtlərlə Təyina üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş materiallarda belə əsaslandırma mövcud deyil. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Elektrik çilingəri” Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri peşəsinin xüsusiyyətləri avadanlıqların istismarı və təmiri prosesində yoxlama zamanı qüsurların aşkarlanması və aradan qaldırılması, təmir olunmuş avadanlıqların quraşdırırlması, sınağı və təhvili, eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi, bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımım göstərilməsindən və s. ibarətdir. Eyni zamanda eskalator maşinisti peşəsinin xüsusiyyətləri də sadalanan işlərdən ibarətdir. Eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri və eskalator maşinisti xidmət etdiyi qurğuların (eskalator və travalator) quruluşunu, iş prinsipini, konstruksiyasını, kinematik və elektrik sxemlərini və sazlamaquraşdırma üsullarını bilməli, texniki qulluq cədvəlinə əsasən onların təmizlənməsi, sazlanması, tənzimlənməsi, nizamlanması və təmirini yerinə yetirməlidir. İddiaçıya verilmiş arayışdan da görünür ki, iddiaçının əmək fəaliyyəti məhz yuxarıda göstərilmiş funksiyaların həyata keçiliməsindən ibarət olmuşdur. Bu vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində yer almışdır. Beləliklə, iş üzrə ətraflı araşdırma nəticəsində iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması aydın görünür. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsaslı olmuşdur, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2179/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzəli Abbasov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar