Məhkəmə qərarları › İş №2-1(103)-2054/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2054/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2054/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndələri X4 və Aslanov Aslanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması haqqında iddia tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərbi həkim komissiyasının qərarı ilə onun xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsinə, onun xidmət yerinin DSX-nin MHHKnin qərarlarına əsasən Bakı şəhərinə yox, Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə dəyişdirilməsinə dair xx.xx.2020-ci il tarixli, 973 ş/h nömrəli əmrin əsassız olduğundan ləğv edilməsinə, Ədliyyə kapitan hərbi rütbəsi ilə ehtiyatdan çıxarılmağına görə “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 65.3-cü maddəsinə əsasən ona növbəti ədliyyə mayoru hərbi rütbəsinin verilməsi vəzifəsinin və 15 il qüsursuz xidmət medalının verilməsi vəzifəsinin dərhal verilməsi vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, onun DSX-dən Silahlı qüvvələrin ehtiyatına buraxılmağına dair xx.xx.2021-ci il tarixli, 626 ş/h üzrə əmrin qanunsuz olduğundan ləğv olunmasına, DSX tərəfindən onun xidmət yerinin dəyişdirilməsi və növbəti hərbi rütbənin verilməsi ilə bağlı göndərdiyi xx.xx.2021-ci il tarixli raportuna qanunla müəyyən olunmuş 15 gün müddətində baxılmamasının qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin üzərinə ona dərhal növbəti ədliyyə mayoru hərbi rütbəsinin və 15 il qüsursuz xidmət medalının verilməsi vəzifəsinin qoyulmasına, onun DSX-də ədliyyə mayoru rütbəsi ilə həqiqi hərbi xidmətə bərpa etməklə DSX-nin MHHK-nin qərarlarına əsasən Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə xidmət yerinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə dərhal vəzifə kimi qoyulmasına, xx.xx.2021-ci il tarixdən DSX-də həqiqi hərbi xidmətə bərpa olunacağı tarixədək olan müddətin həmin müddətlər üçün aylıq pul təminatı ödənilməklə həqiqi hərbi xidmət müddətinə, ədliyyə mayoru hərbi rütbəsində xidmət müddətinə, müvafiq vəzifədə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə daxil edilmək vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, 2020-ci ilin noyabr tarixindən 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində xidməti ezamiyyətdə olduğu dövr üçün ona ödənilməmiş 1027 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin DSX-nin üzərinə vəzifə kimi qoyulmasına, DSX tərəfindən onun qanunsuz olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə hərəkətlərin qanunsuzluğu və yolverilməzliyi həmin qurumun vəzifəli şəxslərinin nəzərinə təkrarən çatdırılmaqla gələcəkdə onun qanunsuz olaraq silahlı qüvvələrin ehtiyata buraxılmağının, vəzifədən azad olunmağı və hərbi rütbənin aşağı salınmasının və digər qanunsuz hərəkətlərin cavabdehə və onun vəzifli şəxslərinə qadağan edilməsinə dair ədalətli və obyektiv qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış və işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. Harbi Hissə komandiri Umarov Fizuli xx.xx.2020-ci il tarixdə iddiaçı hərbi hissədə olmadan, ən azı N dəfa fərdi söhbət aparmadan, onu DSXnin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirmədən xx.xx.2020-ci il tarixdə Silahlı Qüvvələrin ehtiyatına təqdim edir. N nömrəli hərbi hissə komandiri Umarov Füzulinin xx.xx.2020-ci il tarixli, M-0281 saylı əmrinə əsasən iddiaçı tərxisə təqdim olunduqdan 3 gün sonra DSX-nin Hərbi Hospitalın xx.xx.2020-ci il tarixli, 752 sayll telefonoqramı üzrə xx.xx.2020-ci il tarixdə hərbi hissəyə qayıtmışdır. Ehtiyata buraxılma barədə isə ona heç bir məlumat verilməmişdir. Sonradan hərbi hissə komandiri qanunsuz olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmadan 5 ay sonra yəni 2021-ci ilin mart ayında iddiaçı ilə aparılmış söhbətin sonuncu vərəqində imzalar olan yerdən altdakı tarixi saxtalaşdıraraq onunla xx.xx.2020-ci il tarixdə fərdi söhbət aparılması barədə rəsmi sənədə saxta qeydlər əlavə etməklə rəsmi sənədi saxtalaşdırılmışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli, 117 ş/h №-li əmrinə əsasən ədliyyə kapitanı hərbi rütbəsi verilməklə DSX-də 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Sərhəd Qoşunlarının N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 973 ş/h №-li əmrinə əsasən xidməti yeri X8 Artileriya Briqadasına (N №-li h/h) təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə dəyişdirilmişdir. İddiaçı özü xx.xx.2020-ci il tarixdə raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin raport qeydə alınmış və İddiaçıla xx.xx.2020-ci il tarixdə söhbət aparılmış, İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməzsə, Silahlı Qüvvələrdən ehtiyata buraxılması fikirində qəti olduğunu bildirmişdir. Ona görə də barəsində təqdimat verilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmaması hissəsində ləğv olunmasına, iddiaçıya iddiasının “mənə DSX tərəfindən növbəti mayor rütbəsi verilməsinə, eyni zamanda DSX-nin MHHK-nın qərarı ilə həmin qurumun Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə ixtisası üzrə (DSX-nin Akademiyası, DSX-nin Hərbi Hospitalı, DSX-nin Sərhəd Nəzarəti) müvafiq vəzifəyə təyin olunmağıma, qanunsuz olaraq DSX tərəfindən silahlı qüvvələrin ehtiyatına buraxıldığım xx.xx.2021-ci il tarixli iş üzrə yekun məhkəmə qərarı çıxarılaraq DSX-də müvafiq vəzifəyə bərpa olunacağım tarixədək olan müddətin həqiqi hərbi xidmət müddətinə, mayor rütbəsinə xidmət müddətinə, pensiya təyin olunması üçün xidmət müddətinə daxil edilməsi vəzifəsinin DSX-nə həvalə edilməsinə, gələcəkdə mənim hərbi qulluqçu kimi hüquqlarımın DSX tərəfindən yenidən pozulmasının, təkrarən vəzifədən qanunsuz olaraq azad olunmağıma yönəlmiş hüquqazidd hərəkətlərin edilməsinin DSX-yə qadağan olunması” hissəsində təmin olunmasına dair yeni və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Q.Abdullayev və A.Aslanov apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarını ləğv edib, iddiaçının “əmrin ləğv edilməsi, xidmətə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması”na dair iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, hər 2 apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Sərhəd Qoşunlarının 7ci sərhəd dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2020-ci il tarixli, 117 ş/h nömrəli əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə könüllü qaydada zabit qismində 1 (bir) il, 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 46-cı maddəsinə müvafiq olaraq İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı attestasiya qaydasında “ədliyyə kapitanı” hərbi rütbəsi və “məxfi” məxfilik dərəcəli dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılış verilmişdir. - Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında bağlaşmanın surətindən görünür ki, İddiaçı 1,6 il müddətində Dövlət Sərhəd Xidmətində N №-li hərbi hissədə xidmət etməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandirinin N №-li, 22 yanvar 2020-ci il tarixli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 117 ş/h əmri əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatından gəlmiş İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə könüllü qaydada zabit qismində 1 (bir) il, 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və təhqiqathüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə 22 yanvar 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 46-cı maddəsinə müvafiq olaraq İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı attestasiya qaydasında “ədliyyə kapitanı” hərbi rütbəsi və “məxfi” məxfilik dərəcəli dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılış verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandiri tərəfindən verilmiş 97 №-li və 132 №-li göndərişlərdən görünür ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müayinədə olan X6 “Autizm sindromu” diaqnozu qoyulmuşdur. Bu səbəbdən N №-li hərbi hissənin komandiri tərəfindən X5 atası İddiaçı Bakı şəhərində yerləşən hərbi hissədən birinə xidməti yerinin dəyişdirilməsi üçün göndəriş verilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №-li h/h) üzrə” xx.xx.2020-ci il tarixli, 973 ş/h №-li əmrinin surətindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı Sərhəd Qoşunlarının 7-ci sərhəd dəstəsi təhqiqathüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Çevik X3 briqadasına təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Əsas kimi Dövlət Sərhəd Xidməti rəisinin müavini-X2 xx.xx.2020-ci il tarixli, 4/1913m nömrəli vəsatəti qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N №-li hərbi hissənin komandirinin N №-li, 15 avqust 2020-ci il tarixli əmrinin lazimi qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 973 ş/h əmri əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifələrə) müvafiq olaraq, Ədliyyə kapitanı İddiaçı Sərhəd Qoşunların 7-ci sərhəd dəstəsi təhqiqathüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Çevik Hərəkət, Qüvvələrin Artilleriya briqadasına təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməsi ilə əlaqədar 15 avqust 2020-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Ədliyyə kapitanı İddiaçı 2020-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, 2020-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinatının və maddi yardımı alıb, 01 yanvar 2020-ci il tarixdən 15 avqust 2020-ci il tarixədək pul müavinatını 100 % almağa layiqdir. - Təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı tərəfindən komandir polkovnik-leytenant Füzuli Umarova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raport üzərində dərkənar xx.xx.2020-ci ildə, rəsmi qeydiyyatı isə xx.xx.2020-ci il tarixdə aparılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №-li h/h) üzrə” xx.xx.2020-ci il tarixli, 1107 ş/h №-li əmrinin surətindən görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli, 0056 №-li əmri ilə təsdiq edilmiş təşkilatştat dəyişikliklərinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin sərəncamında olan Çevik X3 briqadasında olan ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşünastəhqiqatçısı vəzifəsinə təyin olunmuşdur. - C.Abdullayev adına E.T.R.İ tərəfindən verilmiş Seriya SN 00006 № 728713 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, hərbi qulluqçu İddiaçı “Hipertoniya xəstəliyi, Nevrotin” xəstəliyi səbəb ilə 28 sentyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək stasionar müalicə ilə bağlı işdən azad edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospital Bakı şəhəri tərəfindən DSX İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış 16/1732 №-li, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu İddiaçı xx.xx.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında kardioloq tərəfindən müayinə olunmuş və “Ürəyin işemil xəstəliyi. Gərginlik stenokardiyası, birinci funksional sinif” diaqnozu qoyulmuşdur. 06-xx.xx.2020-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalının poliklinika şöbəsində cərrah və endokrinoloq tərəfindən müayinə olunmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək endokrinoloq tərəfindən müayinə olunmuş, “Çoxduyünlu ur.Autoimmun tireoidit” diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixədə oftalmoloq tərəfindən müayinə olunmuş, “Mürəkkəb hipermetropik astiqmatizm” diaqnozu qoyularaq ambulator müayinə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X10 N №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 0281 №-li əmrindən çıxarışın surətindən görünür ki, təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı 07 oktyabr 2020-ci il tarixdə DSX hərbi hospitalından müalicə və müayinədən qayıtmış hesab edilmişdir. Əsas kimi DSX-Hərbi Hospitalının 07 oktyabr 2020-ci il tarixli, 752 №-li telefonorqamı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X10 N №li hərbi hissədən təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair aparılan xx.xx.2020-ci il tarixli söhbət vərəqəsinin surətindən görünür ki, hərbi hissə komandiri polkovnik-leytenant Füzuli Umarov, Qərərgah rəisi polkovnik Ramil Mehdiyev, Madditexniki təminat şöbəsinin rəisi vəzifələrinı icra edən Sadiq Nəsıbov, Şəxsi heyət üzrə şöbənin rəisi vəzifələrini müvəqqəti icra edən mayor Elşad Əhmədov və Kadrlar bölməsinin rəisi vəzifələrini icra edən leytenant Vüqar Niftiyev tərəfindən xx.xx.2020-ci il tarixdə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı ilə 03 oktyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair yazmış olduğu raport əsasında söhbət aparılmışdır. Söhbətin əvvəlində ədliyyə kapitanı İddiaçı hərbi hissəyə gəldiyi ilk günlərdə hansı səbəbdən bu qənaətə gəlməsi barədə soruşuldu. O, N №-li hərbi hissədə xidmət etdiyi zaman övladının səhhəti ilə əlaqədar xx.xx.2020-ci il tarixdə 97 №-li göndəriş əsasında Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildiyini və onun övladı X6 xx.xx.2020-ci il tarixli, 744 №-li arayışa əsasən “uşaq autizmi” diaqnozu qoyulduğunu demişdir. Həmin hərbi hissənin kadrlar bölməsinin bildirməsinə görə bu arayışın xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi üçün kifayət etməməsı səbəbindən təkrar göndərişlə xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi qeyd edilməklə xx.xx.2020-ci il tarixdə 132 №-li göndəriş əsasında yenidən şəhadədləndilməsi üçün Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının Mərkəzi Hərbı Həkım Komissiyasına göndərildiyini bildirmişdir. Həmin göndərişin əsasında xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsinin qərara alındığını, lakin bütün bunlara baxmayaraq xidməti yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə yox, Xızı rayonu Sitalçay qəsəbəsində yerləşən N №-li hərbi hissəyə dəyişdirildiyini demişdir. Bu halın isə onun autizm xəstəsi olan övladının müalicə etdirmək imkanlarını məhdudlaşdırdığını söyləmişdir. Xidməti yeri dəyişdirildiyi hərbi hissənin Bakı şəhərindən uzaqda yerləşdiyı üçün ona gəlib-getmənin maddi imkanlarının xaricində olmasını demişdir. Ədliyyə kapitanı İddiaçı həm də uzun müddətdir bölmədə zabit vəzifəsində xidmət etdiyini, bu səbəbdən növbəti rütbəsini ala bilmədiyindən şikayətlənmişdir. Hərbi hissəyə gəldiyi ilk vaxtlarda Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə raport yazması və bu fikrində qəti durmasının onun hərbi hissə rəhbərliyi tərəfindən vəzifədə irəli çəkilməsinə maneə olması ədliyyə kapitanı İddiaçı nəzərınə çatdırıldı. Ədlıyyə kapitanı İddiaçı “əgər xidməti yeriniz dəyişilmədən vəzifədə irəli çəkilərsinizsə xidmətinızı davam etdirərsinizmi” sualını “xeyr-fikrim qətidir, mənim övladım xəstədir, əgər xidməti yerim Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilərsə xidmətimi davam etdırərəm" deyə cavablandırılmışdır. Söhbət zamanı Dövlət Sərhəd Xidmətinin bu günkü inkişafı, Dövlət Sərhəd Xidməti rəhbərliyinin zabit-gizir heyətinə diqqət və qayğısı, həmçinin zabit-gizir heyətinin məişət şəraitinin günü-gündən yaxşılaşdırılması ədliyyə kapitanı İddiaçı nəzərinə çatdırıldı. Ədliyyə kapitanı İddiaçı bunun aydın şəkildə göründüyünü dedı, övladının səhhəti ilə əlaqədar xidməti yerinin Bakı şəhərinə dəyişdırilməsini xahış etdı və əgər xidməti yeri Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyışdirilməzsə Silahlı Qüvvələrın ehtiyatına buraxılması fikrində qəti olduğunu bildirirmişdir. Həmin söhbət vərəqəsinə əsasən ədliyyə kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Söhbətin sonunda ədliyyə kapitanı İddiaçı onunla aparılan səmimi söhbətdən razı qaldığını demişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X10 N №li hərbi hissəsinin komandiri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli təqdimatın surətindən görünür ki, ədliyyə kapitan İddiaçı 17 avqust 2020-ci il tarixdən N №-li hərbi hissədə xidmət etmiş, hərbi hissədə xidmətə başladığı ilk günlərdə 10 (on) gün ailə vəziyyəti ilə əlaqədar məzuniyyətə buraxılmış, 10 sentyabr 2020-ci il tarixdən hal-hazıradək Dövlət Sərhəd Xidməti Hərbi Hospitalında müalicə almışdır. Bundan başqa qeyd olunmuşdur ki, hərbi hissədə xidmətdə olduğu qısa müddət ərzində özünü müsbət cəhətdən göstərə bilməmiş, hərbi hissəyə gəldiyi ilk günlərdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün müraciət etmiş, ailə vəziyyətindəki problemlərin (övladının xəstəliyi) onun xidmətinə mənfi təsir etdiyini bildirmiş, Silahlı Qüvvələrin ehtiyatına buraxılmayacağı halda xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol veriləcəyi barədə məruzə etmiş, hərbi hissənin kadrlar bölməsinə tez-tez yaxınlaşaraq Bakı şəhərindən kənarda yerləşən hərbi hissələrdə xidmət etməyin maddi vəziyyətinə mənfi təsir etdiyini bildirmiş, etdiyi müraciətlə bağlı söhbət aparılması təklif edilsə də buna ehtiyac olmadığını, ailə üzvləri ilə məsləhətləşdiyini, fikrinin qəti və dəyişmız olduğunu bildirmişdir. Bununla da, hərbi hissə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunmamış, ona tutulan iradları səmimi qəbul etməmiş, nizamnamələrin tələblərinə və subardinasiya qaydalarına rıayət etməmişdir. Artilleriya Briqadası (N №li h/h) Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı ədliyyə kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifəsində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün təqdim edilmişdir. - Təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı, ədliyyə kapitanı İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 25 yanvar 2021-ci il tarixli raportun surətindən görünür ki, əvvəllər xidmət etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə xx.xx.2012-ci il tarixli, 93-K nömrəli əmrə əsasən ona ədliyyə kapitanı rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli əmrinə əsasən silahlı qüvvələrin ehtiyatından ədliyyə kapitanı hərbi rütbəsi ilə həqiqi hərbi xidmətini davam etdirmək üçün xidmətə qəbul edilərək Zaqatala sərhəd dəstəsinə hüquqşünas-təhqiqatçı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq olunmuş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə hərbi rütbədə olma müddəti başa çatdıqda (ehtiyatda olduğu zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir. Həmin Əsasnamənin 42-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı nəticələr göstərmiş, hərbi intizamın möhkəmləndirilməsində xidməti olmuş hərbi qulluqçulara əvvəlki hərbi rütbədə müəyyən olunmuş xidmət müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər. Hərbi rütbənin verilməsinin hərbi qulluqçuda hərbi xidmətə stimul yaratmaq məqsədi daşımasını, ədliyyə kapitanı rütbəsində artıq 9 ildir ki, xidmət etməyini, eləcə də, xidmət yerinin gələcəkdə dəyişdirilməsi ilə bağlı həqiqi hərbi xidmətini davam etdirmək niyyətimi nəzərə alaraq ona növbəti ədliyyə mayoru rütbəsinin verilməsi üçün Azərbaycan Respublikası Silahlı X1 117-ci maddəsinə əsasən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş edir. Həmin raport xx.xx.2021ci il tarixdə R-238 nömrə ilə rəsmi olaraq qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Çevik X3 briqadası (N №-li h/h) üzrə” xx.xx.2021-ci il tarixli, 626 ş/h №-li əmrinin surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşunas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmişdir. Ədliyyə kapitanı: İddiaçı 01 mart 2021-ci il tarixə xidmət illəri 15 il 03 ay 03 gün təşkil edir. Əsas kimi X10 Komandanın xx.xx.2020ci il tarixli, 4/1577 m №-li vəsatəti qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik Hərəkəti Qüvvələri N №li hərbi hissə komandirinin N №-li, 29 aprel 2021-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq ədliyyə kapitanı İddiaçı təhqiqat bölməsinin hüquqşunas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla 29 aprel 2021-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş hesab edilmişdir. 01 yanvar 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək birdəfəlik pul müavinəti 100 % almağa layiqdir. 29 aprel 2021-ci il tarixədək xidmət illəri – 15 (on beş) il 05 (beş) ay 01 (bir) gün. Əsas kimi Dövlət Sərhəd Xidməti rəisinin 30 mart 2021-ci il tarixli 626 ş/h №-li əmr göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə bölməsinin xx.xx.2021-ci il tarixli raportunun surətindən görünür ki, sabiq hərbi qullquçu İddiaçı ÇHQnin N nömrəli hərbi hissəsində xidmət etdiyi dövrdə xx.xx.2020-ci il tarixli, 1151 №-li ezamiyyət vəsiqəsi üzrə 247,00 manat, xx.xx.2020-ci il tarixli, 1170 №-li ezamiyyət vəsiqəsi üzrə 559,00 manat, xx.xx.2020-ci il tarixli, 1200 №-li ezamiyyət vəsiqəsi üzrə 91,00 manat, xx.xx.2021-ci il tarixli, 42 №-li ezamiyyət vəsiqəsi üzrə 481,00 manat, ümumi 1378,00 manat ezamiyyət xərci xx.xx.2021-ci il tarixdə ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına qismən uyğun gəlmədiyindən qərar qismən ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin 626 ş/h №-li, xx.xx.2021-ci il tarixli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik X3 briqadası (N №-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, xx.xx.2021-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iş üzrə mübahisənin araşdırılan hallarından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən xx.xx.2020-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına və bütün təminat normalarına daxil edilmişdir. Bundan sonra iddaçının oğlunun xəstəliyi (Autizm sindromu) ilə əlaqədar N №li hərbi hissənin komandiri tərəfindən verilmiş göndəriş əsasında iddiaçının xidməti yeri Xızı rayonu, Sitalçay qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi hissə komandirinə raport ünvanlayaraq öz arzusu ilə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmadığı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli söhbət vərəqəsinə və həmin tarixli hərbi hissənin təqdimatına əsasən iddiaçının “Hərbixidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlət) müvafiq olaraq Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 626 ş/h üzrə əmr ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu) əsaslanaraq iddiaçını hərbi xidmətdən ehtiyyata buraxmışdır. Əmrin qəbul edilməsinə əsas kimi isə X10 Komandanın xx.xx.2020-ci il tarixli, 4/1577 m №-li vəsatəti olmasını göstərmişdir. İddiaçı hazırda sözügedən əmri mübahisələndirir və bu halı onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarix raport onun tərəfindən yazılsa da, sonradan fikrini dəyişmiş və bu barədə hərbi hissə komandiri Füzuli Umarova bildirdikdə, sonuncu raportu cırıb atdığını bildirdiyindən xidmətinə davam etmişdir. Onun xidməti yerin dəyişdirilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli müraciəti (raportu) nəzərə alınmamış, onunla xx.xx.2020-ci il tarixdə deyil, mübahisələndirilən əmrin verilməsindən 1-2 gün əvvəl söhbət aparılmışdır. Bundan əlavə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir. Azərbaycan Respublikası Silahlı X1 İİ fəslinin tələblərinə müvafiq olaraq, komandirlər öz tabeliklərində olan hərbi qulluqçuları yaxşı xidmət göstəricilərinə görə, hərbi borcu yerinə yetirərkən, göstərdikləri igidlik və rəşadətə, əla döyüş hazırlığı göstəricilərinə, yeni mürəkkəb texnikanı əla mənimsədiklərinə, qoşun hissələrinə nümunəvi rəhbərlik etdiklərinə, həmçinin Azərbaycan dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısındakı görkəmli xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququna malikdirlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020ci il tarixli, 117 ş/h №-li əmrinə əsasən ədliyyə kapitanı hərbi rütbəsi verilməklə DSX-də 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və Sərhəd Qoşunlarının N №-li hərbi hissəsinə təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 973 ş/h №-li əmrinə əsasən xidməti yeri X8 Artileriya Briqadasına (N №-li h/h) təhqiqat-hüquq qrupunun hüquqşünastəhqiqatçısı vəzifəsinə dəyişdirilmişdir. İddiaçı özü xx.xx.2020-ci il tarixdə raportla müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin raport qeydə alınmış və İddiaçıla xx.xx.2020-ci il tarixdə söhbət aparılmış, İddiaçı xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməzsə Silahlı Qüvvələrdən ehtiyata buraxıması fikirində qəti olduğunu bildirmişdir. Ona görə də barəsində təqdimat verilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 626 ş/h №-li əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə, yəni öz arzusu ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı barəsində əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı xidməti fəaliyyəti hərbi hissə rəhbərliyi tərəfindən müsbət xarakterizə edilmədiyinə görə, həmçinin barəsində təqdimat materialı daxil olmaması səbəbindən ona “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalın verilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən növbəti hərbi rütbə verilməsini, həmçinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı raportla müraciət etmişdir. Həmin rportun məzmunundan müəyyyən olunur ki, Sadıqov raporta xidmətini davam etdirmmək niyyətini bəyan etmir. O, əvvəlki müraciətində olduğu kimi eyni məzmunlu , növbəti “ədliyyə mayoru” hərbi rütbəsinin verilməsini və xidmət yerinin Bakı şəhərinə dəyişdirilməsini xahiş etmişdir. Həmçinin araşdırma nəticəsində müəyyən edilmişdir ki, 44 günlük “Vətən Müharibəsi” dövründə İddiaçı döyüşlərə cəlb edilməmişdir. İddiaçının 25 yanvar 2021-ci il tarixli raportu üzrə icraat aparılmamışdır. Vətən müharibsi başa çatdıqdan sonra xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi qulluqçuların xəsarətalma faktının araşdırılması məqsədi ilə SQ-nin N nömrəli hərbi hissəsinə ezam edilmişdir.İddiaçı N nömrəli hərbi hissəyə ezam olunmasının Laçın rayonu ilə heç bir bağlılığı olmamışdır və heç bir döyüş tapşırığını icra etməmişdir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının DSX-də xidmət etmək niyyəti olmamışdır. Belə ki, İddiaçı azyaşlı övladının xəstə olduğunu və müalicə üçün yalnız Bakı şəhərində olmasının zəruri olduğunu bildirsə də, o, DSX-də həqiqi hərbi xidmətə qəbul edildiyi vaxta yəni 22 yanvar 2020-ci ildə sonuncunun azyaşlı övladının 5 yaşı olmuşdur. İddiaçı faktiki olaraq yaşadığı ünvanda yerləşən ünvan 2iş. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmənin qərarı ilə iddiaçının DSX Çevik X3 Briqadası (N nömrəli həri hissə) üzrə təhqiqat bölməsinin hüquqşünas-təhqiqatçısı vəzifəsinə bərpa olunması nəzərdə tutulsa da qeyd olunan ştat vəzifə DSX rəisinin müvafiq əmri ilə ləğv edilmişdir. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının hesablanması barədə tələbi təmin olunmamalıdır. Ona görə də məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməklə, yeni qərar qəbul edilməli, 1-ci instansiya məhkəməsinin qərarı ilə təmin edilmiş iddia tələbləri təmin edilməməli, qalan hissədə həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamal, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən ləğv edilməli, yeni qərar qəbul edilməklə, təmin edilmiş iddia tələbləri rədd edilməli, qalan hissədə 1-ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qismən, iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 626 ş/h No-li, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Dövlət Sərhəd Xidmətinin X8 Artileriya briqadası (2024 No-li hərbi hissə) üzrə təhqiqat bölməsinin hüquqşünastəhqiqatçı vəzifəsinə və həqiqi hərbi xidmətə bərpa olunması, xx.xx.2021-ci il tarixdən həqiqi hərbi xidmətə bərpa olunduğu tarixədək olan dövrə görə aylıq pul təminatının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında iddia tələbləri də təmin edilməsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar