Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2055/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov RİH başçısının (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin 26 iyul 1993-cü il tarixli, 31 № li Sərəncamına əsasən, İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov rayonu (indiki Xəzər RİH), Buzovna qəsəbəsi, 980 № li sahədə 1200 m2 torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı istifadəsindədir. Qeyd olunan torpaq sahəsi mişar daşı ilə hasarlanmış və fərdi yaşayış evi inşa edilmişdir. Əzizbəyov RİH başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi “Əzizbəyovneft" NQÇİ-nin (indiki “X3” MMC) xx.xx.1989-cu il tarixli, 3187/01-4 № li və Bakı şəhər XDS İK-nin 04 10.1989-cu il tarixli, 7- 7192/7 № li məktublarını rəhbər tutaraq 26 iyul 1993-cü il tarixdə 31 № li Sərəncamı vermişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edərək Bakı şəhəri Əzizbəyov RİH Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 № li X1 təqdim olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına 17 may 2023-cü il tarixli, 3- 48- 2F/2-P-03332/2023 № li arayışında Əzizbəyov RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilir. xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 980 № li sahədə yerləşən 1200 m2 torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiq edilərək ona təqdim olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 5- 12/2-Ə-107-091/2023 № li cavab məktubu ilə sözü gedən sahəyə cizgi sxeminin çəkilməsinin və xəritədən çıxarışın verilməsini məqsədəuyğun saymadığı üçün imtina etmişdir. İmtinaya səbəb kimi isə İddiaçı uzun illər istifadəsində olan torpaq sahəsi “X3" MMC-nin ərazisində yerləşdiyi qeyd edilmişdir. Azərbaycan SSR X4 tabeliyində yaradılan Azərbaycan Neft Komitəsinə (“Azneftkom”) adı verilib, 1 sentyabr 1921-ci ildə X5 Birliyi ilə əvəz edilib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni təsis olunub. Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "xxxx" İB-nin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) yaradılıb. Beləliklə, SOCAR (ARDNŞ) "Azərineft" Dövlət Konsernin hüquqi varisi olduğu kimi, " X3" MMC də "Əzizbəyovneft” NQÇİ-nin hüquqi varisi hesab edilir. Buzovna qəsəbə inzibati ərazi dairəsində yerləşən " X3" MMC-nin "ərazilərində” minlərlə fərdi yaşayış evləri inşa edilib. Torpaq sahələrinin və evlərin bir hissəsi Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsassız və qanunsuzdur. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə (9 noyabr 1991-ci ildən 25 iyun 1999-cu ilədək) qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov RİH tərəfindən Bakı şəhəri Əzizbəyov RİH başçısının (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinə torpaq ayrılma ilə bağlı səlahiyyətlər ötürülmüş olsa da, Bakı şəhəri Cavabdeh qismində qoyulmasına qanunvericiliklə heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Həmçinin qeyd edim ki, Rayon İcra Hakimiyyətinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə torpaq ayırma ilə bağlı səlahiyyətlərinin ötürülməsi, o anlama gəlmir ki, Rayon İcra Hakimiyyəti cavabdeh qismində çıxış edə bilməz. Səlahiyyətin ötürülməsi müəyyən səlahiyyətləri, səlahiyyət ötürənin adından səlahiyyət ötürülənin icra etməsidir ki, bu da, öz növbəsində səlahiyyət ötürənin cavabdeh qismində iştirak etməsini istisna etmir. Əlavə olaraq bildirim ki, mövcud qanunvericilik də, cavabdehin Bakı şəhəri Cavabdeh qismində iştirakına yol verir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından müəyyən olunur ki, Əzizbəyov RİHB-nin Buzovna qəsəbəsindəki nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli sərəncamı ilə iddiaçının ərizəsi nəzərə alınaraq və “Əzizbəyovneft” NQÇİ-nin 3187/01-4 nömrəli 2/X-89-cu il Bakı şəhər XDS İcraiyyə Komitəsinin 7-7192/7 nömrəli, 4/X-89-cu il tarixli məktubları rəhbər tutularaq İddiaçı Buzovna qəsəbəsində 980 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı Əzizbəyov RİH-in (indiki Xəzər RİH) Buzovna qəsəbəsindəki nümayəndəliyi tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətdəki tələbinin təmin edilməsindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti məhkəmə qərardadının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qərardadını əsaslandırarkən qeyd etmişdir ki, “...beləliklə, sadalanan normalardan müəyyən olunur ki, müvafiq dövrdə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd olunanları hazırkı işin hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərdən ona torpaq sahəsinin Əzizbəyov RİHB-nin (indiki Xəzər RİH) Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin sərəncamı ilə torpaq ayrıldığı göründüyündən torpaqayırma prosesi də məhz həmin qurum tərəfindən başa çatdırılmalı idi. Bu baxımdan, iddiaçı arzuladığı faktiki xarakterli hərəkətin icrası ilə bağlı sözügedən inzibati orqana müraciət etməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı tələb üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh ilə iddiaçı arasında hər hansı inzibati mübahisə yaranmadığından iddiaçı cavabdeh tərəfindən onun hansı hüquqlarının pozulduğunu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilməmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır.” Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. İşin faktiki hallarından aydındır ki, Əzizbəyov RİHB-nin Buzovna qəsəbəsindəki nümayəndəsinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli sərəncamı ilə İddiaçı Buzovna qəsəbəsində 980 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin cizgi sxeminin çəkilməsinin və təsdiqlənməsinin cavabdehə həvalə olunmasını tələb edir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 may 2024-cü il tarixli, 5-12/2-1046/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001 -ci il tarixli 96-//QD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Məcəllənin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək, torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq, torpaq kadastrının aparılmasını təşkil etmək, torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçi ilərinin və icarəçilərinin hüquqlarını qorumaq və s. rayon, şəhər xalq deputatları Sovetlərinin və Azerbaycan Respublikasının rayonlarında, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il, 372 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” təsdiq edilmiş (16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür) Əsasnaməyə görə torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Belə ki, 1993-cü il üzrə verilmiş sərəncamlar Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyinin xx.xx.1993-cü il tarixli, 31 nömrəli nömrəli sərəncamının hansı əsaslarla verildyini müəyyən etmək mümkün olmamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk növbədə Əzizbəyov RİH-in (indiki Xəzər RİH) Buzovna qəsəbəsindəki nümayəndəliyinin iddiaçıya torpaq ayırma səlahiyyətlərinin olub-olmaması aydınlaşdırılmalı idi. Daha geniş mənada desək müvafiq dövrdə qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaq ayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin – qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi səlahiyyətlərin Cavabdehndən Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinə ötürülüb-ötürülməməsi müəyyən edilməli, bundan sonra iddianın mümkünlüyü və ya əsaslı olub-olmaması istiqamətində araşdırma aparılaraq yekun nəticəyə gəlinməlidir. Qeyd edilməlidir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİH Başçısının Buzovna qəsəbəsi üzrə nümayəndəliyinin torpaqayırma kimi səlahiyyətlərinin həmin dövrdə olubolmamasının müəyyən edilməsi həmin inzibati orqan tərəfindən qəbul edilən 26 iyul 1993cü il tarixli, 31 № li Sərəncamın hüquqi qüvvəsinin olub-olmamasının müəyyən edilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, “İnzibati İcraat Haqqında” Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız akt hesab edilir. Həmin Məcəllənin 64.4-cü maddəsinə əsasən isə, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Nəzərə alınmalıdır ki, qeyd edilən halın müəyyən edilməsi həm də yeni məhkəmə mübahisələrin qarşısının alınması və prosessual qənaət prinsipi baxımından əhəmiyyət kəsb edir. Odur ki, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmalı, daha sonra araşdırmanın nəticəsinə uyğun yekun qərar qəbul edilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2628/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiqlənməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2055/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2055/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver