Məhkəmə qərarları › İş №2-1(103)-2056/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2056/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2056/2024 23.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçının direktoru X8, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1458/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə Firma arasında imzalanmış hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi üçün əsas olmuş 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı ərizəsində qeyd edilmişdir ki, X1 qarşı Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllə ünvanında tikili olan 1408,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin boşaldılması barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin məhkəmə prosesi zamanı cavabdehin vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş sənədi təqdim etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, “icarəyə verilmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququnun X3 adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alındığını nəzərə alaraq Firma ilə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir.” Firma həmin torpaq sahəsinə görə müəyyən edilmiş icarə haqqı ödənişlərini həyata keçirmişdir. Bundan əlavə Firmaya Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03/26 nömrəli 9/t-301 iş nömrəli xx.xx.2003-cü il tarixli “Ayrıc aktı” verilmişdir. Ayrılmış torpaq sahəsində “Dan Ulduzu” şadlıq sarayı həmin ayrıc aktında göstərilmişdir. Həmin şadlıq sarayının sökülməsi üçün Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin iddia ərizəsinə baxılan zaman həmin iş üzrə cavabdeh olan X3 vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş məktubu təqdim etmişdir. Lakin bu iddia üzrə cavabdeh olan Xidmət Firma ilə müqaviləyə xitam vermişdir. Bütün bunlara baxmayaraq iddiaçının bundan xəbəri olmamışdır. Cavabdeh inzibati orqanla bağlanmış müqavilənin heç bir bəndində ləğv edilmənin əsası yoxdur İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Xidmət əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. İddiaçıya məxsus olmuş yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 adına qeydə alındığından, vətəndaş Ağaəli İsmayılov ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3424 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. A.İsmayılov tərəfindən ünvan 2 ünvanındakı qeyriyaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 2545 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra, Xidmətin 15 mart 2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə Firma ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində A.İsmayılovun adına qeydə alınmış hüququnun mövcud olması təsdiq edir ki, Xidmət tərəfindən qeyd olunan əmlakın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Sərəncam yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1458/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamı İddiaçı Firmasına aid hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi mübahisələndirilən sərəncamın faktiki əsası kimi istinad edilən halların hazırkı işə münasibətdə öz təsdiqini tapmadığını qeyd etmişdir. Belə ki, məhkəmə formal olaraq mübahisələndirilən 15 mart 2023-cü il tarixli sərəncamın məzmununa əsaslanmaqla Xidmət tərəfindən qeyd olunan sərəncamın icarəçilərin icarədən imtina məktubları əsasında qəbul olunduğunu, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən belə bir məktubun verilməsinin, torpaq sahəsindən imtina edilməsinin müəyyən edilmədiyini qeyd etmişdir. Halbuki, Əmlak Məsələləri Dövlət Xidmətinin mübahisələndirilən 15 mart 2023-cü il tarixli, 55 nömrəli sərəncamından görünür ki, qeyd olunan sərəncamda “icarə əsasında istifadə edilən torpaq sahəsində yerləşən obyektlərin üzərində icarəçilərin mülkiyyət hüququna xitam verildiyi və icarəçilərin imtina məktubu nəzərə” alınaraq qəbul edildiyi qeyd olunmuşdur. Bundan əlavə qeyd olunan sərəncamla ləğv edilən dövlət mülkiyyətində olan torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin siyahısı sərəncama əlavə olunmuş və qeyd olunan əlavədə hər bir müqavilə üzrə xitam verilmə səbəbləri qeyd olunmuşdur. Belə ki, mübahisələndirilən sərəncamın əlavəsinin üçüncü bəndində iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinə xitam verilməsinə əsas kimi qeyd olunan icra müqaviləsinin bağlanmasına əsas olan icarə müqaviləsinin predmeti olan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində Leyla firmasının mülkiyyət hüququna xitam verilməsi və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun X6 məxsus olması qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin formal olaraq istinad etdiyi xx.xx.2023-cü il tarixdən icarə müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı qeyd olunan digər dəlili ilə bağlı bildiririk ki, yuxarıda qeyd olunduğu kimi, mübahisə predmeti olan icarə müqaviləsinə xitam verilməsinə əsas müqavilənin predmeti olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçıdan digər şəxsə keçməsi ilə əlaqədar olmuşdur və mübahisələndirilən sərəncam qəbul olunan zaman icarə müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilən və Xidmətə məlum olan sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə olması nəzərə alınaraq, müqaviləyə qeyd olunan tarixdən xitam verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş materialları və dövlət əmlakının icarəyə verilməsi ilə bağlımünasibətləri tənzimləyən müvafiq qanunvericilik normaları əsasında ətraflı araşdırma aparılmamış, cavabdeh tərəfindən etirazda qeyd olunan hallar nəzərə alınmadan, formal olaraq iddiaçı tərəfindən irəli sürülmüş hüquqi və faktiki əsası olmayan dəlillərlə qanunsuz qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı qərar qəbul olunarkən istinad olunan hallar mübahisələndirilən sərəncamın məzmunu ilə təkzib olunduğundan, qeyd olunan dəlillər mübahisələndirilən sərəncamın ləğvi üçün əsas sayıla bilməz. Hazırkı iddia tələbi ilə bağlı bildiririk ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 30 yanvar 2015-ci il tarixli sərəncamı ilə ünvan 3 ünvanında yerləşən İddiaçı firmasının mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə İddiaçı firması arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Azərbaycan RespublikasıPrezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Bildiririk ki, İddiaçı firmasına məxsus olmuş yuxarıda qeyd olunan qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 adına qeydə alındığından, vətəndaş Ağaəli İsmayılov ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək İddiaçı firması ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3424 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. X7 tərəfindən ünvan 3 ünvanındakı qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 2545 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra, Xidmətin 15 mart 2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə İddiaçı firması ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində Ağaəli İsmayılovun adına qeydə alınmış hüququnun mövcud olması təsdiq edir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan əmlakın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinə dair İddiaçı firması ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə sərəncam yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Bildiririk ki, X7 tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın yeganə mülkiyyətçisi X4r və mübahisə predmeti olan torpaq sahəsi onun istifadəsindədir. Eyni zamanda bildiririk ki, İddiaçı firmasının mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən hər hansı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunduğu kimi, mübahisə predmeti olan icarə müqaviləsinə xitam verilməsinə əsas müqavilənin predmeti olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun iddiaçıdan digər şəxsə keçməsi ilə əlaqədar olmuşdur və mübahisələndirilən sərəncam qəbul olunan zaman icarə müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilən və Xidmətə məlum olan sonuncu ödənişin xx.xx.2023cü il tarixdə olması nəzərə alınaraq, müqaviləyə qeyd olunan tarixdən xitam verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş materialları və dövlət əmlakının icarəyə verilməsi ilə bağlı münasibətləri tənzimləyən müvafiq qanunvericilik normaları əsasında ətraflı araşdırma aparılmamış, cavabdeh tərəfindən etirazda qeyd olunan hallar nəzərə alınmadan, formal olaraq iddiaçı tərəfindən irəli sürülmüş hüquqi və faktiki əsası olmayan dəlillərlə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının direktoru və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Cavabdeh müqavilənin ləğv edilməsinin digər bir əsası kimi torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etmişdir. Lakin iddiaçının istifadəsinə verilmiş və müddəti başa çatmamış torpaq icarə müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən normalarda bu hal nəzərdə tutulmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin mövqeyi əsassız olmuşdur. İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Komitəsinin 30 yanvar 2015-ci il tarixli Sərəncamı ilə ünvan 3 ünvanında yerləşən iaşə obyektinin və məişət binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsi, icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə iddiaçı arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi xx.xx.2053-cü il tarixədək sonuncunun icarəsinə verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 403831 № li çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti xx.xx.2019-cu il tarixdə dövlət reyestrində X3 adına qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – cavabdeh və ya Xidmət) xx.xx.2023cü il tarixli, 55 № li Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. - “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” Əmlak Məsələləri Dövlət Xidməti ilə X10 arasında bağlanmış 5632 №-li, xx.xx.2023-cü il tarixli Müqavilənin surətindən görünür ki, ünvan 5 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 825.8 kv.m torpaq sahəsi icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Hazırkı işin faktiki hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və onunla Bakı şəhər İcra Hakimiyyəti, sonradan isə Xidmətlə icarə müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixdə 403831 № li çıxarışla ünvan 4 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti dövlət reyestrində X3 adına qeydə alınmışdır. Qeyd edilən əsasla cavabdehin hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 55 № li Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda həmin sərəncamın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sərəncamı qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. İş materiallarından göründüyü kimi həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə X3 adına qeydə alınmışdır. Daha sonra mülkiyyətçi ərizə ilə cavabdehə müraciət edərək İddiaçı firması ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3424 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, Əmlak Məsələləri Dövlət Xidməti isə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə riayət etməklə xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsini ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140.1-ci maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 241.1-ci maddəsinə əsəsən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyən edilmiş qaydada verilir. 241.3-cü maddəsinə əsasən Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin birinci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 80-cı maddəsinin birinci bəndinin səkkizinci abzasına əsasən bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək torpaq mülkiyyətçisinin hüququdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları(sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin altıncı bəndinin birinci abzasına və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinin ikinci hissəsinə əsasən dövlət və bələdiyyə torpaqlarımənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan RespublikasıPrezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli fərmanına əsasən qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara münasibətdə isə rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi X7 olduğundan və mülkiyyətçi kimi torpaq sahəsini satın almaqdan imtina etmədiyindən, əksinə icarə müqaviləsinin ləğvi ilə bağlı müraciət etdiyindən, eyni zamanda iddiaçının həmin torpaq sahəsi üzərində yerləşən hər hansı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Göründüyü kimi inzibati orqanın hərəkətləri yuxarıda sadalanan normalara zidd olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1458/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1458/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdeh ilə Firma arasında imzalanmış hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi üçün əsas olmuş 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar