Məhkəmə qərarları › İş №2-1(103)-2058/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2058/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2058/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2058/2023 (Açar sözlər: «çıxarışın verilməsi») Bakı şəhəri 13 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin iddiaçıya ünvanlanmış **********28 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun əsası kimi bildirilmişdir ki, “Sahil" bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində Qaradağ rayonu, Səngəçal qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası, ərizə ilə təqdim edilən 31 nömrəli order və s.) İdarənin arxivində aşkar edilməmişdir.

2. Bakı şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 4/145 qərarına əsasən Səngəçal Dəniz İdarəsinin 62 nəfər işçisinə Qaradağ rayonu Səngəçal qəsəbəsində bag sahəsi ayrılmışdır.

3. “Sahil" bağçılıq yoldaşlıq birliyinin verdiyi xx.xx.1990-cı il tarixli 31 nömrəli orderə əsasən 31 nömrəli 0,5 hektar bağ sahəsi iddiaçıya ayrılmışdır.

4. Cavabdehin xx.xx.2021-ci il tarixli **********78 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı adına “Sahil” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində 0.05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin ayrılmasına dair order, həmçinin, sözügedən bağçılıq yoldaşlıq birliyinin bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir.

5. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 31/120 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair 40943 saylı xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, 31/120 nömrəli bağ sahəsi X7 ayrılmışdır.

6. “Sahil” Bağçılıq-Yoldaşlıq təsərrüfatı tərəfindən verilmiş üzvlük kitabçasından görünür ki, X7 xx.xx.1998-ci il tarixli qərara əsasən sahəsi 900 kv.m olan 31 №-li bağ sahəsi ayrılmışdır.

7. N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinin xx.xx.1998-ci il tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, X6 ərizəsinə əsasən sahəsi 900 kv.m Səngəçal 31 №-li bağ sahəsi ona ayrılmışdır.

8. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı ii tarixli 4/145 saylı,xx.xx.1990-ci il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİnin işçilərinə paylanmış bağ sahəsinin siyahısından görünür ki, İddiaçı adı 290 nömrə ilə göstərilmişdir.

9. Cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrdən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən bağ sahəsi üzərində xx.xx.2017-ci il tarixdə **********78 reyestr nömrəsi ilə X14 oglunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır.

10. “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 114 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən “Sahil” X3 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpaq sahəsidir. “Sahil” X5 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin qonşu bağ sahələrinin nömrələri də nəzərə alınmaqla faktiki yeri və koordinatları həmin BTK nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminə uyğundur. “Sahil” X3 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçlıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatları Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40943 saylı müqaviləyə əsasən Bakı şəhəri, Səngəçal ərazisində yerləşən 0,09 ha torpaq sahəsi olan 31/120 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və ya üst-üstə düşmür.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3969 nömrəli ekspert rəyində göstərilmişdir ki, torpaq sahələrinə dair baza məlumatları təqdim olunmadığından “Sahil” X3 tərəfindən xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin hüquqi statusunu (mülkiyyət növü, təyinatı və sair) və bağ sahələrinin yerləşmə sxeminə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: Sıra №-si 1 X 369631.86 Y 4445242.89; 2 X 369651.63 Y 4445243.27; 3 X 369652.69 Y 4445218.14; 4 X 369632.92 Y 4445217.49.Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40943 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Səngəçal ərazisində yerləşən 0,09 ha torpaq sahəsi olan 31/120 saylı bağ sahəsinin yerləşmə sxemində koordinatlar qeyd olunmadığından həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin **********78 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “N.Nərimanov adına NQÇİ” b/y-nın 0,10 ha sahəsi olan 31 saylı bağ sahəsinin koordinatları ilə “Sahil” X3 tərəfindən xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatlarının üstüstə düşmədiyi müəyyən edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, “Sahil” X3 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsi mənə ayrılmış və buna dair xx.xx.1990-cı il tarixli 31 saylı order verilmişdir. Həmin bağ sahəsi halhazırda da istifadəmdədir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişəm. Qanunvericiliklə tələb olunan bütün sənədləri təqdim etməsinə baxmayaraq, cavabdeh müraciətimi təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

14. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisində yerləşmir. Bundan əlavə, “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “Sahil" bağçılıq yoldaşlıq birliyinin verdiyi xx.xx.1990-cı il tarixli 31 nömrəli orderə əsasən iddiaçıya Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən sahəsi 0,05 ha olan bağ sahəsi ayrılmışdır.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir.

19. Cavabdeh imtinasını “Sahil" bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adının göstərildiyinin, lakin bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd edilmədiyinin, həmçinin İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində Qaradağ rayonu, Səngəçal qəsəbəsində bağ sahəsinin ayrılmasına dair sənədin (üzvlük kitabçası, ərizə ilə təqdim edilən 31 nömrəli order və s.) İdarənin arxivində aşkar edilmədiyinin göstərilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh etirazının dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

20. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə araşdırması zamanı ekspert və mütəxəssi rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə mütəxəssis və ekspert rəylərini mötəbər sübut kimi qəbul edir.

21. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. Birinci instansiya məhkəməsi «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6, 15.1, 15.2, 19.1, 20.1, 20.2, 24.1, 24.2, 24.4, 45.1, 45.2, 47.1, 47.2 maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Fərmanının 2.3cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.23-cü bəndinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 2.2-ci, 8.0.8-ci, 12.1-ci, 15.1-ci, 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 139-1.1.8-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci, 84.1-ci və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən orderdə bağ sahəsinin ölçüsü göstərilməmişdir. Həmçinin, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisində yerləşmir. Bundan əlavə, “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Eyni zamanda texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum oİmuşdur. Əlavə olaraq, idarənin arxiv məlumatlarına əsasən “Sahil” bağçılıqyoldaşlığın nəzdində (Quliyev N.Y) digər şəxsin adına 0.09 ha olan 31/120 nömrəli bağa dair müqavilə mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq bağdan uzun müddət istifadə etməsi barədə kommunal ödənişə dair qəbzlər də təqdim etmişdir.

27. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; - 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

29. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur; 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda;

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

32. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

33. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.

34. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43- cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

40. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

41. Belə ki, müəyyən edilmişdir ki, “Sahil" bağçılıq yoldaşlıq birliyinin verdiyi xx.xx.1990-cı il tarixli 31 nömrəli orderə əsasən 31 nömrəli 0,5 hektar bağ sahəsi iddiaçıya ayrılmışdır.İddiaçının tələbi həmin bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə tələbdir.

42. İş üzrə qəbul olunmuş məhkəmə aktından cavabdehin apellyasiya şikayətinin dəlillər ondan ibarətdir ki, iddiaçı tərəfindən təqdim edilən orderdə bağ sahəsinin ölçüsü göstərilməmişdir.Həmçinin, elektron kadastr məlumatına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazisində yerləşmir. Bundan əlavə, “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatının bağların yerləşməsinə dair bölgü sxemi təqdim edilmədiyindən sahənin yerləşməsini araşdırmaq mümkün olmamışdır.

43. Şikayətin göstərilən dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, “Sahil" bağçılıq yoldaşlıq birliyinin verdiyi xx.xx.1990-cı il tarixli 31 nömrəli orderə əsasən 31 nömrəli 0,5 hektar bağ sahəsi iddiaçıya ayrılmışdır.N.Nərimanov adına NQÇİ-si Həmkarlar İttifaqı Komitəsinin Bağçılıq Yoldaşlıq təsərrüfat üzvlərinin xx.xx.1998-ci il tarixli 8 saylı protokolundan çıxarışdan görünür ki, X6 ərizəsinə əsasən sahəsi 900 kv.m Səngəçal 31 №-li bağ sahəsi ona ayrılmışdır.Cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrdən verilmiş ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən bağ sahəsi üzərində xx.xx.2017-ci il tarixdə **********78 reyestr nömrəsi ilə X14 oglunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır.

44. “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 114 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən “Sahil” X3 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilir, Dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqəsinin torpaq sahəsidir. “Sahil” X5 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin qonşu bağ sahələrinin nömrələri də nəzərə alınmaqla faktiki yeri və koordinatları həmin BTK nəzdində ayrılmış bağ sahələrinin yerləşmə sxeminə uyğundur. “Sahil” X3 tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçlıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatları Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40943 saylı müqaviləyə əsasən Bakı şəhəri, Səngəçal ərazisində yerləşən 0,09 ha torpaq sahəsi olan 31/120 saylı bağ sahəsinin faktiki yeri və koordinatları ilə kəsişmir və ya üst-üstə düşmür.

45. Bundan başqa şikayətin digər dəlili isə ondan ibarətdir ki, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi məlum oİmuşdur. Əlavə olaraq, idarənin arxiv məlumatlarına əsasən “Sahil” bağçılıq-yoldaşlığın nəzdində (Quliyev N.Y) digər şəxsin adına 0.09 ha olan 31/120 nömrəli bağa dair müqavilə mövcuddur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3969 nömrəli ekspert rəyində göstərilmişdir ki, torpaq sahələrinə dair baza məlumatları təqdim olunmadığından “Sahil” X3 tərəfindən xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin hüquqi statusunu (mülkiyyət növü, təyinatı və sair) və bağ sahələrinin yerləşmə sxeminə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: Sıra №-si 1 X 369631.86 Y 4445242.89; 2 X 369651.63 Y 4445243.27; 3 X 369652.69 Y 4445218.14; 4 X 369632.92 Y 4445217.49.Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40943 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Səngəçal ərazisində yerləşən 0,09 ha torpaq sahəsi olan 31/120 saylı bağ sahəsinin yerləşmə sxemində koordinatlar qeyd olunmadığından həmin torpaq sahəsinin harda yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin **********78 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, “N.Nərimanov adına NQÇİ” b/y-nın 0,10 ha sahəsi olan 31 saylı bağ sahəsinin koordinatları ilə “Sahil” X3 tərəfindən xx.xx.1990-cı il tarixli 31 saylı orderlə İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil bağçılıq ərazisində yerləşən 0,05 ha torpaq sahəsi olan 31 saylı bağ sahəsinin faktiki yeri və koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir.

46. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə ekspert və mütəxəssis rəyləri ilə təkzib edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

48. Cavabdeh tərəfindən qeyd olunan əmr və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir.

49. Həmin sənədlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

50. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

51. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. 52.Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2132/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar