Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2058/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndəsi-vəkili Vəkil2, cavabehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2- 1(112)-2393/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli, **********185358 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Milli Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli, **********163133 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, **********163907 nömrəli səyyar vergi yoxlaması akt ilə rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən Yoxlama aktına xx.xx.2024-cü il tarixli yazılı etiraz təqdim edilmişdir. Cavabdeh tərəfindən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli, **********185358 nömrəli Qərar çıxarılmışdır. İnzibati aktla Vergi Məcəlləsinin 109 və 175-ci maddələrinə istinad edilməklə iddiaçı tərəfindən 2019 və 2021- ci illər üzrə mənfəət vergisinin müvafiq olaraq 230.304,72 və 127.279,84 manat, yoxlanılan dövr üzrə (Sentyabr 2019 - Avqust 2022) əlavə dəyər vergisinin (ƏDV) 378.927,38 manat azaldılması qərarına gəlinmiş və buna görə 736.511,94 manat əlavə vergi məbləği hesablanmış, 368255,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Neqsol Holding Azərbaycan” MMC (VÖEN **********) iddiaçının da daxil olduğu Neqsol Holding şirkətlər qrupu üçün korporativ mərkəz funksiyasını yerinə yetirir, iddiaçıya və qrupa daxil olan digər hüquqi şəxslərə hüquq, vergi, insan resursları, təchizat, strategiya, layihələrin idarə edilməsi, əsas vəsaitlər üzrə investisiya, maliyyə, korporativ idarəçilik və katiblik, risklərin idarəedilməsi və s. peşəkar məsləhət xidmətlərini menecment müqaviləsi əsasında göstərir. Korporativ Mərkəz menecment xidmətlərindən əlavə qrup şirkətlərinin sorğusu əsasında onlara investisiyalar sahəsində peşəkar xidmətləri də ayrıca müqavilə əsasında göstərməkdədir. İnvestisiya sahəsində bu xidmətlərə hədəfin aşkar edilməsi, hədəfdə vergi, maliyyə və hüquq auditlərinin yerinə yetirilməsi, satıcı(lar) ilə danışıqlar, alqı-satqı müqavilələrinin hazırlanması və satıcı ilə danışıqların aparılması, antiinhisar xidmətindən və digər dövlət orqanlarından razılıqların əldə edilməsi, əldə etmə zamanı səhmdar strukturlaşdırması və əqdin strukturlaşdırılması, maliyyə institutları ilə danışıqlar, hədəf şirkətin alınması üçün borc pul vəsaitlərinin cəlb edilməsi və s. xidmətlər daxildir. Korporativ Mərkəzin investisiyalar üzrə göstərdiyi xidmətlərə görə aldığı xidmət haqqı qrup şirkətləri ilə razılaşmadan asılı olaraq bir qayda olaraq bunlardan (birindən və ya bir neçəsindən) ibarət ola bilər: a) Xərclərin əvəzinin ödənilməsi - Xidmətlərin göstərilməsi üçün üçüncü şəxslər üzrə çəkilmiş xərclərin ödənilməsi; b) Sabit haqq - bu bir qayda olaraq xidmətlərin göstərilməsi üzrə üçüncü şəxslər üçün çəkilmiş xərclərin üzərinə müəyyən ticarət əlavəsi gələrək hesablanır; c) Uğur haqqı - bu hədəf şirkətin alqı-satqı dəyərinin müəyyən bir faizi olaraq hesablanır; d) Maliyyələşdirmə ilə bağlı müvəffəqiyyət haqqı - cəlb edilmiş borc vəsaitlərinin məbləğinə müəyyən faiz tətbiq etməklə hesablanır. Qeyd edilən xidmətlərlə bağlı Korporativ Mərkəz öz ştatında olan yüksək ixtisaslı işçi heyətinin xidmətlərindən və ya Korporativ Mərkəzin cəlb etdiyi digər müstəqil peşəkar məsləhətçilərin xidmətlərindən istifadə edir. İnvestisiya sahəsi xüsusi bir sahə olduğundan effektivliyi təmin etmək üçün hər bir əməliyyat şirkəti investisiyalar üzrə öz ştatında əlavə kadrlar saxlamır və tələb olunduğu təqdirdə bu xidmətləri Korporativ Mərkəzdən sorğu edir. Korporativ Mərkəz özü də vergi ödəyicisidir və menecment xidmətləri və investisiya xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirdən müvafiq olaraq mənfəət vergisi və ƏDV ödəyir. Bundan əlavə qeyd edilir ki, iddiaçı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri sayılır. Telekommunikasiya sahəsində əhəmiyyətli investisiyalar etməklə və Azərbaycana qabaqcıl texnoloji həllər gətirməklə böyük bir xidmət mərkəzinə çevrilmişdir. Həmçinin Cəmiyyətin məqsədlərdən biri rəqəmsal ekosistemin qurulmasıdır. Qeyd edilən səbəblərdən 2019-2022-ci illər ərzində “Neqsol Holding Azərbaycan” MMC-nin təcrübəsindən yararlanaraq iddiaçı tərəfindən bu layihələr aparılmışdır: 1.Ukraynanın aparıcı telekommunikasiya şirkətinin alışı həyata keçirilmişdir (VFU layihəsi); 2. Belarus Respublikasının aparıcı telecommunikasıya şirkətinin alınması məqsədilə araşdırma aparmışdır (Buranium layihəsi). 2019-cu ildə Telco İnvestments B.Vnin səhmlərinin 10%-nin alınması, 2021-ci ildə Telco Solutions B.V-yə təqdim edilməsi əməliyyatında “Neqsol Holding Azərbaycan” MMC-nin iştirakı və Ukraynada olan müəssisənin alışı ilə bağlılığının və bu alış ilə bağlı iddiaçı tərərfindən bütün çəkilən xərclərin gəlirdən çıxılan xərclər kimi təsdiqini tapmaması əsassızdır. Bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birləşmə və Satınalma (M&A) prosesi, adətən, bir neçə əsas mərhələlərdən ibarətdir: a. Strateji Planlaşdırma və Hədəfin Müəyyənləşdirilməsi: Alıcı şirkət, böyümə strategiyasına uyğun gələn strateji məqsədlərini və potensial hədəflərini müəyyən edir. Bu, bazar dinamikasının, rəqabətli mənzərənin və hədəf şirkətin atributlarının qiymətləndirilməsini əhatə edir. b. Lazımi araşdırma: Alıcı şirkət hədəf şirkətin maliyyə və əməliyyat fəaliyyətini, qanunlara uyğunluğunu, əqli mülkiyyətini, müştəri müqavilələrini və digər kritik aspektləri yoxlamaq üçün hərtərəfli lazımi yoxlama aparılır. Bu qiymətləndirmə mümkün risklərin aşkarlanması məqsədilə edilir nəticədə əldə etmənin məqsədəmüvafiqliyini, əqdin sövdələşmə qiymətini alıcı üçün müəyyən etməyə və riskləri minimallaşdırmaq üçün strategiyanın formalaşdırılmasına kömək edir. c. Qiymətləndirmə və Təklif: Müvafiq yoxlama və bazar təhlilinin nəticələrinə əsasən, alıcı şirkət hədəf şirkət üçün ədalətli qiymətləndirmə müəyyən edir və satınalma təklifini təqdim edir. Qiymət, ödəniş strukturu və digər gözlənilməz hallar da daxil olmaqla, sövdələşmənin şərtləri üzrə razılığa gəlmək üçün danışıqlar aparıla bilər. Bu işlərin aparılması müvafiq sahələr üzrə mütəxəssislərin cəlb edilməsini, alınan şirkətin nümayəndələri ilə danışıqların aparılmasını, alqı-satqının maliyyələşdirilməsi üçün kənar maliyyə mənbələri hesabına maliyyənin cəlb edilməsini və digər mühüm addımların atılmasını tələb edir. Cəmiyyət yuxarıda qeyd olunan işləri yerinə yetirmək üçün investisiya sahəsində peşəkar məsləhət xidməti göstərə biləcək kifayət qədər təcrübəyə və ixtisaslı mütəxəssislərə malik və Azərbaycan bazarında azsaylı şirkətlərdən biri olan “Neqsol Holding Azərbaycan” MMC-yə müraciət etmişdir. Ukraynada olan müəssisənin alışı ilə bağlı işlər: 1. 2019-cu ilin dekabr ayında 17.670.000 ABŞ dollar dəyərinə iddiaçı Ukraynanın aparıcı telekommunikasiya şirkəti olan "xxxx" QSC-nin alışını həyata keçirmişdir. Qeyd edilən qeyri-orqanik böyümə ilə Cəmiyyət öz fəaliyyət coğrafiyasını genişləndirərək yeni bazarlara və müştəri seqmentlərinə çıxışı təmin etmiş olmuşdur. Həmçinin özündən daha böyük və daha inkişaf etmiş telekommunikasiya şirkətin alışı yeni texnologiyaları və təcrübələri də iddiaçı üçün əlçatan etmişdir. Alqı-satqının icra edilməsi məqsədləri üçün və həmçinin xarici banklardan maliyyənin cəlb edilməsi məqsədilə, X1 İnvestment B.V. şirkəti yaradılmışdır. Telco İnvestment Şirkətində səhmlərin 10 faizi Cəmiyyətə məxsus olmaqla və 90 faizi Niderland Krallığında yaradılmış Cəmiyyət ilə qarşılıqlı surətdə asılı olan Telco Solutions B.V. şirkətinə məxsus olmaqla Cəmiyyət və Telco Solutions həmtəsisçi qismində çıxış etmişlər. X5 cəmi 10 faizinin iddiaçıya məxsus olmasına baxmayaraq, Telco İnvestment şirkətinin idarəedilməsində formal nəzarət digər həmtəsisçi olan Telco Solutions ilə razılaşma əsasında iddiaçı tərəfindən həyata keçirilmiş və iddiaçının Baş İcraçı Direktoru isə VF Ukrayna Şirkətinin Müşahidə Şurasında olmuşdur. 2. 2021-ci il ərzində artan regional geosiyasi gərginlik VF Ukraynanın gələcək fəaliyyətində qeyri-müəyyənlik və risklərin artması ilə nəticələndi. Bu səbəbdən iddiaçının Direktorlar Şurası tərəfindən qeyd edilən risklərin minimallaşdırılması və iddiaçının maraqların qorunması məqsədilə VF Ukraynanın səhmlərinin digər həmtəsisçinin xeyrinə özgəninkiləşdirmək qərarı verilmişdir. Bu qərarın nəticəsi olaraq iddiaçı 2021-ci ilin 01 sentyabr tarixində 19814.831 ABŞ dolları məbləğində Telco İnvestment şirkətinin səhmlərini Telco Solutions BV Şirkətinə satmış və 2144,831 ABŞ dolları məbləğində gəlir əldə etmişdir. Eyni zamanda, alqı-satqı dəyəri iddiaçı üçün daha əlverişli şərtlərlə həyata keçirilmişdir (Telco investment şirkərin 2021-ci il üzrə hazırlanılmış maliyyə hesabatına uyğun olaraq müəssisənin xalis aktivlərin dəyəri 159010,000 ABŞ dollarına bərabər olmuşdur (10% - 15901,000 ABŞ dolları)). Göstərilən əməliyyatdan əldə edilən gəlir üzrə iddiaçı tərəfindən müvafiq vergilər tam olaraq ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Telco İnvestments B.V şirkətinin, başqa sözlə Vodafone Ukrayna şirkətinin alınması ilə əlaqədar çəkilmiş, yoxlama zamanı nəzərə alınmayan xərclər, məhz gəlirin əldə edilməsi ilə nəticələnmişdir. Əlavə olaraq qeyd edilir ki, hər hansı bir kapital qoyuluşun həyata keçirilməsi üçün kapital qoyuluşun optimal (riskli) olub-olmamasının və dolayısı ilə gələckdə bu kapital qoyuluşunun reallaşdırılması üçün əlavə maliyyə mənbələrinin (maliyyə institutlarının kreditləri) mövcudluğunun, kreditin əldə edilməsi labütlüyünün, kreditin geri qaytarılması qayda və şərtlərinin uyğunluğunun, həmçinin bu kimi öz hesabına və maliyyə institutlarından əldə edilə biləcək kredit hesabına kapital qoyuluşunun Vodafon Ukrayna kimi şirkətin Ukrayna Respublikasında 2014-cü ildə artan geosiyasi gərginlik şəraitində kapital qoyuluşunun həyata keçirilib-keçirilməməsi qərarı üçün üçüncü şirkətlər tərəfindən Vodafon Ukrayna mobil operator şirkətinin hüquqi, texniki və maliyyə baxımından vəziyyətinin qiymətləndirilməsi və sair araşdırılması ilə bağlı xərclərin İddiaçı tərəfindən çəkilməsini və gəlirdən çıxılan xərcə aid edilməsi VM-nin 109.2-ci və 175.1, 175.2-ci maddələrinin tələblərini pozmur. Qeyd edilməlidir ki, Cəmiyyətin Telco İnvestments B.V.-dəki 10% səhm payının digər həmtəsisçisi olan Telco Solutions B.V.-dən (90% səhm payı) nisbətdə aşağı olması onun “Neqsol Holding Azərbaycan” MMC-nin göstərdiyi xidmət qarşılığında (dolayısı ilə üçüncü tərəflər vasitəsi ilə) ödədiyi vəsaitləri mənfəət vergisi üzrə xərcə salmamasına və bununla əlaqədar ödənilmiş ƏDV məbləğlərinin (ümümi xərcin məbləği - 1 454 895 manat + 333 024 manat = 1 787 919 manat ) əvəzləşdirilməməsinə (ümumi ƏDV məbləği - 161 617 manat + 114 550 manat=276 167 manat) əsas vermir. Belarus Respublikasının aparıcı telekommunikasıya şirkətinin alınması məqsədilə araşdırma işləri 2021-ci ildə Cəmiyyət qeyri-orqanik böyümə strategiyasını davam edərək fəaliyyət coğrafiyasını genişləndirmək məqsədilə Belarus Respublikasında yerləşən aparıcı telekommunikasiya şirkətinin alışı üçün ilkin araşdırma işlərinə başlamışdır. Lakin regionda artan geosiyasi risklər və bunun fonunda əqdin maliyyələşməsi ilə bağlı yaranan qeyri-müəyyənlikləri nəzərə alaraq layihənin həyata keçirilməsi qeyd edilən risklər aradan qalxanadək təxirə salınmışdır. Hesab edilirk ki, dünyada gedən geosiyasi proseslər nəticəsində müvəqqəti nəhəng yatırımların həyata keçirilməsinin ertələnməsi ola biləcək böyük itkilərin qarşısının alınması daha önəmlidir. Bu səbəblə VM-nin 175.1 və 175.2-ci maddələri nəzərə alınmaqla iddiaçının xeyrinə ƏDV-nin əvəzləşdirilməsi olduğu kimi saxlanılmalıdır, çünki bu xərclər də məhz gəlirin əldə edilməsi ilə bağlı çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir. Yoxlama 9 dəfə dayandırılmış, 2 dəfə müddəti uzadılmış, 1 dəfə aktın tərtibi müddəti uzadılmış və 1 dəfə əlavə yoxlama tədbiri qərarı çıxarılmışdır. Aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. Cavabdeh “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması, eyni zamanda billinq uçot məlumatlarınına baxışın həyata keçirilməsi məqsədilə mütəxəssis dəvət etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə mütəxəssis dəvət edilməsi barədə qərar çıxarılmış və xx.xx.2023-cü il tarixdə son dəfə yoxlamanın müddəti 22 gün dayandırılmışdır. Başqa sözlə, Yoxlama 9 dəfə mütəxəssisin dəvət edilməsi əsas gətirilərək dayandırılmışdır. Mütəxəssis 9 aydan sonra rəy verə bilməməsi barədə məlumat təqdim etmişdir. Yoxlama Aktında Cavabdeh bununla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması, eyni zamanda billinq uçot məlumatlarına baxışın həyata keçirilməsi üçün mütəxəssisə lazımı şərait yaradılmamışdır. Məsələ ilə bağlı bildirilir ki, İddiaçı tərəfindən Cavabdehə yoxlama prossesində izah edilmişdir ki, “Billinq” sistemindən DATA bazada fərdi müəyyənləşdirilə bilən məlumatlar (məsələn ad, soyad, ünvanlar, telefon nömrələri və Fərdi Məlumatlar haqqında qanunla qorunan digər məlumatlar), zəng məlumatları (zəng müddətləri, şəxslərin olduqları yer, hərəkət trayektoriyaları və SMS-lərin mətnləri) və digər həssas və konfidensial məlumatları olduğundan bu məsələyə iddiaçı çox həssaslıqla yanaşmış və bu zaman əlavə tədbirlər görmək zəruriyyətində qalmışdır. İddiaçı yoxlama zamanı cavabdehə “Billinq” DATA bazası əsasında tərtib edilmiş bütün ilkin uçot sənədləri ilə tanış olmağa tam şərait yaratmışdır. İddiaçı hesab edir ki, cavabdehin “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması tələbini yoxlama dövründə qoyması yoxlama zamanı qüvvədə olan Vergi qanunvericiliyi ilə dəstəklənmirdi. Belə ki, Vergi Məcəlləsinin 16.1.16-cı maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasında vergi ödəyicisinin vəzifəsi kimi göstərilirdi: “bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Göründüyü kimi Vergi Məcəlləsinin 16.1.16-cı maddəsinin əvvəlki redaksiyası Cavabdehə (eləcə də mütəxəssisə) “Billinq” DATA bazasının götürülməsi səlahiyyətini vermirdi. Belə ki, yalnız 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Qanunla qeyd edilən maddə aşağıdakı redaksiyada verildikdən sonra vergi orqanına “Billinq” DATA məlumatlarını təqdim etmək öhdəliyi vergi ödəyicisinin öhdəliyi kimi müəyyən edilmişdir : “bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir. Vergi orqanı qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin qarşılıqlı əlaqədə olduğu müxtəlif təşkilatlardan qarşılıqlı əlaqələrə dair sənədlərin alınması üçün yazılmış məktubun cavabı alınmadığı zərurəti nəzərə alınaraq “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar çıxarılmışdır. Lakin Səyyar yoxlama Aktında bu sorğuların predmetinin, nəticəsinin nə olduğu və yoxlamada necə istifadə olunduğu və ya olunmalı olduğu barədə qeyd aparılmamışdır. Nəticədə, Yoxlamanın müddəti əsassız olaraq uzadılmış və 1 il 7 ay müddətində davam etmişdir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-də Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********163133 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qəbul edilmiş qərar əsasında vergi nəzarət tədbiri keçirilmişdir. Müvafiq yoxlamanın keçirilməsinə dair “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY221802942 saylı çıxarış əldə edilmişdir. Keçirilmiş yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli, **********63907 nömrəli “Səyyar vergi yoxlaması” Aktı və xx.xx.2024-cü il tarixli, **********185358 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərara əsasən, yoxlama zamanı mənfəət vergisinin 357584,56 manat azaldılması aşkar edilmişdir. Belə ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq “Neqsol Holding Azərbaycan” MMC-dən (VÖEN **********) 2019-cu ildə 1151523,6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375.2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898,8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyət Telco Solutions B.V. şirkəti ilə birgə xx.xx.2019-cu ildə Telco İnvesment B.V şirkətini (Niderland qeydiyyatlı) təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90% olmaqla). Telco İnvestments B.V. şirkəti tərəfindən isə xx.xx.2019-cu ildə Telco Solutions & İnvestments LLC (Ukrayna qeydiyyatlı) yaradılmış və həmin şirkət tərəfindən xx.xx.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm payları alınmışdır. Telco Solutions & İnvestments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında Cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri Cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Bundan başqa cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozulmuş, “Neqsol Holding Azərbaycan” MMC (VÖEN **********) 333024.0 manat dəyərində xarici kredit vəsaitinin cəlb edilməsi ilə bağlı əldə olunmuş xidmətlərin dəyərini gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco İnvesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri Cəmiyyət tərəfindən “Neqsol Holding Azərbaycan” MMC-dən əldə olunmuşdur. Lakin faktiki olaraq xarici maliyyə institutlarından kreditin Cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Ümumilikdə verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 357584,56 manat (o cümlədən, 2019-cu il üzrə 230304,72 manat, 2021-ci il üzrə 127279,84 manat olmaqla) azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50%, yəni 178792,28 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Həmçinin yoxlama zamanı əlavə dəyər vergisi üzrə uyğunsuzluqlar aşkar edilərək ƏDV-nin 378927,26 manat azaldılmasının müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən Vergi Məclləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq “Neqsol Holding Azərbaycan” MMCdən (VÖEN **********) 2019-cu ildə 1151523,6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375,2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898,8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Cəmiyyət “Neqsol Holding Azərbaycan” MMC-dən alınmış bu xidmətlər üzrə xx.xx.2019-cu il tarixli EAAY seriyalı 951859 nömrəli e-qaimə faktura üzrə 93838,5 manat, xx.xx.2019-cu il tarixli EAAZ seriyalı 258560 nömrəli e-qaimə faktura üzrə 67779 manat, ümumilikdə isə 2019-cu il üzrə 161617,6 manat ƏDV məbləği, xx.xx.2021-ci il üzrə EBBP seriyalı 18923 nömrəli EQF üzrə ödənilmiş 54607,54 manat ƏDV məbləğini düzgün olmayaraq əvəzləşdirmişdir. Belə ki, Cəmiyyət Telco Solutions B.V. şirkəti ilə birgə xx.xx.2019-cu ildə Telco İnvesment B.V şirkətini (Niderland qeydiyyatlı) təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90%olmaqla). Telco İnvestments B.V. şirkəti tərəfindən isə xx.xx.2019cu ildə Telco Solutions & İnvestments LLC (Ukrayna qeydiyyatlı) yaradılmış və həmin şirkət tərəfindən xx.xx.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm payları alınmışdır. Telco Solutions & İnvestments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında Cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri Cəmiyyət tərəfindən qarşılanmışdır. Yoxlama ilə qeyd olunan xərclərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuş və Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinə əsasən ƏDV əvəzləşdirmələri ləğv edilmişdir. Ümumilikdə yoxlama 216225,14 manat məbləğində ƏDV əvəzləşdirilməsi ləğv edilmişdir. Həmçinin yoxlama zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə tərəfindən xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması məqsədilə Cəmiyyət tərəfindən “Neqsol Holding Azərbaycan” MMC-dən maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı 333024 manat dəyərində xidmətlər əldə olunmuşdur. Xarici maliyyə institutlarından kredit Cəmiyyət tərəfindən deyil, törəmə müəssisə tərəfindən alındığına görə bu məqsədlə çəkilmiş xərclər gəlirin əldə edilməsi ilə bağlı xərc kimi qəbul edilməmişdir. Belə ki, Cəmiyyət tərəfindən “Neqsol Holding Azərbaycan” MMC-dən (VÖEN **********) alınmış xx.xx.2021-ci il tarixli EBBP seriyalı 17887 nömrəli və 17674 nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 59944.34 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1 -ci və 175.2ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il ərzində Belarusiya Telekom şirkətinin araşdırılması məqsədilə “Neqsol Holding Azərbaycan” MMC-dən ümumilikdə 570877,21 manat dəyərində xidmət almışdır. Yoxlama zamanı Cəmiyyət tərəfindən Belarusiya Telekom şirkətin alışı həyata keçirilməmiş və təqdim olunan məlumata əsasən gələcəkdə də nəzərdə tutulmamışdır. Qeyd olunan xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə alınmış xx.xx.2022-ci il tarixli EBBY seriyalı 638898 nömrəli və xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 312048 nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 102757,9 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Göründüyü kimi ilkin mühasibat sənədlərinə əsasən yoxlama zamanı məlum oldu ki, ümumilikdə ƏDV-nin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 378927.38 manat azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış 378927.38 manat vergi məbləğinə 50 faiz miqdarında yəni 189463,69 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. 2019-cu ilin əmlak vergisinin yoxlanılması zamanı Vergi Məcəlləsinin 202.1-ci maddəsinin tələblərinə əməl edilmədiyindən əmlak vergisi 386,49 manat artıq hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, Telco Solutions & investments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Eyni zamanda, cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco İnvesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri cəmiyyət tərəfindən “Neqsol Holding Azərbaycan” MMC-dən əldə olunmuşdur. Lakin faktiki olaraq xarici maliyyə institutlarından kreditin cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Cəmiyyət tərəfindən Belarusiya Telekom şirkətin alışı həyata keçirilməmiş və təqdim olunan məlumata əsasən gələcəkdə də nəzərdə tutulmamışdır. Qeyd olunan xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə alınmış xx.xx.2022-ci il tarixli EBBY seriyalı 638898 nömrəli və xx.xx.2022-ci il tarixli EBBZ seriyalı 312048 nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 102757,9 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Yoxlama tədbirinin nəticələrini əks etdirən xx.xx.2024-cü il tarixli, **********185358 nömrəli qərarla 736.511,94 manat əlavə vergi, 368.255,97 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İddiaçı ərizəsində qeyd edir ki, “Neqsol Holdinq Azərbaycan” MMC ilə bağlanmış müqaviləyə əsasən göstərilmiş araşdırma və qiymətləndirmə xidmətlərinin dəyəri olaraq həmin müəssisəyə ödənilmiş məbləğlər vergi qanunvericiliyinə uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilmişdir. Faktiki hallara əsasən isə İddiaçı MMC Telco Solutions B.V. şirkəti ilə birgə xx.xx.2019-cu ildə Telco İnvestment B.V şirkətini təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90% olmaqla). Telco İnvestments B.V. şirkəti tərəfindən isə xx.xx.2019cu ildə Telco Solutions & İnvestments LLC yaradılmış və həmin şirkət tərəfindən xx.xx.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm payları alınmışdır. Telco Solutions & İnvestments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Qeyd olunanlardan anlaşıldığı üzrə Cəmiyyət Vodafon Ukrayna şirkətinin paylarının alğısatqısında iştirak etməmişdir və müəssisələrin araşdırılması üçün “Neqsol Holdinq Azərbaycan” MMC ilə bağlanmış xidmət müqaviləsinə əsasən həmin müəssisəyə ödəmiş olduğu məbləğlər faktiki olaraq Cəmiyyətin hər hansı gəliri əldə etməsi ilə bağlı olmamış, törəmə müəssisənin yaratmış olduğu digər müəsissə tərəfindən xarici müəsissənin paylarının alınması üçün ödənilmişdir. Göründüyü kimi cəmiyyətin müvafiq fəaliyyəti ilə bağlı çəkilən xərc gəlirin əldə edilməsi və sahibkarıq fəaliyyətinə uyğun olmadığından vergi hesabatı zamanı gəlirdən çıxılan xərc qismində nəzərə alınmamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi vergi ödəyicisinin apardığı əməliyyatlar sahibkarlıq fəaliyyətinə aid edildiyi halda ödənilmiş əlavə dəyər vergisi üzrə əvəzləşmələr aparıla bilər. Mübahisələndirilən iş üzrə cəmiyyət tərəfindən pay alışı həyata keçirilmədiyindən və araşdırmanın aparılması üçün “Neqsol Holdinq Azərbaycan” MMC ilə bağlanmış müqavilə əsasında edilmiş ödənişlər üzrə ƏDV əvəzləşmələri ləğv edilmişdir. Eyni qaydada, cəmiyyət tərəfindən 2022-ci il ərzində Belarusiya Respublikasında yerləşən telekom şirkətinin alışı üçün “Neqsol Holdinq Azərbaycan” MMC ilə müqavilə bağlanmış və sonuncu müəssisə tərəfindən göstərilmiş xidmətlər üçün ödənilmiş 570.877,21 manat dəyərində xidmət alınmışdır. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən həmin layihə üzrə hər hansı pay alışı həyata keçirilməmişdir. Bu səbəblə, cəmiyyətin fəaliyyəti müvafiq hissədə hər hansı gəlir əldə edilməsi ilə (sahibkarlıq fəaliyyəti ilə) bağlı olmadığından Vergi Məcəlləsinin 175.1 və 175.2-ci maddələri əsas götürülməklə cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV əvəzləşmələri nəzərə alınmamış və əlavə vergi hesablanması həyata keçirilmişdir. İddiaçı vergi orqanı tərəfindən yoxlama keçirilən zaman prosessual pozuntulara yol verildiyini bildirmiş və səyyar vergi yoxlamasının 9 dəfə dayandırıldığını, 2 dəfə müddəti uzadıldığını, 1 dəfə aktın tərtibi müddətinin uzadıldığını, 1 dəfə əlavə yoxlamanın tədbirinin həyata keçirildiyini və aktın tərtibi müddətinin uzadılması barədə qərarın reyestrə daxil edilmədiyini bildirmişdir. İlkin olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********163133 nömrəli qərarı ilə sentyabr 2019-avqust 2022-ci il dövrlərini əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi qərar alınmışdır. Müvafiq qərar Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçirilmiş və qeydiyyata dair xx.xx.2024-cü il tarixli, KY221802942 saylı çıxarış əldə edilmişdir. Daha sonra, yoxlama qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçməməklə 9 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi əsası ilə dayandırılmışdır. Yoxlamanın hansı tarixlər aralığında və hansı müddətə dayandırılması məlumatları reyestrə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Qeyd olunan maddə əsasında yoxlamanın müddəti xx.xx.2023-ci il tarixindən xx.xx.2023cü il tarixinədək (43 gün müddətinə) və xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (45 gün müddətinə) yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması səbəbindən artırılmış və bu barədə qanunla tələb olunan məlumatlar, o cümlədən xx.xx.2024-cü il tarixli, **********181318 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarla xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək keçirilmiş əlavə vergi yoxlamasına dair məlumatlar reyestrə daxil edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi zamanı prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “aktın tərtibi müddətinin uzadılmasının reyestrə daxil edilməməsi” hissəsinə münasibətdə bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4-cü maddəsində reyestrə daxil edilməli məlumatlar sırasında yoxlamaya dair tərtib edilmiş aktın tərtibi müddətinin uzadılması barədə məlumat göstərilməmişdir. Əlavə olaraq, 3.4.16cı maddəsində yalnızca yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumatların reyestrə daxil edilməli olduğu qeyd olunmuşdur. Bununla yanaşı, aktın tərtib edilməsi ilə bağlı Məcəllənin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarının 8.13-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. Səyyar vergi yoxlamasının xx.xx.2024-cü il tarixdə başa çatdığını və **********163907 nömrəli yoxlamanın nəticələrinə dair aktın xx.xx.2024-cü il tarixində tərtib edildiyi nəzərə alsaq, vergi orqanı tərəfindən aktın tərtib edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-2393/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli, **********185358 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 iyul 2024-cü il tarixli, **********185358 nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən 2019 və 2021-ci illər üzrə mənfəət vergisinin müvafiq olaraq 230.304,72 və 127.279,84 manat, yoxlanılan dövr üzrə (sentyabr 2019 - Avqust 2022) əlavə dəyər vergisinin (ƏDV) 161617,64 və 217309, 74 manat azaldılması qərarına gəlinmiş və buna görə 736.511,94 manat əlavə vergi məbləği hesablanmış, 368255,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.
13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
14. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia növündə olan işlərdə isə inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
15. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı investisiya qoyuluşunu həyata keçirməzdən öncə X4 Səhmdar Cəmiyyətinin (VF Ukrayna) texniki, hüquqi və maliyyə baxımından araşdırılması məqsədilə “Neqsol Holdinq Azərbaycan” MMC (təchizatçı) ilə xx.xx.2019-cu il tarixdə müqavilə bağlamışdır. Daha sonra xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə həmin Müqaviləyə əlavə razılaşmalar imzalanmışdır. Qeyd olunan Müqavilə çərçivəsində iddiaçı tərəfindən müvafiq ödənişlər təchizatçıya ödənilmişdir. Bundan sonra müvafiq dəyərləndirmə aparılmış və iddiaçı tərəfindən VF Ukrayna şirkətinin səhmləri alınmasına qərar verilmişdir. Bu məqsədlə iddiaçının Avropa Birliyinə üzv olan hər hansı ölkədə təsis olunan hüquqi şəxsin iştirakçısı olması şərti olduğundan, iddiaçı Niderlan Krallığında qeydiyyata alınmış “Telco Solutions B.V.” (digər təsisçi) şirkəti ilə birlikdə “Telco İnvestments B.V.” şirkətini təsis etmişdir. Bundan sonra iddiaçı tərəfindən Telco İnvestments B.V. şirkətinə 17700,0 ABŞ dolları məbləğində kapital ödənişi həyata keçirilmişdir. VF Ukrayna şirkətinin səhmlərinin alınması məqsədilə yalnız Ukraynada təsis olunan hüquqi şəxsin çıxış etməsi şərtinə görə “Telco İnvestments B.V.” təsis edildikdən dərhal sonra xx.xx.2019-cu il tarixində “Telco İnvestments B.V.” tərəfindən Ukrayna qanunvericiliyinə uyğun “Telco Solutions & İnvestments” LLC yaradılmışdır. Qeyd olunan törəmə şirkətlərin yaradılması məhz iddiaçının VF Ukrayna şirkətinin səhmlərinin alınması məqsədilə həyata keçirildiyi üçün bu proses başa çatdıqdan sonra “Telco Solutions & İnvestments” LLC ləğv edilmiş və VF Ukrayna şirkətinə qoşulmuşdur.
16. Həmçinin, iddiaçı “Telco İnvestments B.V.” şirkətindəki 17670,0 ABŞ dolları məbləğində bütün payını digər təsisçiyə 19814,831 ABŞ dollarına satmış və yaranan 2144,831 ABŞ dolları məbləğində mənfəətini müvafiq il üzrə vergiyə cəlb etmişdir.
17. Cavabdeh iddiaçının qeyd olunan fəaliyyət üzrə yaranan xərclərini qəbul etməməsini Vergi Məcəlləsinin 109.2-ci maddəsi ilə əlaqələndirmişdir. Həmin normaya görə, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Belə ki, həm pay alışının törəmə müəssisə tərəfindən həyata keçirilməsi, eləcə də kreditlərin birbaşa iddiaçı tərəfindən deyil, törəmə müəssisə tərəfindən əldə edilməsini əsas gətirərək cavabdeh iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı xərcləri kimi qəbul etməmişdir.
18. Məhkəmə qeyd olunanlarla bağlı bildirir ki, iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatdır. İş materialında olan müqavilələr, rəylər, nizamnamələr və digər sənədlərin birgə təhlili onu deməyə əsas verir ki, iddiaçı VF Ukrayna şirkətinin paylarının alınmasını birbaşa həyata keçirmək imkanına malik olmadığı üçün bu fəaliyyəti yaradılan törəmə şirkətlər vasitəsilə yerinə yetirmişdir. Həmin payların alınmasında birbaşa marağı olan subyekt iddiaçıdır. Qeyd olunan səbəbdən iddiaçı “Telco Solutions & İnvestments” LLC vasitəsilə VF Ukrayna şirkətinin alınmasından əvvəl həmin şirkətin hərtərəfli qiymətləndirilməsi, habelə alışı üçün kreditin cəlb olunacağı borcverənlərin müəyyən edilməsi məqsədilə Təchizatçıdan xidmətlər almış və xidmətlərin dəyərini öz vəsaiti hesabına ödəmişdir
19. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə görə, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.
20. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddiaçının VF Ukrayna şirkətinin səhmlərinin alışına yönəlmiş çəkdiyi xərclər onun gəlir qazanması məqsədilə həyata keçirildiyindən cavabdehin həmin xərcləri mənfəət vergisi bəyannaməsindən silməsi əsassız olmuşdur. Həmçinin həmin məqsədlərə xidmət edən iddiaçının təchizatçıya ödədiyi məbləğlərə görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
21. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, işin mübəhisəsiz halıdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən törəmə şirkətlər vasitəsilə alınmış VF Ukrayna şirkətinin səhmlərinin satışından əldə olunmuş gəlir mənfəət vergisinə cəlb edilmiş və ödənilmişdir.
22. Bundan başqa, iddiaçı Belarusiya Telekom şirkətinin səhmlərini almaq məqsədilə “Neqsol Holdinq Azərbaycan” MMC ilə müqavilə bağlamış və investisiya qoyuluşu etməzdən öncə həmin şirkətin təhlil olunması, ümumi dəyərləndirilməsi məqsədilə ödəniş həyata keçirmişdir. Cavabdeh isə həmin ödənişi iddiaçının xərcləri kimi tanımamış, həmçinin ödənilmiş ƏDV məbləğini əvəzləşdirmədən silmişdir.
23. Bildirilir ki, cavabdehin qeyd olunan formada yanaşması mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının iş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi, göstərilən xərclərin çəkilməsində məqsəd investisiya qoyuluşundan öncə risklərin qarşısının alınması istiqamətində dəyərləndirmənin aparılmasından ibarət olmuşdur. Bu əməliyyatın həyata keçirilməsində iddiaçının iqtisadi marağı gəlir əldə etmək olmuşdur. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulan “gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər” anlayışına yalnız faktiki olaraq əldə olunmuş gəlirlər deyil, gəlirin əldə olunmasına yönələn addımlar (çəkilən xərclər) də daxildir. Bu hala analoji olaraq reklam, yanacaq və s. xərcləri misal göstərmək olar. Həmin xərclərin də çəkilməsi zamanı hələ gəlirin yaranıb-yaranmayacağı bəlli deyildir, amma şəxsin marağı həmin gəlirin əldə olunmasına yönəlmişdir. Bu baxımdan cavabdehin qeyd olunan layihə çərçivəsində xərcləri nəzərə almaması qanunauyğun deyildir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinə əsasən qeyrikommersiya fəaliyyəti dedikdə, əsas məqsədi mənfəət əldə etmək olmayan, sosial, mədəni, humanitar, elmi, təhsil, xeyriyyə və digər ictimai faydalı məqsədlərlə həyata keçirilən fəaliyyətlər nəzərdə tutulur. Azərbaycan Respublikası Vergi Məcəlləsində və digər əlaqədar qanunvericilik aktlarında qeyri-kommersiya fəaliyyəti ilə bağlı əsas məqamlar bunlardır: • Qeyri-kommersiya fəaliyyətinin məqsədi mənfəət əldə etmək deyil, ictimai maraqları təmin etmək, sosial əhəmiyyət daşıyan işlər görməkdir. • Bu fəaliyyət növü, adətən, xeyriyyə cəmiyyətləri, qeyri-hökumət təşkilatları, elmi və mədəniyyət müəssisələri və s. tərəfindən həyata keçirilir. • Qeyri-kommersiya subyektləri əldə etdikləri gəlirləri əsas fəaliyyətlərinə yönəltməli, bölüşdürmə və ya mənfəət kimi istifadə edə bilməzlər. • Vergi Məcəlləsi bu fəaliyyət növünü xüsusi vergi güzəştləri ilə dəstəkləyə bilər. Məsələn, Vergi Məcəlləsinin 4-cü maddəsi ümumiyyətlə vergi obyektlərinin tənzimlənməsi zamanı qeyri-kommersiya fəaliyyətini ayırd edir və həmin fəaliyyət növünün xüsusiyyətlərini göstərir.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
27. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2-1(112)-2393/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev