Məhkəmə qərarları › İş №2-1(103)-206/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-206/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-206/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə başçısını (atasını) X4 vəfat etdiyi gündən onun aldığı güzəştli şərtlərlə əmək pensiyasının oğlu - anadan gəlmə əlil İddiaçı ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu, əsl cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixli, daha sonra isə ikinci bir qərardadı ilə isə iş üzrə əsl olmayan iddiaçı X9-əsl İddiaçı ilə əvəz edilmişdir. İddianın əsaslarına görə 1980-ci il təvəllüdlü iddiaçı anadangəlmə əlildir. Uşağ bağçasına, məktəbə və əsgərliyə xəstə əlil olduğuna görə getməmişdir. Hal-hazırda 40 (qırx) yaşı var və 2-ci qrup əlildir. X1 sağ olan vaxt iddiaçıya baxmağa anası ilə birlikdə kömək edirdi, çünki o, özünü idarə edə bilmir. Ona anadangəlmə keçirilmiş X18nin qalıq əlamətləri hemiparetik forma afaziya, intelektin kəskin zəifliyi diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə atası vəfat etmişdir. Bu günə qədər onun sağ olan vaxt uşağın əlilliyinə görə aldığı pensiyasını iddiaçının adına keçirə bilmir. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı xx.xx.1980-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından, onun əlillik dərəcəsi xx.xx.1999-cu il tarixdən müəyyən edildiyindən, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaratmır. Faktiki olaraq isə iddiaçı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Buna görə də ona dövlət tərəfindən pensiya təyin olunması tibbi sənədlərlə sübut olunmuş haldır. Cavabdeh iddia ərizəsinə etirazında iddinın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi (anası) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fonda müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli **********9 nömrəli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamış, S.H.Balayeva eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş, iş üzrə iddia tələbinin prosessual müddət ötürüldüyündən mümkün sayılmaması, işə mahiyyəti üzrə baxılacağı halda təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunuvericiliyin tələblərinə görə əgər şəxm 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi 18 yaşından sonra müəyyən olunmuşsa, müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısını itirməyə görə pensiya təyin edilə bilməz. İddiaçı X5 18 yaşına çatanadək xəstəliyə görə sosial müavinətin təyin olunmasına və ödəniş aparılmasına dair hər hansı məlumat mövcud deyildir. Apellyasiya şikayətinə etirazında iddiaçı hesab etmişdir ki, cavabdehin şikayəti əsassız və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayənəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi S.Balayeva isə onunla razılaşmamış, iddiaçının anadanglmə əlil olduğunu və buna görə müavinət öldənildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsi isə nəzərdə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə ailə başçısını (atasını) X4 vəfat etdiyi gündən onun aldığı güzəştli şərtlərlə əmək pensiyasının oğlu anadangəlmə əlil İddiaçı ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə etirazından göründüyü kimi, ilk öncə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü vurğulayaaq iddianın mümkünsüz olduğunu mübahisələndirmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən iş materiallarına və qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin ötürüldüyü müəyyən olunmur. Belə ki, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi, onun nümayənədsinin (X12) iddia tələbi ilə bağlı məhkəməyə qədər müraciəti cavabdeh tərəfindən 15 fevral 2022-ci il tarixli məktubla cavablandırılmış, lakin həmin cavab məktubunun ona nə vaxt çatdırıldığı müəyyən olunmur. İddiaçının nümuayəndəsinin həm bundan əvvəlki, həm də qeyd olunan cavab məktubunda hüquqi müdfaiə vasitələri, həmin vasitələrdən istifadə (şikayət verəmə) qaydası izah olunmamışdır. Hətta cavabdehin həmin məktubundan sonra iddiaçının nümayəndəsi şikayət instansiyasına (ƏƏSMN-ə) da şikayət məktubu ünvanlanmışdır ki, onun həmin şikayətinə sonuncu tərəfindən cavab verildiyi müəyyən olunmur. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsi nəzərdə tutur ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələbinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunun qeyd olunan tələbi baxımından iş materiallarına və elektron məhkəmə informasiya sisteminin məlumatlarından müəyyən olunur ki, iddiaçının nümayəndəsi Qanunun 73.2-ci maddəsi ilə müəyyən edilən 6 ay müddətində, yəni xx.xx.2022-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddia qanunla müəyən olunan prosessual müddət çərçivəsində verilmiş hesab edilməlidir, başqa sözlə, mümkün iddiadır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması prosessual hüquq normalarına uyğundur. İşin mahiyyətinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi aşağıdakılar nəzərə alınmaqla, əsaslı hesab edilməlidir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnaməyə, o cümlədən pensiya alt sistemindən çıxarışa əsasən müəyən olunur ki, iddiaçının X1na Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəszi Filialının xx.xx.2007-ci il tarixli qərarı ilə həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və onun pensiya ödənişi xx.xx.2021-ci il tarixdə onun ölüm səbəbi ilə dayandırılmışdır və bu işin mübahisələndirilməyən halıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarına (o cümlədən pensiya işinin) əsasən xx.xx.1980-ci il təvəllüdlü iddiaçının ailə başçısını itirməyə görə pensiya hüquqna malik olduğu aşağıdakılarla təsdiq olunur: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (“ƏƏSMN”) 149278 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.1999-cu il tarixdə müayinədən keçmiş, diaqnoz: keçirilmiş X18nin qalıqları”, səbəbi: uşaqlaıqdan, 2ci qrup əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2000-ci il tarixə kimi müəyyən olunmuş və növbəti müayinə xx.xx.2000-ci il tarixinə təyin olunmuşdur (Əzizbəyov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.1999-cu il tarixli, 9/86 nömrəli qərarı ilə ona 2-ci qrup əlilliyə görə xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi pensiya təyin edilmişdir). - ƏƏSMN-nin 31 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 nömrəli 601051 TSEK-də müayinə aktından çıxarışına (kötüyünə) əsasən iddiaçı xx.xx.2008-ci il tarixdə müayinədən keçmiş, ona 2-ci qrup (uşaqlıqdan) müddətsiz əlillik təyin edilmişdir. - ƏƏSMN tabeliyində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ "X13" X17 xx.xx.2023-cü il tarixli, PHŞ-6-16/2-44/2023 nömrəli məktubuna əsasən müəyyən olunur ki, iddiaçı, həqiqətən də, X8 poliklinika şöbəsində dispanser müşahidədə olmuş, xx.xx.1991, xx.xx.1993, xx.xx.1998-ci illərdə USİ-in (X18) qalıq əlamətləri intellektin kəskin zəifliyi Afaziya, OD-çəpgözlülük diaqnozu qoyulmuş, Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş və İddiaçı xəstəliyinə görə sosial müavinət təyin olunmuşdur. -ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-4/2-4040/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bildiririk ki, sorğuda qeyd etdiyiniz dövrlər (xx.xx.1991-ci il, xx.xx.1993-cü il və xx.xx.1998-ci il) üzrə Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Eyni zamanda, iş materiallarında olan (i.v.125, 132, 137), habelə hazırkı mərhələdə məhkəmə sorğularına alınmış cavab məktublarına əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, 1990-2000-ci ilərə dair TSEK qərarlarının hər birində iddiaçının uşaqlıqdan 2-ci dərəcə əlilliyinin səbəbinin uşaqlıqdan yarandığı təsbit olunmuşdur ( İş materiallarının 16-cı vərəqindən görünür ki, iddiaçının hələ 18 yaşı tamam olmamışdan əvvəl 1989-1991-ci illərdə sağlamlıq imkanları məhdud uşaq kimi uçotda olduğu müəyyən olunur.) Bundan əlavə, 10 saylı Bakı Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin işə əlavə olunmuş iddiaçıya aid xəstəlik tarixçəsindən (tibbi kartasından) görünür ki, xx.xx.1991-ci il, xx.xx.1993-cü il və xx.xx.1998-ci il tarixlərdə İddiaçı barəsində 88 №-li forma təsdiq olunmuş, həkim kommisiyası tərəfindən “X18nin qalıqları, hemiparatik forma intelektin zəifliyi, afaziya ön görmə sinirinin hissəvi atrofiyası, yünğül mioniya alternea çəpgözlülük” diaqnozu qoyulmuş və pensiya müddətinin bitməsi ilə əlaqədar xəstənin uşaqlıqdan olan əlilliyə görə pensiyanın xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək uzadılmasına dair tibbi rəy verilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ "X13" PHŞ xx.xx.2023-cü il tarixli PHŞ-6- 16/2-44/2023 nömrəli məktubu ilə xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.1991, xx.xx.1993, xx.xx.1998-ci illərdə X10q əlamətləri intellektin kəskin zəifliyi Afaziya, ODçəpgözlülük diaqnozu qoyulduğu, bu barədə tibbi göndərişlərin Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilərək ona xəstəliyinə görə sosial müavinət təyin olunduğu təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də, qanunun qeyd olunan tələbi də nəzərə alınmaqla, tədqiq olunan sübutlarla cavabdeh tərəfindən uşaqlıqdan sağlamılıq imkanları məhdud olmuş və 18 yaşından 2-ci dərəcə əlilliyi müəyyən edilmiş iddiaçının ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsində nəzərədə tutulan ailə başçısını itirməyə görə pensiya hüquqna malik olduğu sübuta yetirilir. Belə olan halda, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunmasından imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin qüvvədə olan qanunuvericiliyə görə iddiaçının ailə başsçısını itirməyə görə pensiya hüququnun olmadığını vurğulamaqla, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2584/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar