Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2060/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X125nin nümayəndəsi Nümayəndə, Üçüncü şəxslər X22, X81, X12 iştirakı ilə, İddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X125nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinə qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)-846/2025 saylı qərarından üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X125 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X57, xx.xx.1987-ci il təvəllüdlü X26, xx.xx.1991- ci il təvəllüdlü X58, xx.xx.1986-cı il təvəllüdlü X77, xx.xx.1978-ci il təvəllüdlü X19, xx.xx.1986- cı il təvəllüdlü X28, xx.xx.1993-cü il təvəllüdlü X81, xx.xx.1995-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü Əbdülrəşidova SafiyəOrxan qızı, xx.xx.2010-cu il təvəllüdlü X68, xx.xx.1995-ci il təvəllüdlü X20, xx.xx.2020-ci il təvəllüdlü X38, xx.xx.1976-cı il təvəllüdlü X35, xx.xx.1996-cı il təvəllüdlü X39, xx.xx.2019cu il təvəllüdlü X23, xx.xx.2020-ci il təvəllüdlü X106, xx.xx.1996-cı il təvəllüdlü X29, xx.xx.1993-cü il təvəllüdlü X40, xx.xx.1979-cu il təvəllüdlü X41, xx.xx.1991-ci il təvəllüdlü X30, xx.xx.2009-cu il təvəllüdlü X31, xx.xx.1994-cü il təvəllüdlü X51, xx.xx.2022-ci il təvəllüdlü X107, xx.xx.1979-cu il təvəllüdlü X13, xx.xx.1999-cu il təvəllüdlü X42, xx.xx.1992-ci il təvəllüdlü X43, xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.1984-cü il təvəllüdlü X44, xx.xx.1979-cu il təvəllüdlü X82, xx.xx.1994-cü il təvəllüdlü X15, xx.xx.1977-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.1989-cu il təvəllüdlü X79, xx.xx.1986-cı il təvəllüdlü Rəsulov Natiq XXX, xx.xx.1984-cü il təvəllüdlü X52, xx.xx.2008-ci il təvəllüdlü X69, xx.xx.1988-ci il təvəllüdlü X83, xx.xx.2022-ci il təvəllüdlü X70, xx.xx.1992-ci il təvəllüdlü X114, xx.xx.1981-ci il təvəllüdlü X92, xx.xx.1984-cü il təvəllüdlü X45, xx.xx.1986-cı il təvəllüdlü X24, xx.xx.1984-cü il təvəllüdlü X27, xx.xx.1955-ci il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X84, xx.xx.2020-ci il təvəllüdlü X118, xx.xx.1984-cü il təvəllüdlü X32, xx.xx.1965-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X71, xx.xx.2014cü il təvəllüdlü X55, xx.xx.1992-ci il təvəllüdlü X16, xx.xx.1977-ci il təvəllüdlü X108, xx.xx.1983-cü il təvəllüdlü X36, xx.xx.1991-ci il təvəllüdlü X93, xx.xx.1962-ci il təvəllüdlü X33, XX.XX.1990-cı il təvəllüdlü X21, xx.xx.1990-cı il təvəllüdlü X59, xx.xx.1989-cu il təvəllüdlü X37, xx.xx.2013-cü il təvəllüdlü X60, xx.xx.1983-cü il təvəllüdlü X72, xx.xx.2016cı il təvəllüdlü X94, xx.xx.1975-ci il təvəllüdlü X46, xx.xx.1977-ci il təvəllüdlü Cəfərova Ellada XXX, xx.xx.1982-ci il təvəllüdlü Vamulina Oksana, xx.xx.1976-cı il təvəllüdlü X73, xx.xx.1979-cu il təvəllüdlü X74, xx.xx.1999-cu il təvəllüdlü X47 iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən və iddiaçının balansında olan yataqxanadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşəixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarına əsasən 8 nömrəli Bakı Peşə Liseyi və 7 nömrəli Bakı Peşə Məktəbi birləşdirilib və onların bazasında Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında 5,2238 ha ərazidə yerləşən inzibati binalar tam mülkiyyət hüququ üzrə “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X113 məxsusdur. Mərkəzin ünvan 2 ünvanında 5,2238 ha ərazidə yerləşən 1-ci korpusunun (əvvəlki 8 saylı Bakı Peşə Liseyinin) balansında olan tələbələrin yaşaması üçün nəzərdə tutulmuş yataqxanasında, bəziləri Mərkəzin əvvəlki illərdə tələbələri olmuş, bəziləri isə ümumiyyətlə Mərkəzlə heç bir əlaqəsi olmamış şəxslər olmaqla ümumilikdə 67 şəxs inzibati binada yaşayış yeri üzrə qeydiyyatdadır. Məsələ ilə bağlı Mərkəz tərəfindən həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, həmçinin Qaradağ Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixində müraciət olunub. Müraciətə cavab olaraq hər iki orqan tərəfindən bildirilib ki, “adları qeyd edilmiş şəxslərin 8 saylı Peşə Liseyinin balansındakı 8 saylı yataqxanadan məktubu əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğu üçün mümkün deyil. Qeyd olunan məsələ ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət edə bilərsiz.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinə əsasən, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılmasını müvafiq dövlət orqanı həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları həyata keçirirlər. Bu da o deməkdir ki, Daxili İşlər Nazirliyinin ərazi Rayon Polis İdarəsi bilavəsitə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnamədan irəli gələn müvafiq icra hakimiyyəti orqanıdır və qeydiyyatdan çıxarılma səlahiyyəti ərazi Rayon Polis İdarəsinə məxsusdur. Adıçəkilən 67 şəxsin Mərkəzin balansında olan yataqxanadan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir. Bu baxımdan, həmin şəxslər iddiaçıya məlum olmayan formalarla yataqxanada daimi yaşayış yeri üzrə qeydiyyata alınıblar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan başqa ünvanlarda yaşasalar da, yataqxanadan qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. 2023-cü ilin əvvəllərində yaşayış yeri qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polis idarələrinin inzibati binasında belə qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olubolmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülmüşdür. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranması idi. Ona görə də, adıçəkilən 67 şəxsin yaşamadığı halda daimi qeydiyyat üzrə Mərkəzin mülkiyyətində olan ünvanda qeydiyyatda qalması bir sıra problemlər yaradır, o cümlədən onlara aid məktublar, sənədlər Mərkəzə daxil olur, iş yükünü artırır, Mərkəz tərəfindən onların çap olması və onlara aid sənədlərin çatdırılması çətinlik yaradır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6651/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2691/2024 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2-1(112)-6651/2024 saylı qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “ ... hər hansı ünvanın hansı subyektə məxsusluğu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X125nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və ya digər normativ aktlarla müəyyən edilir. Reyestrdən **********13-12101 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında olan, ümumilikdə 11291.8 kvadrat metr daşınmaz əmlakın üzərində mülkiyyət hüququ və ümumilikdə 5.2238 ha torpaq sahəsinin üzərində istifadə hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarına əlavə olunmuş əmlak kompleksi kimi müəssisənin texniki pasportundan da aydın görünür ki, ünvan 2 ünvanında olan əmlak kompleksinin balans saxlayıcısı qismində “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ qeyd edilmişdir. İddiaçının yalnız istifadə hüququ mövcud olsa belə, nəzərə alınmalı idi ki, kənar şəxslərin (67 nəfər şəxsin) iddiaçının qanuni istifadəsində olan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması, o cümlədən yaşaması iddiaçının qanuni istifadə hüququna mane ola bilər. Bu baxımdan iddia tələbinə mahiyyəti üzrə baxılaraq iddia tələbində qeydiyyatdan çıxarılmaları tələb edilən şəxslər məhkəmə icraatına cəlb edilməklə qeydiyyatlarının əsaslılığı araşdırılaraq, hüquqi qiymət verilməlidir”. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilməməklə iddia ərizəsinə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)-846/2025 saylı qərarı ilə (hakim H.A. Ağalarov) iddia iddia qismən təmin edilmiş, ünvan 1 ünvanından X58, Məmmədli (Cavadova) Sonya Karenovna, X17, X28, X81, X6, X9, X68, X18, X38, X34, X39, X23, X106, X29, X40, X41, X30, X31, X48, X107, X13, X42, X43, X14, X44, X82, X15, X3, X2, X75, Rəsulov Natiq XXX, X69, X83, X70, X114, X92, X45, X24, X22, X7, X84, X118, X32, X8, X71, X49, X36, X93, X33, Çınar (Aqanova) Aleksandra Viktorovna, X59, X37, X60, X72, X94, X46, Ellada Cəfərovanın qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs X22 Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2- 1(112)-846/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instasniya məhkəməsinin müvafiq qərarı qəbul edilərkən X4 həmin ünvanda övladları ilə birlikdə yaşaması nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 izahatında məhkəməyə bildirdi ki, sözügedən ünvanda uşaq evindən çıxandan - 2000-ci ildən yaşayır. Hal-hazırda həmin ünvanda övladları ilə birlikdə yaşayır. İddiaçı tərəf yataqxanaya baxış keçirdiyi zaman orada olmamasının səbəbi Türkiyədə baş vermiş zəlzələdə övladının yanında olmaq üçün Türkiyəyə getməsi idi. Heç bir xəbərdarlıq olunmadan onu ünvan 1 ünvanından qeydiyyatdan çıxarıblar. Məhkəmə iclasında iştirak edən iddiaçı “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X125nin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, “Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X125n xx.xx.2024-cü il tarixli əmrinə əsasən komissiya yaradılmışdır. Komissiya tərəfindən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində yataqxanaya baxış keçirilib. Keçirilən baxış zamanı üçüncü şəxs X10 məxsus olan otaq bağlı olduğu üçün şəxsin orada yaşaması ilə bağlı şübhələr yaranmışdır. Qapıya isə sənədlərin təqdim edilməsi ilə bağlı bildiriş qoyulmuşdur. Buna baxmayaraq qarşı tərəf heç bir sənəd təqdim etməmişdir. xx.xx.2024-cü il tarixdə yekun protokol təsdiq edilmiş və aidiyyatı üzrə məhkəməyə müraciət olunmuşdur. Hazırkı mərhələdə X1 ünvanda yaşaması faktı iddiaçı tərəfindən inkar edilmir. Qarşı tərəfin məhkəmə icraatının gedişatı ilə bağlı məlumatı olmadığından məhkəmə iclaslarında iştirak edə bilməmiş və beləliklə də, şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma barədə məhkəmə qərarı qüvvəyə mindikdən sonra şəxslər bu barədə məlumatlı olmuşlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X81 və X46 məhkəməyə bildirdilər ki, mübahisəli ünvanda yaşamırlar və birinci instansiyası məhkəməsinin qərarı tərəflərindən mübahisələndirilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, birinci instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “ ... Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər X58, Məmmədli (Cavadova) Sonya Karenovna, X17, X28, X81, X6, X9, X68, X18, X38, X34, X39, X23, X106, X29, X40, X41, X30, X31, X48, X107, X13, X42, X43, X14, X44, X82, X15, X3, X2, X75, Rəsulov Natiq XXX, X69, X83, X70, X114, X92, X45, X24, X22, X7, X84, X118, X32, X8, X71, X49, X36, X93, X33, Çınar (Aqanova) Aleksandra Viktorovna, X59, X37, X60, X72, X94, X46 (cəmi 57 nəfər) mübahisəli ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda qeyd edilən üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduqlarından mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh inzibati orqanın isə həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Ellada Cəfərovaya gəldikdə isə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, şəxs xx.xx.2020-ci il tarixdə ölmüşdür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 4-cü bəndinə əsasən şəxsin ölməsi və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması hallarındandır. Belə olan halda mənzilin hazırkı mülkiyyətçisi qeyd edilən şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh inzibati orqanın isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Lakin məhkəmə iddianı X26, X52, X16, X108, Vamulina Oksana, X73, X74, X61 aid hissədə əsassız hesab edir. Adları qeyd edilən şəxslərin mübahisə predmeti ünvanda yaşaması işin mübahisəsiz halıdır. Lakin üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana əmlak hüquqlarının yaranıb-yaranması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olubolmaması məsələləri araşdırıla bilər”. Göründüyü kimi, birinci instansiyası məhkəməsi haqlı olaraq mübahisəli ünvanda faktiki olaraq yaşayan şəxslərə münasibətdə iddia ərizəsini təmin etməmiş, hal-hazırda isə üçüncü şəxs X4 övladları - xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X49 ilə birlikdə birinci instansiyası məhkəməsi tərəfindən qeydiyyatdan çıxarılmaları qərara alınan ünvanda yaşamaları işin mübahisələndirilməyən hallarındandır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. ... Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir”. ... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır”. Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək birinci instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Birinci instansiyası məhkəməsi iddia tələbinin X26, X52, X16, X108, Vamulina Oksana, X73, X74, X61 münasibətdə onların ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hissəsini qeyd edilən şəxslərin sözügedən ünvanda yaşaması səbəbindən əsassız hesab etmiş və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin ünvanda yaşaması hazırkı mərhələdə iddiaçı tərəfindən mübahisələndirilməyən üçüncü şəxs X22 və övladları - xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X25 münasibətdə də iddia ərizəsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qanunvericiliklə təkzib olunmur, şikayət qərarın qismən ləğvinə əsas verir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)-846/2025 saylı qərarı qismən - üçüncü şəxs X22 və övladları - xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X25 münasibətdə ləğv edilməli, iddia ərizəsi üçüncü şəxs X22 və övladları xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X25 münasibətdə rədd edilməli, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)-846/2025 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Üçüncü şəxs X22 tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)- 846/2025 saylı qərarı qismən - üçüncü şəxs X22 və övladları - xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X25 münasibətdə ləğv edilsin. İddia ərizəsi üçüncü şəxs X22 və övladları - xx.xx.2008-ci il təvəllüdlü X69 və xx.xx.2014-cü il təvəllüdlü X25 münasibətdə rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, e-2-1(112)-846/2025 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov