Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2061/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1559/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 11 saylı Uşaq Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında xx.xx.2009cu ildə baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32 - Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyinciyin sol yarım kürəsinin kistalı şişi. Meoluloblastoma. Hidrosefaliya cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Beyinciyin kistalı şişi” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının xx.xx.2011- ci il tarixli göndərişi əsasında xx.xx.2011-ci ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Onun əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında xx.xx.2013-cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyinciyin daxili şişi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının əlillik vəziyyətinə 15 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye..; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin beyin daxili şişi cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2784003AACBA saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Başbeyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00- C97)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixində 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq; ona xx.xx.2011-ci ildən 1 il müddətinə ikinci dərəcə əlillik; xx.xx.2012-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; xx.xx.2013-cü ildə 1 il müddətinə ikinci dərəcə əlillik; xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik; xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik (həmin əlillik qrupu xx.xx.2015-ci ildə dəyişdirilmiş); xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik; xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. İddiaçı ona sonuncu dəfə xx.xx.2021-ci ildə İİ qrup əlilliyin 5 il müddətinə təyin olunması ilə razılaşmayaraq həmin qrup əlilliyin bundan əvvəl 10 il fasiləsiz olaraq davam etdiyinə, buna görə də ona bu əlilliyin xx.xx.2021-ci ildə müddətsiz təyin edilməli olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə verilmiş ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildə beyin nahiyəsində cərrahiyə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra Respublika Onkoloji Mərkəzdə müalicə almışdır. 2009-cu ilin mart ayında ilk dəfə ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin olunmuş və həmin tarixdən də hal-hazırkı vaxtadək Dövlət Sosial Müdafiə Fondundan fasiləsiz olaraq əlilliyə görə müavinət alır. 2021-ci ilin mart ayında yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 5 il müddətinə İİ qrup kimi şəhadətləndirilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyin olunan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli Qərarı ilə qüvvəyə minmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4-cü paraqrafının (Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri) 2-ci bəndinin (İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir) tələbləri kobud surətdə pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin olunan zaman onun 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq 12 il müddətində İİ qrup əlil olmağını həmin komissiya nəzərə almamışdır. Həmin komissiyanın rəyini aldıqda yenidən əlilliyin 5 il müddətinə verildiyini aşkar etmişdir. Bu isə onun sosial hüquqlarının tibbi komissiya tərəfindən pozulması deməkdir. İlk dəfə may 2021-ci il tarixdə 1 saylı DOST mərkəzinin Regional Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Komissiyası ona Nazirlər Kabinetinin 413 saylı Qərarının 2015-ci ildə çıxdığını və əlilliyin əvvəlki müddətləri (6 il) fasiləsiz müddətə daxil olunmur” kimi cavab vermişdir. Sonradan o, yazılı surətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ərizə ilə müraciət etməli olmuşdur. Həmin Komissiya isə hal-hazırkı vaxtadək ona cavab verməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 11 saylı Uşaq Poliklinikasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32 - Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyinciyin sol yarım kürəsinin kistalı şişi. Meoluloblastoma. Hidrosefaliya cərrahi əməliyyatdan sonrakı vəziyyət; Meyar: 2.2. 2. İki il müddətinə: => DİGƏR: Beyinciyin kistalı şişi” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 15 saylı Şəhər Poliklinikasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69- C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin meolullablastomasina görə kombinə olunmuş müalicədən sonrakı vəziyyət şüa terapiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Beyinciyin daxili şişi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2014-cü ildə sözügedən poliklinikanın göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye..; Diaqnozun mətni: Beyinciyin sağ yarımkürəsinin beyin daxili şişi cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sözügedən poliklinikanın xx.xx.2015-ci il tarixli 0033003AAA49 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Beyinciyin bədxassəli yenitörəməsi. Beyinciyin sağ yarımkürəsinin medulloblastoması. Cərrahi əməliyyatdan və şüa müalicəsindən sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bədxassəli şişlər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2784003AACBA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İİ Sinif - Bədxassəli yenitörəmələr => C00-C75 - Yeni törəmələr => C69-C72 - Göz, baş beyin və mərkəzi sinir sisteminin digər şöbələrinin bədxassəli yenitörəmələri => C71 - Baş beynin bədxassəli ye...; Diaqnozun mətni: Baş-beyin törəməsi. Medulloblastoma Grade İV. Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər - (C00- C97)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin, cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1559/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin olunan zaman onun 2009-cu ildən 2021-ci ilədək fasiləsiz olaraq 12 il müddətində İİ qrup əlil olması nəzərə alınmamışdır. Həmin komissiyanın rəyini aldıqda yenidən əlilliyin 5 il müddətinə verildiyini aşkar etmişdir. Bu isə onun sosial hüquqlarının tibbi komissiya tərəfindən pozulması deməkdir. Onun 12 ildən artıqdır ki, fasiləsiz 2-ci qrup əlil kimi qeydiyyatda olması məhkəmə tərəfindən tam araşdırılmamış və cavabdehin etiraz ərizəsinə əsasən qərar vermişdir. Məhkəmənin qərarını qanunsuz hesab edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (atası) X7 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. 21 sentyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdi ki, iddiaçıya hər dəfə göndəriş əsasında İİ qrup əlillik verilmiş, xx.xx.2015-ci ildə İİİ qrup əlillik verildikdən sonra bunun səhv olduğu müəyyən olunmuş, buna görə də xx.xx.2015-ci il tarixdə əlillik qrupu İİ qrupa dəyişdirilmiş və iddiaçıya bu qrup əlilliyə görə 50 manat sosial müavinət verilməkdə davam etdirilmişdir. Sonda cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi onun xeyrinə cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlıdır. Bu barədə iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu həmin müraciəti xx.xx.2021-ci il tarixdə alsa da, ona münasibət bildirməmişdir. Belə olan halda iddiaçı İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə görə 35 gün keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan öz mülahizələrini yalnız məhkəmə icraatı dövründə bildirmiş və iddianın mümkün sayılmasını mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə göründüyü kimi, iddiaçının cavabdehə qarşı tələbi “ona sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə verilmiş ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya verilmiş İİ qrup əlilliyin 6 il fasiləsiz davam etdiyini, yəni 10 il müddətinə fasiləsiz İİ qrup əlilliyin olmamasını nəzərə alaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli 1997-ci il 19 avqust tarixli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Həmin Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. Kollegiya iddiaçıya İİ qrup əlilliyin müddətsiz təyin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş birinci- xüsusi halın mövcud olmaması ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Qanunla tələb olunan ikinci hala gəldikdə isə iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik təyinatı aşağıdakı qaydada aparılmışdır: - xx.xx.2009-cu il tarixində 2 il müddətinə sağlamlıq imkanları məhdud uşaq; - xx.xx.2011-ci ildən 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2012-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2013-cü ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik; - xx.xx.2015-ci ildə 1 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2015-ci ildə əlillik qrupu və sosial müavinət dəyişdirilmiş; - xx.xx.2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik; - xx.xx.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik. Yuxarıda adı çəkilən Əsasnamənin 4.2-ci bəndində ikinci dərəcə əlilliyin məhz fasiləsiz olaraq 10 il müddətinə təyin edildiyi halda növbəti əlilliyin müddətsiz təyin edildiyi nəzərdə tutulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi iddiaçıya ikinci dərəcə əlillik dərəcəsinin təyin edildiyi xx.xx.2011-ci ildən hesabladıqda onun fasiləsiz olaraq 10 il müddətinə ikinci dərəcə əlilliyinin müəyyən olunmağı qənaətində olmuşdur. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2014-cü ildə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilməklə, qeyd edilən üçüncü dərəcə əlillik ikinci dərəcə əlilliklə bağlı olan 10 il müddətin fasiləsiz axımını kəsmişdir. Yəni, fasilədən sonra yenidən xx.xx.2015-ci ildən ikinci dərəcə əlillik təyin edilmişdir ki, həmin müddətdən hesablandıqda iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci ildə ikinci dərəcə əlillik təyin edilənədək əlillik müddətinin 06 il fasiləsiz olduğu müəyyən olunmuşdur. Qeyd olunan nəticə ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya İİ qrup əlillik xx.xx.2013-cü il tarixdə verildikdə onun növbəti dəfə müayinəyə getmə tarixi xx.xx.2014-cü il müəyyən edilmiş, xx.xx.2014-cü il tarixdə müayinəyə getmiş iddiaçıya xx.xx.2015-ci il tarixdə İİİ qrup əlillik təyin olunsa da, həmin əlilliyin qrupu inzibati orqanın xx.xx.2015-ci il tarixli sərəncamı ilə dəyişdirilmiş, həmin sərəncamla ödənilməmiş məbləğin nəzərə alınması da qeyd olunmuşdur. Adı çəkilən sərəncamın məzmununa görə iddiaçı ona İİ qrup əlilliyin təyin olunması ilə bağlı 50 manat sosial müavinəti də almaqda davam etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi müavinət işinin materiallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2014-cü ildə üçüncü dərəcə əlillik təyin olunarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Səbail Tibbi Sosial Ekspert Komissiyasının 471071 nömrəli müayinə aktından çıxarışa əsasən onun diaqnozu “beyinciyin sol yarımkürəsinin beyindaxili şişi cərrahi əməliyyatdan sonrakı vəziyyət olmaqla”, növbəti müayinə tarixi isə xx.xx.2015-ci il qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, həmin diaqnoz iddiaçıya əvvəllər və sonradan əlillik təyin edilərkən də müayinəsi zamanı mövcud olmuşdur. Buna görə də iddiaçıya sonradan həmin diaqnoz əsasında yenə də İİ qrup əlillik verilmişdir. Odur ki, cavabdeh inzibati orqan xx.xx.2015-ci il tarixdə iddiaçıya adı çəkilən diaqnozla bağlı İİİ qrup əlilliyin verilməsində texniki səhvə yol verdiyini bilmiş, buna görə də özünün xx.xx.2015-ci il tarixli sərəncamı ilə həm iddiaçıya təyin edilmiş əlillik qrupunu, həm də sosial müavinətin məbləğini dəyişdirmiş, həmin qərarında ödənilməmiş məbləğin nəzərə alınmasını da qeyd etmişdir. Belə ki, iddiaçı ona xx.xx.2015-ci il tarixdə İİİ qrup əlillik təyin olunarkən aldığı sosial müavinətin miqdarı 43 manat olmuşdur, hansı ki, iddiaçı həmin məbləğin ona xx.xx.2015-ci il tarixdən İİİ qrup əlillik təyin olunsa da, almadığını, yəni elə əvvəldən aldığı 50 manat sosial müavinətin miqdarında dəyişikliyin olmadığını bildirmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi araşdırılan hallar və tədqiq olunan materiallarla bağlı verdiyi izahatında həqiqətən də iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin olunan İİ qrup əlilliyin texniki səhv nəticəsində baş verdiyini, dəyişməyən diaqnozu ilə bağllı iddiaçıya əvvəldən və sonradan İİ qrup əlilliyin verilməsinin düzgün olduğunu, buna görə də fasiləsiz olaraq onun 10 il İİ qrup əlill olmasını və buna uyğun olaraq da iddiaçıya 50 manat sosial müavinətin ödənildiyini bildirmişdir. Bununla yanaşı, cavabdeh inzibati orqanın təqdim etdiyi inzibati icraatın materiallarından (i.v. 32) görünür ki, həkim müayinələrinin nəticələrində onkoloq tərəfindən iddiaçının diaqnozu: “C71.6 Beyinciyin bədxassəli yenitörəməsi, Baş-beyin törəməsi. Medilloblastoma Grade İV.Cərrahi əməliyyat və şüa terapiyasından sonrakı vəziyyət. xx.xx.2012-ci ildən TSEK-in qərarı ilə İİ qrup əlildir” kimi göstərilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2015-ci ildə İİİ qrup əlilliyin təyin olunması səhv olduğundan və həmin səhv inzibati orqanın özünün xx.xx.2015-ci il tarixli sərəncamı ilə aradan qaldırılaraq əlillik qrupu dəyişdirildiyindən, bu hallar ona xx.xx.2021-cı il tarixdə növbəti müayinəsi zamanı müvafiq əlillik qrupunun təyinatında nəzərə alınmalı və ona İİ qrup əlillik məhz fasiləsiz olaraq 10 il müddətinə təyin edildiyi üçün növbəti əlillik yuxarıda adı çəkilən Əsasnamənin 4.2-ci bəndində nəzərdə tutulan hala görə müddətsiz təyin edilməli idi. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində iddiaçıya 10 il fasiləsiz İİ qrup əlilliyin təyin olunması qüvvədə olduğu halda ona xx.xx.2021-cı ildə yenə də 5 il müddətinə İİ dərəcə əlilliyin təyin edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1559/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1559/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2021-cı il tarixdən İİ qrup əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2061/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2061/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver