Məhkəmə qərarları › İş №2-1(103)-2061/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2061/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2061/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndələri X5 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İnnovasiya və X2rşı “cavabdehin hərəkəti qanunsuz hesab edilməsi, 2022ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-851/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və X2rşı “iddiaçıya əmək haqqının ödənilməməsi barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın və mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2019-cu il tarixli 1375 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X1 Heyətinin sədri təyin edilib.“Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1464 nömrəli Fərmanın 1 və 2-ci hissələrinə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmış, Nazirliyin tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X8 publik hüquqi şəxs yaradılıb. Fərmanın imzalandığı tarixdən 3 (üç) gün sonra, yəni 2021-ci ilin 14 oktyabr tarixində İnnovasiyalar Agentliyinin inzibati binasında, Rəqamsal İnkişaf və Nəqliyyat Nazirinin müavinləri Rövşən Rüstəmov və Fərid Əhmədov tərəfindən X3 Heyətinin üzvləri və şöbə müdirlərinin iştirakı ilə iclas keçirilmiş, həmin iclasda X13 kimi İddiaçı və İdarə Heyətinin digər 2 (iki) üzvlərinə şifahi olaraq bildirilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən tutduqları vəzifələrə həmin tarixdən artıq son verilmiş və iş yerlərinə gəlməməyi təkid edilmişdir. Fərmanın 7-ci hissəsində göstərilib ki, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu fərmanın 2.2- ci bəndində göstərilən qurumlar öz fəaliyyətini davam etdirsinlər. 2022-ci ilin yanvar ayına qədər iddiaçıya X13 olaraq əmək haqqı ödənilib, fevral ayından etibarən ona hər hansı əmək haqqı ödənilməyib. X10 digər üzvləri hələ də əmək haqqı almaqdadır. İddiaçı X13 olaraq 5000 manat əmək haqqı alırdı. 2022-ci ilin fevral ayından oktyabr ayına qədər olan 9 ay ərzində ödənilməmiş əmək haqqının əvəzi olaraq iddiaçıya cəmi 45000 manat ödənilməlidir. İddiaçı əvvəlcə Bakı şəhər Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Yasamal rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilib. İddiaçı qərardaddan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib.Daha sonra iddiaçı hər iki cavabdehə müraciət edərək ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 (qırx beş min) manat və mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat olmaqla, cəmi 95.000 (doxsan beş min) manatın ona ödənilməsini xahiş edib. Lakin onun müraciətlərinə cavabdehlər tərəfindən cavab verilməyib. Odur ki, iddiaçı məhkəməyə müraciət edir. Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, heç kəs zorla işlədilə bilməz. İddiaçı X13 olaraq hər gün işə gedib, üzərinə düşən səlahiyyətləri icra edib və bunun müqabilində gördüyü işə görə əmək haqqı alıb, lakin 2022-ci ilin fevral ayından oktyabr ayına qədər əmək haqqını almayıb. Ümumiyyətlə iddiaçının X13 vəzifəsindən azad edilməsinə dair hər hansı qərar qəbul edilməyib, iddiaçıya onun İdarə Heyəti sədrliyindən azad edilməsi barədə rəsmi sənəd təqdim edilməyib. İddiaçı əvvəlcə Yasamal rayon məhkəməsinə müraciət etsə də, məhkəmə onun iddiasına mahiyyəti üzrə baxmayıb. Bu halda iddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldırmaq məcburiyyətindədir. İddiaçı bildirir ki, o, əmək vəzifələrini lazımi qaydada yerinə yetirib, işlədiyi müddətdə vəzifəsinə məsuliyyətlə yanaşıb. Onun heç bir qanuni əsas olmadan işdən azad edilməsi və əmək haqqı ödənilməməsi ona mənəvi zərər vurub. İddiaçı ona vurulmuş mənəvi zərərin məbləğini 50.000 manat qiymətləndirir. İddiaçı məhkəməyə daha sonra ərizə ilə müraciət edərək, “məhkəmənin təklifini nəzərə alaraq iddia tələblərində dəqiqləşdirmə apararaq, iddiaçıya əmək haqqının ödənilməməsinin qanunsuz hesab edilməsi, 2022-ci ilin fevral ayından oktyabr ayına qədər 9 ay ərzində ödənilməyən əmək haqqının əvəzi olaraq 45000 manatın və mənəvi zərərin əvəzi olaraq 50000 manatın, cəmi 95000 manatın ödənilməsi vəzifəsinin cavabdeh İnnovasiya və X7 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddia tələblərinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-851/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təyin edildiyi İnnovasiyalar Agentliyinin rəhbəri vəzifəsi üzrə funksiyalarını İnnovasiya və X6 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınanadək həyata keçirildiyi üçün, cavabdeh İnnovasiya və X4 2022-ci ilin fevral ayından 2022-ci ilin oktyabr ayınadək əmək haqqı və mənəvi zərərin ödənilməsini tələb edir, mübahisənin inzibati məhkəmə icraatında həll edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 303-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 1375 nömrəli Sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində X1 Heyətinin sədri təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2021-ci il tarixli, 1464 nömrəli Fərmanı ilə, həmin Fərmanın 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar tabeliyindəki “Milli Nüvə Tədqiqatları X12 Cəmiyyətinin, Azərbaycan Respubliksının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və X9 publik hüquqi şəxs yaradılmış, Fərmanın 7-ci bəndinə əsasən, bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini İnnovasiyalar və X8 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək davam etdirməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, idarəetmə fəaliyyəti (inzibati fəaliyyət) dövlətin qanunvericilik və məhkəmə funksiyaları xaricində qalan funksiyadır, dövlərin qanunvericilik və məhkəmə fəaliyyətlərindən ayrı, cəmiyyət üçün icra edilən bütün fəaliyyətlər idarəetmə fəaliyyəti sayılır. Lakin nəzərə alınmalıdır ki, Ali icra hakimiyyəti orqanları onunla xarakterizə olunurlar ki, onların siyasi fəaliyyəti də var; siyasi fəaliyyət isə idarəetmə fəaliyyəti (inzibati fəaliyyəti) sayılmır. Dövlət orqanlarının hakimiyyət səlahiyyətləri əsasən dövlət qulluqçuları vasitəsi ilə həyata keçirilir. Dövlət qulluğu, dövlət qulluqçularının statusu , və bu qulluğu ilə bağlı məsələlər inzibati idarəetmə hüququnun bir bölməsidir.Dövlət qulluğu dövlət vəzifəsində həyata keçirilir. Elmi və siyasi ədəbiyyatda səlahiyyətlərin xarakterlərinə görə vəzifələr aşagıdakı kimi təsnifləşdirilir: siyasi vəzifələr, inzibati vəzifələr və yardımçı vəzifələr. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətə müvafiq qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə vəzifəyə təyin edilir və yaxud seçilirlər. Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçuları arasında yaranan münasibətləri, dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri 1 sentyabr 2001-ci il tarixdən qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanun tənzimləyir. Bu Qanunun tələblərinə əsasən dövlət orqanlarında vəzifələr inzibati və yardımçı vəzifələrə bölünür. xx.xx.2002-ci il tarixli "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Qanunla edilmiş dəyişikliklə siyasi kateqoriya dövlət qulluqçuları təsnifatdan çıxarıldı. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericiliklə tənzimlənir; dövlətlə bu şəxslər arasında əmək qanunvericiliyi tətbiq oluna bilməz. Siyasi vəzifələri tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və “Dövlət qulluğu haqqında” qanun və Əmək Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları onlara şamil edilmir. Göründüyü kimi iddiaçının İnnovasiyalar Ağentliyində hakimiyyət səlahiyyətlərini həyata keçirilməsi ilə bağlı vəzifəsi inzibati vəzifəsi deyildir, siyasi vəzifəsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının vəzifəsi- siyasi vəzifəsi olduğundan, onunla cavabdeh arasında inzibati münasibətləri mövcud olmadığından hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün deyil. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-851/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar