Məhkəmə qərarları › İş №2-1(103)-2063/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2063/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2063/2022 25.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X7) “ünvanla bağlı yanlışlığın aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-1819/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) mənzillərin ünvanındakı yanlışlıqların aradan qaldırılması, X4 ailə üzvləri ilə birlikdə ünvan 4 ünvandakı 2 otaqlı yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “ünvan 5 ünvandakı yaşayış sahəsinin ünvanının təkrarlanması və həmin ünvanın eyni ilə X4 adına olan mənzildə də göstərilməsi-buraxılmış yanlışlığın aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-1819/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərardadla razı deyil, ona görə ki, onunla cavabdehin arasında olan mübahisə həll olunmamış qalmışdır. İddiaçı X7 Bakı şəhəri Nərimanov Rayon məhkəməsinə cavabdehlər X3 və İddiaçı Anatolyevanaya qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən mənzili ünvan 8001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. Mənzil xx.xx.2002-ci il tarixdə verilmiş ÖM seriyalı 102699 saylı qeydiyyat vəsiqəsinə əsasən onun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdehler X3 və Mirilenko Lurisa Anatolyevnanı tanımır, heç vaxt da tanımamışdır. O, mənzili X8 adlı şəxsdən almış və həmin vaxt alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehləri həmin mənzildə qeydiyyatda olması barədə məlumatı olmamışdır. Cavabdehler formal olaraq onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar. Cavabdehler ailə üzvü olmadığından, 2001-ci ildən halhazırkı vaxtadək mübahisəli mənzil onun istifadəsində və sahibliyində olduğundan onun xüsusi mülkiyyətində olan mənzildə istifadə hüquqları da mövcud deyildir. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyim kimi sərəncam verə bilmir. Qeyd edilənləri nəzərə alaraq cavabdehler X1 və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 43,.mənzil 4 ünvanında yerləşən mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə onu qanunda nəzərdə tutulan formada xəbərdar etmədiyinə görə iştirakı təmin olunmamışdır. Bununlada bir tərəf olaraq müdafiə hüququ, sübutlar təqdim etmək hüququ pozulmuşdur. Hələ uzun illər bundan əvvəl qeydiyyatda olub yaşadığımı ünvan 10 ünvandakı 2 otaqlı yaşayış sahəsi mərhum anasına məxsus olmuşdur və qanunda nəzərdə tutulan formada bağışlama müqaviləsi ilə bu mənzil anasının adından ona- İddiaçı bağışlamış və həmin müqaviləyə uyğun olaraq 02 dekabr 2016-cı ildə Az. Resp ƏMDK yanında DƏDRX tərəfindən reyesterdən çıxarış verilmişdir. Yəni onun mülkiyyətində olan 2 otaqdan ibarət Bakı şəh, Nərimanov r-nu, F. Yusufov küç ev 43 mən 4 ünvandakı 2 otaqlı yaşayış sahəsində həmişə yaşamış və bu gün də həmin yaşayış sahəsində daimi pasport qeydiyyatında olmaqla yaşayır. İddiaçının mülkiyyətində olan yaşayış sahəsi ilə mənzilin poçt ünvanının eyni olması onun təqsiri deyildir. Yaşayış sahələri arasında əsas fərq ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi bir otaqdan, onun yaşayış sahəsi isə 42.0 kvm olmaqla ikiotaqlıdır. Məhkəmə yerli baxış keçirmədən, iştirakını təmin etmədən işə baxıb tələm-tələsik qətnamə çıxarmışdır ki, həmin qətnamə ilə maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Yəni onun öz mənzilində qeydiyyatda olmağı iddiaçının heç bir hüququnun pozulmasına səbəb olmadığı halda məhkəmə Az. Resp. MM-nin 152.1-ci maddəsini onlara münasibətdə tətbiq etmişdir ki, bununla da maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, əvvəl ünvan başqa olub. Çıxarış veriləndə ünvanlar eyni oldu. Larisa xanımın mənzili ikiotaqlı, Səkinə xanımın mənzili isə birotaqlıdır. Cavabdeh orqan yanlışlığı aradan qaldırmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən müraciət olmayıb. Üçüncü şəxsin qeydiyyat vəsiqəsi olsa da, reyestrdə qeydiyyatı aparılmamış, köhnə qeydiyyat vəsiqəsində də eyni ünvan kimi göstərilmişdir. İddiaçının reyestrdən çıxarışında ünvan 2016-cı ildə verilmişdir. Həmin vaxtı yeni qaydalar ilə ünvan verilməsi nəzərdə tutulmadığından qeydiyyat vəsiqəsindəki ünvan yazılmışdır. Məktubda həmin ünvan yazılmışdır. Məktubla “ASAN” Xidmətə çıxarışdakı ünvanın dəyişdirilməsi ilə bağlı müraciət edə bilərlər. Müraciət etsələr yeni qaydalara uyğun olaraq dəyişdirilə bilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, ünvan 12 ünvanının təkrarlanması və həmin ünvanın eyni ilə X4 adına olan mənzildə də göstərilməsini və buraxılmış yanlışlığın aradan qaldırılmasını tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı əvvəlcə inzibati orqana, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətdən görünür ki, iddiaçının müraciəti “ona məxsus ünvan 4 ünvanı ilə X5 məxsus ünvan üst-üstə düşdüyündən qeyd olunan ünvanın təkrarlanmasının araşdırılıb ona rəsmi məlumat verilməsi” məzmununda olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müraciəti əsasında müvafiq araşdırma aparmış və xx.xx.2021-ci il tarixli **********88 nömrəli məktubla ona bildirmişdir ki, əvvəlki ünvanı ünvan 13 “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 14 ünvanı təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə, yəni müvafiq ünvanla bağlı buraxılmış yanlışlığın aradan qaldırılmasına dair əvvəlcə inzibati orqana müraciəti olmamışdır. Göründüyü kimi, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçının müvafiq ərizə ilə (ünvanla bağlı buraxılmış yanlışlığın aradan qaldırılması ilə bağlı) əvvəlcə cavabdeh inzibati orqana müraciət etməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmçinin iddiaçının “ona məxsus ünvan 4 ünvanı ilə X5 məxsus ünvan üst-üstə düşdüyündən qeyd olunan ünvanın təkrarlanmasının araşdırılıb ona rəsmi məlumat verilməsi” ilə bağlı müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilərək, ona bu barədə məlumat verilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati orqanın iddiaçının müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-1819/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar