Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2063/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin qoyulması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə müraciət etmiş, lakin müraciət təmin olunmamışdır, imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş memarlıqplanlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80cı maddəsinə uyğun tərtib edilməmişdr;
2. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-B ünvanda inşa edilən fərdi yaşayış evinin eskiz layihəsinə əsasən yaşayış evinin 3 mərtəbəli, ümumi hündürlüyünün 11,860 metr olması nəzərdə tutulmuşdur;
3. 08.06.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhər Səbail rayonu Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1 B ünvanında yerləşən torpaq sahəsini 8500 manat məbləğinə X1 almışdır, həmin torpaq sahəsi X3 ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyə hüququ ilə məxsus olmuşdur;
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır,torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinin nəticələrinə dair Ədliyyə Nazirliyi MəhkəməEkspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə Cavabdehnə qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edərək iddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və mülkiyyət hüquqları AR ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən qeydiyyata alınaraq iddiaçıya xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğunu qeyd etməklə təsdiq etmişdir. İddiaçı cavabdehə müraciət edərək AR Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədləri təqdim edib xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması barədə məlumat vermişdir. Lakin cavabdeh 10-N-52/3-151 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a əsasən, hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhəddinə qədər ara məsafəsi saxlanılmalıdır.Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sənədin AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilməməsi əsası ilə qaldırdığı məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, dövlət orqanının verdiyi rəsmi sənədlərə əsasən əldə edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin inşa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0.0242 ha ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və reyestr xidməti həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək,qeydiyyata alıb iddiaçının adına çıxarış vermişdir. Torpaq sahəsində fərdi yaşayış evinin ara məsəfəsi saxlanılmaqla inşa edilməsi nəzərdə tutulmuşdur, lakin cavabdeh əsassız olaraq həmin əsasla imtina edərək iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cаvаbdеh Cavabdeh iddia ərizəsinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının ərizəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş qaydada lazımi sənədlərin təqdim edildiyi qeyd olunsa da həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə uyğun olaraq ara məsafəsi, tikinti əmsalı, tikinti sıxlığı əmsalı və sair tərtib olunmamışdır. İddiaçının qeyd etdiyi kimi Cavabdeh xx.xx.2022-ci il tarixli, 10-N 52/3-151 saylı məktubu ilə bildirmişdir ki, “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”a əsasən hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində ara məsafəsi olmalıdır. Tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Əlavə olaraq qeyd edilmişdir ki, ərazinin tikinti və tikinti sıxlığı əmsalları həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evləri üçün müəyyən edilmiş normadan artıqdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242 x 0.4 = 96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242 x 0.6 = 145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə icra hakimiyyətinə təqdim olunmuş memarlıq planlaşdırma həllində ərazinin əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90 kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur. Təqdim olunmuş memarlıq planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11 metrdən artıqdır, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3 metrdən artıq ara məsafəsi saxlanılmalıdır. Mülkiyyətçi tərəfindən təqdim olunmuş memarlıq planlaşdırma həllində baş plan bölməsi olmadığından ara məsafəsi ölçülərini dəqiqləşdirmək mümkün deyildir, lakin 0.0242 ha torpaq sahəsində 3 metrdən çox ara məsafəsi saxlanılmaqla 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi mümkünsüzdür. Bu səbəbdən də təqdim edilən sənəd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) tələblərinə uyğun tərtib edilmədiyindən qaldırılmış məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Bu barədə vətəndaşa cavab məktubu göndərilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanda yerləşən 0,0242 ha ölcüdə torpaq sahəsində məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə Cavabdeh tərəfindən edilən müdaxiləni qanunsuz hesab edilərək İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında aparılan fərdi yaşayış evinin tikintisinə qanunsuz müdaxilədən çəkinmə öhdəliyi Cavabdeh üzərinə qoyulması, Cavabdehndən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən torpaq sahəsinə (0.0242 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilir.
11. Lakin Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.
13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) aiddir. (İPM-nin 2.2.4-cü maddəsinə əsasən) .
23. İddianın mümkünlüyü ilə baölı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tikinti işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında tərtib olunmuş memarlıq-planlaşdırma həllinin təsdiq olunması barədə müraciət etmiş, lakin müraciət təmin olunmamışdır, imtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş memarlıqplanlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80cı maddəsinə uyğun tərtib edilməmişdr;
24. İddiaçının təqdim etdiyi bir ədəd CD diskdə olan video görüntüdən görünür ki, iddiaçının fərdi yaşayış evini tikmək istədiyi mübahisəli torpaq sahəsində cavabdehin tabeliyində olan əməkdaşlar (Kommunal birliyin) və texnika işləyir.
25. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir.Həmin Əsasnamənin: 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir:
1. ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmamasını;
2. özbaşına tikinti işlərinin qarşısının alınmamasını;
3. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini;
4. habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə uyğun olaraq tikinti işlərinin başlanmasına əsas olmadan tikinti obyektinin tikildiyini; ...... 3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir.
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
27. Belə ki, işin hallarına görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1B ünvanında yerləşən torpaq sahəsinə (0.0242 ha) İddiaçı xüsusi mülkiyyət hüququ (tam) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə eskiz layihə hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda təqdim edilən memarlıq-planlaşdırma həllinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə uyğun tərtib edilmədiyindən qaldırılan məsələnin icrasının məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir.
28. Birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspertiza ilə bağlı Məhkəmə-Ekspertiza Mərkəzindən daxil olmuş 10/3506 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində rəyə gəlinmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (“Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri”) maddəsinin 69.6-cı bəndinin və 80-cı maddəsinin 80.1-ci bəndinin və Dövlət tikinti normalarının tələblərinə uyğun tərtib edilmişdir.
29. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmır.
30. Belə ki, ekspert Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsini Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddəsinin 69.6-cı bəndinin tələbləri baxımından Dövlət tikinti normalarının tələblərinə uyğun hesab edərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddəsinin 69.6-cı bəndinin təfsirində yanlışlığa yol verərək qeyd etmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1B ünvanında tikiləcək fərdi evin eskiz layihəsinə əsasən ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil. 31.Halbuki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddəsinin 69.6-cı bəndinin tələblərindən çıxış etsək həmin norma tikiləcək fərdi evin eskiz layihəsində evin divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmamasını şərtləndirir. 32.Yəni normada nəzərdə tutulmuşdur ki, Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddəsinin 69.6-cı bəndi) 33.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə əsasən:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ara məsafəsi ilə bağlı müfəssəl qaydaları müəyyən edir.
13. Divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadrat metrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların, yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyildir.
34. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda İddiaçı Cavabdehnə qarşı "qanunsuz müdaxilədən çəkinmə öhdəliyinin qoyulması" tələbinə dair 2-1(103)- 2063/2024 saylı inzibati işin olduğu və mübahisə ilə bağlı İddiaçı şikayəti və müraciəti ilə əlaqədar Cavabdehndə aparılmış inzibati icraat materiallarının məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
35. Təqdim olunmuş sənədlərlə bərabər məktubda bildirilmişdir ki, İddiaçı tərəfindən məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə Cavabdehnə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, tikinti sıxlığı əmsalı və s.) uyğun tərtib edilmədiyindən məsələnin icrası məqsədəmüvafiq hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 saylı qərarı ilə təsdiq edilmiş "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a müvafiq olaraq həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikintisi zamanı torpağın ümumi sahəsinin 0,4 hissəsi (ərazinin tikinti əmsalı), 0,6 hissəsi (ərazinin tikinti sıxlığı əmsalı) nəzərdə tutulmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0.0242 hektardır. Fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsində ərazinin tikinti əmsalı 0.0242x0.4=96 kv.m., ərazinin tikinti sıxlığı əmsalı 0.0242x 0.6=145 kv.m. olmalıdır. Lakin məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi məqsədilə RİH-ə təqdim olunmuş memarlıq-planlaşdırma həllində ərazinin tikinti əmsalı 186 kv.m. (qanunda nəzərdə tutulmuş ölçüdən 90kv.m. artıq), ərazinin tikinti sıxlığı əmsalı 674.78 (qanunda nəzərdə tutulmuş ölçüdən 529.78 kv.m. artıq) nəzərdə tutulmuşdur.
36. Beləliklə, hazırkı iş üzrə tətbiq olunmuş normalara, o cümlədən "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a əsasən, tikinti ərazisinin sərhədləri daxilində torpaq sahəsində layihələndirilən fərdi yaşayış evinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Nəzərə alsaq ki, təqdim olunmuş memarlıq-planlaşdırma həllində tikiləcək fərdi yaşayış evinin hündürlüyü 11.86 metrdir, bu da o deməkdir ki, fərdi yaşayış evinin hər tərəfindən 3,5 metrdən artıq ara məsafəsi saxlanılmalıdır.
37. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş memarlıq-planlaşdırma həlli Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə (ara məsafəsi, tikinti sıxlığı, əmsalı və s.) uyğun olmamışdır.
38. Bu halda cavabdeh inzibati orqana qarşı iddiaçının tələbinin də əsaslı olması müəyyən olunmur.
39. Məhkəmə Kollegiyası xüsusi olaraq onu da diqqətə çəkir ki, məhkəmə Kollegiyası hazırkı iddianın rədd olunması ilə bağlı qənaətə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinin (Tikinti işlərinin dayandırılması. Tikinti obyektlərinin sökülməsi) tələbləri baxımından iddiaçı normalara uyğun olmayan inşaat apararsa tikilinin sökülməsi barədə qərar qəbul edilməsi, yaxud tikilinin sökülməsinə dair məhkəmədə iddia qaldırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir.
40. Məhkəmə Kollegiyası bu qərarın 39-cu bəndindən çıxış edərək qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən tikilinin sökülməsi baş verərsə iddiaçının cavabdehin qanunsuz hərəkətlərinə görə ziyan tələb etmək hüququ yaranır.
41. Lakin məhkəmə Kollegiyası bu qərarın 23-25-ci bəndlərindən çıxış edərək qeyd edir ki, hazırkı iddia tələbi inzibati-prosessual qanunvericiliyə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) aiddir.Odur ki, belə iddianın təmin olunması iddiaçı tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olaraq tikinti aparılmasına şərait yaratmış olar.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
44. Həmçinin, Azərbaycan Respublikası İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.
45. Göstərilənlərə əsasən iddiaçıdan aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. İddiaçıdan aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X5, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.