Məhkəmə qərarları › İş №2-1(103)-2064/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2064/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2064/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2-1(112)-1625/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan və yaşadığı ünvan 6-ə dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Ermənistanda baş vermiş məlum hadisələrlə əlaqədar yaşadığı evi erməni milliyətindən olan bir şəxslə qarşılıqlı razılaşma əsasında dəyişmişdir. Bunun əsasında Xətai rayon (keçmiş Şaumyan) X5 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli qərarı ilə 6 (altı) nələr ailə üzvü ilə ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Həmin vaxtdan hal-hazırkı tarixə qədər qeyd olunan ünvanda yaşayırlar. Ərizə ilə cavabdeh təşkilata müraciət edərək yaşadığı mənzilə dair onunla mənzilin kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh təşkilat isə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə onun xahişindən imtina etmişdir və səbəb kimi yaşadığı mənzilin kirayə müqaviləsinin birtipli formasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, yaşadığı mənzil dövlət mənzil fonduna məxsusdur. Onunla qonşuluqda yaşayan insanlar müvafiq qaydada yaşadıqları mənzilləri özəlləşdirmişlər. Xətai rayon (keçmiş Şaumyan) X5 İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli qərarı əsasında qeydiyyata düşməklə mənzildə məskunlaşmışlar və bu gün də ailə üzvlərilə birlikdə orada yaşayır, mənzildən istifadə edir və kommunal ödənişlər edirlər. Cavabdeh Xətai RİH-nin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2-1(112)-1625/2024 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur).Qeyd edilən forma isə halhazırda mövcud deyildir. Müvafiq İcra Hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi ücün məsələyə baxılması mümkün deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı verilmişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin imtina məktubu xx.xx.2023-cü il tarixli olmaqla iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış, imtina məktubunun iddiaçıya təqdim edilmə vaxtı barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədiyindən iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət etməklə verildiyi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. - 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin: - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X5 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq X5 icraiyyə komitəsinə məlumat verilir. - 51-ci mаddəsinə əsаsən, dövlət və ictimаi mənzil fоndu еvlərində yаşаyış sаhəsindən icаrə müqаviləsinə uyğun оlаrаq istifаdə еdilir. - 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 2009-cu ilin оktyаbrın 1-dən qüvvəyə minmiş Аzərbаycаn Rеspublikаsının Mənzil Məcəlləsinin: -17.3.1-ci mаddəsinə əsаsən- sоsiаl təyinаtlı mənzil fоndu-dövlət və bələdiyyə mənzil fоndlаrındаn sоsiаl kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrа vеrilən yаşаyış sаhələrinin məcmusudur. -17.4-cü mаddəsində göstərilir ki, mənzil fоndu qаnunvеricilikdə müəyyən еdilmiş qаydаdа dövlət uçоtunа аlınmаlıdır. -18-ci mаddəsinə əsаsən, mülkiyyət fоrmаsındаn аsılı оlmаyаrаq mənzil fоndunun istifаdəsinə və sахlаnılmаsınа, hаbеlə yаşаyış sаhələrinin və kоmmunаl хidmətlərin müəyyən еdilmiş tələblərə uyğunluğunа dövlət nəzаrəti qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа həyаtа kеçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan: -AZE seriyalı 00****** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -Şaumyan (hazırda Xətai) rayon X5 İcraiyyə Komitəsinin “Ermənistan SSR-dən gəlmiş azərbaycanlı vətəndaşların qeydiyyatı haqqında” xx.xx.1989-cu il tarixli, 66/4.1 №-li Qərarının arxiv nüsxəsinin surətindən müəyyən olunur ki, Bakı şəhərindən köçmüş erməni millətindən olan vətəndaşlarla icraiyyə komitəsi və notariat kontorları tərəfindən təsdiq edilmiş qarşılıqlı müqavilələri olan aşağıda adları qeyd olunmuş şəxslərin özbaşına tikililərə və fərdi yaşayış evlərinə yaşayış yeri üzrə qeydiyyata alınmaları rayon daxili işlər şöbəsinə tapşırılmışdır: İddiaçı 6 nəfər ailə üzvü (özü, 2 qızı, 2 oğlu və bacısı) ilə birgə ünvan 2 ünvanına. -“ASAN 3” tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Azərbaycan Respublikasının DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1, xx.xx.1947-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 ünvan 2 ünvanında pasport qeydiyyatındadır. -Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********52 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 5 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Xətai RİH-nin 5-11/2-S-44saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı rayon XDS-in İK-nin 66/4.1 saylı xx.xx.1989-cu ıl tarixli qərarı əsasında ona yuxarıda qeyd olunan ünvana yalnız pasport qeydiyyatına alınmaqla yaşamağı üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-cı maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (müvafiq icra hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur). Lakin qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən xahişini təmin etmək imkan xaricindədir. Cavabdehin imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, işin araşdırılan hallarından da göründüyü kimi iddiaçı qanuni əsaslarla 1989-cu ildən məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyata alındığı mənzildə hal-hazıradək fasiləsiz və etirazsız olaraq yaşayır və istifadəsində olan ünvan 6 ünvanında yerləşən yaşayış sahəsini hər hansı başqa icarədardan müqavilə əsasında və ya müvəqqəti sakin kimi əldə etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8.-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Belə ki, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” və Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Odur ki, kollegiya cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Adsız döngə, ev 8 ünvanında yerləşən 1 saylı mənzilə dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanılması barədə müvafiq inzibati akt qəbul edilməlidir. AR Mənzil Məcəlləsinin 4.0-cü mаddəsinə əsаsən dövlət оrqаnlаrı və bələdiyyələr öz səlаhiyyətləri dахilində mənzil hüquqlаrının həyаtа kеçirilməsi üçün şərаit yаrаdır və bu məqsədlə: 4.0.2. müəyyən еdilmiş qаydаdа sоsiаl kirаyə müqаvilələri əsаsındа və yа dövlət və yа bələdiyyə mənzil fоndu yаşаyış sаhələrinin kirаyə müqаvilələri əsаsındа vətəndаşlаrı yаşаyış sаhələri ilə təmin еdir. Həmin Məcəllənin 59.1-ci mаddəsinə əsаsən, yаşаyış sаhəsinin sоsiаl kirаyə müqаviləsinə əsаsən bir tərəf – dövlət və yа bələdiyyə mənzil fоndunun yаşаyış sаhəsinin mülkiyyətçisi (оnun аdındаn fəаliyyət göstərən səlаhiyyətli dövlət оrqаnı və yа səlаhiyyətli bələdiyyə оrqаnı) və yа оnun səlаhiyyətli şəхsi (kirаyə vеrən) yаşаyış sаhəsini digər tərəfin – vətəndаşın (kirаyəçinin) yаşаmаsı üçün bu Məcəllə ilə müəyyən еdilmiş şərtlərlə sаhibliyinə və istifаdəsinə vеrməyi öhdəsinə götürür. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2-1(112)-1625/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2-1(112)-1625/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mehriban Qarayeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar