Məhkəmə qərarları › İş №2-1(103)-2065/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2065/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2065/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Bakı “Asan Xidmət” X1 qarşı “aktın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-5463/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı “Asan xidmət” X2rşı adının dəyişdirilməsi haqqında 01.12.2020-ci il tarixli 99 saylı akt qeydinin ləğv edilməsi vəzifəsinin icra olunmasını cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-5463/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-5463/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarına istinad edərək, imtinanı bununla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən adın dəyişdirilməsinə yalnız bir dəfə yol verilir. Yəni, iddiaçı adı Sahibədən Aylaya dəyişdirməklə bu hüququndan istifadə etmişdir. X4 dəyişdirilməsi isə ikinci dəfə sayılır. Halbuki, o qəbul edilmiş aktın ləğvini tələb edir. İddiaçı adın təkrar dəyişdirilməsi üçün müraciət etmir, adının dəyişdirilməsinə səbəb olmuş aktın ləğv edilməsini tələb edir. Bu fərqli yanaşma və fərqli haldır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-5463/2021 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı Musa qızı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun əvvəlki adı Sahibə olmuş və “Ayla” adına dəyişdirmişdir. İddiaçı yenidən adının “Ayla”dan “Sahibə”yə dəyişdirilməsi ilə bağlı Bakı şəhəri 1 saylı “ASAN Xidmət” X1 müraciət etmiş, inzibati orqan isə 18.02.2021-ci il tarixli, 05/Q-187/15 saylı imtina məktubunda Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na istinad etməklə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1, 26.4-cü maddələrini, Ailə Məcəlləsinin 189-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6, 6.24, 6.25, 6.26, 6.27, 6.28ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və İddiaçı hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09.06.2021-ci il tarixli, 2-1(112)-5463/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar