Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2065/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X25 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X11 ibarət tərkibdə, X17-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, 3-cü şəxs X10 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın etibarsız hesab edilməsi” dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6” (9 “a”) saylı evin X5 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X31 ilə 2003-cü ildə nikaha daxil olmuş, həmin vaxt o, ərinin valideynlərinin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əbdulrəhimov küçəsi, 132 saylı evin 31 və 32-ci mənzilinə köçmüş, ailə üzvləri arasındakı razılığa əsasən orada iki otaqdan ibarət olan 32-ci mənzil onun və ərinin istifadəsində olmuşdur. 2006-cı ildə həmin mənzil özəlləşdirilmiş və 2007-ci ilin fevralın 08də notariat kontorunda rəsmiləşdirilməklə (rəsmiyyətdə 48.253 manat göstərilsə də) 65.000 manata satılmış, əldə olunmuş vəsait hesabına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evi 42.000 manata almışlar. O, əri və azyaşlı qızı ilə birlikdə ora köçmüş, ev köhnə tikili olduğundan sökülüb yerində iki mərtəbəli, birinci mərtəbədə iki otaq, tualet və hamam, ikinci mərtəbədə üç otaq, tualet və hamam, həmçinin evin üçüncü mərtəbəsində mansard tikilmişdir. O və ailə üzvləri sözügedən mənzildə yaşamağa başlamış, 2007-ci ildə iddiaçının əri, 2011-ci ildə özü və 2016-cı ildə isə qızı Əminə həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Sözügedən evin tikintisi tam olaraq onun və ərinin vəsaiti hesabına aparılmışdır. Ər-arvad arasındakı münasibətlər normal olmadığından o, əri tərəfindən fiziki təzyiqlərə və mənəvi təhqirlərə məruz qalmış, əri tərəfindən sözügedən mənzildən istifadə etməsinə məhdudiyyət yaradılmış, bu səbəbdən də o, qızı ilə birlikdə qohumlarının mənzilinə sığınmış, habelə iddiaçı və onun qızına məxsus bütün əmlakları mübahisə edilən evdə qalmışdır. Onunla əri arasında olan nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli 2(005)- 3002/18 nömrəli qətnaməsi ilə pozulmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə birgə nikah dövründə əldə edilmiş həmin ev keçmiş ərinin bacısı X6 adına sənədləşdirilmiş və həmin sərəncama əsasən DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən sonuncunun adına RX seriyalı, 24 avqust 2018-ci il tarixli çıxarış verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh başçısının 276 saylı 29 iyun 2018-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh və 3-cü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2349/2019 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-595/20 nömrəli, 04 fevral 2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bununla bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli 25 iyun 2019-cu il tarixli qərarı icra olunaraq Bakı şəhəri Cavabdehin 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə. Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncam etibarsız hesab edilmişdir. Lakin sonradan xx.xx.2021-ci il tarixdə X20 məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək onun iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1517/2019 saylı xx.xx.2021 nömrəli qərardadı ilə X10 ərizəsi təmin edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “Bakı şəhəri Cavabdeh Başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiası üzrə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə əlavənin dəlilləri Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyəti olan onunla X18 2001-ci ildən faktiki 2003-cü ildən rəsmi nikaha daxil olmaqla ailə qurduqdan sonra Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsi, 132 saylı evin 31 və 32- ci mənzilinə köçmələrini, orada iki otaqdan ibarət olan 32-ci mənzilin onların istifadəsində olmasını, həmin mənzilin 2006-cı ildə özəlləşdirilərək 2007-ci ilin fevral ayında Notariat Kontorunda rəsmiləşdirilməklə 48.253 manata satılmasını, əldə olunmuş vəsait hesabına hazırkı mübahisənin predmetini təşkil edən Bakı şəhəri. Nərimanov rayonu. Əliyar Əliyev küçəsindəki 9 “a”, hazırkı 89 “c” saylı evi 42.000 manata alaraq birlikdə ora köçmələrini, 2007-ci ildə onun əri Azadın, 2011-ci ildə Zeynəbin və 2016-cı ildə onların övladı Əminənin həmin evə pasport qeydiyyatına alınmalarını, Çiçək Ələsgərovanın isə niyə görə 2018-ci ilin avqust ayında həmin mənzilə qeydiyyata düşməsini, Çiçək və Seymur Ələsgərovaların həmin evin əldə olunmasında hansı vəsaitdən istifadə etmələrini, öz gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmələrini, orada yaşamamalarını və orada onlara məxsus hər hansı əmlakın olub-olmamasını aydınlaşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verə bilməmişdir. Məhkəmə araşdırması zamanı X20 iş üzrə məhkəmə qərar qəbul edilənədək, yəni 2019-cu ilin iyun ayınadək məhkəmə aktı ilə onun hansı maraqlarına toxunmasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, Çiçək Ələsgərovadan fərqli olaraq adı çəkilən evin onun tərəfindən və onun vəsaiti hesabına əldə olunduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, onun nümayəndəsi quru sözlərlə bunu ifadə etməyə çalışmış, işi birtərəfli araşdıran məhkəmə isə onun subyektiv fikirlərini əsassız olaraq sübut növü kimi qəbul elmişdir. Əvvəlki məhkəmələr qərar qəbul edənədək Semur Ələsgərov və üçüncü şəxs Çiçək Ələsgərova ilə rəsmi nikahda olmuş, məhkəmə qərarları qanuni qüvvəsini aldıqdan sonra onlar 'kB‘’ variantına əl atmış, bu dəfə Seymur Ələsgərov işi təzədən başlamaq üçün ərizə ilə məhkəməyə müraciət etməklə saxta, qeyri mötəbər və yalnız görünüş üçün bağlanmış əqdləri məhkəməyə təqdim etməyə başlamışdır. Məhkəmədə işin baxılmasının yubanmasından sui-istifadə edən X34 X30 nikahı dövründə əldə etdikləri Bakı şəhəri. Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 "a”, hazırkı 89 "c" saylı evlə bağlı müxtəlif vasitələrə əl atmaqla, müxtəlif vaxtlarda saxta, hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş yaratmaq niyyəti ilə müxtəlif əqdlər bağlanmış, şəxslərin sayı artırılmış, ünvanlar dəyişdirilmişdir. X19 tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən əsassız olaraq sübut növü kimi qəbul edilmiş əqdlərin tarixlərinə nəzər yetirin, bu əqdlər məhkəmə icraatında mübahisənin həllinin gedişatında həyata keçirilmiş, yəni həmin əqdlər 2022-ci ildə, hətta məhkəmə tərəfindən qərardad qəbul edilməzdən bir-neçə gün əvvəl bağlanmışdır. Mübahisəyə məhkəmədə baxılan zaman belə hallara yolverilməz olduğu halda məhkəmə bunlara göz yummuş və sübut növü kimi qəbul etmiş, həmçinin məhkəmə, qanuni qüvvəsini almamış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-341/2019 №-li və xx.xx.2021-ci il tarixli 2(005)-3238/2021 № -li qətnamələrinə istinad etmişdir. X19 2021-ci ilin mayında məhkəməyə ərizə verdikdən sonra işin məhkəmədə baxılmasını uzatmaq və yubatmaq üçün dəfələrlə işin təxirə salınması üçün ərizələr vermiş, məhkəmə onun istəyini yerinə yelirmiş, iş məhkəmədə olduğu halda və iş üzrə yekun qərar qəbul edilməməsi kimi boşluqdan sui-istifadə etməyə başlayan X43 Nağıyevlə əlaqəyə girmiş, Məmmədova Zeynəbin birgə nikahı dövründə əldə etdiyi Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsindəki 9 "a", hazırkı 89 ”c” saylı evə dair qanunsuz hərəkətlər etməklə qanunsuz olaraq müxtəlif şəxslərlə əqdlər bağlamağa, həqiqəti məhkəmədən gizlətməyə çalışmış, məhkəmə isə düzgün olmayan nəticəyə gəlmişdir. Əvvəlki məhkəmələrdə üçüncü şəxs Çiçək Ələsgərovanın nümayəndəsi N.Məmmədova və Nərimanov rayon İH-nin nümayəndəsi vəsatət verərək iddiaçının adı çəkilən sərəncamı mübasiləndirmək hüququnun olmaması əsası ilə iddianın mümkün sayılmaması barədə verdikləri vəsatətlər rədd edilmiş, " hazırkı iş üzrə iddiaçının 2001-ci ildən faktiki, 2003-cü ildən qanuni nikah dövründə əldə olunmuş əmlakın, yəni Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsindəki 9 ”a“ hazırkı 89 "c" saylı evin onun iştirakı və məlumatın olmadan Çiçək Ələsgərovanın adına sənədləşdirilməsi barədə qəbul edilmiş inzibatı aktın birbaşa onun hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğuna görə həmin inzibati aktın qanuniliyini mübahisələndirməyə onun hüququnun olması və bu hüququn məhdudlaşdırılması inzibati prosessual qanunvericiliyin tələblərinə zidd olması qeyd olunmuşdur. İş üzrə müəyyən olunmuş hallar üzrə məhkəmənin səhv nəticəyə gəlməsi onda ifadə olunur ki, bütün bu məsələlərin onun keçmiş əri Azad Nağıyevlə 2018-ci ilin sentyabr ayında aralarındakı nikahın pozulması, onların arasında yaranan qeyri-normal münasibətdən sonra baş verməsini, iş üzrə 3-cü şəxs Çiçək Ələsgərova ilə onun keçmiş əri Azad Nağıyevin bacı-qardaş olmaları, onların əlbir olaraq onların birgə nikah dövründə əldə etmiş olduqları adı çəkilən evdən ona heç bir payın düşməməsi üçün etmiş olduqları cəhdləri məhkəmənin nəzərə almaması və bu hallara düzgün qiymət verə bilməməsidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini, apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmunun auyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. İddiaçı nümayəndə və vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq iddiasının mümkün sayılmasını xahiş etmişdir. 3-cü şəxs X10 vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, şikayət əsassızdır, belə ki, torpaq sahəsi ilkin sənədlər əsasında Rəsul Orucovun mülkiyyətində olmuş, onun adına qeydiyyata alınmış, sonradan alqı-satqı müqaviləsi əsasında X3, hazırda da torpaq sahəsi və ev onun mülkiyyətindədir. Bununla bağlı vəkil şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər 3-cü şəxs X12 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsinin və digər 3-cü şəxs X6 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçının mübahisələndirdiyi Cavabdeh başçısının 276 saylı 29 iyun 2018-ci il tarixli sərəncamından müəyyən olunur ki, həmin sərəncamla Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X6 cavabdehlər X21 və İddiaçı qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər X31 və İddiaçı ilkin iddia üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 9a saylı evdən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab olunmuş, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin “sərəncamın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı olan hissəsi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3238/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 125 saylı mənzil və tərəflər (X20 və X12) arasında paylar ½ hissə olmaqla bərabər şəkildə müəyyən edilməsi və mülkiyyət hüquqların tanınması, həmin iş üzrə iddiaçının həmin əmlaklara köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. ASAN 1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışların surətinə görə xx.xx.1979-cu il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi və torpaq sahəsi X10 və fərdi yaşayış evinin ½ hissəsi X6 paylı mülkiyyətindədir. X26, X37 və X22 tərəfindən ünvan 4 ünvanlanmış notarial ərizənin surətinə əsasən onlar ünvan 5 ünvanında yaşayan X6 yaxın qonşuları olaraq o faktı təsdiq edirlər ki, X12 yaşadığı ünvan 5 (əvvəllər 9A) saylı evin yerləşdiyi tikilini 2006-cı ildə həmin ünvanda yaşamış Şahsənəm Orucovadan faktiki alqı-satqı yolu ilə almış, həmin ildə evi söküb yerində 2 mərtəbəli mansardlı ev inşa etmiş və o vaxtdan da ailə üzvləri ilə birlikdə həmin evdən istifadə edir. Eyni zamanda bildirirlər ki, X8 məxsus qeyd edilmiş evin 1-ci mərtəbəsində 2007-ci ilin yay aylarından 2018-ci ilədək qardaşı Azad Nağıyev həyat yoldaşı və qızı ilə birlikdə istifadə etmişlər. 22 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X23 vərəsəsi onun gəlini - X4, nəvəsi – X38, nəvəsi – X27 və nəvəsi – X28r və onlar ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. 18 noyabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X23 vərəsəsi qızı – Orucova Hicran Rəsul qızıdır və o, miras əmlakdan - ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və torpaq sahəsini 1/3 hissədə pay almalıdır. 19 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X23 vərəsəsi X14, nəvəsi X24, nəvəsi X16 şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 “c ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X15, X24, X16, X4, X27, X39, X38 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X15, X24, X16, X4, X27, X39, X38 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X15, X24, X16, X4, X27, X39, X38 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 7 ünvanında yerləşən fərdi evə dair xx.xx.2022-ci il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0337 ha, faktiki sahə 0.03967 ha, tikintialtı sahə 0.02125 ha, digər sahələr 0.01842 ha təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, 1-ci döngə, ev 41 ünvanında yerləşən fərdi evə dair xx.xx.2023-cü il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0124 ha, faktiki sahə 0.01837 ha, tikintialtı sahə 0.01408 ha, digər sahələr 0.00429 ha təşkil edir. AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Orucova Hicran Rəsul qızı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissə=112,33 kv.m.-dən 41,34 kv.m. sahəsini X1. AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X39, X27, X4 və X38 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X39 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X27 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X4 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini və X38 ona məxsus 1/12 hissə=28.08 kv.m.dən 10,33 kv.m. sahəsini X2. AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X14, X16 və X24 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X14 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini, X16 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini və X24 ona məxsus 1/9 hissə=37.44 kv.m.-dən 13,78 kv.m. sahəsini X2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-647/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X9 cavabdeh X21 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müstəqil səbəb irəli sürməyən 3-cü şəxs X12 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə Ali Məhkəməsinin 2(102)-3378/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı tələbi ünvan 6” (9 “a”) saylı evin X5 adına sənədləşməsinə dair Bakı şəhəri Cavabdeh başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədədir. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən sərəncamla sənədləşdirilməsinə icazə verilmiş ev işdə olan sənədlərə görə özbaşına tikili olmuşdur. Cavabdehin xx.xx.2018-ci il tarixli, 276 saylı sərəncamı ilə Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. X31 ilə iddiaçı arasında olan nikah ləğv edilmiş, lakin 30 saylı mənzil kommunal istismarı sahəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 050734 saylı 2 saylı formada arayışdan müəyyən edilir ki, Ə.Əliyev küçəsində yerləşən 89c (9a) saylı evdə iddiaçı 2011ci ildən, keçmiş əri X31 2007-ci ildən, qızı X32 2016-cı ildə, keçmiş ərinin bacısı Ç.Ə.Ələsgərova 2018-ci ildən qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının keçmiş əri ilə vaxtılə yaşadıqları və hazırda iddia etdiyi Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğu üçün hazırki vəziyyətdə sərəncamın etibarsız hesab ediləcəyi halda belə iddiaçının həmin tikiliyə dair heç bir hüququ yarana bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3.). Qanunvericiliyin tələbindən də göründüyü kimi, özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Lakin şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına münasibətdə yaşayış yerinin özbaşına tikili olması “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından fərqli qiymətləndirmə tələb edir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi, Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, iddiaçının həmin evə qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmamışdır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 9A (hazırki ünvan 8 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən A və B tikilisindən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ilkin texniki pasport üzrə mərhum X29 məxsus olmuş və sonradan onun vərəsələrinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Daha sonra isə paylı mülkiyyətçilər özlərinə məxsus hissələri iş üzrə 3-cü şəxs X2. Hazırda da həmin əmlak, o cümlədən keçmiş ünvanı ünvan 9), hazırki ünvan 10 ünvanında yerləşən torpaq sahəsi X10 və arvadı X6 paylı mülkiyyətindədir. Qeyd olunmalıdır ki, mübahisələndirilən sərəncamla 3-cü şəxsin adına rəsmiləşdirilməsi qərara alınan daşınmaz əmlakın X10 və arvadı X6 paylı mülkiyyətində olmasını ehtiva edən sənədlər hazırda qüvvədədir, ləğv edilməmişdir. Belə olan halda iddiaçının yalnız adı çəkilən daşınmaz əmlakda uzun illər bundan öncə qeydiyyatda olması və orada yaşaması əsası ilə daşınmaz əmlaka hüququnun olması səbəbindən cavabdeh orqanın sərəncamını mübahisələndirməsi mümkünsüzdür. Yəni iddiaçının istinad etdiyi dəlillər mübahisələndirilən sərəncamın etibarsızlığı üçün yetərli əsas kimi qəbul edilmir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hazırki işdə yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə mürcaiət etmək üçün subyektiv hüququn olmaması qənaətində olduğunda hesab edir ki, birinci instansiya məhkəməsi bu əsasla iddianın qeyri-mümkün sayılması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlilləri məhkəmə kollegiyası qeyri-səmimi qəbul edir və hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2065/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2065/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver