Məhkəmə qərarları › İş №2-1(103)-2067/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2067/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2067/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X29 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X33 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxs X7, Üçüncü şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı (X17, X18, X19, X25, X30, X20, X5, X21, X44, X35, X26, X27, X22 üçüncü şəxslər qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarından üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 ünvanından X17, X18, X19, X25, X30, X20, X3 və yetkinlik yaşına çatmamış X21, X44, X35, X26, X27, X22, X31, X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis idarəsinə ərizə ilə müraciət olunaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışa əsasən şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 ünvanında tanımadığı və qeydiyyata düşmələrinə razılıq vermədiyi yetkinlik yaşına çatmış iş üzrə üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılması xahiş edilmişdir. Cavabdeh özünün 5H/2-5HF11/11/23 saylı, 31 mart 2023-cü il tarixli məktubu ilə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə ustinad edərək bundan imtina etmişdir. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslərin iddiaçının şəxsi mülkiyyətində olan yaşayış sahəsinə necə qeydiyyata düşmələrindən heç bir məlumatı və xəbəri olmamışdır, onların mülkiyyətində olan evdə qeydiyyatda qalmaları iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 ünvanından X17, X18, X19, X25, X30, X20, X3 və yetkinlik yaşına çatmamış X21 (xx.xx.1997), X44 (xx.xx.2012), X35 (xx.xx.2016), X26 (xx.xx.2009), X27 (xx.xx.2012), X22 (xx.xx.2006), X31 (xx.xx.2019), X6 (xx.xx.2017) pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X18 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarının qismən, "X8, X9, X10 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması" hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin adı çəkilən qərarı qeyri-qanuni olmaqla, birtərəfli qaydada çıxarılmış, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir və bu səbəbdən qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı Şəhəri Suraxanı İcra Hakimiyyəti başçısının 1907 saylı, 02 noyabr 1998-ci il tarixli Sərəncamın 1-ci bəndindən görünür ki, vət. X4 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 6-li sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır (buradan görünür ki, 6 saylı sahədə boş torpaq ayrılıb, yeni torpaq sahəsinin heç bir ünvanı olmadan boş torpaq sahələri ardıcıllıqla nömrələnmişdir). Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin plan və ölçüsü"ndən görünür ki, iddiaçı X4 ayrılan sahə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küşəsi, 6 saylı sahədə yerləşir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarışıdan da görünür ki, iddiaçı X11 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küşəsi, 6 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını əldə etmişdir. Üç ay sonra, yəni xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı Çıxarışdan da görünür ki, iddiaçı X11 ümumi sahəsi 174.2, torpaq sahəsi 0.0555 ha olan və artıq ünvan 3 ünvana dair mülkiyyət hüquqlarını əldə etmişdir, (bu sənəddən görünür ki, müəyyən ardıcıllıqla nömrələnmiş 6 saylı torpaq sahəsinin nömrəsi, xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən tikilən ev hazır olandan sonra, müəmmalı halda, ev 6 kimi göstərilmişdir). İddiaçı- satıcı İddiaçı ilə alıcı X32 arasında 35 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus evin 59.6 kv.m və torpaq sahəsinin 0.0190 ha kv.m alıcı X1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçı X4 ümumi sahəsi 114.6 kv.m, torpaq sahəsi 0.0365 ha olan və artıq ünvan 4 ünvana dair mülkiyyət hüququ haqqında xx.xx.2022-ci il tarixli "Çıxarış" verilmişdir. X18 uzun müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmuş, 1ci X12 statusu almışdır. Nazirliyin əməkdaşı olduğundan yeni qurulmuş ailə kimi ona Hərbi Şəhərciyin ərazisi olan ünvan 4 ünvanda yerləşən ev xidməti ev kimi verilmişdir. Həmin vaxtdan Ələkbərovlar ailəsi qeydiyyatda olmaqla bu günkü günə qədər həmin evdə yaşayırlar. Tərəflərindən təqdim edilmiş, X13 məxsus AZE № 08800534 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Lalə Ələkbərovanın xx.xx.2010-cu ildə artıq həmin ünvanda qeydiyyatı olmuşdur. Hansı ki, İddiaçı 2017-ci ildə aldığı ünvandan 7 il əvvəl. X14 məxsus AZE № 14586997 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Natiq Ələkbərovun xx.xx.2014-cü ildə artıq həmin ünvanda qeydiyyatı olmuşdur. Hansı ki, İddiaçı 2017-ci ildə aldığı vaxtdan 3 il əvvəl. 16 saylı uşaq poliklinikası tərəfindən verilmiş 7 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, arayış ünvan 5 ünvanda yaşayan X14 verilmişdir ondan ötəri ki, xx.xx.2017-ci il tarixdə anadan olan X21 xx.xx.2018-ci ildən ünvan 6 ünvanda yerləşən 16 saylı Uşaq Poliklinikasında qeydiyyatdadır. Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 rayonu, V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 1-ci sinifində oxuyur. Həmin məktəb də Hövsan qəsəbəsində həmin ərazidə yerləşir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Mənzil-İstismar hissəsinin 10 № li Mənzil İstismar sahəsi tərəfindən verilmiş 47 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan -1 hərbi şəhərciyi, O.Şabanov küçəsi, ev 6 - da ailə tərkibi, arvadı X17 və qızı X21 ilə yaşayırlar. Qeyd olunan sənədlər üç halın mövcudluğu faktını sübuta yetirir: Ələkbərovlar ailəsi həqiqətən hal-hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi, ev 6 saylı ünvanda yaşayır. Onların həmin ünvanda qeydiyyatı ən azından 2010-cu ildən, yəni İddiaçı 2017-ci ildə eyni adlı aldığı ünvandan 7 il əvvəl mövcuddur. Natiq Ələkbərovun yaşadığı ev İddiaçı məxsus ev ilə ayrı -ayrı evlərdir. Qeyd olunanlar bir daha sübut edir ki, tərəflərə aid evlər ayrı-ayrı evlər olduğundan heç bir halda onların mülkiyyət hüquqlarına təsir göstərə bilməz. Natiq Ələkbərov və onun ailəsinin yaşadıqları ev Hərbi Hissəyə aid olmaqla xidməti ev olduğundan təbiidir ki, həmin evə dair mülkiyyət hüququ əldə etmək mümkün deyil. Lakin, bununla belə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məmurları tərəfindən buraxılan səhvə görə (6-cı torpaq sahəsinə sonradan 6 saylı ev ünvanı verməklə) Natiq Ələkbərov 1998-ci ildən yaşadığı evin yeganə qeydiyyat imkanlarından/hüquqlarından məhrum ola bilməz. Hazırkı vəziyyətdə əgər üçüncü şəxs Natiq Ələkbərov və onun ailəsinin yeganə yaşayış ünvanında qeydiyyatı ləğv olunursa onda bu ailənin uçota alınması, onların başqa şəxslərin, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi hansı formada həyata keçirilməlidir? Digər tərəfdən, Hövsan qəsəbəsinin 90 % küçəsi O.Şabanov küçəsi kimi adlanır və həmin ərazidə ünvan 4 5 (ədəd) ayrı-ayrı evlər/ailələr mövcuddur. Bu baxımdan, hər kəs öz evində yaşadığından, heç bir formada İddiaçı istifadə, sahiblik və sərəncam vermək hüquqları pozulmur. Belə ki, İddiaçı ona qədər belə ünvanlar mövcud olduğu halda Əmlak Komitəsindən "Çıxarış" alıb. Eyni zamanda, 35 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə görə də İddiaçı özünə məxsus evin 59.6 kv.m və torpaq sahəsinin 0.0190 ha kv.m alıcı X23 heç bir məhdiyyət olmadan satmışdır. Cavabdehlər onun evində yaşamır-iddiaçının otaqlarından, həyətindən istifadə etmir, sərbəst sənədləşmə işləri aparır və sərəncam vermək hüquqlarını həyata keçirərək sərbəst surətdə alqı - satqı aparır. Belə olan halda iddiaçının hüquqları heç bir halda pozulmur. Ünvanların eyni olması isə Natiq Ələkbərovun deyil, yerli icra hakimiyyəti və Kadastr orqanlarının səhlənkarlığından, qeyri-peşəkar olmaqlarından və işlərinə olan münasibətlərin qeyri-ciddi olmağından irəli gəlir. Məhkəmə tərəfindən qanunvericiliyin müddəalarına istinad olunsa da, iddiaçının hüquqlarının hansı formada pozulması araşdırılmamışdır. Əksinə, üçüncü şəxslərin yeganə yaşayış yeri olan mənzillərinə dair pasport qeydiyyatından istifadə etmək kimi hüquqları pozulmuşdur. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: Yaşayış yeri dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət oraqnının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsində istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzidəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin istinad etdiyi bu müddəalar Natiq Ələkbərov və ailəsinə şamil oluna bilməz. Belə ki, birinci dörd halın heç birinin əsası yoxdur. Digər 5 və 6-cı hallar isə mübahisə predmeti olaraq hazırkı qərar əsasında yaranmışdır və tərəflərindən mübahisələndirilməkdədir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 apelyasiya şikayəti verməsələr də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Belə ki, 15 ildən çoxdur ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 saylı ünvanda yerləşən özünə məxsus evdə yaşayır. Sonradan bələdiyyə vasitəsi ilə öyrənmişdir ki, İddiaçı adlı şəxs Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 ünvanında yerləşən mənzilə çıxarış almışdır. Lakin digər üçüncü şəxsin də qeyd etdiyi kimi həmin ərazidə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 6 ünvanına sahib bir neçə mənzil vardır ki, hər kəs özünə məxsus evdə yaşayır. Lakin ünvanları eynidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh inzibati orqan isə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, üçüncü şəxslər X18, X17, X15 aid hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; - Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1907 saylı 02 noyabr 1998-ci il tarixli Sərəncamın 1-ci bəndindən görünür ki, Vət. X4 fərdi yaşayış evi tikmək üçün Hövsan qəsəbəsi, Çöllük küçəsi, 6-li sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır (6 saylı sahədə boş torpaq ayrılıb, yeni torpaq sahəsinin heç bir ünvanı olmadan boş torpaq sahələri ardıcıllıqla nömrələnmişdir). -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş "Torpaq sahəsinin plan və ölçüsü"ndən görünür ki, iddiaçı X4 ayrılan sahə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, 6 saylı sahədə yerləşir. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX -in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı xx.xx.2017-ci il tarixli "Çıxarış”dan görünür ki, iddiaçı X11 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küşəsi, 6 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarını əldə etmişdir. -xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı çıxarışdan görünür ki, iddiaçı X11 ümumi sahəsi 174.2, torpaq sahəsi 0.0555 ha olan və artıq ünvan 4 ünvana dair mülkiyyət hüquqlarını əldə etmişdir, (bu sənəddən görünür ki, müəyyən ardıcıllıqla nömrələnmiş 6 saylı torpaq sahəsinin nömrəsi, xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən tikilən ev hazır olandan sonra, ev 6 kimi göstərilmişdir). -İddiaçı - satıcı İddiaçı ilə alıcı X32 arasında 35 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı özünə məxsus evin 59.6 kv.m və torpaq sahəsinin 0.0190 ha kv.m alıcı X1. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçı X4 ümumi sahəsi 114.6 kv.m torpaq sahəsi 0.0365 ha olan və artıq ünvan 5 ünvana dair mülkiyyət hüquqları olan xx.xx.2022-ci il tarixli "Çıxarış" verilmişdir. -Məhkəmə kollegiyasının 2-1(103)-2067/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 901 saylı Hərbi Hissəsi tərəfindən bildirilmişdir ki, ehtiyyatda olan kapitan X18 xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinə qədər N nömrəli hərbi hissənin Hövsan qəsəbəsi ərazisində yerləşən 15-ci bölmə komandirinin sosial-siyasi işlər üzrə müavini vəzifəsində xidmət etdiyi müddət ərzində xx.xx.1997-ci ildə hərbi hissənin balansında olmuş Hövsan hərbi şəhərciyi Oktay Şabanov küçəsi ev 6 ünvanında ona xidməti ev verilmişdir. Xidməti ev hərbi hissənin evlər komissiyası protokolu əsasında verilmişdir ki, həmin protokolun saxlama müddəti başa çatdığına görə vaxtı keçmiş sənədlərlə birgə yandırılma yolu ilə məhv edilmişdir. xx.xx.2015-ci il tarixində hərbi hissənin mənzi-istismar komissiyasının qərarı ilə 02 nömrəli protokol əsasında həmin yaşayış sahəsi yenidən X8 adına protokollaşdırılmışdır. xx.xx.2019-cu il tarixində adı yuxarıda göstərilən hərbi şəhərcik N nömrəli hərbi hissənin balansından çıxarılaraq Abşeron rayon mənzil-istismar hissəsinin nəzarətinə verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonunun Mənzil-İstismar hissəsinin 10 № li Mənzil İstismar sahəsi tərəfindən verilmiş 47 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 həqiqətən də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan -1 hərbi şəhərciyi, O.Şabanov küçəsi, ev 6 - da ailə tərkibi, arvadı X17 və qızı X21 ilə yaşayırlar. -X13 məxsus AZE № 08800534 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Lalə Ələkbərovanın xx.xx.2010-cu ildə həmin ünvanda qeydiyyatı olmuşdur. -X14 məxsus AZE № 14586997 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Natiq Ələkbərovun xx.xx.2014-cü ildə həmin ünvanda qeydiyyatı olmuşdur. -16 saylı uşaq poliklinikası tərəfindən verilmiş 7 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, arayış ünvan 4 ünvanda yaşayan X14 verilmişdir ondan ötəri ki, xx.xx.2017-ci il tarixdə anadan olan X21 xx.xx.2018-ci ildən ünvan 6 ünvanda yerləşən 16 saylı Uşaq Poliklinikasında qeydiyyatdadır. -Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, X2 rayonu, V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 1-ci sinifində oxuyur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirilir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı?; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı?; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu?. Beləliklə işin hallarına əsasən müəyyən edilir ki, ünvan 4 ünvan həmin ərazidə yerləşən bir neçə mənzilə verilmişdir. Ən azından X14 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil kimi verilən evin ünvanı və İddiaçı özünə məxsus evin ünvanı eynidir, lakin başqa-başqa mənzillərdir. Belə olan halda üçüncü şəxs X8 və onun ailə üzvləri olan X9 və X10 ünvan 4 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları qanunsuz və əsassızdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Təqdim edilən arayışlardan da göründüyü kimi üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, həmin ünvanda yerləşən digər fərdi yaşayış evində yaşayırlar. Beləliklə, hazırkı iş üzrə üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda, üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 4 ünvan üzrə qeydiyyata alınması üçüncü şəxs X14 Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş və ailə üzvləri ilə birgə yaşadıqları evdən iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Eyni zamanda, bu hal iddiaçının mövcud ünvanının dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik yeni çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki: -1. Üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişlər. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, eyni ünvanda yerləşən digər evdə hal-hazırda yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarının qanuni və əsaslı olması üçüncü şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ona və onun ailə üzvləri olan digər üçüncü şəxslər X16 və X15 münasibətdə yoxlanılır. Mübahisələndirilən qərardan məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X19 və digər üçüncü şəxslər tərəfindən apelyasiya şikayəti verilmədiyindən qərarın onlara münasibətdə qanuni və əsaslı olması yoxlanılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları X14 və onun ailə üzvləri olan digər üçüncü şəxslər X16 və X15 münasibətdə düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və onlarla bağlı düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs Nümayəndə apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarı qismən, X14 və onun ailə üzvləri olan digər üçüncü şəxslər X16 və X15 aid hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X8 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-10147/2023 saylı qərarı qismən, X14 və onun ailə üzvləri olan digər üçüncü şəxslər X16 və X15 aid hissədə ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə” iddia tələbi X14 və onun ailə üzvləri olan digər üçüncü şəxslər X16 və X15 aid hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar