Məhkəmə qərarları › İş №2-1(103)-2068/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2068/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2068/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşaqlarının sağlamlıq imkanlarının məhdud hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)- 2071/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2004-cü il tarixdə anadan olmuş X3 və 22 noyabr 2006-cı il tarixdə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi tanınmasının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbində göstərilmişdir ki, iddiaçının xx.xx.2004-cü il təvəllüdlü övladı Kalazadə Yaşara posthipoksik ensepalopatiya, uşaq yaşlanmış nevrozu, gecə enurezu diaqnozu qoyulmuş, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar və ya teztez təkrarlanan kiçik və qıcolmasız tutulmalar müşayiət olunmuş, bununla əlaqədar sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. Digər övladı xx.xx.2006-cı ildə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğluna yumşaq damağın yarığı, əməliyyatdan sonrakı vəziyyət: İİ və İİİ dərəcəli xroniki tonzillit diaqnozu qoyulmuş, bununla əlaqədar oğlu İsmayıl da sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. Övladlarının atası Kalazadə Nəcəf Yaşar oğlu ilə ayrılmışdır. O, iddiaçının ondan aliment tələbi etməməyi üçün bir neçə il bundan əvvəl müxtəlif orqanlara şikayət edərək uşaqlarına verilən pensiyanın kəsilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə dəvət edilmiş, orada uşaqlarında xəstəliklər aşkar edilsə də, lakin iddiaçıya bildirilmişdir ki, keçmiş ərinin şikayəti olduğundan pensiyanı dayandıracaqlar. Beləliklə də, 05 iyul 2016-cı il tarixdə uşaqlarının pensiyası dayandırılmışdır. İddiaçı dəfələrlə cavabdeh orqana müraciət etsə də, lakin heç bir nəticə verməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərmişdir ki, X3 əlillik vəziyyəti Gəncə 1 saylı uşaq poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYA. UŞAQ YAŞLANMİŞ NEVROZU. GECE ENUREZİ; Meyar: 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla)...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYA.USAQ YAŞLANMİŞ NEVROZU.GECE ENUREZİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez- tez təkrarlanan (həft...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYANİN ZƏİF NƏZƏRƏ ÇARPAN QALİĞİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Kalazadə İsmayıl Nəcəf oğlunun əlillik vəziyyəti Gəncə 1 saylı uşaq poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q36 - Dodağın yarığı [dovşandodaq...; Diaqnozun mətni: YUMŞAQ DAMAĞİN ANADANGƏLMƏ TAM YARİĞİ; Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə 1 saylı uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli 0499003AAA5M saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Yumşaq damağın yarığı, əməliyyatdan sonrakı vəziyyət.Xroniki tonzillit, ll-lll dər; Meyar : 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə 1 nömrəli uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli 0499003AAA5M saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağız...; Diaqnozun mətni: Anadangəlmə yumşaq damağın yarığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2071/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı X6 iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2071/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin 2739 saylı 15 iyul 2016-cı il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, övladları Kalazadə Yaşar və İsmayıl Nəcəf oğullarına sağlamlıq imkanları məhdud uşaqlar təyin edilməsi barədə müraciəti baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində göstərilən məsələ araşdırılmışdır. Araşdırmada məlum olmuşdur ki, Gəncə şəhər sakini Kalazadə Nəcəf Yaşar oğlu övladları X4 və Kalazadə İsmayıl Nəcəf oğluna əsassız sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ünvanına ərizə ilə müraciət etmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti göstərilən ərizəyə əsasən 25 nömrəli TSEK ilə əlaqə saxlanaraq, Kalazadə Yaşar və Kalazadə İsmayıl Nəcəf oğullarının ekspert sənədləri ilə birlikdə nəzarət qaydasında əyani müayinəyə gəlmələrini təşkil etmək bildirilmişdir. xx.xx.2016-cı il tarixdə X6 və Kalazadə İsmayıl Nəcəf oğlu hər ikisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur. Aparılmış müayinələrin nəticəsinə, xəstəliklərinin ağırlığına, fəsadlarına, xəstələrin ümumi vəziyyətlərinə görə mövcud qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş və 25 nömrəli TSEK-in qərarı ləğv edilmişdir. Bu barədə Kalazadə Yaşar və İsmayıl Nəcəf oğullarının müavinətinin xx.xx.2016-cı ildən dayandırılması Gəncə şəhəri Nizami rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoruna məktubla bildirilmişdir”. Cavabdehin 5446 saylı xx.xx.2016-cı il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, övladları Kalazadə Yaşar və ismayıl Nəcəf oğullarına sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması barədə təkrar şikayət ərizəsi baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində göstərilən məsələ araşdırılmışdır. xx.xx.2016-cı il tarixdə X6 və Kalazadə İsmayıl Nəcəf oğlu hər ikisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur. Aparılmış müayinələrin nəticəsinə, xəstəliklərinin ağırlığına, fəsadlarına, xəstələrin ümumi vəziyyətlərinə görə mövcud qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən sağlamlıq imkanlarının məhdudluğu təyin edilməmiş və 25 nömrəli TSEK-in qərarı ləğv edilmişdir. X6 və Kalazadə İsmayıl Nəcəf oğlu səhiyyə müəssisəsində müayinə olunaraq, xəstəliklərinin ağırlaşması barədə göndəriş verildiyi halda təkrar sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün 25 nömrəli TSEK-ə müraciət edərək, tibbi ekspert sənədləri ilə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir. Xəstə müayinə zamanı TSEK-in qərarı ilə razılaşmadıqda 1 ay müddətində Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edə bilər. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 0068970/09 №-li epikrizdən görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu xx.xx.2009-ci il tarixdə stafiloplastika əməliyyatı keçirmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 016675 saylı arayışdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu xx.xx.2015-ci il tarixə qədər sağlamlıq imkanları məhdud hesab edilmişdir. 25 saylı Tibbi-Sosial Ekspert Komissiyasının **********2 saylı müayinəyə dair məlumatdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu iki il müddətinə: => daxili orqanların və sistemlərin pozulmaları: => dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki meyarı ilə sağlamlıq imkanları məhdud hesab edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 016625 saylı arayışdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu xx.xx.2016-cı il tarixə qədər sağlamlıq imkanları məhdud hesab edilmişdir. 25 saylı Tibbi-Sosial Ekspert Komissiyasının **********2 saylı müayinəyə dair məlumatdan görünür ki, X6 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => epilepsiya və davamlı, terapevtik rezistentj məhdudluğunun müəyyənepilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə olunması meyarı:2- 3 dəfə) kiçik və ya qıcolmasız tutmalar (G40- G41.9) meyarı ilə sağlamlıq imkanları məhdud hesab edilmişdir. Göründündüyü kimi iddiaçı övladlarının sağlamlıq imkanlarının məhdudluğunun müəyən edilməsi üçün müraciər etsə də, cavabdeh tərəfindən 13 oktyabr 2004-cü il tarixdə anadan olmuş X3 və 22 noyabr 2006-cı il tarixdə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 ekpert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X3, 2006-cı il təvəllüdlü Kalazadə İsmayıl Nəcəf oğlunun adına tərtib edilmiş sənədlərə, xx.xx.2021-ci tarixli məhkəmə-tibbi müayinələrinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: X2 və Kalazadə İsmayıl Nəcəf oğlunda xx.xx.2022-ci il tarixdə əyani müayinə zamanı əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığı üçün təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 40 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarına məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə əlilliyin təyini üçün əsas vermir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bəndinə əsasən bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bəndinə əsasən bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasına əsasən ekspert tərəfindən verilmiş rəy nəticəsində müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü X3 və 2006-cı il təvəllüdlü Kalazadə İsmayıl Nəcəf oğlunun adına tərtib edilmiş sənədlərə, xx.xx.2021-ci tarixli məhkəmə-tibbi müayinələrinə və qərardadda göstərilən suallara uyğun əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığı üçün təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 40 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə əlilliyin təyini üçün əsas vermir. Göründüyü kimi ekspert rəyi ilə əyani müayinə zamanı əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığına görə İddiaçı övladları X3 və Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması üçün əsas olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki cavabdeh tərəfindən iddiaçının əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2-1(112)-2071/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar