Məhkəmə qərarları › İş №2-1(103)-2068/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2068/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2068/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı “qeydiyyat ünvanının dəyişdirilərək yeni şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 X7 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilməsini, onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin vəsiqənin verilmə tarixini xx.xx.2016-cı il tarixi qeyd edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X7 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilərək əsl olmayan iddiaçı əsl iddiaçı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixində Ağdaş rayonu, Ağcayazı kəndində doğulmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı sərəncamı ilə 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzil növbəsinə qəbul edilmişdir. Güzəştli mənzil növbəsinə qəbul edildiyi vaxtdan-1992-ci ildən hazırkı vaxtadək Bakı şəhəri, Xəzər rayonu, X8 Liseyinin yataqxanasında qeydiyyatda olmuş və ona Xəzər Rayon Polis İdarəsinin Qeydiyyat və X3 tərəfindən şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xəzər rayonu, X8 Liseyinin yataqxanası göstərilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən yataqaxananın ünvanı Fioletov küçəsi 4 olaraq dəqiq göstərilmişdir, indiki ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1 (X7) kimi qeyd edilmişdir. xx.xx.2016-cı il tarixində 5 saylı “ASAN xidmət" mərkəzi tərəfindən AZE seriyalı №******** saylı şəxsiyyət vəsiqəsi verilən zaman qeydiyyatda olduğu ünvan səhv olaraq ünvan 6 qeyd edilmişdir. Halbuki iddiaçı həmin ünvanda nə yaşamış, nə də orada qeydiyyata alınması ilə bağlı hər hansı müraciət etmişdir. İddiaçıya şəxsiyyət vəsiqəsi verildiyi vaxtdan uzun müddət sağlamlığında problemlər olduğundan yataq xəstəsi olmuş və şəxsiyyət vəsiqəsindəki səhvin səbəb və aradan qaldırılması ilə maraqlana bilməmişdir. Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, X8 Liseyinin yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 7 bildirilmişdir. İddiaçı 30 ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 30 ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razılıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır ki, Hazırda Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 9 saylı Sərəncamı ilə iddiaçının 1 nəfər ailə tərkibi ilə gənc mütəxəssis kimi güzəştli mənzillə təmin edilməsi ilə əlaqədar yaşayış yerindən arayış tələb edilən zaman Bakı şəhəri, Xəzər rayonu, X8 Liseyinin yataqxanasında yaşamağı barədə arayışı ala bilməmişdir. Arayışın verilməməsinə səbəb kimi isə şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan kimi ünvan 7 bildirilmişdir. İddiaçı 30 ildir ki, mənzil növbəsi gözləyir. Hazırda şəxsiyyət vəsiqəsində səbəbləri ona məlum olmayan bir yanlışlıq üzündən gözlədiyi 30 ili hədər gedə bilər. İddiaçının yaşayış yeri Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanı deyildir. Həmin evin kimə məxsus olması və hansı əsasla, həmin ünvana qeydiyyata düşməsi barədə heç bir məlumatı yoxdur. İddiaçı şəxsiyyət vəsiqəsini dəyişən zaman həmin ünvanın sahibi iddiaçının həmin ünvana qeydiyyata düşməsi ilə bağlı razılıq ərizəsi təqdim etməmiş, iddiaçıya məlum olmayan şəxsə məxsus evə hansı səbəbdən (əgər varsa, hansı məqsədlə) qeydiyyata alınması barədə məlumatı yoxdur. Tərəflərin iştirakı: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir, cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, iş üzrə məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından müəyyən olunur ki, iddiaçı onun xx.xx.2016-cı il tarixədək yaşayış yeri üzrə ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X2, lakin xx.xx.2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən ünvanının yanlış olaraq ünvan 9yd edildiyini iddia edərək, xx.xx.2016-cı il tarixdən ünvanının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X7 kimi qeyd edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsini xahiş edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2016-cı il tarixdə qüvvədə olan 4-cü maddəsinə əsasən 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İşdə olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 018- 20701-1222 nömrəli məktubundan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2004-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, İ.Əhmədov küçəsi, ev 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Həmçinin Xəzər Rayon Polis İdarəsi tərəfindən ilk dəfə verilmiş AZE- 01703940 nömrəli şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkası həmin idarənin arxivində aşkar edilməmişdir. Göründüyü kimi, müvafiq inzibati orqan iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən onun ünvanının ünvan 11 ona yeni şəxsiyyət vəsiqəsi verilərkən yanlışlıq olmadığını bildirmişdir. Bu halı işdə olan iddiaçıya məxsus AZE seriyalı, 01703940 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti də təsdiq edir. xx.xx.2004-cü il tarixdə Əzizbəyov RPİ tərəfindən iddiaçıya verilən həmin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının yaşayış yeri üzrə ünvanı xx.xx.2016-cı il tarixdə verilən AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindəki ünvanla eynilik təşkil etmiş, ünvan olaraq ünvan 12iya instansiya məhkəməsində araşdırılması zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov (Ə.İsazadə-1) küçəsinin əvvəlki adının necə olması, yeni-hazırki adın nə vaxt verilməsi barədə, X5 Peşə Litseyinin yerləşdiyi ünvanın əvvəlki adının və hazırki adının necə olması barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı sorğu verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi sorğuya cavab olaraq bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci İl tarixli, 9/2 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xəzər rayonunda Fioletov küçəsinin adı dəyişdirilməklə İ.Əhmədov küçəsi, xx.xx.1993-cü il tarixli, 21/205 nömrəli sərəncamı əsasında isə Bakı şəhəri, Xəzər rayonunda Ə.Bayramov küçəsinin adı dəyişdirilməklə Ə.lsazadə küçəsi adlandırılmışdır. X5 Peşə Litseyinin yerləşdiyi Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə küçəsi, 1 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentininxx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Əli İsazadə, 2-ci döngə, 37 ünvan rekviziti müəyyən edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, işdə olan iddiaçıya məxsus şəxsi vərəqədən görünür ki, o, xx.xx.1991-ci ildə Ağdaş rayonu, Ağcayazı kəndindən gələrək xx.xx.1991-ci il tarixdə Binə qəsəbəsi, Fioletov 4 ünvanında qeydiyyata alınmışdır, hansı ki, həmin ünvan hazırda İlqar Əhmədov 4 ünvanı ilə eynidir. Belə olan halda aydın olur ki, iddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi aldığı zaman yaşayış yeri üzrə düzgün olaraq ünvan 15 ünvanına qeydiyyata alınmış, daha sonra 50 yaşının tamam olması ilə əlaqədar 2016-cı ildə yeni şəxsiyyət vəsiqəsi alarkən yaşadığı yeni ünvanla bağlı hər hansı bir sənəd təqdim etmədiyindən yeni şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə ünvanı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tələbinin əsası kimi X8 Liseyinin 2007-ci il tarixli 96 saylı arayışına istinad etsə də, məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşayış yerinin xx.xx.2016-cı il tarixdən etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi ev 4 ünvanından Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 1, X7 ünvanına dəyişdirilməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsinin verilməsi barədə tələbin əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin: - 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1427/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar