Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-207/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialına qarşı hesablanmış pensiya üzrə fərq məbləğinin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3272/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3272/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya təyin edilmiş pensiya üzrə xx xxxxxx 2012ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Novruzov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh DSMF-nun X12 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2012-ci ilin fevral ayının 10-dan 2015-ci ilin fevral ayının 10-na qədər 36 ay pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dekabr 1986-dekabr 1988-ci illərdə Sovet ordusunda xidmət etmiş, xx xxxxxx 1993-ci ildn xx xxxxxx 1995-ci ilədək 704 saylı hərbi hisssədə xidmət etmiş, 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 2-ci qrup Azərbaycan Resublikasının müdafiəsi ilə əlaqədar əlilldir. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etmiş və ona xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travmanın alınması qərarı verilmişdir. xx.xx.2016-cı il tarixdə Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Xidmətinə müraciət etmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1 375.20 manat əmək pensiyası təyin edilmişdir. Lakin onun hərbi qulluqçı kimi pensiya almaq hüququ 1994-cü ildən yarandığı üçün qanuna müvafiq olaraq 2012-ci ilin fevral ayının 10-dan 2015-ci ilin fevral ayının 10na qədər 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür.Cavabdehin imtina məktubu əsassızdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, Filial tərəfindən **********34 saylı xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətinin icrasına imtina edilib və imtina onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyə görə pensiya xx.xx.2015-ci il tarixdən təyin edildiyindən onun pensiyası göstərilən tarixdən yenidən hesablanmış və ödənilmişdir. xx.xx.2015-ci il tarixli 078571 saylı TSEK-dən müayinə aktından çıxarışa əsasən iddiaçıya Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlillik təyin edilib. Növbəti müayinə tarixi xx.xx.2016-cı il müəyyən edilib. DSMF-nun Suraxanı rayon Şöbəsinin 194 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı ilədək ümumi qaydada (yəni hərbi qulluqçu kimi deyil) əlilliyə görə pensiya təyin edilib. Müdafiə Nazirliyi tərəfindən cavabdeh İdarəyə xx.xx.2016-cı il tarixli məlumat vərəqəsi ünvanlanıb. Həmin məlumat vərəqəsində iddiaçının MAHHX çavuşu kimi 02 il 07 ay xidmət müddəti olması və təminat xərcliyinin 469 manat təşkil etməsi öz əksini tapıb. İdarənin 16/5148 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən İİ qrup əlilliyə görə təminat xərcliyinin 80% miqdarında əməmk pensiyası təyin edilib. İddiaçıya əlillik TSEK-in müvafiq qərarı əsasında xx.xx.2015-ci ildə təyin edildiyindən İdarə tərəfindən pensiya yenidən hesablanmış və 5310,45 manat fərq məbləği xx.xx.2017-ci ildə iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçıya xx.xx.2015-ci ildən hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin edildiyindən onun həmin tarixdən əvvəlki son 3 il üçün pensiya məbləğinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətə görə əlil olmasını təsdiqləyən inzibati akt – 5 nömrəli TSEK-in xx.xx.2015-ci il tarixli qərarıdır. Yalnız bundan sonra iddiaçının müraciəti əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 785 saylı xx.xx.2016-cı il tarixli qərarı qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsi araşdırması zamanı təqdim edilmiş 622142 nömrəli pensiyaçının uçot vərəqinin surətindən görünür ki, xx xxxx 1967-ci il təvəllüdlü İddiaçı xx xxxxxx 2015-ci il tarixdə pensiya təyin edilmişdir, sonradan isə 16/5148-023606 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, ona 2 qrup əlilliyə görə xx xxxxxx 2016-ci il tarixdə pensiya yenidən təyin edilmiş, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı ilədək olan pensiyanın fərqi İddiaçı ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2016-cı il tarixli 785 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağrılmış, vətəndaş Müstafayev Zöhrab Mustafa oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 26 Bakı Komissarı adına Bölmə xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma (MN Mərkəzi Hərbi Poliknikasından verilmiş xx.xx.1994-cü il tarixli 3977 nömrəli arayış.....)- “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş ilk dəfə əlillik müəyyən edilmiş şəxslər üçün SER TSE-01 seriyalı 078571 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx xxxxxx 2015-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilərək növbəti müayinə tarixi xx.xx.2016-cı il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinin İddiaçı ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixində idarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmiş, idarə tərəfindən edilmiş sorğuya əsasən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 229 nömrəli məktubunda ona İİ qrup əlilliyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə bağlı İİ qrup əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 375,20 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən ona ilkin olaraq Azərbaycan Resublikasının müdafiəsi zamanı alınmış xəsarətə görə əlillik xx.xx.2015-ci il tarixdən təyin olunduğundan aldığı pensiya qanuna müvafiq olaraq həmin tarixdən sonrakı dövr üçün yenidən hesablanmışdır. Onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 5310,45 manat məbləğində fərq xx.xx.2017-ci il tarixdə müvafiq kart hesabına köçürülmüşdür. Beləliklə, müəyyən olunur ki, Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxxxx 2015-ci il tarixdən ilk dəfə İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmiş, sonradan Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı nəzərə alınaraq cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun uçot vərəqəsinə əsasən xx.xx.2016-ci ildən ona İİ dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçı hazırda təyin edilmiş pensiyaya görə xx xxxxxx 2015-ci il tarixdən əvvəlki üç il üçün fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 31.1–ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1.1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəmənin qənaətinə görə iddiaçının xx xxxxxx 2015-ci il tarixdən hərbi qulluqçu kimi əlilliyə görə pensiyaçı olduğundan onun həmin tarixdən əvvəlki son 3 il üçün pensiya məbləğini tələb etmək hüququ vardır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarətə görə əlil olmasını təsdiqləyən inzibati akt – 5 nömrəli TSEK-in xx.xx.2015-ci il tarixli qərarıdır. Yalnız bundan sonra iddiaçının müraciəti əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 785 saylı xx.xx.2016-cı il tarixli qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiqlənmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunması TSEK-in qərarının qəbul edildiyi tarixindən hesablanır. Göründüyü kimi, iddiaçının əlilliyi və reabilitasiya imkanların qiymətləndirilməsi əsasında əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin başvermə vaxtı TSEK tərəfindən müəyyən edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının AR müdafiəsi zamanı aldığı xəsarət nəticəsində İİ qrup əlil olması TSEK-in qərarının qəbul edildiyi xx.xx.2015-ci il tarixdən müəyyən edilmişdir. Həmin tarixdən, yəni xx.xx.2015-ci ildən əvvəl iddiaçının AR müdafiəsi zamanı aldığı xəsarət nəticəsində İİ qrup əlil olmasına dair qüvvədə olan hər hansı başqa inzibati akt mövcud deyil. Ona görə məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul edir və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkil D.Novruzov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3272/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X5rşı 2012-ci ilin fevral ayının 10-dan 2015-ci ilin fevral ayının 10-na qədər 36 ay pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-207/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-207/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver