Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-207/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2, cavabdehin nümayəndəsi X1 iştirakıları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə qarşı «əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) qanunvericiliyin tələbləri pozulmaqla AR Dövlət Miqrasiya Xidməti rəisinin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmri ilə «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 95.8, 99 və 111.11-ci maddələrini, AR Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü hissələrini və «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə»nin 16.5-ci bəndi rəhbər tutularaq işdən azad edilmişdir. O, hesab edir ki, qüvvədə olan qanunvericiliyə görə AR Dövlət Miqrasiya Xidmətinin əmri qanuna ziddir və bir vətəndaş kimi onun əmək hüququnun, insan kimi ləyaqətinin qorunması hüququnun, habelə şəxsi toxunulmazlıq hüququnun kobud formada pozulması ilə müşahidə olunmuşdur. Əmrin surəti AR Dövlət Miqrasiya Xidməti tərəfindən 20 mart 2020-ci il tarixdə təqdim olunmuşdur. Xidmətin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmr 3 istiqamətdə qanunvericiliyin qələblərini pozmuşdur. 1) Həmin əmr AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. 2) «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları»nın tətbiqi hüquqa ziddir. 3) Əmrin qəbul edilməsinə əsas olmuş şikayətlər həqiqətdə olmamışdır və əmr həqiqəti əks etdirməyən məlumatlar, saxta və qanunsuz sübutlar əsasında qəbul edilmişdir. 1-ci pozuntu ilə bağlı – iddiaçı «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 29.9-cu maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olmağına baxmayaraq, 211 nömrəli əmr qəbul edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Eyni zamanda AR Dövlət Miqrasiya Xidməti tərəfindən onun əmək müqaviləsinin ləğv olunması arzulanarkən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edilməmiş və həmkarlar ittifaqı təşkilatının əsaslandınlmış yazılı qərarı alınmamışdır. Bu fakt öz təsdiqini 90 nömrəli əmrdə AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən qeyd edilməli olan halda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas əsab olunan rəsmi sənədlər arasında həmkarlar təşkilatının protokolu barədə qeydin olmamasında da tapır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün nüddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq, bildirilir ki, AR Dövlət Miqrasiya Xidmətinin rəisinin 90 nömrəli əmri AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 və 2-ci hissəsinin tələbləri pozulmaqla AR Əmək Məcəlləsinin 76.2-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilmədən qəbul edildiyindən qanunsuzdur. 2-ci pozuntu ilə bağlı – 90 nömrəli 12 mart 2020-ci il tarixli əmri, əmrin verilməsinə əsas olan arayışdan da göründüyü kimi, AR Dövlət Miqrasiya Xidməti rəisinin 3 may 2015ci il tarixli 58 saylı əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işkilərin etik davranış Qaydalan»nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinə əsasən intizam tənbehi verilmişdir. Lakin 90 nömrəli əmrin qəbul edilməsi üçün əsas kimi götürülmüş «Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları» Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməmişdir. Halbuki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. «Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsanamə»nin 1.10-cu bəndinə əsasən dövlət reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata eçirilməsi məqsədi ilə qəbul edilən və ya digər birdəfəlik tətbiq hallan üçün nəzərdə tutulan normativ xarakterli aktlar deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış a dalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ xarakterli aktlar daxil edilir. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və normatıv xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 3-cü pozuntu ilə bağlı – mübahisəli 90 No-li əmrdə adları şikayətçi kimi qeyd edilmiş A.Məmmədovanın və N.Əyyubovun iddiaçı barədə DMX-ya heç bir vaxt yazılı və ya ştfahi müraciətləri olmamışdır. Bu səbəbdən iddiaçı araşdırma materialları ilə tanış edilmək üçün Dövlət Miqrasiya Xidmətinə dəfələrlə şifahi və ya telefon vasitəsi ilə, 1 dəfə ərizə, 2 dəfə teleqramla müraciət etmişdir, lakin cari tarixədək cavab verilməkdən imtina olunmaqdadır. Bundan əlavə 12 mart 2020-ci il tarixdə saat 17 radələrində iddiaçı cəhd edərək Xidmət rəisinin qəbulunda olarkən bu məsələlərin qərəzli olaraq ona qarşı yönəldiyini və şikayətçilərin olmadığı və 4 mart 2020-ci il tarixli ərizə ilə Dövlət Miqrasiya Xidmətinə onun barəsində şikayətin olmaması barədə müraciəti xatırlatsa da, Xidmət rəhbərliyi onun barəsində qərarın qəti olduğunu və nə həmin ərizənin və nə də onun qeyd etdiklərinin nəzərə alınmayacağını bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, İPM-in 8.1.3, 32.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.11-ci maddəsinə əsaslanaraq, məhkəmədən AR Dövlət Miqrasiya Xidməti rəisinin 90 nömrəli 12 mart 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun (iddiaçının) məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının işə bərpa olunmasına dair qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı barədə qərar qəbul edərkən inzibati orqan qərarın qəbul edilməsi üçün kifayət qədər yetərli əsaslara malik olmamış, deməli aparılmış araşdırma obyektiv olmamış və qüsurla həyata keçirilmişdir. Cavabdeh X4 şikayəti və şikayətin qeydiyyata alındığı müvafiq kitabın kserosurətini, habelə şəxsin pasport məlumatlarını məhkəməyə təqdim edə bilməmişdir. X3 isə iddiaçıdan şikayətinin olmamasına dair sübutlar iddiaçının özü tərəllndən məhkəməyə təqdim edilmişdir. Araşdırma materiallarında iddiaçının izahatında başqa hər-hansı izahat, intizam pozuntusunu təsdiq edən sübut və faktlar mövcud deyildir. İddiaçının qərarda adı qeyd olunan şəxslərə qarşı qeyri-etik hərəkətlərə yol verdiyini hər iki izahatında təkzib etmişdir. N.S.Əyyubovla İ.İddiaçı izaharları bir-birilərini tamamlayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - 12.03.2020-ci il tarixli, 90 nömrəli əmrdən çıxarışa əsasən Azrəbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Aparatının Təşkilat-nəzarət baş idarəsi, Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya müşaviri İddiaçı 12.03.2020-ci il tarixindən miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmiş və 2019-2020-ci iş ili üçün ödənilmiş məzuniyyət haqqının müəyyən hissəsi (2 gün) tutulmuşdur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 11.03.2020-ci il tarixli, 2 nömrəli protokoluna əsasən inspektor İddiaçı vəzifə təlimatı ilə üzərinə düşən öhdəlikləri və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - X5 tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vüsal Hüseynova ünvanlanmış ərizəyə əsasən vətəndaş Xidmətin rəisindən baş vermiş hadisənin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. - X3 16.03.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən onun İddiaçı qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi yoxdur. - Vəkil sorğusuna "xxxx" MMC-nin direktoru Şirinov "xxxx" MMC-nin direktoru X7 verdiyi cavaba əsasən İddiaçı qanunsuz hərəkətləri ilə bağlı aidiyyatı orqanlara və ya vəzifəli şəslərə müraciətləri olmamışdır. - X3 03.02.2020-ci il tarixli ərizəsinə əsasən O, ərizəsinin icraatdan çıxarılmasını xahiş etmişdir. «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 2-ci bəndinə əsasən miqrasiya orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş miqrasiya orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Miqrasiya orqanlarının işçiləri qulluq keçərkən, qanunun tələblərini rəhbər tutaraq, səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən miqrasiya orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Əsasnamənin 30-cu maddəsinə əsasə miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir. Həmin Əsasnamənin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. Həmin Əsasnamənin 32-ci maddəsinə əsasən miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur: 32.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 32.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 32.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 32.4. işlədiyi miqrasiya orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə; 32.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 32.6. dini təbliğ etmək üçün öz statusundan istifadə etməyə və miqrasiya orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.Həmin Əsasnamənin 44-cü maddəsinə əsasən miqrasiya orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərin icrasına buraxılmır. Həmin Əsasnamənin 45-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış miqrasiya orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrin icrasına buraxılır. Həmin Əsasnamənin 46-cı maddəsinə əsasən cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir. Həmin Əsasnamənin 47-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 95-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız miqrasiya orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq, ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir. Həmin Əsasnamənin 48-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əmək haqqı ödənilir. Həmin Əsasnamənin 49-cu maddəsinə əsasən miqrasiya orqanlarının işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı orqana və ya məhkəməyə şikayətlə müraciət edə bilər. Həmin Əsasnamənin 95-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 95.8. miqrasiya orqanlarından xaric etmə; Həmin Əsasnamənin 96-cı maddəsinə əsasən miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. Həmin Əsasnamənin 99-cu maddəsinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Əsasnamənin 103-cü maddəsinə əsasən bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, miqrasiya orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda miqrasiya orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. Həmin Əsasnamənin 110-cu maddəsinə əsasən miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər. Həmin Əsasnamənin 111-ci maddəsinə əsasən aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 111.11. miqrasiya orqanlarından xaric edildikdə; Həmin Əsasnamənin 115-ci maddəsinə əsasən miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. Həmin Əsasnamənin 116-cı maddəsinə əsasən miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 116.2. məhkəmənin qərarı. Həmin Əsasnamənin 117-ci maddəsinə əsasən miqrasiya orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”-nın 6-cı bəndində qeyd olunmuşdur: 6.1. İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. 6.3. İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir. 6.4. İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda miqrasiya orqanlarının işçisi olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir. 6.6. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, işçilərin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, işçi ictimai birliyə üzv olmaq hüququna malikdir. 6.8. İşçi qulluq mövqeyindən istifadə edərək digər işçiləri ictimai birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında” Əsasnamənin 16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin baş idarələrinin və regional miqrasiya idarələrinin rəislərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. Baxılan iş üzrə mübahisələndirilən qərarın əsası ondan ibarət olmuşdur ki, Təşkilatnəzarət baş idarəsi, Təşkilat idarəsinin inspektoru, kiçik miqrasiya müşaviri İddiaçı «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 30.4 və 30.11-ci maddələrinin, habelə “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları”-nın 6.1, 6.3, 6.4, 6.6, 6.8, 6.11 və 6.22-ci bəndlərinin tələblərini kobud şəkildə bir neçə dəfə pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 99-cu maddəsinə əsasən bu Əsasnamənin 95.8-ci maddəsində (miqrasiya orqanlarından xaric etmə) nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vəzifələrin icrası zamanı nə kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmiş, nə də ki, «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətləri etməsi iş materiallarına əsasən sübut olunmur. İnzibati orqan tərəfindən iddiaçı barəsində intizam icraatı X3 ərizəsinə əsasən başlanılmışdır. Lakin intizam icraatı zamanı nə onun, nə də ki, qızının izahatları alınmamışdır. Həmçinin, X5 daha sonra ərizə ilə inzibati orqana müraciət edərək, iddiaçı barəsində heç bir şikayətinin olmadığını bildirmişdir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.52-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rəisinin 12.03.2020-ci il tarixli, 90 nömrəli əmri “İnzibati icraat haqqında” Qanunun pozulması və «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»-nin düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunduğundan, ləğv olunmalıdır. Eyni zamanda, İddiaçı işə bərpa olunmalıdır. İddianın iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz. İddiaçı miqrasiya orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verildikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, O, «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»nin 31-ci maddəsinə əsasən miqrasiya orqanlarının işçisi üçün Əsasnamə ilə qadağan olunmuş elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa digər ödənişli fəaliyyətlə məşğul olaraq gəlir əldə etmişdir. Ona görə də, iddia iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində təmin olunmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-894/2021 saylı, 16.05.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Rəisinin 12.03.2020-ci il tarixli, 90 nömrəli əmri ləğv olunsun. İddiaçı işə bərpa olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-207/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-207/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver