Məhkəmə qərarları › İş №2-1(103)-207/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-207/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-207/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4352/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu 23 mart 2017-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, iddiaçı H.Y.X3 təqdim etdiyi xx.xx.1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya aid 22 may 2020-ci il tarixli 11- 01/038 nömrəli arayışında xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Eyni zamanda əmək kitabçasının 1-ci səhifəsində “dublikat” sözü pozularaq, üzərinə kağız yapışdırılmışdır. Buna görə də əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən ümumi sosial sığorta stajının yerində dəqiqləşdirilməsi zamanı "xxxx" ASC-nin iddiaçıya aid sözügedən arayışında qeyd edilən məlumatlar əsaslı təsdiqedici sənədlər (əmrlər, əmək haqqı cədvəlləri) ilə deyil, yalnız əmək kitabçası əsasında müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunan səbəblərdən İddiaçı sosial sığorta stajını dəqiqləşdirmək mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21265.87 manat təşkil edir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4352/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin nəticəsi ona söykənir ki, onun xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işləməyi sübuta yetirilmir. Məhkəməyə bununla bağlı tərəfindən həm əmək kitabçası, həm də müəssisənin arayışı təqdim edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “...sözügedən arayış əmrlər, əmək haqqı cədvəlləri və s. əsasında deyil əmək kitabçası əsasında verilmişdir ki, əmək kitabçası dublikat olduğu halda həmin qeydlərin nəyin əsasında aparılması məlum deyil. Bundan əlavə, iddiaçının işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Beləliklə, iddiaçının həmin dövr üzrə əmək faəliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçasında həmin illərə dair qeydlərin həqiqiliyinə şübhə olduğundan, qeyd edilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Həmin imtina əsassızdır və qanunsuzdur, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanaraq təyin edilməlidir...”. Həm məhkəmənin, həm də cavabdeh inzibati orqanın mövqeyindən belə başa düşülür ki, onun 14 dekabr 1987-ci il tarixdən 23 sentyabr 2000-ci 1 tarixədək keçmiş Azərsutikinti Dövlət Konserninin 2 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləməyi faktı öz təsdiqini taparsa, iddia təmin edilməlidir. Bununla bağlı aşağıdakıları qeyd edir. Tərəfindən cavabdehin mübahisələndirdiyi hissədə - yəni, 14 dekabr 1987-ci il tarixdən 23 sentyabr 2000-ci il tarixədək keçmiş Azərsutikinti Dövlət Konserninin 2 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləməyi faktının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin 07 iyul 2021-ci il tarixli, 2(006)- 4247/2021 saylı qərardadı ilə (sədrlik edən hakim - cənab C.Tağıyev) həmin işin icraatına xitam verilmişdir. Qeyd edilən qərardadla müəyyən edilmişdir: “...iş materiallarında olan İddiaçı ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixdə 821/k saylı əmrlə Azərsutikinti Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2000-ci il tarixədək həmin vəzifə üzrə çalışmışdır. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Yuxarıda qeyd edilən qərardan, habelə ərizəçinin ərizəyə əlavə etdiyi sənədlərdən (əmək kitabçası, müəssisənin arayışı) göründüyü kimi, ərizəçi xx.xx.1987-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərsutikinti Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində çalışması ilə bağlı arayışın verilməsi məqsədilə "xxxx" ASC-yə müraciət etmişdir. Müraciətinə əsasən ona 25 may 2018-ci il və 22 may 2020-ci il tarixli arayışlar təqdim edilmişdir. Habelə həmin faktlar öz əksini ərizəçinin əmək kitabçasında da tapmışdır. Beləliklə də, iş materiallarında ərizəçi İddiaçı əmək stajını təsdiq edən sənəd (əmək kitabçası, müəssisənin arayışı) mövcud olduğundan, ərizəçinin xx.xx.1987-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək keçmiş Azərsutikinti Dövlət Konserninin 2 saylı Tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə hesab edir ki, ərizəçi əmək fəaliyyətinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi tələbinə dair ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir....”. Göründüyü kimi, əmək kitabçası və onun mötəbərliyi hər hansı şübhə doğurmur, o cümlədən kitabçanın doldurulduğu tarixlə bağlı hər hansı əsaslı şübhə doğuracaq səbəbin mövcud olmaması məhkəmə qaydasında da müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı ona həmin dövr üçün əmək stajını təsdiq edən əlavə sənədlərin təqdim edilməsi barədə hər hansı irad və tələb bildirilməmişdir. Əks halda, istənilən sənədi alıb təqdim etmək imkanı vardır. Çünki müəssisənin arxiv sənədləri vardır, işlək müəssisədir. Məhkəmə hesab edirdisə ki, mübahisəli dövr üçün əmək stajını təsdiq edən sənədlər natamamdır, bunun tamamlanması üçün arayışdan əlavə əmrlər, əmək haqqı cədvəlləri və s. tələb olunur, bu zaman istinad edilən qanunvericilik normasının tələbinə görə ona həmin sübutların əldə edilməsi üçün yardım etməli yaxud göstərişlər verməli idi. Ona pensiya təyin edilməsini istisna edən faktiki şərtlər mövcud olmadığı halda, yuxarıda qeyd olunan formal əsasla müraciətinin müsbət həllindən cavabdehin imtina etməsi sosial təminat hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan imtinasında o hallara istinad etmişdir ki, iddiaçı H.Y.X3 təqdim etdiyi xx.xx.1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya aid 22 may 2020-ci il tarixli 11- 01/038 nömrəli arayışında xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Eyni zamanda əmək kitabçasının 1-ci səhifəsində “dublikat” sözü pozularaq, üzərinə kağız yapışdırılmışdır. Buna görə də əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən ümumi sosial sığorta stajının yerində dəqiqləşdirilməsi zamanı "xxxx" ASC-nin iddiaçıya aid sözügedən arayışında qeyd edilən məlumatlar əsaslı təsdiqedici sənədlər (əmrlər, əmək haqqı cədvəlləri) ilə deyil, yalnız əmək kitabçası əsasında müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunan səbəblərdən İddiaçı sosial sığorta stajını dəqiqləşdirmək mümkün olmamış və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21265.87 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 23 noyabr 2021-ci il tarixli, **********2 nömrəli imtina məktubu almışdır. İddia mümkün idda olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddia tələbinin qanuni əsasını xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi təşkil edir. Həmin normaya görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; - 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. Əmək kitabçası; 3.2.2. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydalarının 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, yuxarıda qeyd olunan şərtlər iddiaçıya münasibətdə birlikdə mövcud deyildir. Belə ki, cavabdeh imtina məktubunda və iddia ərizəsinə və apellyasiya şikayətinə etirazında əmək kitabçasındakı qeydləri şübhə altına alaraq göstərmişdir ki, əmək kitabçasının 1-ci səhifəsində “dublikat” sözü pozularaq, üzərinə kağız yapışdırılmışdır. Bundan əlavə əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya aid 22 may 2020-ci il tarixli 11-01/038 nömrəli arayışında xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək həmin müəssisədə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Buna görə də əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən ümumi sosial sığorta stajının yerində dəqiqləşdirilməsi zamanı "xxxx" ASC-nin iddiaçıya aid sözügedən arayışında qeyd edilən məlumatlar əsaslı təsdiqedici sənədlər (əmrlər, əmək haqqı cədvəlləri) ilə deyil, yalnız əmək kitabçası əsasında müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli Aktla təsdiq edilmişdir. Kollegiya inzibati orqanın imtinasını , birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı iddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçasının əslinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının 1-ci səhifəsində “dublikat” sözü (daha sonra qismən silinsə də) qeyd edilmişdir. Əmək kitabçasının dublikat olması məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın: 3.10-cu bəndinə əsasən, əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir; 7.1-ci bəndinə əsasən, bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır; 7.3-cü bəndinə əsasən, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Əmək kitabçasında və iş materiallarında olan "xxxx" ASC-nin iddiaçıya aid 22 may 2020-ci il tarixli 11-01/038 nömrəli arayışında xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işləməsi qeyd olunmuşdur. Lakin sözügedən arayış əmrlər, əmək haqqı cədvəlləri və s. əsasında deyil əmək kitabçası əsasında verilmişdir ki, əmək kitabçası dublikat olduğu halda həmin qeydlərin nəyin əsasında aparılması məlum deyil. Bundan əlavə, iddiaçının işə qəbul edilməsi barədə qeydlər işəgötürənin-həmin müəssisə rəhbərliyinin imza və möhürü ilə təsdiq edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə apellyasiya baxışı zaman "xxxx" ASC-yə sorğu göndərilərək, iddiaçının "xxxx" ASC-yə işə daxil olma və işdən çıxma barədə müvafiq əmrlərin, həmçinin əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, "xxxx" ASC sorğuya cavab məktubunda qeyd etmişdir ki, məktubda qeyd edilən əmək kitabçasının surətindən göründüyü kimi İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Azərsutikinti Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləmiş, lakin qeyd olunan Azərsutikinti Dövlət Konserninin 2 saylı tikinti quraşdırma idarəsinin arxiv sənədləri "xxxx" ASC-nin arxivinə təhvil verilməmiş, bu səbəbdən məktubda qeyd edilən işə daxil olma və işdən azad olunma barədə müvafiq əmrlərin surəti, əmək haqqı cədvəllərinin təsdiq olunmuş surəti Cəmiyyətin arxivində mövcud deyildir. Apellyasiya araşdırması zamanı iddiaçı izahatında qeyd etmişdir ki, 14 dekabr 1987ci ildən 23 sentyabr 2000-ci ilədək "xxxx" Dövlət Konserninin 2 saylı tikinti-quraşdırma idarəsində iş icraçısı vəzifəsində işləmiş, 1997-ci ildə yanğın baş vermiş və bütün sənədlər yanmışdır, həmçinin 1997-ci ildən sonrakı dövrlərdə, yəni 1998-2000-ci illərdə də orada çalışmış, ancaq həmin dövrdə ona əmək haqqı kart vasitəsilə deyil, əlbəəl verilmişdir. Qeyd edilənlərlə bağlı işin obyektiv araşdırılması məqsədilə "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilərək, həmin yanğının baş verməsi ilə bağlı akt tərtib edilmişdirsə, həmin aktın, həmçinin xx.xx.1960-cı il təvəllüdlü İddiaçı məxsus olan yanğından sonrakı dövrlərə dair yəni, 1997-2003-cü il tarixlərinə aid olan əmək haqqı cədvəllərinin, işə girmə, işdən çıxma əmrlərinin, məzuniyyət əmrlərinin, 23 sentyabr 2000-ci il tarixli, 238 nömrəli əmrin, 15 mart 2001-ci il tarixli, 71 nömrəli əmrin, 30 avqust 2003-cü il tarixli, 173 nömrəli əmrin təsdiq edilmiş surətlərinin, işlədiyi dövrdə ağır iş şəraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin verilib-verilməməsi, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın 10 gün ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, "xxxx" ASC tərəfindən sorğuya cavab olaraq iş qovluğunda olan hesabat məlumatları təqdim edilmiş, lakin sorğuda qeyd olunan halların aydınlaşdırılması mümkün olmamışdır. Beləliklə, iddiaçının həmin dövr üzrə əmək faəliyyətinə dair sənədlər araşdırma zamanı əldə olunmadığından, bu sənədlər iddiaçı tərəfindən də təqdim edilmədiyindən, əmək kitabçası dublikat olduğundan, müvafiq qaydalara uyğun əmək kitabçasının dublikatının verilməsi aydın olmadığından, işəgötürən tərəfindən verilmiş arayışların əmək kitabçasına əsasən verildiyi qeyd edildiyindən, lakin məhkəmə araşdırmaları zamanı müvafiq əmrlər, əmək haqqı cədvəlləri və s. aşkar edilmədiyindən, sübutetmə yükü daşıyan iddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilmədiyindən mübahisələndirilən dövr sığorta stajı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hətta qeyd edir ki, iş materiallarında olan arayışda iddiaçının iş yerində yanğın hadisəsinin 1997-ci ildə baş verdiyi qeyd edilmiş, lakin işin araşdırılması zamanı və əmək kitabçasının dublikatına əsasən iddiaçı həmin dövrdən sonra da 2003-cü ilədək həmin iş yerində işlədiyindən, məhz yanğından sonrakı dövrlər üzrə də iddiaçıya dair hər hansı bir əmr, əmək haqqı cədvəli və s. aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi stajla bağlı şərt ödənilmədiyindən, digər şərtlə bağlı ətraflı araşdırmanın aparılmasına lüzum yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4352/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar