Məhkəmə qərarları › İş №2-1(103)-2070/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2070/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2070/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2864/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ali təhsil aldığı X1 MMC tərəfindən ali təhsilinin başa çatması ilə əlaqədar ona verilmiş 28 iyun 2019-cu il tarixli, NU №000033 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2864/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2864/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair məhkəmənin məktubunu almamışdır. Beləliklə məsələdən xəbərsiz olmuşdur. Məhkəmə iclasında xəstəliyi ilə əlaqədar iştirak edə bilməmiş və bununla bağlı məhkəməyə teleqram ünvanlamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən tələb cavabdehin yerinə yetirdiyi vəzifələrə aid deyildir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə öz razılığını bildirməmişdir. Beləliklə, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. İş materiallarının araşdırılması zamanı məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin 2-1(112)-7963/2020 saylı, 15.12.2020-ci il tarixli və 2-1(112)- 2864/2021 saylı, 31.03.2021-ci il tarixli əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair məktublarının iddiaçıya rəsmi qaydada verilməsinə dair sübutlar iş materiallarına əlavə olunmamışdır. Belə ki, iş materiallarına məktubun iddiaçıya rəsmi qaydada verilməsini təsdiq edən xəbərnamə əlavə olunmamaışdır. Eyni zamanda, iş materiallarına məktubun iddiaçıya göndərilməsinə dair 22.12.2020-ci il tarixli, 194 nömrəli və 06.04.2021-ci il tarixli, 60 nömrəli reyestrlər əlavə olunsa da, həmin reyestrlər rabitə orqanının möhürü ilə təsdiq olunmamışdır. Belə olan halda məhkəmə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasında yardım etməmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2-1(112)-2864/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Azər Hüseynov Hakimlər: Vüsalə Baxışova Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar