Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2070/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, « güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü ildən təyin edilməsi və həmin tarixdən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi»ni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Ukraynanın Voroşilovqrad vilayətində doğulmuşdur. 1974-cü ilin sentyabr ayında X8 Mühəndisləri Məktəbinə daxil olub, 1979-cu ildə həmin məktəbi “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə əyani təhsil formasında bitirmiş və ona mühəndisgəmi mexaniki ixtisası verilmişdir (D-İ № 059783 saylı diplom). 3 sentyabr 1979-cu il tarixdə (əmr 3 sentyabr 1979-cu il, 175/p) X3 Nəqliyyat Donanması gəmisinə 4-cü dərəcəlli mexanik vəzifəsinə qəbul edilmiş, 19 yanvar 1981-ci il tarixdə (əmr 19 yanvar 1981-ci il, 12/h) Nəqliyyat donanmasının gəmilərində 3-cü dərəcəli mexanik keçirilmiş, 28 iyun 1985-ci il tarixdə (əmr 28 iyun 1985-ci il, 122/3) Nəqliyyat donanmalarının gəmilərində 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, 12 yanvar 1988-ci il tarixdə (əmr 12 yanvar 1988-ci il, 06/h) Nəqliyyat donanmalarının gəmilərində baş mexanik vəzifəsinə keçirilmiş, 14 dekabr 2001-ci il tarixdə (əmr 14 dekabr 2001-ci il, K174) 1 il müddətinə 2-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, 28 yanvar 2003-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. 8 aprel 2003-cü il tarixdə (əmr 8 aprel 2003-cü il, əmr 19/k) "xxxx" MMC-də mühəndis-mexanik vəzifəsinə qəbul edilmiş, 25 aprel 2006-cı il tarixdə öz təşəbbüsü ilə işdən azad edilmişdir. Bütün qeyd olunan hallar iddiaçıya məxsus olmaqla 10 sentyabr 1979-cu ildə adına tərtib edilmiş İT seriyalı ******* saylı əmək kitabçasında qeyd edilmişdir. 8 yanvar 2020-ci il tarixdən halhazıradək "xxxx" MMC-də mühafizəçi peşəsində işləyir. “Azərbaycan X6” QSC-nin X4 tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün verilmiş 15 noyabr 2021-ci il tarixli 03/02- 1574 saylı arayışdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Dövlət X3 üzücü heyətinin nəqliyyat donanması gəmilərində 3 sentyabr 1979-cu il tarixdən 28 yanvar 2003-cü il tarixədək 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 23 il 04 ay 25 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin 2 nömrəli Siyahısı»nın XXVİİİ. Nəqliyyat bölməsində (Dəniz və çay donanması 23003000 – 23003010 Üzən heyət-dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daimi liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 1998-ci il tarixli 154 saylı qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli 6 saylı və 10 yanvar 2014-cü il tarixli 213 saylı sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 Səhmdar Cəmiyyəti yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri cəmiyyətə keçmişdir. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ildən artıq ümumi iş stajı vardır. O, 3 iyul 2015-ci il tarixdə eyni məzmunlu ərizə ilə DSMF-nin Nizami rayon şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Lakin həmin İdarənin 21 avqust 2015-ci il tarixli 15/2875 saylı məktubu ilə ərizə formal əsaslarla təmin edilməmiş və imtinada qeyd olunmuşdur ki, guya "xxxx" şirkətində işləməsini yoxlamq mümkün olmadığından yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Sonuncu dəfə 2 dekabr 2021-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir (10 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir). Cavabdeh inzibati orqanın 23 dekabr 2021-ci il tarixli **********1 saylı cavab məktubu (ərizəyə əlavə edilib) ilə ərizə təmin olunmamış və imtinaya əsas kimi göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qəraı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablnması, bir növdən başqa növünə keçirilməsi, və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin (əmk pensiyasının təyin edilməsi üçün zəruri sənədlərin siyahısı) tələblərinə uyğun qaydada tərəfinizdən Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: 1) Şəxsiyyət vəsiqəsinin surəti; 2) 20 ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s); 3) «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya ühququ verən işdə çalışmasına dair iş yerinin arayışının əsli; 4) Pensiya təyin edilməsi haqqında ərizə. Qeyd olunanları nəzər alaraq, iddiaçı X2 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Aşağıdakı əsaslara görə hesab edilir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının pensiya və mülkiyyət hüquqlarını məhdudlaşdırır. Əvvəla, iddiaçı tərəfindən 2 dekabr 2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət edilmiş və həmin ərizədə cavabdehin tələb etdiyi bütün sənədlər, yəni aşağıda adları qeyd olunan sənədlər təqdim edilib: əmək kitabçamın notarial qaydada tərcümə və təsdiq edilmiş surəti 03 vərəq, şəxsiyyət vəsiqəsinin surəti 01 vərəq, D-İ seriyalı 059783 saylı diplomun notarial qaydada tərcümə və təsdiq edilmiş surəti 02 vərəq, 15 noyabr 2021-ci il tarixdə verilmiş güzəştli arayışın əsli 01 vərəq, "xxxx" MMC-nin verdiyi 89 saylı 21 iyun 2021-ci il tarxli arayışın əsli, 26 noyabr 2021-ci il tarixli etibarnamənin surəti 01 vərəq, 22 iyul 2014-cü ildə verilmiş arxiv arayışının surəti 01 vərəq, DSMF Nizami rayon şöbəsinin 21 avqust 2015-ci il tarixli məktubunun surəti 01 vərəq, 9 iyul 2021-ci ildə verilmiş arxiv arayışının surəti 01 vərəq. 10 dekabr 2021-ci il tarixdə cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş ərizəyə əlavə edilmişdir. Hətta, əmək kitabçasında və diplomda rus dilində yazılmış qeydlər Azərbaycan dilinə tərcümə edilməklə Bakı şəhəri 30 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş, habelə güzəştli şərtlərlə arxiv arayışının məhz əsli cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, imtina üçün heç bir əsaslı səbəb olmadığını görərək, həmin sənədləri 23 dekabr 2021-ci il tarixli imtina məktubuna əlavə etməklə geri qaytarmış və bir çox pensiya hüququ çatmış şəxslərin də ərizələrinin qaytarılmasında istinad edilən cümlələrdən istifadə etmişdir. İddiaçı hesab edir ki, bu hal Azərbaycan Respublikasının vətəndaşı olan iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hüquqlarının cavabdeh inziabti orqan tərəfindən kobud pozuntusudur. Hansıki iddiaçı hələ 2015-c ildə cavabdeh inzibati orqana müraciət etsə də, həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsi 21 avqust 2015-ci il tarixli cavab məktubunda iddiaçının 8 aprel 2003-cü il tarixdən 1 yanvar 2006cı il tarixədək olan dövrdə iş stajını yoxlamağın mümkün olmadığını bildirmişdir. Habelə, cavabdeh inzibati orqanın kifayət qədər aylıq əmək haqqı alan əməkdaşları fəaliyyət göstərir ki, həmin əməkdaşlar iddiaçının təqdim etdiyi sənədlərin həqiqi olub-olmamasını və ona pensiya təyin edilməsinin mümkünlüyünü yoxlamalı idilər. Bundan başqa, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 2006-cı il yanvarın 1-dən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respubliksı Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1ci (1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların; kişilər – 57 yaşına çatdıqda; azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə; qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanuna 1 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliyə də uyğun olaraq, iddiaçının 1 yanvar 2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, bu halda ona mütləq şəkildə 57 yaşdan əmək pensiyası təyin edilməli idi. Bu hal hətta 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsində də öz təsdiqini tapmışdır. İddiaçının 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə ümumilikdə 23 il 04 ay 25 gündən artıq güzəştli, 31 ildən artıq ümumi iş stajı vardır və həmin şəxs hələ 2015-ci ildə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə pensiya təyinatını aparan DSMF-nin Nizami rayon şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir ki, bu hal ona məhz 57 yaşının tamam olduğu vaxtdan pensiya təyin edilib ona verilməyən pensiyanın birdəfəlik ödənilməli olmasını məhkəmə qaydasında sübut edir. Habelə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1- ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eləcə də, vətəndaşlar tərəfindən təqdim edilən sənədlər siyahısında iddiaçının əmək kitabçasından əlavə hər hansı arxiv arayışını və ya güzəştli arayışı təqdim etməyə borclu olmasa belə, iddiaçı tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə cavabdeə təqdim edilmişdir. İşin birinci instansiya icraatı zamanı DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etiraz təqdim edilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 10 dekabr 2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin əmək kitabçasının əslini təqdim etməmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 dekabr 2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda ümumi iş stajını təsdiq edən əmək kitabçasının əslinin Mərkəzi Filiala təqdim ediləcəyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. Bundan sonra, iddiaçı 24 may 2022-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, əvvəlki 3 il üzrə ödənilməklə pensiya məbləği hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadına müvafiq olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı hər ay üzrə ödənilməli olan əmək pensiyası məbləğinin üzərinə keçmiş dövrə görə almalı olduğu 237.93 manat əlavə edilməklə ümumilikdə 506.54 manat pensiya məbləği hesablanıb ödənilir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 10 oktyabr 2013-cü il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və ərizədə İddiaçı 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixə 23 il 04 ay 25 gündən artıq güzəştli. 31 ildən artıq ümumi iş stajının olmasını, habelə eyni məzmunlu ərizə ilə 3 iyul 2015-ci il tarixdə DSMF-nin Nizami rayon şöbəsinə müraciət etməsini nəzərə alıb, ona hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən faktiki pensiya təyin olunduğu vaxtadək ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Sonradan iddiaçı tərəf məhkəmə əlavə ərizə təqdim edərək iddianın yenidən dəyişdirilərək «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı 10 oktyabr 2013-cü il tarixdən 24 may 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin etiraz edərək, birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən 1 iyul 2022-ci il tarixxədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə tədiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “21.2. Dəniz və çay donanması” bəndinin “b” yarımbəndində üzən həyət – mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər peşələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 3 iyul 2015-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin qurumun 21 avqust 2015-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı eyni məsələ ilə bağlı növbəti dəfə 24 may 2022-ci il tarixdə inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin inzibati orqan isə, ilkin olaraq məsələnin həllindən imtina etmiş və bundan sonra iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə icraatının gedişində cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və aylıq pensiya məbləği ödənilməyə başlanılmş, üç il əvvəlki dövr – 2019 – 2022-ci illər üzrə ödənilməmiş pensiya məbləği aylıq pensiya məbləğinə əlavə olunmaqla ödənilir. Lakin iddiaçı bu mövqe ilə razılaşmır və ona pensiya məbləğinin hüququnun yarandığı 10 oktyabr 2013cü il tarixdən ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2015-ci ildə DSMF orqanına müraciət etdiyindən, əmək pensiyası hüququ da 2013-cü ildə yarandığından (həm də hüququn yarandığı tarixdən üç il keçməmiş müraciət etmişdir), o, təyin edilmiş pensiyanın əvvəlki dövr üzrə bütün məbləğini tələb etməkdə haqlıdır. İnzibati orqan tərəfindən inzibati icraat vaxtında, hərtərəfli və obyektiv aparıldığı halda, onun pensiya məbləğinin bütün dövrlərə aid hissələri ödənilmiş olardı. Nəzərə alınmalıdır ki, ona pensiya təyinatı aparılarkən 10 oktyabr 2013-cü il tarixdən sonrakı fəaliyyəti üzrə hər hansı xüsusat rol oynamamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5482/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2070/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2070/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver