Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2071/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı 09 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu 20.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx xxxx 1961-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İT-İ seriyalı ******* nömrəli 16 yanvar 1984-cü il tarixli “Əmək kitabçası”na əsasən iddiaçı 16 yanvar 1984-cü il tarixdən 20 aprel 1984-cü il tarixədək Azərbaycan DRES-də X7 və Avtomatika sexində X7 və avtomatika avadanlıqlarının istismarı və təmiri üzrə 6 dərəcəli elektrik çilingəri vəzifəsində, 20 aprel 1984-cü il tarixdən 2 sentyabr 1985-ci il tarixədək həmin sexdə informasiya hesablama kompleksinə xidmət üzrə mühəndis vəzifəsində, 2 sentyabr 1985-ci il tarixdən 4 yanvar 1987-ci il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində informasiya hesablama kompleksinə operativ xidmət üzrə böyük mühəndis vəzifəsində, 4 yanvar 1987-ci il tarixdən 1 fevral 1989-cu il tarixədək həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektrik təminatı üzrə usta vəzifəsində, 1 fevral 1989-cu il tarixdən 4 oktyabr 2012-ci il tarixədək tam təsərrüfat hesabına və əməyin ödənilməsinin yeni sisteminə keçidlə əlaqədar həmin sexin “Avtomatik idarəetmə” sahəsində elektron təminatı üzrə İ qrup usta vəzifəsində, 4 oktyabr 2012-ci il tarixdən 6 may 2013-cü il tarixədək həmin sexin nəzdində “İstehsalat proseslərinin avtomatik idarəetmə sistemi” sahəsində aparıcı mühəndis vəzifəsində, 6 may 2013-cü il tarixdən 12 aprel 2016-cı il tarixədək həmin sexin “Texnoloji avadanlıqların avtomatik idarəolunmasına xidmət” sahəsində aparıcı mühəndis vəzifəsində işləmiş, 12 aprel 2016-cı il tarixdən hal-hazıradək həmin sexin “İstilik ölçmə” qrupunda aparıcı mühəndis vəzifəsində işləyir. Azərbaycan DRES-də (indiki "xxxx" MMC) 8 saatlıq iş vaxtı ərzində əmək funksiyası qazan, turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərinin yerinə yetirilməsindən ibarətdir. Eləcə də, iş rejimi ərzində səs-küy, titrəmə, toz, sürətli hava axım, nisbi rütubət (nəmlik), havanın temperaturunun normadan yuxarı, yüksək olması faktorları var. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli və ağır iş şəraitində yerinə yetirdiyi üçün ona 1984-cü il tarixdən 2012-ci ilədək aylıq əmək haqqının 8%-i miqdarında, 2012-ci ildən başlayaraq isə əmək haqqının 12%-i miqdarında əlavə əmək haqqı ödənilmiş, habelə zərərli iş şəraitində işlədiyinə görə əmək məzuniyyətinə əlavə məzuniyyət günləri verilmişdir. Əmək kitabçasına görə onun hal-hazıradək 36 ildən çox ümumi əmək stajı var. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş " Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxarqaz turbini), yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 16 yanvar 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 16.01.1984-02.09.1985-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də İstilik Ölçü istismarı və təmiri üzrə elektrik çilingəri, 02.09.1985-04.01.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin sexin informasiya hesablama kompleksində xidmət üzrə böyük mühəndis və 04.01.1987-04.10.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin sexin Avtomatik idarə etmə sahəsində və elektrik təminatı üzrə usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi həmin sahələr Siyahıda qeyd olunan sahələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu yəni 20.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı toplanmış sübutlar, o cümlədən iddiaçının işlədiyi müəssisənin yazılı məlumatı belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı 1987 – 2012-ci illərdə “Azərbaycan X2” MMC-də (əvvəlki adı Azərbaycan DRES) avtomatik idarəetmə sahəsində usta vəzifəsində işləmişdir və bu vəzifə AR Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı təsdiq edilmiş 2 nömrəli siyahıda 2140000b – 23362 kodla nəzərdə tutulduğundan, onun 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə iş stajı toplanmış olur. Odur ki, məhkəmə cavabdeh tərəfin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajının olmaması mövqeyi ilə razılaşmamış və bunu əsassız qiymətləndirmişdir. Məhkəmə qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə uyğun olaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üç xüsusatlar şərtləndirilir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə çatması, 2) 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti zərərli və ağır olan digər işlərdə (AR NK-nın 320 nömrəli 21 iyul 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) işlərdə çalışması. Məhkəmə vurğulamışdır ki, İddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır və cavabdehin ona həmin pensiyanın təyin olunmasından imtina etməsi qanuna zidd, eləcə də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan ИВ seriyalı 040884 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1978 – 1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İş materiallarında olan "xxxx" ASC “Azərbaycan X2” MMC-nin 07-112 nömrəli 13 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Az İES-in X7 və Avtomatika Sexində qulluq etdiyi avadanlıqlar Qazan və Turbin sexində yerləşir və əmək funksiyasını həmin sexdə yerinə yetirir. İş materiallarında olan "xxxx" ASC “Azərbaycan X2” MMC-nin 02 nömrəli 11 mart 2020-ci il tarixli işin xarakteri haqqında arayışdan görünür ki, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) 01.11.1978-ci il tarixdə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş və 11.08.1983-cü il tarixdə bitirmişdir və təyinatla Azərbaycan DRES-ə göndərilmişdir. O, 16.01.1984-cü il tarixdə Az.DRES-də X7 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamışdır (əmr № 42, 17.01.1984-cü il). 20.04.1984-cü il tarixdə həmin sexin informasiya hesablama kompleksinə (İHK) xidmət üzrə mühəndis (əmr № 86, 21.04.1984-cü il), 02.09.1985-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəetmə sahəsində İHK-nə operativ xidmət üzrə böyük mühəndis (əmr № 168, 09.09.1985-ci il), 04.01.1987-ci il tarixdə İÖC və A sexinin Avtomatik idarəetmə sahəsində və elektrik təminatı üzrə usta (əmr № 08, 15.01.1987-ci il) işləmişdir. 01.02.1989-cu il tarixdən təsərrüfat hesabına keçidlə və əmək haqqının ödənilməsinin yenilənməsi ilə əlaqədar olaraq İÖC və A sexinin Avtomatik idarə etmə sahəsində elektron təminatı üzrə (əmr № 40, 01.03.1989-cu il) İ qrup usta vəzifəsinə keçirilmişdir. İddiaçı 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək İÖC və A sexində usta vəzifəsində işləmişdir. 04.10.2012-ci il tarixdən İÖC və A sexinin nəzdində istehsal proseslərinin avtomatik idarəetmə sistemi sahəsində aparıcı mühəndis (əmr № 272/Ş, 03.10.2013-cü il), 06.05.2013-cü il tarixdə İÖC və A sexinin “Texnoloji avadanlıqların avtomatik idarə olunmasına xidmət sahəsinə aparıcı mühəndis (əmr № 79/Ş, 01.05.2013-cü il), 12.04.2016cı il tarixdə İÖC və A sexinin “İstilik ölçmə” qrupuna aparıcı mühəndis (əmr № 79/Ş, 12.04.2016-cı il) keçirilmişdir. Hal-hazırda işləyir. İddiaçı birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səs-küy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün İddiaçı 1984 – 2012-ci il illərdə 8%, 2012-ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı 17.01.1984-cü il tarixdən indiyədək hal-hazırkı tutduğu vəzifədə güzəştli şərtlərlə təqaüdə çıxması üçün AR Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. Azərenerji” ASC-nin 25 aprel 2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan DRES – Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı 05.01.2006-cı il tarixli əmrinə əsasən "xxxx" MMC “Azərbaycan X2” MMC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC “Azərbaycan X2” MMC-nin 07-16 nömrəli arayışda aşağıdakılar qeyd olunur: Verilir hazırda "xxxx" MMC-də X7 və Avtomatika sexində “Ölçmə qrupu”nda aparıcı mühəndis vəzifəsində işləyən İddiaçı (1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, 16.01.984-cü il tarixdə X7 və Avtomatika sexində 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İlk dəfə əmək fəaliyyətinə "xxxx"-də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən 16.01.1984-cü il tarixdə ИТ-İ № ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vərəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı Azərenerji ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" – “Azərbaycan Dövlət Rayon X2” MMC adlandırılmışdır. “Azərenerji“ ASC”-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC – “Azərbaycan X2” MMC adlandırılmışdır. Əvvəlki möhürlər Qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün halhazırda Kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı 16.01.1984-cü il tarixdən bir müəssisədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə "xxxx" MMC-nin Kadrlar şöbəsinin möhürü vurulmuşdur. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin 13.03.2020-ci il tarixli 17 nömrəli arayışında aşağıdakılar qeyd olunur: Verilir istefada olan leytenant 1961-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, o, həqiqətən 11.10.1993-cü il tarixdən 08.11.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 11.10.1993-cü il tarixdən 12.05.1994-cü il tarixədək müvafiq hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir, müharibə veteranıdır. İş materiallarında olan "xxxx" ASC “Azərbaycan X2” MMC-nin məhkəməyə ünvanlanmış 30.12.2020-ci il tarixli 3 nömrəli məktubundan görünür ki, "xxxx" MMC qapalı X1, stansiyada olan hər bir enerji bloku ayrılıqda turbin, qazan və generatordan ibarətdir. Turbin, qazan və onun köməkçi avadanlıqlarının işinə nəzarət etmək, idarə etmək və tənzimləmə üçün lazım olan X7 və Avtomatika (İÖCA) sexinin xidmətinə aid istilik ölçmə, ölçmə (təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) istilik avtomatikası və texnoloji proseslərin avtomatik idarə olunması sistemləri ilə təmin olunmuşdur ki, onlar da Qazan, Turbin avadanlıqlarına aiddir və 1 və 2 saylı Qazan-Turbin sexində yerləşir. İÖCA sexinin xidmətinə aid olan və Qazan-Turbin avadanlıqlarında quraşdırılan datçiklər (temperatur, təzyiq, sərfiyyat, mexaniki yerdəyişmə, titrəmə və s.) çeviricilər, çevrilmiş parametrlər hərfrəqəm (informasiya) şəklində enerji bloklarını idarə etmək üçün idarəedici heyətə (bloku idarə edən maşinist, operator və s.) elktron avadanlıqlar (yəni videoterminallar, manitorlar, EHM (kompyuter)) vasitəsilə çatdırılır. İddiaçı usta kimi həmin Qazan, Turbin və onların köməkçi avadanlıqlarının, qurğularının yerində təmiri, sazlanması, quraşdırılması, elektrik və elektron təminatı, habelə dəyişdirilməsi (yenilənməsi) işlərini birbaşa 1 və 2 saylı Qazan- Turbin sexində yerinə yetirir. İddiaçı iş vaxtı xidmət etdiyi avadanlıqların və qurğuların yerləşdiyi 1 və 2 saylı Qazan-Turbin sexinin bütün sahələrində müxtəlif zərərli faktorlar (səsküy, titrəmə, yüksək temperatur, hündürlük, sürətli hava axını, nisbi rütubət, işin ağırlığı və s.) mövcuddur və İddiaçı gündəlik iş rejimində həmin faktorların təsirinə məruz qalır. Bütün bu işləri 8 saatlıq iş rejimində zərərli iş şəraitində yerinə yetirdiyi üçün ona hər ay əmək haqqının əvvəllər 8%-i, 2012-ci ildən isə 12%-i həcmində əlavə əmək haqqı ödənilir və 06 təqvim günü əlavə məzuniyyət verilir. İddiaçı usta kimi tutduğu vəzifə AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda 13-cü bölmənin “b” bəndinə (kod: 2140000b – 23362) uyğundur, eləcə də AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 24-cü bölmənin “b” bəndinə (avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbini), yanacaqötürmə, tozhazırlama)) uyğundur. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 16.01.1984-cü il tarixdə Az.DRES-də X7 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamış və hal-hazırda da işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 13.05.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi İdarəyə təqdim edilmiş 16 yanvar 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 16.01.1984-02.09.1985-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də İstilik Ölçü istismarı və təmiri üzrə elektrik çilingəri, 02.09.1985-04.01.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin sexin informasiya hesablama kompleksində xidmət üzrə böyük mühəndis və 04.01.1987-04.10.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin sexin Avtomatik idarə etmə sahəsində və elektrik təminatı üzrə usta vəzifələrində işlədiyi qeyd olunduğu və həmin sahələrin Siyahıda qeyd olunan sahələrə uyğun olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 20.03.2018-ci il tarixdə tamam olmuşdur və o, 01.11.1978-ci il tarixdən 11.08.1983-cü il tarixə kimi Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil almış (4 il 9 ay 10 gün), 11.10.1993-cü il tarixdən 08.11.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (4 il 27 gün), əmək kitabçasına əsasən iddiaçı 16.01.1984-cü il tarixdə Az.DRES-də X7 və Avtomatika sexində (İÖC və AS) İÖC və A avadanlıqlarının istismarı və təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işə başlamış və hal-hazırda da işləyir ( 01.01.2006-cı il tarixədək 21 il 11 ay 15 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 30 il 9 ay 22 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək “Azərbaycan X2” MMC-də (əvvəlki adı Azərbaycan DRES) avtomatik idarəetmə sahəsində işlədiyi usta vəzifəsi (01.01.2006-cı il tarixədək 18 il 11 ay 16 gün) AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda 13-cü bölmənin “b” bəndinə (kod: 2140000b – 23362), eləcə də AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda 24-cü bölmənin “b” bəndinə (avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar - qaz turbini), yanacaqötürmə, tozhazırlama)) peşəsinə uyğun olduğundan ona güzəştli əmək pensiyasına çıxmağına əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 18 il 11 ay 16 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin apelyasiya şikayətindəki ““iddiaçının 04.01.1987-ci il tarixdən 04.10.2012ci il tarixədək işlədiyi elektrik təminatı üzrə usta vəzifəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələrinə uyğun olmadığı”” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASC “Azərbaycan X2” MMC tərəfindən verilmiş 07-112 nömrəli 13 oktyabr 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Az İES-in X7 və Avtomatika Sexində qulluq etdiyi avadanlıqlar Qazan və Turbin sexində yerləşir və əmək funksiyasını həmin sexdə yerinə yetirir. İdarənin 02 nömrəli 11 mart 2020-ci il tarixli işin xarakteri haqqında arayışdan görünür ki, iddiaçı 15.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək İÖC və A sexində usta vəzifəsində işləmişdir. O, birbaşa Qazan, Turbin və onların köməkçi avadanlıqlarında idarəetmə və nəzarət üçün quraşdırılmış istilik ölçmə, ölçü və avtomatik idarəetmə sistemlərinin qurğularının yerində təmiri, sazlanması, quraşdırılması və elektrik və elektron təminatı işlərini yerinə yetirir. Bu qeyd edilmiş sahələrdə yüksək temperatur, titrəmə, səsküy, sürətli hava axını və nisbi rütubət mövcuddur. Bütün bu işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirdiyi üçün İddiaçı 1984 – 2012-ci il illərdə 8%, 2012-ci ildən başlayaraq 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı 17.01.1984-cü il tarixdən indiyədək hal-hazırkı tutduğu vəzifədə güzəştli şərtlərlə təqaüdə çıxması üçün AR Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarının 24-cü bölməsinin “a” və “b” bəndlərinə uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 04.01.1987-ci il tarixdən 04.10.2012-ci il tarixədək işlədiyi elektrik təminatı üzrə usta vəzifəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 20.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2071/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2071/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver