Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2071/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4008/2023 nömrəli, 09 oktyabr 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 251.917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 noyabr 2022-ci il tarixli **********978700 nömrəli qərarının ləğv edilməsi və İddiaçı MMC-yə hesablanmış 251.917,57 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********004900 nömrəli qərarı ilə İddiaçınə Vergi Məcəlləsinin 37ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə ümumilikdə 301.269,74 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan sonra İddiaçı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 iyul 2022-ci il tarixli **********004900 nömrəli qərarından xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə şikayətlər vermiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01 noyabr 2022-ci il tarixli **********179200 saylı Qərarı ilə həmin şikayətlər qismən təmin edilərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 49.352,17 manat hissədə ləğv edilməsi, 251.917,57 manat dəyişdirilmədən saxlanılması, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsinin təmin edilməsi, İddiaçı maliyyə-təsərrüfat fəaliyyəti üzrə X5 keçirilməsi məsələsinə baxılmasının tapşırılması qərara alınmışdır. Daha sonra Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 noyabr 2022-ci il tarixli **********978700 nömrəli qərarı ilə müəssisəyə 251.917,57 manat əlavə vergi hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01 noyabr 2022-ci il tarixli qərarından da görünür ki, İddiaçınə 251.917,57 manat məbləğində vergi borcu hesablanan zaman vergi orqanı inzibati araşdırma nəticəsində Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar 1989-2014-cü maliyyə illəri üzrə xx.xx.2021-ci il tarixə 1.257.782,44 manat kreditor borcunun olduğuna, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyinin müəyyən edilməsinə istinad etmişdir. Halbuki iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan, indiyədək ödənilməyən və 2021-ci il yanvarın 1-nə olan 1.257.782,44 manat məbləğində debitor borcu olmamış, İddiaçı MMC heç bir zaman öz bəyannamələrində belə bir borcun olmasını göstərməmişdir. Belə ki, cavabdeh iddiaçının "xxxx" QSC-yə debitor borcunun olmasına əsaslanırsa, bu zaman bu barədə hər hansı bir sübuta istinad etməli, ən azından iddiaçının əvvəlki bəyannamələrdə bu borcunun olub-olmamasını müəyyən etməli idi. Yəni əgər İddiaçı MMC-nin hər hansı bir debitor borcu olsa idi, bu onun mənfəət vergisinin bəyannamələrinin əlavələrində öz əksini tapar, ödənilməyən borc kimi ildən-ilə keçərdi. Bəyannamələrdən də görünür ki, heç bir zaman iddiaçının belə bir borcu olmamışdır. Cavabdeh orqan əvvəlki vergi hesabatlarının səhv olmasına istinad edirsə, bu zaman Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən bunu sübut etmək onun vəzifəsidir. Hətta inzibati araşdırma zamanı vergi orqanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məktub göndərərək kreditor borc ilə bağlı təsdiqedici sənədlərin (müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, üzləşmə aktları və s.) təqdim edilməsini xahiş etmiş, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli **********396500 nömrəli cavab məktubu ilə borcun öz aktuallığını itirdiyi və sənədlərin saxlama müddətinin bitdiyi üçün sənədlərin vergi orqanına verilməsinin mümkün olmaması göstərilmişdir. Yəni ümumiyyətlə İddiaçı MMC-nin "xxxx" QSC-yə borclu olmasını sübut edən heç bir sənəd yoxdur. Hətta İddiaçı MMC-nin 1989-2014-cu illərin müqavilələrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcu olsa idi də belə, sonuncu borcun 2014-cü ildən olması nəzərə alınsa, 2017-ci ildən qanunvericiliyə müvafiq həmin borc iddia müddəti keçmiş debitor borc məbləği hesab edilir. Bu zaman həmin borc üçün gəlir vergisi 2017-ci ildən hesablanmalı idi ki, bu dövrdən də vergini hesablamaq üçün nəzərdə tutulan 3 illik müddət və verginin hesablanmış (yenidən hesablanmış) məbləğini tutmaq üçün 5 illik müddət ötmüşdür. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər hesab edilir. Vergi Məcəlləsinin 85.4-ci maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bundan əlavə vergi orqanı 1989-2014-cu illər üçün iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borclu olmasını göstərsə də, nəzərə almamışdır ki, iddiaçı xx.xx.2001-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi ümumiyyətlə "xxxx" MMC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcunun yaranmasının tarixi belə məlum deyildir. xx.xx.2017-ci il tarixli **********100641 saylı X5 aktına əsasən 2014-cü ilin yekunları üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi SVY ilə təsdiq edilmiş və heç bir kənarlaşma aşkar edilməmişdir. Təsdiq edilən MVB üzrə 1 nömrəli Əlavənin “kapital və öhdəliklər” bölməsinin 2.2.1.5-ci “sair kreditor borcları” sətrində hesabat dövrünün sonuna ümumi borc məbləğinin 9.582.388,14 manat olması göstərilmişdir. O cümlədən həmin bölmənin 2.2.1.5.1-ci “Xarici borclar” sətrində borc məbləği 6.012.161,02 manat təşkil etmişdir. Təqdim edilmiş kreditor siyahısında isə ADY QSC-nə 2014-cü ilin sonuna hər hansı bir borcun olması öz əksini tapmamışdır. Belə bir borcun olması səyyar vergi yoxlaması ilə də müəyyən edilməmişdir. Belə olduqda isə iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 1.257.782,44 manat məbləğində debitor borcunun olması və həmin borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə silinməsi əsası ilə iddiaçıya vergi borcunun hesablanması barədə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarı 251.917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində də və cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 noyabr 2022-ci il tarixli **********978700 nömrəli qərarı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) e-2-1(112)-4008/2023 nömrəli, 09 oktyabr 2023-ci il tarixli qərardadı ilə iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarın 251.917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) e-2-1(112)-4008/2023 nömrəli, 09 oktyabr 2023-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********978700 nömrəli qərarı İddiaçınə 2021-ci il üzrə 251556,49 manat əlavə mənfəət vergisi hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********004900 nömrəli qərarının 251 917,57 manat dəyişdirilmədən saxlanması hissəsində və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarın ləğv edilməsi və İddiaçı MMC-yə hesablanmış 251.917,57 manat vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********978700 nömrəli qərarı İddiaçı MMC-yə 2021-ci il üzrə 251.556,49 manat əlavə vergi hesablanması hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma nəticəsində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən, İddiaçı MMC və "xxxx" QSC arasında 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməyən və 2021-ci ilin yanvarın 1-ə olan 1.257.782,44 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmağına baxmayaraq, iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 208-ci sətrində (iddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir) müvafiq məbləğ göstərilməmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsində qeyd olunur ki, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər hesab edilir. Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən, Vergi Məcəlləsinin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən və xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir Azərbaycan mənbəyindən əldə edilmiş gəlirə aid edilmişdir. Müvafiq maddələrin mahiyyətindən belə aydın olur ki, qanunvericiliyə müvafiq olaraq iddia müddəti keçmiş kreditor və debitor borc, həmçinin debitor borcların kreditor tərəfindən silinməsi mahiyyətcə gəlir hesab olunur. Əlaqəli olaraq, "xxxx" QSC tərəfindən İddiaçı MMC-yə münasibətdə debitor borclarının silinməsi İddiaçı MMC-nin vergiyə cəlb edilməli olan satışdankənar gəliri hesab olunur. Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Bundan başqa, Məcəllənin 111.2-ci maddəsinə görə ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Birinci instansiyanın iş üzrə yekun qərarı qəbul edilərkən məhkəmə tərəfindən qeyd edilən müddəalar nəzərə alınmamışdır. Belə ki, məhkəmənin mövqeyi göstərilərkən İddiaçı MMC-nin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun təsdiqedici sənədi müəyyən edilmədiyindən sözügedən debitor borcların silinməsinə satışdankənar gəlir hesab olunmadığı qənaətinə gəlinmişdir. Müvafiq hissədə nəzərə almaq lazımdır ki, faktiki olaraq "xxxx" QSC-nin İddiaçı MMC-yə münasibətdə debitor borcunun olub-olmamasının təsdiq edilməsi "xxxx" QSC-nin öhdəliyindədir. Müvafiq faktı təsdiq edən hal odur ki, birinci instansiya məhkəməsi tərəfindən "xxxx" QSCə bununla bağlı sorğu ünvanlanmış və "xxxx" QSC tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda cavab olaraq bildirilmişdir ki, müəssisənin mühasibat hesablarında İddiaçı MMC-nin debitor qalığı şəklində borcu mövcud olmuşdur. Göründüyü kimi, "xxxx" QSC müvafiq borcun mövcudluğunu rəsmi olaraq təsdiq etmişdir. Qeyd edilən fakt iş üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamış, işin araşdırılmasına obyektiv yanaşılmamışdır. Belə ki, məhkəmə qərarında "xxxx" QSC-ə ünvanlanmış sorğuya cavab olaraq kreditor müəssisə tərəfindən həmin borcların mövcud olması təsdiq olunmasına baxmayaraq, məhkəmə faktiki olaraq araşdırma aparmadan “belə bir borcun olması müəyyən edilmir” qənaətinə gəlmiş və mübahisənin əsas predmetini ümumiyyətlə araşdırmadan qərəzli və obyektiv olmayan bir qərar qəbul etmiş, bununla qanunvericiliyin tələblərini pozmuşdur. Bununla yanaşı, məhkəmə vergi orqanının qəbul etdiyi qərarı ləğv edərkən nəzərə almalı idi ki, mübahisələndirilən qərar vergi orqanı tərəfindən qəbul edilərkən qanunvericiliyin hər hansı müddəasının pozulmasına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli “"xxxx" QapalıSəhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi” barədə sərəncam qəbul edilmişdir. Sərəcamda qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində aparılmış maliyyə təsərrüfat fəaliyyətinin təhlilinə uyğun olaraq 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ümidsiz debitor borcların olduğunu nəzərə alıb müvafiq müəssisənin 2021-ci ilin yanvarın 1-ə olan 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcları silinsin. Sərəncamın mətnindən də göründüyü kimi Nazirlər Kabineti müvafiq debitor borcların mövcudluğunu təsdiq etmiş və silinməsi barədə qərar qəbul etmişdir. Vergi orqanı müvafiq sərəncama uyğun olaraq və Vergi Məcəlləsinin 13.2.12-ci, 13.2.16.5-ci maddələrini rəhbər tutaraq faktiki mövcud olan debitor borcların silinməsini vergi ödəyicisinin gəliri qismində qəbul edərək əlavə vergi ödənilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş və hesablama Nazirlər Kabinetinin sərəncamının müddəalarına əsasən aparılmışdır. Məhkəmənin borcun müəyyən edilməməsi qənaətinə gəlməsi müvafiq hissədə Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamını ümumiyyətlə nəzərə almamasının və qərar qəbul edərkən sərəncamın borcun mövcudluğu faktını təsdiq etməsini nəzərə almamasının nəticəsidir. Mübahisələndirilən iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən faktiki halları tam araşdırmamış və Nazirlər Kabinetinin sərəncamını debitor borcun mövcudluğunu təsdiq edən fakt kimi qiymətləndirməmişdir. Həmçinin vergi orqanının qəbul etdiyi qərarı əsassız hesab edib ləğv edərkən nəzərə almamışdır ki, müvafiq qərar hər hansı qanun pozuntusuna yol verilmədən faktiki halları, Vergi Məcəlləsinin müvafiq maddələrini və Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamını əsas götürülməklə qəbul edilmişdir. Göründüyü kimi, vergi orqanının qərarının ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən verilmiş ərizə icraata qəbul edilən zaman ilk növbədə onun mümkünlüyü yoxlanmalı idi. Belə ki, qeyd olunduğu kimi müvafiq iş üzrə əsas mübahisələndirilməli olan vergi orqanının qərarı deyil, "xxxx" QSC və İddiaçı MMC arasında mövcud münasibətlərdir. Hesab edilsə ki, "xxxx" QSC-nin İddiaçı MMC-ə münasibətdə debitor borcu mövcud olmamışdır, bu zaman İddiaçı MMC "xxxx" QSC-ə qarşı ona münasibətdə faktiki mövcud olmayan debitor borcların silinməsinin mümkünlüyünü mübahisələndirməli idi. Lakin İddiaçı MMC tərəfindən "xxxx" QSC-ə qarşı belə bir tələbin irəli sürülməməsi özlüyündə İddiaçı MMC-nin həmin borcların mövcudluğunu qəbul etməyi kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsi xahiş edildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini qeyd olunan hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 301.269,74 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 4.112.581,53 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 4.413.851,27 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 301.269,74 manat). Həmin qərarda qeyd olunur: ƏDV və MV bəyannamələri arasında 1805,39 manat dövriyyə fərqi yarandığından, 239.954,94 manat xərc məbləği baza üzrə öz təsdiqini tapmadığından, 2021-ci il ərzində Pramdi 2020 MMC-dən (VÖEN: **********) 3.210,0 manat, X3 (VÖEN: **********) 3.649,2 manat olmaqla, ümumilikdə 6.805,92 manat məbləğində əldə edilmiş elektron qaimə-fakturalar vergi orqanının qərarlarına əsasən əmtəəsiz hesab edildiyindən, "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən Azertrans LTD MMC ilə Azərbaycan Dəmir Yolları QSC arasında 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməyən və 2021-ci il yanvarın 1-nə olan 1.257.782,44 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alındığından kameral vergi yoxlaması ilə hesablama aparılır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********179200 nömrəli 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022ci il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarı 49.352,17 manat hissədə ləğv edilmiş, 251.917,57 manat dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********978700 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 251.917,57 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 4.112.581,53 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 4.364.499,10 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 251.917,57 manat). Həmin qərarda qeyd olunur: Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********714200 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında Qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 49.352,17 manat məbləğ olan hissəsi ləğv edilmiş, 251.917,57 manat məbləğ olan hissəsi dəyişdirilmədən saxlanılmışdır (Həmin qərarla **********004900 nömrəli qərar ləğv edilmişdir). İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd olunur: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mühasibat hesabatlarında İddiaçı debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin İddiaçı 1989- 2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi müəyyən edilməmişdir. Bu səbəbdən ümidsiz debitor borcların silinməsi üçün müvafiq sənədlər əlavə edilməklə 29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir. Təsdiqedici sənədlər olmadığından bu borclar ümidsiz hesab olunaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 649s nömrəli sərəncamı ilə silinmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd olunur: "xxxx" QSC-nin mühasibat hesabatlarında "xxxx" MMCnin debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin "xxxx" MMC-nin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Sözügedən borcu təsdiq edən hər hansı bir sənəd olmadığından ümidsiz hesab olunaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli sərəncamı ilə silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57.630.486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi qərara alınmışdır. Sərəncama əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının Siyahısında İddiaçı 1.257.782,44 manat stansiya və yükdaşıma borcunun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.12. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar: - vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən; - bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən; - xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir. 111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. 111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57.630.486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi qərara alınmışdır və Sərəncama əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989- 2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının Siyahısında İddiaçı 1.257.782,44 manat stansiya və yükdaşıma borcunun olduğu göstərilmişdir. Həmin Sərəncamına əsasən İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan 1989-2014-cü maliyyə illəri üzrə yaranmış 1.257.782,44 manat stansiya və yükdaşıma üzrə ümidsiz debitor borclarının silinməsinə istinad edərək, həmin borcun silindiyi 2021-ci il tarixə iddiaçıya cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən 251556,49 manat əlavə mənfəət vergisi hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə belə bir borcunun olması müəyyən edilmir. "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mühasibat hesabatlarında İddiaçı debitor qalığı şəklində borcu mövcud olmuşdur, lakin İddiaçı 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi müəyyən edilməmişdir, bu səbəbdən ümidsiz debitor borcların silinməsi üçün müvafiq sənədlər əlavə edilməklə 29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir və təsdiqedici sənədlər olmadığından bu borclar ümidsiz hesab olunaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 649s nömrəli sərəncamı ilə silinmişdir. Beləliklə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mühasibat uçotu sənədlərində ümidsiz borc kimi iddiaçının 1.257.782,44 manat debitor borcunun olduğunu bildirsə də, iddiaçının belə bir borcunun olması müvafiq təsdiqedici sənədlərlə müəyyən edilmir. İddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qeyd olunan ödənilməmiş borcunun olması iş materialları ilə öz təsdiqi tapmamışdır, cavabdeh də bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamı həmin konkret (birdəfəlik) sərəncamverici tədbirin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş qeyri-normativ hüquqi akt olmaqla, iddiaçıya münasibətdə hər hansı bir tənzimləməni nəzərdə tutmamış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57.630.486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4008/2023 nömrəli, 09 oktyabr 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2071/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2071/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver