Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2074/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “elmi stajı nəzərə alınmaqla prezident təqaüdünün təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Э seriyalı, 217898 nömrəli diplomun surətinə əsasən İddiaçı 1966-cı ildə M.Əzizbəyov adına X7 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1971-ci ildə Neft və qaz yataqları işlənməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir.
2. İddiaçının əmək kitabçalarının surətlərinə əsasən o, xx.xx.1969-cu ildən xx.xx.1969cu ilədək “Azmornefterazvedka” trestinin 3 saylı idarəsində neft və qaz quyularının qazmaçısı köməkçisi vəzifəsində işləmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft”-in 2 nömrəli neft-qazçıxarma şöbəsində beşinci kateqoriya neft və qaz hasilatı operatoru kimi işə qəbul edilmiş, xx.xx.1971-ci il tarixdə Tədqiqat və istehsalat emalatxanasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1971-ci il tarixdə “Azneft” birliyindən gələn məktub əsasında əvvəlki vəzifəsindən azad edilərək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun sərəncamına verilmişdir. xx.xx.1971-ci il tarixdə “Salyanneft” NQDU-dan köçürmə yolu ilə Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun fəsadlar laboratoriyasına mühəndis kimi qəbul olunmuşdur. xx.xx.1974-cü il tarixdə aspiranturaya keçidi ilə əlaqədar olaraq vəzifəsindən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə AzNİPİ neft aspiranturasına hasilatda fasilə ilə daxil olmuşdur. xx.xx.1976-cı il tarixdə dissertasiya işini başa vurması ilə əlaqədar institutun aspiranturasından xaric edilmişdir. xx.xx.1977-ci il tarixdə Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunun Fəsadlar laboratoriyasına kiçik elmi işçi kimi qəbul olunmuşdur. xx.xx.1978-ci tarixdə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. xx.xx.1980-ci il tarixdə eyni vəzifə üçün qama alətləri və mürəkkəb iş avadanlıqlarının tədqiqat sektoruna köçürülmüşdür. xx.xx.1984-cü il tarixdə tutduğu vəzifədə rəqabəti nəzərdən keçirilmişdir. xx.xx.1985-ci il tarixli BAK diplomu TH 083518 ilə, həmin tarixdə Texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün BAK tərəfindən təsdiq edilmişdir. xx.xx.1986-cı il tarixdə institutun strukturunda dəyişiklik edilməsi ilə əlaqədar attestasiyanın nəticələrinə əsasən kompleks quyuların mühəndisliyi və texnologiyası sektorunda baş elmi işçi vəzifəsi baxılmışdır. xx.xx.1989-cu il tarixdə VNİİT neft-in Bakı şöbəsinə məktubla köçürmə yolu ilə müsabiqə yolu ilə seçdiyi üçün işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdə Bakı İnteqrasiya Elmi-İstehsalat Sektoruna “müsabiqədən keçərək” sektor müdiri vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1990-cı il tarixdə Sovуе İKP Mərkəzi Adminstirasiyasının 22 dekabr 1987-ci il tarixli qərarına əsasən müavinətlərin verilməsi ilə RSFSR K30T-nin 29-cu maddəsinin 5-ci bəndinin AzNİPneft-ə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə VNİİT Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasının müdiri vəzifəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda Neft və qazçıxarma istehsalat birliyinə 18-k nömrəli əmrə əsasən köçürmə yolu ilə xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1994-cü il tarixdə Texniki şöbənin rəis müavini vəzifəsinə Azərbaycan Neft Sənayesi elmi tədqiqat layihə institutundan köçürmə yolu ilə təyin edilmişdir. xx.xx.1997-ci il tarixdə quruda neft və qazçıxarma istehsalat birliyi işçilərin Həmkarlar İttifaqının sədri seçilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən işdən azad edilmişdir. İdarə Heyətinin xx.xx.1997-ci il tarixli iclasının qərarı (1 saylı protokol) əsasında, xx.xx.1997-ci il tarixdə Quruda NQÇ İB işçilərinin X3 Komitəsinin sədri seçilmişdir. Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin xx.xx.2003-cü il tarixli qərarı əsasında xx.xx.2003-cü il tarixdə Quruda NQÇ İB işçilərinin X4 Komitəsinin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2003-cü il tarixdə “Azneft” İB işçiləri X3 Komitəsinin sədri seçilmişdir. xx.xx.2006-cı ildə səlahiyyət müddəti bitmiş hesab edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2006-cı il tarixdə AzNQSDETKİ-yə direktorun qazma sahəsində elmi işlər üzrə müavini vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2007-ci tarixdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi İşlər İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Dövlət Qulluğu haqqında Qanunun 33.6-cı maddəsinə əsasən xitam verilmişdir. AMSİHİ-nin xx.xx.2007-ci il tarixli İV Konfransının qərarı (protokol) əsasında həmin tarixdə Azərbaycan Müdafiə Sənayesi X1 sədri seçilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun xx.xx.2014-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdə “AzNİPİ Neft” Neft İnstitutunun Bakı şöbəsindən köçürmə yolu ilə mühəndislik və texnologiya sektorunun müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə Mürəkkəb quyu işləri texnika və texnologiyası laboratoriyasının böyük elmi işçisi (əvəzçi) “AzNSETLİ” institutundan xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir.
4. M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunun elmi şurasının 06 mart 1985-ci il tarixli qərarı ilə iddiaçıya texnika elmləri namizədi elmi dərəcəsi verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X8 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”M) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu illərin elmi staj kimi hesab edib sosial sığorta stajına daxil edilərək onun əmək pensiyasının yenidən hesablanıb təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X8 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974- cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilərək ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda əmək kitabçasında yazılan elmi stajı 22 il 11 ay 2 gündür. 10 il 8 ay 18 günlük elmi stajı ümumi staja əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya prezident təqaüdünün təyin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2011ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1966-cı il tarixdən xx.xx.1971-ci il tarixədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək, xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1976- cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 01.01,2006-cı il tarixinədək sığorta stajı 39 il 2 ay 9 gün təşkil edir. İddiaçının 2006-cı il tarixədək 39 il 2 ay 9 gün sığorta stajına əsasən fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (39+(9/30+2/12))x170=6662,58 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixə indeksləşdirilmiş məbləği 15731,57 manat təşkil edir. Qeyd olunan pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi 15731,57:144=109,34 manat hesablanmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsisteminə əsasən iddiaçının 01.01,2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 22878,72 manat müəyyən edilmişdir. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissənində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 46285,92 manat müəyyən edilmişdir (Pensiyanın sığorta hissəsi: 46.285,92:72=642.86). Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır: xx.xx.2019: 119,76 (baza hissə)+158,88+109,34+642,86=1030,84; xx.xx.2020: 1030,84+1030,84x16,6%=1201,96; xx.xx.2021: 1201,96+1201,96x11,4=1338,98; xx.xx.2021: 1338,98+458,23=1797,21 (Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar 01 12.2017-ci il tarixdən 01,04.2021-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 32992,56 manat pensiya kapitalına əsasən yenidən hesablanmışdır: 32992,56:72=458,23); xx.xx.2022: 1797,21+1797,21x3,4%=1858,31. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 19 il 8 ay 10 gün mübahisələndirilməyən elmi stajı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunan xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixədək “Qazıma” kontorundakı, xx.xx.1971-ci il tarixdən xx.xx.1971ci il tarixədək operator vəzifəsində çalışdığı “Salyanneft” müəssisəsindəki, xx.xx.1994cü il tarixdən xx.xx.1997-ci il tarixədək rəis müavini vəzifəsində çalışdığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyindəki, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sədr vəzifəsində çalışdığı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyin işçilərinin X4 Komitəsindəki, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək baş məsləhətçi vəzifəsində çalışdığı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyindəki, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sədr vəzifəsində çalışdığı Azərbaycan Müdafiə Sənayesi İşçiləri Həmkarlar ittifaqındakı əmək fəaliyyəti dövrləri elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisələri hesab edilmədiyindən elmi kimi nəzərə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunda işə daxil olmuş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1994-xx.xx.2001ci il tarixləri arasındakı dövr ərzində həmin institutda əmək fəaliyyəti barədə əmək kitabçasında hər hansı qeyd mövcud deyildir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun xx.xx.2014-cü il tarixli arxiv arayışında onun xx.xx.1990-cı il tarixdə işə daxil olması xx.xx.2001-ci il tarixdə böyük elmi işçi (əvəzçi) vəzifəsindən azad edilməsi göstərilmişdir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyində, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək birliyin Həmkarlar İttifaqı Komitəsində işləmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və arxiv arayışındakı dövrlər üst-üstə düşür. Belə olan halda arxiv arayışından aydın olur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi “Neftqazelmitədqiqatlayihə” İnstitutu əvəzçilik qaydasında əlavə iş yeri hesab olunur. “Neftqazelmitədqiqatlayihə” İnstitutunun cavabdeh tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş əmrdən çıxarışlardan da aydın olur ki, iddiaçı xx.xx.1994-cü il tarixdən mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasına böyük elmi işçi yarım ştat əvəzçi kimi işə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdən böyük elmi işçi əvəzçi vəzifəsindən azad edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək institutun aspiranturasında oxuduğu illərin elmi staj kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, sözügedən Fərmanda şəxsin təhsil aldığı illərin elmi staj hesab edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində ümumi sığorta stajının qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğundan ona elmi dərəcəyə görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər aspiranturada oxuduğu dövrün elmi staj kimi nəzərə alınaraq ona Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək VNİTT Neft İnstitutununda işləməsi barədəqeyd mövcud olmadığı halda belə bir qeydin olduğuna istinad edilməsi qanunsuz və əsassızdır. Nəzərinizə çatdırırıq ki, iddiaçının əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutununda, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qaz çıxarma istehsalat birliyində işləməsi əks olunmuşdur. Göründüyü kimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanının təqaüdün təyin edilməsi üçün nəzərdə tutulan heç bir şərtinin ödənilməməsinə baxmayaraq iddia məhkəmə tərəfindən əsassız olaraq təmin edilmişdir. Digər tərəfdən məhkəmənin İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi aspiranturada oxuduğu müddətin elmi stajı kimi nəzərə alınması ilə bağlı mövqeyinə münasibətdə bildiririk ki, məhkəmənin istinad etdiyi norma əmək pensiyalarının təyin edilməsi ilə əlaqədar sosial sığorta stajına daxil edilən dövrlərin məcmusudur ki, iddiaçının tələbi aspiranturada oxuduğu dövrün elmi staj kimi nəzərə alınaraq Prezident təqaüdünün təyin edilməsidir. Hesab edirik ki, “Əmək pensiyaları haqqında” Qanun Prezident təqaüdünün təyin edilməsini tənzimləyən qanunvericilik aktı olmadığından hazırki mübahisəyə tətbiq edilə bilməz.
12. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməyən hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.
2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
19. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış,elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 saylı Fərmanının 2.1ci bəndinə əsasən 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmişəmək pensiyaçıları istisna olunmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə,habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 22.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
25. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı onun xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X8 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi, həmçinin xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu (və elmi iş üzrə namizədlik dissertasiyanı hazırladığı) illərin sosial sığorta stajına daxil edilmədiyini bildirərək, həmin dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb edir.
26. Cavabdeh orqan isə iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinə qədər həmin institutun aspiranturasında oxuduğu dövrün ona əmək pensiyası təyin edilərkən nəzərə alındığını və iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X8 və Layihə İnstitutunun (“AZNQŞDETLİ”) mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında əvəzçilik qaydasında böyük elmi işçi kimi işlədiyi dövr isə iddiaçının əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün əmək stajı kimi nəzərə almadığını bildirərək, iddianı təmin etməkdən imtina etmişdir.
27. İşin apellyasiya baxışı zamanı “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş 18 aprel 2025-ci il və 05 may 2025-ci il tarixli sorğuya cavab məktublarından müəyyən edilir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun keçmiş əməkdaşı İddiaçı xx.xx.1994cü il tarixli 56/K nömrəli əmrlə 01 aprel 1994-cü il tarixindən 13 iyun 2006-cı il tarixədək yarımştat əvəzçilik qaydasında (əsas iş yeri hesab olunmur) Mürəkkəb quyu işləri texnika və texnologiya laboratoriyasında böyük elmiş işçi vəzifəsində çalışmışdır, əvəzçilik qaydasında həyata keçirdiyi iş fəaliyyəti üzrə əmək funksiyasının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş 14 may 2025-ci il tarixli məktubundan müəyyən edilir ki, aspirantura üzrə təhsil alma müddəti Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığının üç səviyyəsindən biri olmaqla elmi fəaliyyət sahəsində əsas iş yeri üzrə əmək stajı hesab edilmir və elmi dərəcə almaq üçün elmi kadr yetişdirən ali təhsil pilləsidir.
29. Məhkəmə kollegiyası cavabdehin birinci arqumentinə, yəni iddiaçının xx.xx.1994 və xx.xx.2001-ci illər ərzində Azərbaycan Neft Sənayesi X8 və Layihə İnstitutunda əvəzçilik üzrə işlədiyi dövrlərin pensiya təyin edilməsi zamanı nəzərə alınmamasına münasibətdə qeyd edir ki, iddiaçının 22 may 1990-cı ildə Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun hüquqi sələfi olmuş “Aznipineft ” İnstitutunun mürəkkəb quyu işləri üzrə texnika və texnologiya sektorunun müdiri vəzifəsinə təyin edilmiş,10 fevral 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin “Quruda neft və qazçıxarma” İstehsalat Birliyinə texniki şöbəsinin rəisi vəzifəsinə təyin edildiyinə görə İnstitutdan işdən azad edilmişdir. Lakin onun 10 fevral 1994-cu ildə əsas iş yeri üzrə işə qəbul edildiyi müəssisə elmi müəssisə hesab edilmədiyinə görə o, Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun hüquqi sələfi olmuş “Aznipineft ” (sonradan “AzNSETLİ” adlandırılmış) İnstitutunda əvəzçilik üzrə “Mürəkkəb quyu işləri texnika və texnologiyası laboratoriyasına” böyük elmi işçi kimi işləmiş və xx.xx.2001-ci ildə həmin əvəzçilik üzrə işlədiyi böyük elmi işçi vəzifəsindən azad edilmişdir.
30. İddiaçının əmək kitabçasına nəzər yetirildikdə, onun 27 dekabr 1971-ci ildən 01 yanvar 1974-cü ilə kimi “Azərbaycan Neft Elmi Təhqiqat və Lahiyə institunda” mühəndis, 01 yanvar 1974-cü ildən 24 dekabr 1976-cı ilə kimi aspiranturada təhsil almış, təhsilini bitirdikdən sonra 24 dekabr 1976-cı ildə “Azərbaycan Neft Elmi Təhqiqat və Lahiyə institunda” iş yerinə qayıtmış, sonradan həmin institutda 26 sentyabr 1989-cu ilə kimi müxtəlif vəzifələrdə işləyərək elmi dərəcələrini almış,27 sentyabr 1989-cu ildə “Bakı Elmi Sənayi İnstitutuna” sektor müdiri vəzifəsinə təyin edilmiş və 20 may 1990-cı ilə kimi həmin elmi müəsissədə işləmiş, 22 may 1990-cı ildə Dövlət Neft Şirkəti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun hüquqi sələfi olmuş “Aznipineft ” İnstitutunun mürəkkəb quyu işləri üzrə texnika və texnologiya sektorunun müdiri vəzifəsinə təyin edilmiş və 10 fevral 1994-cü ilə kimi həmin elmi müəssisədə işləmişdir. İddiaçının sonrakı müəssisələrdə olan fəaliyyəti elmi və təhsil müəssisələri olmamışdır. Beləliklə, iddiaçının elmi müəssisə hesab edilən təşkilatlarda iş fəaliyyəti 19 il 1 ay 21 gün, aspiraturada oxuduğu müddət isə 1 il 11 ay 24 gün təşkil edir. 31.Göründüyü kimi, İddiaçı Prezident təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində çalışması 25 ildən aşağıdır. İddiaçının elmi müəssisələrdə toplanmış əmək stajı 25 ildən aşağı olduğundan ona təqaüdün təyin edilməsi mümkün olmur.
32. Belə ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanında göstərilmişdir ki,
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya Prezident təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı təmin edilən hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı təmin edilən hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.