Məhkəmə qərarları › İş №2-1(103)-2075/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2075/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2075/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiya işindəki sənədlərin təqdim edilməsi; apellyasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, İsmayılov Orxan Nadir oğlu və X2 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya işindəki sənədlərin təqdim edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2- 1(112)-213/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi; pensiya işindəki iddiaçıya aid olan sənədlərin (pensiya və pensiya artımlarının hesablanması və verilməsi barədəki hesablama cədvəllərinin və müvafiq vəzifəli şəxsin qərarlarının, (əmr və ya sərəncamının) surətlərinin)) verilməsi, qanunsuz tutulmuş 4762,15 manat məbləğin qaytarılması; 2154,84 manat pensiya məbləğin iddiaçıdan tutulması; xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə kimi olan və xx.xx.2022-ci ildən sonrakı dövrlər üçün faktiki az ödənilən pensiya məbləğlərinin əlavə hesablanıb ödənilməsi; pensiya artımlarının vaxtında hesablamadığına görə ödənc verilməsi; gələcəkdə pensiyaların artması ilə bağlı hesablamalar aparılarkən iddiaçını məlumatlandırmaqla, yeni hesablama cədvəllərinin və qərarların (əmr, sərəncamların) surətlərinin iddiaçıya təqdim edilməsi; gələcəkdə ona qarşı qanunsuz hərəkətlərə yol verilməməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

2. Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-213/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

4. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalıdır.

5. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin: -20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. - 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir.

6. İş materiallarından görünür ki, 2-1(112)-213/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı elektron kabinet vasitəsilə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir.

7. İddiaçı tərəfin qərardaddan verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürməklə verilmişdir. Hazırkı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və iddiaçıya xx.xx.2025-ci il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Qarayeva apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etdi.

8. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(112)-213/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: İsmayılov Orxan Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar