Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2076/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və oğlunun iştirakları ilə, İddiaçı cavabdeh AR Cavabdehnə qarşı “kompensasiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «iddiaçının xidməti yaşayış sahəsi ilə bağlı müvafiq arayışın, birdəfəlik müavinətin və geyim forması əvəzinə pul kompensasiyasının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 16 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Elman oğluna xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunub-olunmaması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət yalnız xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlara verilə bilməz. Məhkəmə isə bu qanun normasını səhv təfsir etmiş və nəticədə işin hallarına uyğun olmayan əsassız məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, o, Cavabdehndən pensiyaya çıxmışdır və hal-hazırda yaşa görə əmək pensiyası alır. Eyni zamanda cavabdeh iddiaçının geyim forması ilə tam təmin edildiyini bildirsə də, məhkəməyə geyim forması ilə təmin edilməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə cavabdehin bu mövqeyi ilə razılaşmamış və deyilənləri təkzib etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarının iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri iş materialların auyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı tərəfindən verilmiş şikayət iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 01.08.1997-ci ildə Azərbaycan Respublikası DİN-in Yanğından Mühafizə orqanlarında xidmətə qəbul edilmişdir. 31.05.2006-cı il tarixli qeydə əsasən Azərbaycan Respublikası Prezidentinin 16.12.2005-ci il tarixli 1182 nömrəli sərəncamına müvafiq olaraq Baş Dövlət Yanğı Təhlükəsizliyi idarəsi Azərbaycan Respublikası Cavabdeh sərəncamına verilmişdir. 14.10.2019-cu il tarixli qeydə əsasən “Fövqəladə Hallar” orqanlarında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci massəsinə (öz arzusu ilə) uyğun olaraq xidmətkeçməsinə xitam verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus 05532246 nömrəli hərbi biletə əsasən iddiaçı 01.08.1997-ci ildən 01.11.1999-cu ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Yanğın texniki məktəbində təhsil almışdır. 30.07.1997-ci ildən 01.11.1999-cu ilədək daxili xidmət sıravisi, 01.11.1999-cu ildən 31.10.2001-ci ilədək daxili xidmət leytenantı, 31.10.2001-ci ildən 01.11.2004-cü ilədək daxili xidmət baş leytenantı, 01.11.2004-cü ildən 08.05.2008-ci ilədək daxili xidmət kapitanı, 08.05.2008-ci ildən 14.10.2019-cu ilədək daxili xidmət mayoru rütbəsində xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş 14.09.2020-ci il tarixli arayışa əsasən Xidmətin Bakı şəhəri Yasamal rayon Dövlət yanğından mühafizə hissəsinin sabiq rəis müavini İddiaçı 14.10.2019-cu il tarixdə xidmətkeçməsinə xitam verilən günə yanğından mühafizə orqanlarında stajı 22 il 2 aya 14 gün təşkil etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 1.1, 3, 23.9, 23.13, 26.4, 33.1.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilməli və İddiaçı Elman oğluna xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunubolunmaması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddia tələbinin iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 23.13-cü maddəsinə əsasən pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Baxılan iş üzrə iddiaçı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsinin əsası «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 23.13-cü maddəsində qeyd olunan əsaslarla deyil, həmin qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xidmətdən azad olunduğundan Qanunun 23.13-cü maddəsi onun barəsində tətbiq oluna bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçıya sonradan yaşa görə əmək pensiyasının təyin olunması, onun pensiyaya çıxması ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilməsi kimi qiymətləndirilə bilməz. İddia tələbinin iddiaçıya növbəti verilən geyim forması əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 26-cı maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar. Fövqəladə hallar orqanları əməkdaşlarına geyim formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz verilir. Geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. İş materiallarına əsasən iddiaçı tərəfindən işlədiyi dövrdə onun geyim forması ilə təmin olunmaması və ya növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının verilməsinə dair hər hansı müraciətinin olması müəyyən edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-4008/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2076/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2076/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver