Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2077/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “reyestrdən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və ərizəçinin nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) müraciətindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- Ə0170-8/2024 **********87 nömrəli məktubla imtina edilmişdir
2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, İddiaçı ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, yaşadığı X.Şuşinski küçəsindəki 36 №-li evin 9 №-li mənzilin yaşayış sahəsinin kirayə (icarə) müqaviləsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 546 №-li Sərəncamı ilə sözügedən mənzilin yaşayış və köməkçi sahələri X2 adına dəqiqləşdirilməklə sənədləşdirilmişdir. Sözügedən mənzilin 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi kimi istifadə olunan ümumi sahəsi 204,26 kv.m. olan hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmış, həmin qeyri-yaşayış sahəsinə X2 adına xx.xx.2019-cu il tarixli ********** Qeydiyyat №-li çıxarış və texniki pasport verilmişdir. X5 vəfat etmiş, onun həyat yoldaşı İddiaçı bu ünvanda ailə tərkibi 14 nəfər olmaqla (özü, 4 oğlu, 1 qızı, 2 gəlini, 6 nəvəsi) yaşayır. İddiaçı ilə bu ünvanda yaşayan və həddi-buluq yaşlı bütün ailə üzvlərinin mənzilin yaşayış sahəsinin kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi barədə razılıq ərizələri vardır. Qeyd olunanlara əsasən X.Şuşinski küçəsindəki 36 №-li evin, yaşayış sahəsi 159,04 kv.m., köməkçi sahəsi 51,58 kv.m. olan 9 №-li mənzilinin yaşayış sahəsinin kirayə müqaviləsinin İddiaçı adına sənədləşdirilməsi və o ailə tərkibi 14 nəfər olmaqla həmin mənzilin kirayəçisi hesab edilmiş, sərəncamın 1-ci bəndinə uyğun İddiaçı adına maliyyə-şəxsi hesabının açılması və kirayə müqaviləsinin sənədləşdirilməsi 53 №-li MKİS-ə həvalə edilmiş, mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə müvafiq Çıxarışın və Texniki Pasportun verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilmişdir.
3. 53 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə İddiaçı arasında “Xan Şuşinski küçəsi, ev 36, mənzil 9 ünvanında yerləşən yaşayış sahəsi 170.84 kv.m-dən ibarət 9 saylı mənzilə dair” 9 nömrəli, xx.xx.2021-ci il tarixli, “Ümumi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanında yerləşən ümumi sahəsi 204.26 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi, **********83-05101-083004 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.
5. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanında yerləşən ümumi sahəsi 204.26 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə olan vəziyyətə əsasən texniki pasport tərtib olunmuşdur.
6. ünvan 1 ünvanında yerləşən mənzilin planı 53 saylı Mənzil-Kommunal İstismarı Sahəsi və lisenziya əsasında fəaliyyət göstərən X18 tərəfindən tərtib olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-19557/2024 **********557 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 36, 9 saylı mənzil Nərimanov RİH-nin 547 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən təyinatı dəyişdirilərək qeyriyaşayış sahəsinə keçirilmişdir. Sorğu ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 514/2-677/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 200 nömrəli sərəncamının və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 546 nömrəli sərəncamına əssən X.Şuşinski küçəsindəki 36 nömrəli evin 9 nömrəli mənzilin, ümumi sahəsi 345.62 kv.m, yaşayış sahəsi 195,46 kv.m, köməkçi sahəsi isə 150.16 kv.m olmaqla 13 otaqlı hesab edilərək sənədləşdirilməsi qərara alınmışdır.
9. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 5-14/2-1026/2024 nömrəli məktubla bildirilmişdir ki, iş materiallarına əlavə edilmiş mənzilin plan-sxemi üzrə mənzilin ümumi sahəsi 246.65 kv.m təşkil edir və mənzildə hər hansı əlavə tikili inşa edilməmişdir.
10. 53 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan şəxslər barədə xx.xx.2024-cü il tarixli, 53/167 nömrəli forma 2 arayışı tərtib edilmişdir.
11. Notarial qaydada təsdiq edilmiş **********547, **********542, **********539, **********540, **********546, **********548, **********550 nömrəli ərizələrə əsasən X8, X9, X14, X10, X11, X12, X13 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 36, 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər.
12. Bakı şəhər İcra Hakimiyyəti başçısının 166 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli 01 saylı müraciətini nəzərə alaraq Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK (bundan sonra - ərizəçi) tərəfindən həll edilməsi qərara alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 36 ünvanında yerləşən yaşayış sahəsi 170.84 kv.m, köməkçi sahəsi 51.58 kv.m olan 9 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanda yerləşən, ümumi sahəsi 204,26 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2020- ci ildə xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin daşınmaz əmlak 1990-cı illərdən onların ümumi mülkiyyətlərində olmuşdur. Yəni, həmin əmlak ilkin olaraq mərhum həyat yoldaşı X2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, həyat yoldaşının xx.xx.2020-ci ildə vəfatından sonra vərəsəlik qaydasında ona keçmişdir. Bundan əlavə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 200 saylı sərəncamı ilə X.Şuşinski küçəsindəki, 36 saylı evin 9 saylı mənzilinin yaşayış sahəsinin kirayə müqaviləsi İddiaçı adına sənədləşdirilməsi və onun ailə tərkibi olmaqla həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Nərimanov rayon MKTB ilə bağladığı xx.xx.2021-ci il tarixli ümumi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 36 saylı evin 9 nömrəli mənzili 15 il müddətinə onun kirayəsinə verilmişdir. Kirayə müqaviləsi ilə adına sənədləşdirilmiş mənzilin özəlləşdirilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Ona ünvanlanmış 07 mart 2024-cü il tarixli cavab məktubunda imtina edilmiş, cavab olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən mənzil ilkin olaraq paylı mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, daha sonra bölgü sxemi əsasında bölünərək bir hissəsi qeyri-yaşayış sahəsinə keçirilmiş və vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, tərəfindən təqdim edilmiş Nərimanov rayon İcra Hakimiyyəti başçısının 200 saylı sərəncamı xx.xx.2021-ci il tarixli, mənzil kirayə müqaviləsi isə xx.xx.2021-ci il tarixlidir. Belə ki, “Daşınamz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzrəində hüquqların əmələ gəlməsi üçün əsaslardan biri hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınamz Əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur və onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Əvvəla qeyd edir ki, o, 1989-1990-cı illərdən qeyd olunan mənzildə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Həmin dövrdə hələ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yox idi. Sadəcə həyat yoldaşının 2020-ci ildə vəfatından sonra qeyd olunan sərəncam və kirayə müqaviləsi verilmişdir ki, həmin sənədlərin xx.xx.2009-cu ildən sonra qəbul edilməsi ona münasibətdə hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bir daha bildirir ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 200 saylı sərəncamı və Nərimanov rayon MKTB ilə bağladığı xx.xx.2021-ci il tarixli ümumi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında onun həmin mənzil sahəsi üzərində hüquqlarının qeydə alınması üçün əsasdır.
15. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın təmin olunmaması xahiş edilmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanında olan 9 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********87 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam və mənzil kirayə müqaviləsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 36 ünvanında olan 9 saylı mənzilinə dair təqdim edilmiş Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 200 nömrəli sərəncamı xx.xx.2021-ci il tarixli, mənzil kirayəsi müqaviləsi isə xx.xx.2021-ci il tarixlidir. Həmçinin sərəncamda yaşayış sahəsi 159.04 kv.m qeyd edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, 9 yaşayış otağından ibarət olmaqla ümumi sahəsinin faktiki ölçüsü 240.2 kv.m-dır. Bundan başqa qeyd edilən ünvanda yerləşən mənzil ilkin olaraq paylı mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, daha sonra bölgü sxemi əsasında bölünərək bir hissəsi qeyriyaşayış sahəsinə keçirilmiş və vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. Ərizəçi "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili E.Tağıyeva ərizə ilə müraciət edərək Kooperativin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə "xxxx" MTK cəlb edilməsinə zərurət olmadığından Kooperativin nümayəndəsi və vəkilinin iş üzrə üçüncü şəxs qismində cəlb edilmələri barədə ərizəsi əsassız hesab edilməklə təmin edilməməlidir.
20. Ərizəçi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
21. Ərizəçinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin bir sıra rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərar (bundan sonra - Nazirlər Kabinetinin Qərarı) qəbul etmişdir. Həmin Qərarın icrasını və yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin təmin edilməsi məqsədilə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli, 166 nömrəli Sərəncamına (bundan sonra Sərəncam) əsasən Bakı şəhəri, Nərimanov rayonu N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerlərində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin aparılması "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli “Ayrıc aktı” ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi nəzərdə tutulmuş sahənin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16- 16/2-10/9953 nömrəli rəyinə əsasən İddiaçı məxsus ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 204,26 m2 olduğu halda mövcud vəziyyəti üzrə 213.0 kv.metr təşkil edir ki, buda 8.74 kv.m əlavə tikililərin inşa edilməsidir. Bununla yanaşı çıxarışda göstərilən 1, 2, 3, 4, 5 və 6 saylı tikililərin üzərində əlavə ikinci mərtəbə inşa olunmuşdur. Həmin artırmaların inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015- ci il tarixli, 20/01-001 N°li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16- 16/2- 10/9953 nömrəli rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 204,26 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti üzrə 213.0 kv.metr olan sahənin (texniki pasportda əks olunan vəziyyət və faktiki vəziyyət nəzərə alınmaqla) "xxxx" MTK-ya yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli, 2014-cü il tarixli "Ayrıc akti" ilə ayrılmış sahə (1.2509 ha) ilə 190.6 kv.metr hissəsi üst-üstə düşdüyü, qalan 22.4 kv.metr hissənin isə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun üzərinə düşür. Qeyd olunan məsələlər birbaşa "xxxx" MTK-nın maraqlarına toxunduğu üçün MTK tərəfindən cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə, tikililərin sökülməsinə dair Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Hazırda mülki iş Nərimanov Rayon Məhkəməsində e-2(005)- 542/2025 nömrə ilə hakim Mehriban Əfəndizadənin icraatındadır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 542/2025 nömrəli Qərardadı ilə hər iki tərəfin maraqlarına toxunduğu üçün Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 1085/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək icraat dayandırılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, qeyd olunanların hər biri Bakı İnzibati Məhkəməsinə yönləndirilən ərizədə də, xx.xx.2025-ci il tarixli məhkəmə prosesində hakimə bildirilsə də, heç bir şəkildə nəzərə alınmamış, sübutlar nəzərə alınmamış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadında isə ümumiyyətlə bu məsələyə münasibət bildirilməmiş, hətta mülki mübahisə ilə bağlı məhkəmə işinin olmasına baxmayaraq, Qərardadda “mülki məhkəmə icraatı qaydasında həll edilməlidir” deyə “tövsiyyə” verilmişdir. Halbuki, elə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadında istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli “inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrin istifadı hüquqlarına dair” Qərardadının 39-cu bəndində göstərilmişdir ki, icraatda tətbiq edilən və ya edilməli mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadı.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
33. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, "xxxx" MTK üçüncü şəxs qismində icraata cəlb edilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır.
35. Əvvəla qeyd edilməlidir ki, apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-542/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və kompensasiya” tələbinə dair e-2(005)-542/2025 nömrəli mülki iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-1085/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
36. Bundan əlavə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 166 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli 01 saylı müraciətini nəzərə alaraq Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektlərinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. 37.İş materiallarında olan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 809/4 nömrəli Sərəncamı ilə Y.İ.X24 küşəsi 36/9 nömrəli 89,4 kvm.olan 6 otaqlı mənzilin kirayəçisi hesab edilmiş və iş materiallarının 72-ci səhifəsində göstərilmiş və notarial qaydada təsdiqm edilmiş müqavilə əsasında sözügedən mənzil X3 mülkiyyət hüququ əsasında keçmişdir.
38. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 114 nömrəli Sərəncamı ilə həmin mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşmiş və mənzilin yaşayış sahəsi 96,9 kv.m köməkçi sahəsi 107,55 kvm olmaqla 6 otaqlı hesab edilmişdir. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 700 nömrəli Sərəncamı ilə mənzilin otaqları 6 əvəzinə 7 olaraq hesab edilmişdir.
39. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 166 nömrəli Sərəncamı ilə Nərminanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilmiş və həmin sərəncama əlavə edilmiş “Ayrıc aktı” qeydiyyat kitabında 14/243 sayla aktla qeydə alınmışdır.
40. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 546 nömrəli Sərəncamı ilə sözügedən mənzildə aparılmış əlavə tikililərin sənədləşdirilməsi həyata keçirilmiş həmin mənzilin ümumi sahəsi 345,62 kv.m, yaşayış sahəsi 195,46 kv.m köməkçi isə 150,16 olmaqla 13 otaqlı olması göstərilmişdir
41. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 547 nömrəli Sərəncamı ilə sözügedən mənzilin (204,26 kv.m sahəsi) təyinatı dəyişdirilərək qeyriyaşayış sahəsinə keçirilmişdir.
42. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 547 nömrəli Sərəncamının əsasında ünvan 5 ünvanında yerləşən 204,26 kv.m olan qeyri-yaşayış sahəsi üzərində X2 adına ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ qeydə alınmışdır.
43. 04 sentyabr 2020-cı il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci il tarixində ölmüşdür.
44. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışa əsasən müəyyən edilmişdir ki, İddiaçı X2 qanun üzrə vərəsəsidir. (iş v. 14)
45. Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin 14 sentyabr 2021-ci il tarixli, 200 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən sözügedən mənzilin (yaşayış sahəsi 159,04 k.m, köməkçi sahəsi 51,58 kv.m olan - ümumilikdə 210,62 kv.m) kirayəçisi İddiaçı olmuşdur.
46. Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9953 nömrəli rəyinə əsasən İddiaçı məxsus ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən 204,26 m2 olduğu halda mövcud vəziyyəti üzrə 213.0 kv.metr təşkil edir ki, bu da 8.74 kv.m əlavə tikililərin inşa edilməsidir. Bununla yanaşı çıxarışda göstərilən 1, 2, 3, 4, 5 və 6 saylı tikililərin üzərində əlavə ikinci mərtəbə inşa olunmuşdur. Həmin artırmaların inşa edilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli, 20/01-001 N°li Qərarına əsasən AzDTN 1.6-2 “Tikintinin təşkili” haqqında qanunun tələblərinə uyğun olmadığı müəyyən edilir. Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16- 16/2-10/9953 nömrəli rəyi ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 204,26 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti üzrə 213.0 kv.metr olan sahənin (texniki pasportda əks olunan vəziyyət və faktiki vəziyyət nəzərə alınmaqla) "xxxx" MTK-ya yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 14/243 nömrəli, 2014-cü il tarixli "Ayrıc aktı" ilə ayrılmış sahə (1.2509 ha) ilə 190.6 kv.metr hissəsi üst-üstə düşdüyü, qalan 22.4 kv.metr hissənin isə piyada üçün nəzərdə tutulmuş ümumi gediş-gəliş yolunun üzərinə düşür.
47. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus yaşayış sahəsi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9953 nömrəli rəyində "xxxx" MTK-ya yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 166 nömrəli Sərəncamı ilə ayrılmış topaq sahəsi (və "xxxx" MTK-ya ayrılmış torpaq sahəsi Nərminanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllə) ilə üst-üstə düşən ünvanda yerləşən qeyriyaşayış sahəsinin ünvanı ilə eynidir, yəni bitişikdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, sözügedən mənzil mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş, daha sonra bölgü sxemi əsasında bölünərək bir hissəsi qeyriyaşayış sahəsinə keçirilmiş və vərəsilik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçının adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır.
48. Göründüyü kimi, "xxxx" MTK-ya torpaq sahəsi xx.xx.2014-cü il tarixində ayılmış və həmin tarixdən sonra sözügedən mənzildə aparılmış əlavə tikililərin (ümumi sahəsi 345,62 kv.m) sənədləşdirilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 546 nömrəli Sərəncamı qəbul edilmiş, daha sonra isə sözügedən mənzilin (204,26 kv.m sahəsi) təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 547 nömrəli Sərəncamı qəbul edilmişdir.
49. xx.xx.2014-cü il tarixindən sonra, "xxxx" MTK-ya torpaq sahəsi ayrıldıqdan sonra isə iddiaçının tələbinin hüquqi əsası olan Nərimanov Rayon İcra Hakimiyyətinin 14 sentyabr 2021-ci il tarixli, 200 nömrəli Sərəncamı qəbul edilmişdir.
50. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli, 546 nömrəli Sərəncamı ilə əlavə tikililərin inşa edildiyi müəyyən edildiyindən və aparılmış tikinti işlərindən sonra 14 sentyabr 2021-ci il tarixli, 200 nömrəli Sərəncamı ilə sözügedən mənzilə dair mənzil kirayə müqaviləsi bağlanıldığından və qeyd edilən tarixlərdən əvvəl, yəni, xx.xx.2014-cü il tarixində "xxxx" MTK-ya torpaq sahəsi ayrıldığından, Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9953 nömrəli rəyi və cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilənlər nərəzə alındığından mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı məhkəmə qərarının mövcudluğu ərizəçi "xxxx" MTK-nın maraqlarına toxunur. Bu səbəbdən də ərizəçi "xxxx" MTK-nın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi (zəruri cəlbetmə) zərurəti yaranmışdır.
51. İddiaçı tərəfin apellyasiya məhkəməsi icraatı zamanı "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinə dair müqaviləsinə xitam verilməsi ilə bağlı gətirdiyi dəlilə münasibətdə Kollegiya bildirir ki, topaq sahəsinin ayrılmasını müəyyən edən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 166 nömrəli Sərəncamının ləğv və ya etibarız sayılmasını (hazırda hüquqi qüvvəsi olmaması) müəyyən edən sübutları sübutetmə yükü üzərinə düşən şəxs kimi məhkəməyə təqdim edə bilməmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur.
53. Üçüncü şəxs qismində icraata cəlb olunma institutunun mahiyyətinə görə, digər şəxslərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması üçün məhkəmə qərarı həmin şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalına və keyfiyyətinə malik olmalıdır. Yalnız belə hallarda, məhkəmə qulluq mövqeyinə görə öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
54. Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən üçüncü şəxs qismində cəlbetmənin iki növü müəyyən edilmişdir: zəruri və adi cəlbetmə. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına proses iştirakçısı kimi mütləq cəlb edilməlidir. Adi cəlbetmə məhkəmə qərarının digər şəxslərin maraqlarına toxunma intensivliyindən asılı olaraq həyata keçirilir və məhkəmənin diskresion səlahiyyətinə aiddir.
55. Məhkəmə qərarı ilə digər şəxslərin maraqlarına toxunma ehtimalı o zaman mövcud olur ki, üçüncü şəxs mübahisəli hüquq münasibətində birbaşa iştirak etmiş olsun və ya iddiaçının (cavabdehin) mübahisəni uduzduğu halda üçüncü şəxsin hüquqi vəziyyəti pozitiv və ya neqativ dəyişikliyə məruz qalsın. Belə hallar, bir qayda olaraq, ikili təsirə malik inzibati aktların qəbul edilməsinə yönəlmiş iddia icraatlarında mümkündür.
56. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ...Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
57. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.”
58. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
59. Lakin, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, imtina barədə qərardad qəbul edən birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni əsaslandırmamışdır.
60. Əlavə olaraq Kollegiya qeyd edir ki, birinci intansiya məhkəməsi işə baxarkən bir neçə prosessual pozuntulara da yol vermişdir. Belə ki, iş materiallarında olan 2-1(112)- 8284/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının protokolu məhkəmə iclas katibi tərəfindən imzalanmamış, həmçinin 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolunda 3-cü şəxsin cəlb edilməsindən imtina barədə 2- 1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadın elan edildiyi qeyd olunmamışdır.
61. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 36, 9 saylı mənzilə çıxarışın verilməsi barədə mübahisə "xxxx" MTK-nın maraqlarına toxunduğu halda, onlar, üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməmişdirlər.
62. Kollegiya hesab edir ki, qərar ləğv edilmədən, üçüncü şəxslər məhkəmə icraatına cəlb edilmədən və icraat təzələnmədən bu hissədə araşdırmanın aparılması mümkün deyildir. Bu səbəbdən, eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1085/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, "xxxx" MTK üçüncü şəxs qismində cəlb edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir.
63. İş mahiyyəti üzrə təzəlnməli olduğundan isə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1085/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı da ləğv edilməlidir.
64. Belə ki, məhkəmə qərarının ləğv edilərək, icraatın təzələnməsi hər hansı şəxsin hüquqlarının pozulması demək deyil, əksinə iş üzrə maraqlarına toxunulan şəxslərin hüquqi maraqlarının təmin edilməsi və işin hər tərəfli, obyektiv araşdırılması məqsədi ilə işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsi deməkdir. Hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktının ləğvi və iş üzrə icraatın təzələnməsi, üçüncü şəxsin məhkəmə icraatına cəlb edilməsi zərurətindən irəli gələn prosessual qaydadır.
65. Beləliklə, məhkəmə kollegiyası işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və ərizəçi "xxxx" MTK-nın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinin (zəruri cəlbetmə) zəruriliyini müəyyən edir.
66. İPM-in 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər.
67. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb olunması üçün həmin məhkəməyə göndərilməlidir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1085/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı və qərardadı ləğv edilsin. "xxxx" MTK zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilsin. İş üzrə icraat təzələnsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.